Microsoft Word 88 Hemofiliya



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix26.03.2018
ölçüsü0,53 Mb.
#33412
1   2   3   4   5   6   7   8   9   ...   19

13 

Cədvəl 3. Bədənin müxtəlif sahələrində qansızmaların rastgəlmə 

tezliyi

28

 



Bədən sahələri Rastgəlmə tezliyi 

Hemartroz 

 

Daha çox aşıq-baldır, diz, 



dirsək oynaqları 

 



Daha az bazu, bilək və bud-

qalça oynaqları 

70-80% 

Əzələlər 10-20% 



Digər iri qansızmalar 5-10% 

Mərkəzi sinir sistemi 



<5% 

MÜALİCƏ 

Hemofiliyalı xəstələrin müalicəsinə kompleks yanaşma fiziki və 

psixoloji sağlamlığı, həyat keyfiyyətini yaxşılaşdırır, ağırlaşmaların, 

ölüm hallarının azalmasına səbəb olur (C)

82

.

 



Hemofiliyalı xəstələrin 

müşahidəsi və müalicəsi müxtəlif profilli mütəxəssislər qrupu ilə 

aparılmalıdır, o cümlədən hematoloq, pediatr, ortoped, stomatoloq

fizioterapevt, müalicəvi bədən tərbiyə (MBT) həkimi, psixoloq (C)

82



Hematoloq, ortoped və stomatoloq baxışı ildə 2 dəfədən az, digər 



mütəxəssislər – ildə 1 dəfədən az olmamalıdır. Bu mütəxəssislərin 

əsas məqsədi hemofiliyalı  xəstələrin fiziki və psixi sağlamlığını 

saxlamaqdır. 

Hemofiliyalı  xəstələrin müşahidəsi ixtisaslaşdırılmış  mərkəzə 

bağlı olmalıdır (D)

82

.



 

Klinik formasından asılı olmayaraq xəstənin və 

onun gün ərzində müraciət etdiyi digər ixtisas həkimlərinin 

hemofiliyalı xəstələrlə iş təcrübəsi olan hematoloqla əlaqə yaratmaq 

imkanı olmalıdır. 

Tibbi xidmətin təşkili 

Ambulator-poliklinik yardım – xəstəliyin aşkar olunması, 

diaqnostikası, müalicəsi və xəstələrin dispanser nəzarətini, həmçinin 

ailədə yeni xəstə  uşaq hallarının olmaması üçün tibbi-genetik 

məsləhətləri  əhatə edir (Əlavə  1). VIII və IX faktorların venadaxili 

yeridilməsi ambulator-poliklinik müəssisələrdə tibb işçiləri, təcili 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




14 

yardım mütəxəssisləri, həmçinin ev şəraitində  xəstənin özü və ya 

ailənin müvafiq təlim keçmiş üzvləri, valideynləri tərəfindən həyata 

keçirilir. 



Stasionar müalicə  –  hematoloji mərkəz və çoxprofilli 

xəstəxanaların cərrahi, ixtisaslaşmış ortopedik şöbələrində, həmçinin 

hemofiliyanın klinik əlamətlərindən asılı olaraq müalicə-profilaktik 

müəssisələrinin profil şöbələrində aparılır. 



Təcili hospitalizasiya – həyati vacib orqanlarına qansızması olan 

xəstələrə (başın travması, baş beyin, onurğa beyinə qansızma, bel, 

boyun nahiyəsində travma, mədə-bağırsaq qanaxması, peritonarxası 

hematomalar, massiv hematuriya) və  kəskin cərrahi patologiyaları 

olan xəstələrdə (kəskin appendisit, deşilmiş xora, peritonit, dalağın 

cırılması və s. kimi hallarda) hematoloq baxışı, əvəzedici terapiya və 

lazımi müayinələr imkanı olan müalicə müəssisələrinin profil 

şöbələrində aparılır.  İnstrumental müayinə üsulları VIII və ya IX 

laxtalanma faktorunun 50%-dən az olmamasını tələb edir. 

Planlı stasionar müalicə – hemofiliyanın inhibitor forması, 

residivləşən hemartrozu, ağır artropatiyası olan xəstələrdə 

rekonstruktiv-bərpaedici  əməliyyatlar, ortopedik və  cərrahi 

reabilitasiya aparılması məqsədini güdür. 



Oynaqların cərrahi müalicəsi – hemofiliyalı  xəstələrdə daha 

çox sinovektomiya, korreksiyaedici osteotomiya və diz, bud-çanaq 

və digər oynaqların ümumi endoprotez əməliyyatları aparılır. 

Sinovektomiya aparılmasına göstəriş (açıq, artroskopik) 

artropatiyanın II-III mərhələsində olmasıdır. Bu zaman qığırdaq 

toxuması dağılmış olur, oynaq səthinin kənar destruksiyası müşahidə 

olunur. Korreksiyaedici osteotomiyaya göstəriş kontraktura, valqus 

və varus deformasiyasının olmasıdır. 

Ümumi endoprotez əməliyyatı statik gərginlik və hərəkət zamanı 

oynaqlarda kəskin ağrılar, patoloji sınıqlar zamanı göstərişdir. 



Hemostatik terapiya – hemofiliyalı  xəstələrə hemostatik 

terapiya yalnız diaqnoz dəqiqləşdirildikdən sonra və hemorragik 

əlamətlər müşahidə olunduğu zaman təyin olunur. Hemofiliyalı 

xəstələrin müalicəsində  əsas prinsip VIII və IX qan laxtalanma 

faktorları ilə (plazmatik və rekombinant) vaxtında adekvat əvəzedici 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




15 

hemostatik terapiyanın həyata keçirilməsidir ki, məhz bu müalicə 

sayəsində plazmada faktorların səviyyəsi yüksəlir (А)

81

.



 

Ağır formalı hemofiliya A-da preparatın dozası  aşağıdakı 

düsturla hesablanır: 

X = M x L x 0,5 

Orta ağır və yüngül formalı hemofiliyada: 

X= M x (L - P) x 0,5 

Hemofiliya B üçün preparatın dozası belə hesablanır: 

Ağır formada: X = M x L x 1,2 

Orta ağır və yüngül formada: X = M x (L - P) x 1,2 

Burada:  X   – qan laxtalanma faktorunun yeridilmə dozası (BV) 



M   – xəstənin bədən çəkisi (kq) 

L   – xəstənin plazmasında faktorun tələb olunan  

 

   səviyyəsi 



P   – preparatın yeridilməsinə qədər plazmada faktorun 

   səviyyəsi 

Bu zaman nəzərə almaq lazımdır ki, xəstənin hər 1 kq çəkisinə 

yeridilmiş 1 BV VIII faktor konsentratı onun plazmasında VIII 

faktorun səviyyəsini 1,5-2% artırır, 1 BV IX faktor konsentratı isə 

faktorun səviyyəsini təxminən 1% artırır.  

Yüngül formalı hemofiliya A zamanı desmopressin preparatının 

venadaxili və  dərialtı inyeksiyalar şəklində  tətbiq olunması effektiv 

nəticələr verir (В)

81

. 



Sanator-kurort müalicə  –  hemofiliyanın ağırlaşmaları zamanı 

xəstələrin  əlillik hallarını azaltmağa, bəzən də tam qarşısını almağa 

imkan verir (B)

81

. Konkret növ müalicə hematoloq və fizioterapevt 



tərəfindən təyin olunmalıdır. Müəyyən hallarda fizioterapevtik 

prosedurlar hemostatik dərmanların köməyilə aparılmalıdır.  Əzələ 

sistemini möhkəmləndirmək üçün həmçinin müalicəvi gimnastika, 

masaj, üzgüçülük göstərişdir. 



Ev şəraitində hemofiliyanın müalicəsi daha məqsədəuyğundur. 

Ağır və orta ağır formalı hemofiliyalı xəstələr, eləcə də inhibitor 

formalı hemofiliyalı  xəstələr həkim-hematoloqun təlimatlarına 

əsasən qanaxmanın ilkin əlamətlərini bilir və ev şəraitində 

laxtalanma faktorunun konsentratlarını  və ya inhibitor əleyhinə 

preparatların yeridilməsini inkişaf etmiş qanaxmaların 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə