Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   2   3   4   5   6   7   8   9   ...   54

Сечилмиш ясярляри
  
 
 
17
 
EV GÜLLƏRİ 
 
İsti otaqların pəncərəsindən 
Bir dəli həsrətlə baxar günəşə, 
Baxar ev gülləri, 
baxar həmişə… 
Bir soyuq gizilti keçər canından, 
Bəzən də quruyar həyəcanından - 
Quruyar dibçəkdə göyərən bahar, 
Quruyar havaya, günəşə sarı 
Yaşamaq naminə «əyilən» bahar… 
Evdən qaçmaq istər bu ev gülləri 
Pəncərə tağından asılı qalar. 
İçər bu günəşdən gün batanacan, 
Udar bu havadan ev yatanacan. 
Sonra da başlayar lal gecələrin 
Bu ev güllərini havalandıran 
havasızlığı. 
Bir də ki, bir içim suya qıymayan 
Mənzil sahibinin vəfasızlığı… 
Ev gülü beləcə çəkər dərdini; 
Açar sevincini gah qönçə-qönçə
Gah da yarpaq-yarpaq tökər dərdini. 
…Ölçərlər-biçərlər hər «addımını», 
Qəlibə salarlar boy artımını - 
Kökləri sancılan torpaq tükənər… 
Keçib dibçəyinin taxta səddini 
Yerdəki torpaqla tapışa bilməz. 
Evlərdə doğulan ev güllərinin 
Kökləri torpaqdan yapışa bilməz… 
 
1978 
 


 
    
Адил Ъямил
  
 
 
18
 
SİBİRDƏN GƏLƏN MƏKTUB 
 
Bir məktub almışam uzaq Sibirdən 
Açmaq istəyirəm — əlim üşüyür. 
Ayrıla bilmirəm doğma sətirdən
Oxuya bilmirəm — dilim üşüyür… 
 
Buz damır alnımın qırışlarından, 
Məni bir soyuqluq bürüyür sanki. 
İsinib alovlu baxışlarımdan 
Sibir sətir-sətir əriyir sanki. 
 
Açıram qəlbimin qapılarını — 
Bir parça kağızda Şimal gəlibdir. 
Çırpıb üst-başının bəyaz qarını 
Bakıya sibirli Kamal gəlibdir. 
 
Kəlmələr gümüşü bir nağıl deyir, — 
Ağ varaq Şimalın «buz torpağıdır». 
Bu məktub adicə bir məktub deyil, 
Tayqa meşəsinin öz yarpağıdır… 
1977 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
19
 
ÇƏHRAYIYA ÇALAN DÜNYA 
 
Çəhrayı üfüqlər qızaran yerdə 
Çəhrayı yağışlar yağacaq bu gün. 
Sonra da buludlar bozaran yerdə 
Çəhrayı bir günəş doğacaq bu gün. 
 
Çəhrayı buludun yağışı altda 
Çəhrayı xanımlar uçunacaqdır. 
Çəhrayı günəşin baxışı altda 
Çəhrayı çiçəklər açılacaqdır. 
 
Çəhrayı çəmənin çiyələkləri 
Cüyür çəhlimində cücərəcəkdir. 
Bir çılğın rəssamın göz bəbəkləri 
Dünyanı çəhrayı köçürəcəkdir!.. 
 
1977 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
20
 
İŞIQLAR, PƏRVANƏLƏR 
 
Gecə pərvanələr gələr işığa, 
Şəfəq tamarzısı, işıq açıtək 
Açarlar işığa qanadlarını, 
Çırparlar işığa inadlarını… 
 
İşıq kürrəsinə sakin olanlar, 
İşıq zərrəsinə hakim olanlar 
İşıq çevrəsinə düşər beləcə. 
Bir dəli atəşi soyutmaq üçün 
Fırlana-fırlana bişər beləcə. 
 
Gecə pərvanələr gələr işığa 
İşığın suyuna çəkilmək üçün. 
Gecənin qapqara üfüqlərinə 
İşıq toxumutək tökülmək üçün… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
21
 
GÖYÇAYDA BİR ÇİNAR GÖRDÜM 
 
Bu qoca çinarın polad gövdəsi 
Poladın üzünə qayıda bilər. 
Bu uca çinarın bulud kölgəsi 
Günəşin özünü soyuda bilər. 
 
Budaqlar ömrünün yaşıl artımı - 
Böyüyüb, günəşə çatıb bu çinar. 
Yaşıl beşiyini yuxu aldımı 
Baş qoyub buluda yatıb bu çinar. 
 
Baxdım vüqarına mən dönə-dönə – 
Ağac daşdan keçib öz inadıyla. 
İndi də səmanın aynabəndinə 
Sarılmaq istəyir qol-qanadıyla… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
22
 
MƏNƏ TOXUNMAYIN 
 
Mənə toxunmayın, yaman kövrəyəm
Kövrəyəm sozalmış gül yarpağıtək. 
Dünyanın dərdini çəkən ürəyəm
Tutqunam bəşərin qaşqabağıtək. 
 
Sıxır ürəyimi dəmir barılar, 
Köksümdə cəlladlar alayı yatır. 
Bağırsam dünyanın bağrı yarılar — 
Sinəmdə Buhenvald harayı yatır. 
 
Qanlı cəbhələrin mərmiləriylə 
Ovulmuş torpağam, para-parayam. 
Azadlıq ətirli nəğmələrimlə 
Çiliyə çilənən Viktor Xarayam. 
 
…Mənə toxunmayın, yaman kövrəyəm, 
Kövrəyəm sozalmış gül yarpağıtək. 
Dünyanın dərdini çəkən ürəyəm, 
Tutqunam bəşərin qaşqabağıtək… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
23
 
TALISTAN 
 
Meşə quş səslidir, quş nəfəslidir, 
Turacın nəğməsi təzədir burda. 
Qayalar dağların dəbilqəsidir, 
Ağaclar ovxarlı nizədir burda. 
 
Kiminsə qəlbinin ilk məhəbbəti 
Yamacda közərən laləyə dönüb. 
İgid Cavanşirin dağ əzəməti 
Dağın yaddaşında qalaya dönüb. 
 
Şəlalə zirvədən millənib yerə, 
Gümüş damcıları duya biləydim… 
Bütün ürəkləri kaş bircə kərə 
Bu saf damcılarla yuya biləydim. 
 
Meşənin bəyitək dayanıb palıd, 
Dağ çayı gəlintək dillənib gedir. 
Bağrı şimşək ilə yarılan bulud 
Ayağım altında sellənib gedir. 
 
Çiçəklər sözünü çəmən boyunca, 
Bulaqlar sirrini yol üstdən deyir. 
Gövhər torpağını öpdüm doyunca, 
Ürəyim hələ də Talıstan deyir. 
 
1976 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə