Microsoft Word 88 Hemofiliya



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix26.03.2018
ölçüsü0,53 Mb.
#33412
1   2   3   4   5   6   7   8   9   ...   19

16 

dayandırılması üçün öyrənirlər. Ev şəraitində  həm profilaktik, həm 

də qanaxma zamanı müalicə aparıla bilər. 

Ev  şəraitində müalicə ona görə effektiv hesab olunur ki, baş 

vermiş qanaxma ilə onun müalicəsi arasındakı müddət  əhəmiyyətli 

dərəcədə  qısalır  (А)

81

. Bu isə hemofiliyalı  xəstə üçün çox vacibdir. 



Evdə müalicə yeridilən antihemofil preparatların miqdarının 

azalmasına və terapiyanın davametmə müddətinin qısalmasına 

gətirib çıxarır.  Ev  şəraitində müalicənin aparılması  xəstələrin 

həyat keyfiyyətini xeyli yaxşılaşdırır.  

Ev  şəraitində müalicə laxtalanma faktorunu əlçatan etdiyi üçün 

optimal təcili müalicə aparmağa, nəticədə  ağrını, disfunksiya 

hallarını azaltmağa və  gələcəkdəki  əlillik hallarının baş verməsini 

gecikdirməyə imkan verir, ağırlaşmalara görə  xəstəxanaya olan 

müraciətlərin sayını əhəmiyyətli dərəcədə azaldır (C)

73

. 



Ev  şəraitində müalicə kompleks tibbi xidmət briqadasının 

nəzarəti altında aparılmalı  və adekvat təlimat aparıldıqdan sonra 

başlanmalıdır (C)

73

. 



Təlim hemofiliya haqqında ümumi biliklərə  əsaslanmalıdır: 

qanaxmanın səbəbini anlamaq, ilkin yardımı bilmək, laxtalanma 

faktorlarının dozalarının hesablanması, hazırlanması, saxlanması  və 

yeridilməsini bilmək, venaya müdaxiləni bacarmaq, qeydiyyat 

aparmaq, istifadə olunmuş iynə və iti uclu alətlərin müvafiq qaydada 

saxlanması və ləğv edilməsinə riayət etmək. 

Venoz müdaxilə üçün implant qurğu (Port-a-Kat tipli) 

inyeksiyaları xeyli asanlaşdırır və erkən yaşlı  uşaqlarda profilaktik 

müalicə üçün tələb oluna bilər (B)

54

. 



Buna baxmayaraq, bu cür qurğuların istifadəsi ilə  əlaqəli olan 

cərrahi müdaxilə, yerli infeksiya, trombəmələgəlmə kimi risklər, 

erkən profilaktik müalicənin üstünlükləri ilə müqayisə olunmalıdır 

(B)

58



Profilaktik müalicə  – qanaxmaların qarşısını almaq məqsədilə 

laxtalanma faktorların konsentratlarının vena daxilinə müəyyən sxem 

ilə yeridilməsindən ibarətdir. Faktorun səviyyəsi >1 BV/dl olan orta 

ağır forma hemofiliyalı xəstələr nadir hallarda spontan qanaxmalarla 

üzləşir və onlarda oynaqların funksiyasını saxlamaq şansı daha 

böyük olur. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




17 

Profilaktik müalicənin aşağıdakı əsas məqsədləri var:  

a.

 

profilaktika qanaxmaların və oynaq zədələnmələrinin 



qarşısını alır və sümük-əzələ sisteminin normal fəaliyyətini 

saxlamaq üçün müalicənin əsas məqsədini güdür (B)

46



b.



 

qanda laxtalanma faktorunun səviyyəsini >2%, bəzi hallarda 

isə >5% yüksəldərək, hemofiliyanın ağır formasını orta ağır, 

bəzən də yüngül formaya çevirməkdən, hemofilik 

artropatiyanın inkişafının qarşısını almaqdan, 

kəskinləşmələrin başvermə tezliyini və  ağırlaşmaların 

yaranma riskini azaltmaqdan ibarətdir (В)

81



Xüsusən zədələnmiş oynaqlarına təkrari qansızmaları olan 

xəstələrə qanaxmaların tezliyini azaltmaq üçün 4-8 həftə  ərzində 

qısamüddətli profilaktik müalicədən istifadə etmək olar. Bu üsulu 

intensiv fizioterapiya və ya sinoviortez ilə kombinə etmək olar (C)

68



Profilaktikanın növləri: epizodik, birincili, ikincili, üçüncülü, 



fasiləli (və ya vaxtaşırı) olur (bax Cədvəl 4)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




18 

Cədvəl 4. Faktorla əvəzedici profilaktik terapiyanın  

növlərinin tətbiqi

28

 



Növlər Tətbiqi 

Epizodik (“tələbata 

görə”) müalicə 

Klinik aşkar qanaxmalar zamanı  tətbiq olunan 

müalicə 

Daimi profilaktika 

Birincili profilaktika  

Fiziki baxış  və ya vizuallaşdırıcı müayinələr 

zamanı  təsdiq olunmuş oynaq osteoxondrozu 

olmadıqda və ya təkrari klinik aşkarlanan iri 

oynaqlara

 qanaxmalardan öncə və 3 yaşa qədər 



xəstələrdə başlanılan daimi fasiləsiz 

müalicədir



 

İkincili profilaktika 



İri oynaqlara

*

 iki və daha çox qansızmadan 



sonra (fiziki müayinə  və vizuallaşdırıcı 

müayinələrdə 

aşkar olunmuş oynaq 

zədələnmələrindən öncə) başlanılan daimi 

fasiləsiz müalicədir

**

 



Üçüncülü profilaktika 

Fiziki müayinə  və oynaqların rentgenoqrafiyası 

zamanı  təsdiq olunmuş oynaq zədələn-

mələrindən sonra başlanılan, daimi fasiləsiz 

müalicədir

**

 



Fasiləli profilaktika 

(vaxtaşırı) 

Bir il ərzində 45 həftədən çox olmayan müddət 

ərzində tətbiq olunan profilaktik müalicədir 



Laxtalanma faktorunun yeridilmə sxemi və dozalanması 

Hemofiliyalı  xəstələrə qanaxmaların profilaktikası üçün faktor 

konsentratı vurulmalıdır: 

Hemofiliya A xəstəliyi zamanı həftədə 3 dəfə 25 BV/kq olmaqla; 

hemofiliya B xəstəliyi zamanı isə həftədə 2 dəfə 25 BV/kq olmaqla 

faktor konsentratı venadaxilinə yeridilməlidir. 

Aktivlik dövrünü tam əhatə etmək üçün profilaktika səhər 

saatlarında aparılmalıdır. 

                                                 

 İri oynaqlar – aşıq-daban, diz, bud-çanaq, dirsək və bazu oynaqları. 





 Daimi fasiləsiz müalicə 1 il ərzində xəstənin 52 həftə müalicə alması və heç olmazsa 45 

həftə infuziya alması (85%) deməkdir.

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə