Microsoft Word 78 azərbaycan xalqinin toy mərasim musiQİSİ



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü3,45 Mb.
#72956


      RAST MÜZİKOLOJİ DERGİSİ 

       Uluslararası Müzikoloji Dergisi 

www.rastmd.com

Doi:10.12975/rastmd.2016.04.02.00078

1211

AZƏRBAYCAN XALQININ TOY MƏRASİM MUSİQİSİ 

Samirə Əzizova

1

ÖZET

Folklor və toy mərasimi qarşılıqlı əlaqəli anlayışlar olub, qədim etnosun məişətinin və 

ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – mədəniyyətin ayrılmaz 

tərkib  hissəsi,  milli  ruhun  təzahürüdür.  Toy  mərasiminin  mərhələlərinin  musiqi  və  poetik 

tərtibatında  gerçəkliyin  sinkretik  qavranılması,  xalqın  inancları  və  ayinləri,  adət  və  ənənələri, 

nəsillərin  varisliyi,  həyatın  mənası  haqqında  fikirlər  öz  əksini  tapır.  Toy  mərasimində  xalqın 

musiqi  və  poetik  yaradıcılığının  zənginliyi  yanaşı,  özünəməxsus  janr  rəngarəngliyi,  ifadə 

vasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim və 

mətbəx mədəniyyətinin təzahürləri vəhdətdə özünü göstərir. Toy mərasimində xalqın poetik və 

musiqi  istedadı,  ifaçılıq  mədəniyyəti,  bədii-estetik  zövqü,  psixoloji  düşüncə  tərzi,  qəlbinin 

genişliyi özünü qabarıq şəkildə büruzə verir. 

Anahtar Kelimeler: folklor, toy mərasimi, janr rəngarəngliyi, sinkretik qavranılma, obrazlar 

dairəsi. 



СВАДЕБНАЯ ОБРЯДОВАЯ МУЗЫКА АЗЕРБАЙДЖАНСКОГО 

НАРОДА 

Самира Азизова 

РЕЗЮМЕ 

Фольклор  и  свадебный  обряд,  как  взаимосвязанные  понятия  раскрывают  пути  к 

познанию  общественной  жизни  и  быта  древнего  этноса.  Свадьба  –  неотъемлемая  часть 

культуры  народа  и  проявление  национального  духа.  В  музыкальном  и  поэтическом 

содержании  разных  этапов  свадебного  обряда  отражается  синкретическое  восприятие 

окружающей  действительности,  народные  верования  и  ритуалы,  обряды  и  традиции, 

преемственность  поколений,  смысл  жизни.  В  свадебном  обряде  отражается  богатство 

музыкального  и  поэтического  творчества  народа,  жанровое  разнообразие,  своеобразие 

средств выражения, особенности мышления и языка, образная система во взаимосвязи с 

прикладным  искусством,  кулинарной  культурой  и  т.д.  В  свадебном  обряде  также 

1

Azərbaycan Milli Konservatoriyası 




Azərbaycan Xalqinin Toy Mərasim Musiqisi 

1212


проявляется  поэтический  и  музыкальный  талант  народа,  исполнительское  искусство, 

художественно-эстетический вкус, психологическое мышление, широта души.  



Ключевые  слова:  фольклор,  свадебный  обряд,  жанровое  разнообразие, 

синкретическое восприятие, образная система. 



THE WEDDING RITUAL MUSIC OF AZERBAIJANI PEOPLE

Samira Azizova

ABSTRACT

Folklore and wedding ceremony as related concepts, revels the ways of learning society

and everyday life of the ancient ethnic group. Wedding - is an integral part of the culture of the

nation and the manifestation of the national spirit. In the musical and poetic content of the

different stages of a wedding ceremony reflected syncretic perception of reality, folk beliefs and

rituals, customs and traditions, the continuity of generations, the meaning of life. The wedding

ceremony reflects the wealth of musical and poetic creativity of the nation, genre diversity,

originality means of expression, thought and language features, imaging system in conjunction

with arts and crafts, culinary culture, etc. The wedding ceremony is also apparent poetic and

musical talent of the nation, performing arts, artistic and aesthetic taste, psychological thinking,

the breadth of the soul.

Keywords: folklore, wedding ceremony, genre diversity, syncretic perception, imaging system.

GİRİŞ 

Azərbaycan  xalqının  ənənəvi  mədəniyyəti  özünəməхsusluğu  ilə  fərqlənir.  О  özündə 

хalq  həyat  fəaliyyətinin  bir  çох  tərəflərini  –  mərasimləri,  bayramları,  adətləri  və  s. 

tоplamışdır. Müasir Azərbaycan etnоmusiqişünaslığında ən aktual məsələ хalq mədəniyyətinin 

müхtəlif cəhətlərinin əhatəli tədqiqi ilə bağlıdır. Sözsüz ki, təqvim bayramları, tоy mərasimləri 

bir  çох  хalqların  mədəniyyətində  də  vardır  və  bunlar  ən  geniş  etnоmədəni  zоnaları  əhatə 

edirlər. Lakin hər bir kоnkret halda оnlar öz хüsusiyyətləri, özünəməхsusluqları ilə seçilirlər. 

Folklorda  Azərbaycan  хalqının  dünyagörüşü  ilə  bağlı  təsəvvürləri  –  rəmzi  atributlar,  ritual 

mоdelləri, arхetiplər və s. öz əksini tapmışdır. Оna görə də burada müəyyən ümumi məzmun 

fоrmalaşır  ki,  bu  da  bütün  incəsənəti  öz  ətrafında  birləşdirir.  Burada  Azərbaycan 

mədəniyyətini  digərlərindən  fərqləndirən  ən  məхsusi  cizgilər,  оna  təkrarоlunmaz 

özünəməхsusluq verən əlamətlər cəmləşmişdir.  

Sənətşünaslığının  aktual  prоblemlərindən  biri  kimi  хalq  mədəniyyətinin  tam 

kоmpleks  halında  öyrənilməsi  qanunauyğundur.  Azərbaycan  toy  mərasimlərin 

etnоmədəniyyət  kоntekstində  tədqiqi  Azərbaycan  incəsənətinin  yeni  –  etnоbədii  rakursda 

araşdırılmasına imkan verir.  

Xalq  musiqi  yaradıcılığının  janr  rəngarəngliyi  və  musiqi  dilinin  xüsusiyyətləri 

Azərbaycan  xalqının  qədim  tarixi,  etnoqrafiyası,  ədəbiyyatı  ilə  sıx  bağlıdır.  Bu  cəhətlərin 

qarşılıqlı əlaqədə öyrənilməsi isə musiqişünaslıqda mühüm əhəmiyyətə malikdir. Eləcə də xalq 

mahnı  və  rəqslərinin    toplanması  və  nota  yazılması  tarixinin  sistemləşdirilməsi  milli  mənəvi 

dəyərlərimizin  qorunub  saxlanması,  gələcək  nəsillərə  ötürülməsi  və  dünya  miqyasında  təbliği 

zəruridir.   




 Əzizova S.                                           Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016),  s. 1211-1216 

1213


Qeyd  edək  ki,  xalq  musiqi  nümunələri  yarandığı  dövrlərdən  bu  günümüzə  qədər  öz 

təravətini  itirməmiş,  tarixin  müəyyən  mərhələlərində  təkamülə  uğramış,  lakin  öz  dəyərini 

saxlamış,  dövrə  və  mühitə  uyğun  dəyişmiş,  zənginləşmişdir.  Xüsusilə  mərasim  tamaşalarını 

müşayiət edən mahnılar və rəqslər, janrın teatrallaşması bu gün xüsusi  əhəmiyyət kəsb etmişdir.  

Azərbaycan toyu xalqın çoxjanrlı və müxtəlif formalı musiqi və xoreoqrafiya sənətinin 

təzahürüdür. Toy şənliyinə aşıq, sazəndə, zurnaçı dəstəsi, kəndirbazlar dəvət olunur, güləşmək 

üçün xüsusi yer – zorxana hazırlanır, at çapmaq yarışı – cıdır təşkil olunur. Onların çıxışı toyun 

tərkib hissəsidir və hər biri də özünəməxsus musiqi - mahnı və rəqslərlə müşayiət edilir. Burada 

artıq  instrumental  rəqs  musiqisi  üstünlük  təşkil  edir.  Belə  ki,  qadınların,  kişilərin,  qocaların 

rəqsini müşayiət edən rəqs melodiyaları ənənəvi oyun və yarışlar zamanı səslənən musiqi buna 

misal ola bilər.  

Ü.Hacıbəyli  xalq  adət-ənənələrini  xarakterizə  edərək  yazırdı:  “Azərbaycanın  bir  çox 

mahallarında toy və düyün zamanı, yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı 

bir  yerə  yığılıb,  iki  tərəfli  olaraq  deyişmələr  oxuyarlar...  Bir  yerdə  musiqi  istemalı  xalq 

adətlərindən  biri hesabında  olub,  hamılıqla  icra  edilir”  (1,  185).  Bu  mərasimlərin  əsas  musiqi 

materialı xalq mahnı və rəqslərindən ibarət olur.  Xalq musiqi yaradıcılığını çox dəyərləndirən 

Üzeyir  Hacıbəyli  onları  Azərbaycan  xalqının  əhval-ruhiyyəsini,  zövqünü  və  yaradıcılıq 

qabiliyyətini əks etdirən böyük bir material hesab edirdi. O, xalq mahnılarının istər musiqi, istər 

ədəbi, istər psixoloji, istərsə də etnoqrafık baxımından əhəmiyyətini yüksək qiymətləndirirdi (1, 

190).


Elmi ədəbiyyatdan məlumdur ki, Azərbaycan xalq mahnıları mövzu, musiqi məzmunu 

və  ifaçılıq  xüsusiyyətlərinə  görə  bir  neçə  qrupa  bölünür.  Məmmədsaleh  İsmayılovun 

tədqiqatlarında xalq musiqi yaradıcılığında xalq mahnı və rəqslərinin musiqi xüsusiyyətlərinin 

təhlilinə  xüsusi  diqqət  yetirmişdir  (2).  Bu  baxımdan  M.İsmayılovun  elmi  müddəaları  bizim 

tədqiqatımızın metodoloji əsasını təşkil edən əsas mənbələrdən biridir. 

Rauf  İsmayılzadə  xalq  mahnılarını  dörd  qrupa  bölmüşdür:  əmək  mahnıları,  mərasim 

mahnıları, məişət mahnıları, tarixi mahnılar (3). Bunların daxilində də növ müxtəlifliyi özünü 

göstərir. Bu təsnifatda toy mahnıları mərasim mahnı janrının ailə mərasimləri növünə aid edilir. 

O cümlədən də xalq rəqslərində də buna uyğun janr bölgüsü  aparılır. Xalq rəqslərini 

tədqiqatçısı, musiqişünas-alim B.Hüseynli Azərbaycan rəqs musiqisini mövzu əsasına görə altı 

böyük janra bölmüşdür: Ənənəvi rəqslər; Məişət rəqsləri; Zəhmət rəqsləri; Qəhrəmani, hərbi və 

idman  оyunları  rəqsləri;  Yallı  оyun  rəqslər;  Müxtəlif  mövzulu  xalq  rəqsləri.  Toy  mərasim 

rəqsləri  ənənəvi  rəqslərin  bir  növü  kimi  göstərilmişdir.  Bu  janr  qruplarına  aid  rəqslər 

özünəməxsus cəhətlərə malikdir və B.Hüseynli tərəfindən xarakterizə olunmuşdur (4).  

Toy  mahnıları  –  toy  mərasiminin  tərkib  hissəsi  olduğu  üçün  onların  məhz  ümumi 

mərasim  kontekstində  araşdırılması  məqsədəuyğun  hesab  edilir.  Toyda  mahnı  və  rəqs  çox 

zaman  bir-birindən  ayrılmazdır.  Buna  görə  də  toy  mahnıları  şuxluğu,  oynaqlığı  ilə  fərqlənir. 

Tоy mərasim mahnıları rəqs, teatrlaşdırılmış səhnəciklərlə müşayiət оlunur. 

Tоy  mərasimində  bir  sıra  mərhələlər  icra  edilir:  elçilik,  nişanlanma,  хınayaхdı,  gəlin 

gəlmə,  tоy,  duvaqqapma  və  i.a.  Hər    bir  mərhələnin özünəməхsus  mahnıları  mövcuddur. Tоy 

mahnıları içərisində lirik хarakterli mahnılar da çохdur. Belə mahnılar tоy mərasiminin müхtəlif 

anları ilə  əlaqədar  охunulur.  Məsələn,  gəlini  ata  evindən  yоla  saldıqda  «Хоş  getdin»,  оğlanın 

qоhum-əqrəbələri,  dоstları  qız  evinə  yaхınlaşdıqda  «Aparmağa  gəlmişik»,  gəlin  ər  evinə 

gəldikdə nəsihətedici mahnılarla («Хоş gəldin», «Əylən gəlin») qarşılanır (5). Toy mahnılarının 

xüsusi bir növü də “Halay” mahnı-rəqsləridir ki, iki qrupa bölünərək ifa olunur (6).  



Azərbaycan Xalqinin Toy Mərasim Musiqisi 

1214


Azərbaycan  xalq  musiqi  irsi toy  mərasimi  ilə  bağlı mahnı  və  rəqslərlə  zəngindir. Toy 

mərasimi  ilə  bağlı  xalq  mahnı  və  rəqslərinin  musiqi  dilinin  quruluşunda  müəyyən 

qanunauyğunluqlar  özünü  göstərir  ki,  onların  daha  geniş  təhlilinə  musiqişünaslıqda  böyük 

ehtiyac vardır. 

Toy  mərasimlərinin  yerli  lokal  xüsusiyyətləri  və  ümummədəni  cəhətləri  vardır. 

Azərbaycan  ərazisində  ümumilikdə  götürdükdə,  toy  mərasimi  adət-ənənələri  özündə 

cəmləşdirən,  bir-birilə  əlaqədar  mərhələlərdən  və  tərkib  hissələrindən  ibarət  mərasim  kimi 

xatarkterizə olunur. 

Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda, bəzən hətta kəndində özünəməxsus 

toy adət-ənənələri mövcuddur və qədim dövrdən bu günə kimi qorunub saxlanmış, öz tərtibat 

xüsusiyyətlərini  dəyişsə  də,  xalqın  mənəviyyatı,  mentaliteti  və  dünyagörüşü  ilə  bağlı  dərin 

mahiyyətini dəyişməmişdir.  

Toy  mərasiminin  kompleks  şəkildə öyrənilməsi  də  mühüm  əhəmiyyətə  malikdir.  Belə 

ki,  toy  mərasimi  hər  bir  ailədə  konkret  cəhətlərlə  xarakterizə  olunmaqla  yanaşı,  cəmiyyətdə, 

mühitdə  özünəməxsus  mənəvi,  sosioloji,  iqtisadi  və  s.  amilləri  özündə  əks  etdirən  böyük  bir 

mədəni hadisə kimi nəzərdən keçirilə bilər.  

Müasir  dövrdə  milli  ənənələrin,  adətlərin  və  mərasimlərin  dirçəldilməsi  tendensiyası 

özünü  göstərir  ki,  bu  da  dərin  köklərə  və  ictimai  əhəmiyyətə  malikdir.  Toy  mərasimi  də  bu 

qəbildəndir. Toy mərasimi hər bir xalqın həyatında əlamətdar hadisə kimi dəyərləndirilir. Toy – 

cəmiyyətin tərkib hissəsi olan ailənin yaradılması prosesində onun bünövrəsinin qoyulduğu bir 

mərhələdir. Ailənin müstəsna əhəmiyyəti və onun vəzifələrinin çoxcəhətliliyi toy mərasiminin 

mürəkkəbliyini şərtləndirir.  

Tarixi-mədəni,  folklor-etnoqrafik  fenomen  kimi,  toy  mərasimi  özündə  xalqın  şifahi 

poetik    və  musiqi  yaradıcılığını  təcəssüm  etdirir,  bu  da  ailə  həyatı,  etik  normalar  və  mənəvi 

prinsiplərlə bağlı xalqın qədim dünyagörüşünü əks etdirir. Toy mərasimi və folklor – qədimdə 

etnosun məişətinin və ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – 

mədəniyyətin ayrılmaz tərkib hissəsi, milli ruhun təzahürüdür.  

Toy  mərasiminin  mərhələlərinin  musiqi  və  poetik  tərtibatında  gerçəkliyin,  bizi  əhatə 

edən aləmin sinkretik qavranılması, xalqın inancları və ayinləri, adət və ənənələri, insan, ailə, 

uşaq,  nəsillərin  varisliyi,  həyatın  mənası  haqqında  fikirlər  öz  əksini  tapır.  Toy  mərasimində 

xalqın musiqi və poetik yaradıcılığının zənginliyi yanaşı, özünəməxsus janr rəngarəngliyi, ifadə 

vasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim və 

mətbəx mədəniyyətinin təzahürləri baxımından çoxtəbəqəli quruluşu dərin bir vəhdətdə özünü 

göstərir.  

Toy mərasimi müəyyən sabit kompozisiya quruluş xüsusiyyətlərinə malik olub, əsrlərin 

dərinliyindən gələn etnik həyat tərzinin xüsusiyyətlərini, xalqın dünyagörüşünün musiqi, poetik 

və ədəbi, xoreoqrafik, oyun və  tamaşa, tətbiqi sənət növləri, adət-ənənələr və ayinlər vasitəsilə, 

xalqın  yaradıcılıq  təfəkkürü  ilə  canlanan  boyalarla  bizə  çatdırır.  Bütün  bunlar  toy  mərasimini 

mürəkkəb quruluşa malik xalq yaradıcılığı növü kimi xarakterizə etməyə əsas verir.  

Toy  mərasimi  milli  folklorun  bütün  rəngarəngliyini  özündə  əks  etdirir.  Onun  tərkib 

hissələri  –  toyun  ardıcıl  icra  olunan  mərhələlərindən,  adət-ənənələrdən    ibarətdir.  Bu 

mərhələlərdən  hər  biri  özünəməxsus  hərəkət,  davranış,  dialoq,  şeir,  mahnı,  rəqs  və  s.  tərtibat 

xüsusiyyətlərinə  malikdir.  Toy  mərasiminin  özünəməxsus  geyim  tərzi,  mətbəx  mədəniyyəti 

vardır.  Bütün  bunlar  həm  ayrı-ayrılıqda  öyrənilə  bilən  sahələrdir  və  mütəxəssislərin  diqqətini 




 Əzizova S.                                           Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016),  s. 1211-1216 

1215


cəlb  edir.  Eyni  zamanda,  bunların  kompleks  öyrənilməsi  də  vacibdir  və  bu  baxımdan  xalqın 

həyatının və  mədəniyyətinin bütöv bir təbəqisini gözümüz qarşısında canlandırır.  

Müasir dövrdə toy mərasiminin tərtibatı, şəkli dəyişsə də, qədim adət-ənənələrin xalqın 

təfəkküründə  kök  salmış  bir  çox  sabit  cəhətləri  özünü  qabarıq  büruzə  verir.  Toy  –  ailə-nəsil 

mənası daşıyaraq, yenilənməni, həyatın davam etdirilməsini simvolizə edir, bu baxımdan, ilahi 

qüvvəyə inam, ayinlər və s. qabarıq surətdə özünü büruzə verir.  

Toy  mərasim  folkloru  –  Azərbaycan  xalqının,  o  cümlədən,  türkdilli  xalqların,  ümumi 

genetik  köklərinin,  mərasim  mədəniyyətinin  inkişafının  tipoloji    qanunauyğunluqlarının  üzə 

çıxarılmasına xidmət edən bir materialdır. 

Müasir  Azərbaycan  toyu  –  qədim  Azərbaycan  toy  adət-ənənələrinin,  milli  koloritin  

Avropadan  gələn  xüsusiyyətlərlə,  tərtibat  qaydaları  ilə  birləşməsindən  meydana  gələn  bir 

mərasimdir.  Başqa  sözlə  desək,  milli  toy  adət-ənənələri,  müəyyən  dərəcədə  avropalaşmış 

xarakter  kəsb  etmişdir.  Bu  da  dövrün,  zamanın  tələbindən,  zövqlərin  dəyişməsindən, 

texnologiyaların inkişafından əmələ gələn bir xüsusiyyətdir. Buna baxmayaraq, müasir dövrdə 

cəmiyyətdə  nə  qədər  avropaya  meyllilik  olsa  da,  toy  adət-ənənələrinin  milli  koloriti  qorunub 

saxlanılır, demək olar ki, bütün mərhələləri yeniləşmiş tərtibatda icra olunur.  

Burada  özünəməxsus  musiqi  repertuarı –  mahnı,  rəqs,  aşıq,  muğam  kimi  milli musiqi 

ifaçılığı ilə yanaşı, müasir qərb estrada musiqisindən istifadə özünü göstərir. Bunun müqayisəli 

şəkildə dəyərləndirilməsi vacib məsələlərdəndir. Azərbaycan xalqının məişətində kök salmış toy 

mərasimi  müasir  dövrdə  özünəməxsus  adət-ənənələrlə  zənginləşmişdir.  Azərbaycan  toyunun 

mərhələləri bunlardır: Qız bəyənmə və qızgörmə. Xəbər göndərmə. Elçilik. Böyük elçilik. Nişan 

taxma.  Xonça  gətirmə.  Bayramlıq  gətirmə.  Danışığa  gəlmə.  Cehiz.  Fətirüstü.  Çörəkbişdi.  Qız 

şaxı. Xınayaxdı. Kəbinkəsdirmə. Qız toyu. Toy günü. Gəlin aparma. Oğlan toyu.  

Tarixi-mədəni,  folklor-etnoqrafik  fenomen  kimi,  toy  mərasimi  özündə  xalqın  şifahi 

poetik    və  musiqi  yaradıcılığını  təcəssüm  etdirir,  bu  da  ailə  həyatı,  etik  normalar  və  mənəvi 

prinsiplərlə  bağlı  xalqın  qədim  dünyagörüşünü  əks  etdirir.  Toy  mərasimi  və  folklor  –  qədim 

etnosun məişətinin və ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – 

mədəniyyətin ayrılmaz tərkib hissəsi, milli ruhun təzahürüdür. Toy mərasiminin mərhələlərinin 

musiqi və poetik tərtibatında gerçəkliyin, bizi əhatə edən aləmin sinkretik qavranılması, xalqın 

inancları  və  ayinləri,  adət  və  ənənələri,  insan,  ailə,  uşaq,  nəsillərin  varisliyi,  həyatın  mənası 

haqqında fikirlər öz əksini tapır. 

Toy  mərasimində  xalqın  musiqi  və  poetik  yaradıcılığının  zənginliyi  yanaşı, 

özünəməxsus  janr  rəngarəngliyi,  ifadə  vasitələri,  dil-təfəkkür  xüsusiyyətləri,  obrazlar  dairəsi, 

təsviri-tətbiqi sənət növlərinin, geyim və  mətbəx mədəniyyətinin təzahürləri baxımından dərin 

bir  vəhdətdə  özünü  göstərir.  Toy  mərasimində  xalqın  poetik  və  musiqi  istedadı,  ifaçılıq 

mədəniyyəti,  bədii-estetik  zövqü,  psixoloji  düşüncə  tərzi,  qəlbinin  genişliyi  özünü  qabarıq 

şəkildə  büruzə  verir.  Bütün  bunlar  folklorşünasların,  etnoqrafların,  tarixçilərin, 

ədəbiyyatşünasların  və  musiqişünasların  diqqətini  cəlb  edərək,  toy  mərasiminin  xalq 

mədəniyyətinin vacib bir sahəsi kimi öyrənilməsini aktuallaşdırır.  

Azərbaycan  toy  mərasimi  xalqın  ən  əhəmiyyətli  və  təntənəli  ailə  adət-ənənələrindən 

biridir.  Toy  –  mürəkkəb  və  çoxpilləli  mərasim  olub,  bir  çox  ayin  və  adətlərin  yerinə 

yetirilməsini  tələb  edir.  Qədim  Azərbaycan  toyu  silsilə  adət-ənənələrdən  ibarət  olmuşdur  ki, 

onlar bu günə qədər xalqın təfəkküründə və  məişətində yaşayır və yerunə yetirillir. Toy adət-

ənənələri üç mərhələdən ibarətdir: toyaqədərki mərhələ (elçilik, nişan, nigahın bağlanması), toy 

mərasimi  və  toydan  sonrakı  mərhələ  (üzəçıxdı,  gəlingördü,  ayaqaçdı,  qonaqçağırma).  Toy 



Azərbaycan Xalqinin Toy Mərasim Musiqisi 

1216


mərasimi  müəyyən  sabit  kompozisiya  quruluş  xüsusiyyətlərinə  malik  olub,  əsrlərin 

dərinliyindən gələn etnik həyat tərzinin xüsusiyyətlərini, xalqın dünyagörüşünün musiqi, poetik 

və ədəbi, xoreoqrafik, oyun və  tamaşa, tətbiqi sənət növləri, adət-ənənələr və ayinlər vasitəsilə, 

xalqın  yaradıcılıq  təfəkkürü  ilə  canlanan  boyalarla  bizə  çatdırır.  Bütün  bunlar  toy  mərasimini 

mürəkkəb quruluşa malik xalq yaradıcılığı növü kimi xarakterizə etməyə əsas verir. Azərbaycan 

xalqının  toy  mərasimi  milli  folklorun  bütün  rəngarəngliyini  özündə  əks  etdirir.  Onun  tərkib 

hissələri  –  toyun  ardıcıl  icra  olunan  mərhələlərindən,  adət-ənənələrdən    ibarətdir.  Bu 

mərhələlərdən  hər  biri  özünəməxsus  hərəkət,  davranış,  dialoq,  şeir,  mahnı,  rəqs  və  s.  tərtibat 

xüsusiyyətlərinə  malikdir.  Toy  mərasiminin  özünəməxsus  geyim  tərzi,  mətbəx  mədəniyyəti 

vardır.  Bütün  bunlar  həm  ayrı-ayrılıqda  öyrənilə  bilən  sahələrdir  və  mütəxəssislərin  diqqətini 

cəlb  edir.  Eyni  zamanda,  bunların  kompleks  öyrənilməsi  də  vacibdir  və  bu  baxımdan  xalqın 

həyatının və  mədəniyyətinin bütöv bir təbəqisini gözümüz qarşısında canlandırır.  



SONUÇ

Azərbaycanlılarda  folklor  və  toy  ənənələri  sistemi  vahid  bir  silsilə  təşkil  edərək, 

mərasimin  müqəddəs,  sirli  cəhətlərini  və  ayin  simvolikasını,  söz,  rəqs,  geyim,  mətbəx 

mədəniyyətini,  xalqın  qədim  dünyagörüşünü  və  sinkretik  düşüncə  tərzini  özündə  cəmləşdirir. 

Azərbaycan  toyunu  yalnız  ailə-məişətlə  bağlı  bayram  kimi  deyil,  folklorda  öz  əksini  tapmış 

həyati  vacib  qanunları,  mənəvi-əxlaqi  qaydaları,  xalq  hüquq  normalarını  təcəssüm  etdirir. 

Toyun hər bir epizodu mədəni, mərasim, söz-poetik komponentlərin sintezi kimi özünü göstərir. 

Xalqın  ailə  və  onu  əhatə  edən  aləm  haqqında  təsəvvürlərini  əks  etdirir.  Buradan  da  etnik  və 

ictimai  baxımından  çoxplanlılıq  meydana  gəlir.  Ənənəvi  хalq  mədəniyyətinin,  о  cümlədən, 

musiqisinin öyrənilməsi elmi təhlilin yeni yanaşma və prinsiplərinin tətbiqi ilə bağlıdır. Bütün 

bunların əsasını mədəniyyətin etnоgenetik tədqiqatların əsas mənbələrindən biri оlması ideyası 

təşkil edir.  Belə ki, tədqiqatçıların fikrincə, fоlklоr-etnоqrafik material bir-birini tamamlamağa 

qadirdir. Bu zaman хüsusilə incəsənətin (оnun müхtəlif növlərinin) kökləri, mənbələri dərindən 

dərk  edilir,  həm  də  mərasim  və  ayinlər,  həmçinin  adətlər  və  inanclar  sistemi  daha  tam  halda 

rekоnstruksiya оlunur. 

KAYNAKLAR

1.

Hacıbəyоv Ü.Ə. Seçilmiş əsərləri. B., “Yazıçı”, 1985. 412 s. 



2.

İsmayılоv  M.C.  Azərbaycan  хalq  musiqisinin  janrları.  Yеnidən  işlənmiş  və 

tamamlanmış nəşri. B., İşıq, 1984. 100 s. 

3.

İsmayılzadə  R.  Azərbaycan  xalq  mahnıları.  //  Azərbaycan  xalq  musiqisi. 



Oçerklər. Bakı, “Elm”, 1981. s. 52-85;  

4.

Гусейнли 



Б.Х. 

Принципы 

жанровой 

классификации 

народной 

танцевальной  музыки.  /  Ученые  записки  Азербайджанской  Государственной 

Консерватории. Б.: 1974, 1974, №2, с.3-17. 

5.

Azərbaycan  xalq  mahnıları.  Not  yazıları  S.Rüstəmov,  F.Əmirov,  T.Quliyev. 



Redaktor Bülbül. I cild. Bakı, 1981. 

6.

Hüseynli B.X. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. Halay. (redaktorlar: 



Ə.Abbasov, Gündüz, R.Rəhimova). Bakı, 1966. 

Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə