Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   2   3   4   5   6   7   8   9   ...   54

Сечилмиш ясярляри
  
 
 
31
 
ƏLİFBA DAŞ 
 
Kəlbəcərdə sel yumuş yarğandan naməlum əlifba həkk  
olunmuş bir parça daş tapmışdım 
 
Nə qədər qədimdir, nə qədər ulu… 
Yoxsa daş dövründən gəlibdir bu daş? 
Bizim dünyamıza düşübdür yolu, 
Daşların içində qəribdir bu daş. 
 
Ötüşüb üstündən bahar da, qış da, 
Bu daş qışqıranda zaman kar imiş… 
Sən demə bu qədim, bu dilsiz daşda 
Qədim insanların dili var imiş… 
 
Əsrin o tayında mürgüləyirmiş, 
Bir qəfil zəlzələ gətirib onu. 
Nə vaxtsa əlifba kitabı imiş 
Ulu babalarım itirib onu… 
 
1976 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
32
 
SEVİNƏN GÖRƏNDƏ 
 
Sevinən görəndə yazıq bir kəsi 
Mənim sevincimin qədəri olmur. 
Çoxalır qəlbimin eşqi, həvəsi, 
O gün dərdim olmur, kədərim olmur… 
 
Sevinən görəndə sevgililəri 
Bilirəm hardasa ləngiyib hicran. 
Sevincdən açanda bahar gülləri 
Mənim də sevincdən dəyişir məcram. 
 
Əbədi sevinclər doğulur bəzən 
Bir anlıq sevincin aniliyindən. 
Sevincdən savayı nə qalır bizə 
Bu qoca dünyanın faniliyindən? 
 
Qara buludlara sinəmi gərib 
Sevinci sayrışan bir dağ olmuşam. 
Hardasa, kimisə sevinən görüb 
Halal sevincinə ortaq olmuşam… 
 
Sevincsiz fatehlər taxtından düşər - 
Nə yaxşı dünyanın sevinc tacı var. 
Sevinc bolluğunda yaşasın bəşər - 
Hamının sevincə ehtiyacı var!.. 
 
1977 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
33
 
YAMAN QOCALMISINIZ 
 
Atama və anama 
 
Siz mənim gözümün ağı-qarası, 
Qara saçınızda ağı neyləyim? 
Hələ harasıdır, hələ harası… 
Əlimdən nə gəlir, axı neyləyim - 
Yaman qocalmısınız. 
 
Köksümdə kədərin közərən izi, 
Fikir ümmanında üzür ürəyim. 
Titrəyən görürəm əllərinizi, 
Payız yarpağıtək əsir ürəyim - 
Yaman qocalmısınız. 
 
Ay ana, üzünə baxa bilmirəm, 
Ay ata, gözündə donur gözlərim. 
İllər çəpər çəkib, qoymayıb görəm - 
Gizlicə-gizlicə, ay əzizlərim, 
Yaman qocalmısınız. 
 
Zamanın çarxını hara çevirim? 
Neyləyim illərin acığına mən? 
Kaş bütün ömrümü nura çevirim, 
Səpim gözünüzün işığına mən - 
Yaman qocalmısınız. 
 
1977 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
34
 
DƏLİDAĞDA QIŞ GÖRMÜŞƏM 
 
Elə soyudub ki, torpağı çillə 
Qaynar bulaqların gözü bağlanıb. 
Körpə cığırları demirəm hələ - 
Burda ana yolun özü bağlanıb. 
 
Bu bəyaz gözəllik məni ləngidir, 
Burda uşaqlaşıb nağıl gəzirəm. 
Qayalar Şəmşirin qıfılbəndidir - 
Sirrini açmağa oğul gəzirəm. 
 
Ayağım altında yer xışıldayır - 
Qar yağır, görünən talalar itir. 
Buzla ütülənib burda çöl, bayır - 
Tərtər qına girmiş qılınc kimidir. 
 
1975 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
35
 
KÖÇ GEDİR 
 
Köç gedir, bulaqlar qalıbdır ağlar, 
Yolların şələsi ağırlaşıbdır. 
Köç gedir, həmişə səs-küylü dağlar 
Nədənsə bu səhər fağırlaşıbdır. 
 
Arxaya boylanır qoyun-quzular, 
Dağların sinəsi ocaq-ocaqdır. 
Gəlməsə, çobanın əhdi pozular, 
Söz verib, baharda qayıdacaqdır. 
 
Çiçəklər özünə çəkir yolçunu
Lalənin ocağı ətəkdə yanır. 
Aşırır çiynindən dolu xurcunu, 
Çobanın həsrəti tütəkdə yanır. 
 
Zirvələr gizlədir yaraşığını, 
Dağlara dumantək çökür qəriblik. 
El-oba sökübdür alaçığını, 
Dağlarda alaçıq tikir qəriblik. 
 
…Köç gedir, bulaqlar qalıbdır ağlar, 
Yolların şələsi ağırlaşıbdır. 
Köç gedir, arxada tək qalan dağlar 
Dilsiz körpə kimi fağırlaşıbdır. 
 
1975 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
36
 
İÇƏRİ  ŞƏHƏR 
 
Bir zaman torpağı al qan isidib, 
Əsrin əsəb teli gərilib burda. 
Hər kərpic bir düşmən dəbilqəsidir - 
Divara qoyulub hörülüb burda. 
 
Dost gəlib - açılıb dəmir qapılar, 
Yad gəlib - ürəyi xallı gedibdir. 
Döyüşə atılan igid babalar 
Düşmənin gözündə yallı gedibdir. 
 
Gərək ürəyini büllur edəsən, 
Yoxsa ki, buraxmaz içəri şəhər. 
Elə bil sehirli məmləkətdəsən - 
Qırxıncı otaqdır İçərişəhər… 
 
1975 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
37
 
BALIQÇI NƏĞMƏSİ 
 
Sonuncu ulduz da açıb gözünü 
Qəfləti özünü atır dənizə. 
Bir qoca sahilə qoyub dizini, 
Qabarlı əlləri çatır dənizə. 
 
Diksinir dənizin mavi varlığı, 
Göylər ulduz-ulduz səpir nurunu. 
Balıqlar buraxsa inadkarlığı 
Balıqçı sahilə çəkər torunu. 
 
Bir nəğmə qarışır bu maviliyə - 
Dalğalar sahilə sürünüb gəlir. 
Bu dəli harayda bişməsin deyə 
Balıqlar dənizə bürünüb gəlir. 
 
Dəniz dalğa-dalğa, göy ocaq-ocaq, 
Ulduzlar gecənin yoluna düşür. 
Balıqlar qocanın torundan qabaq 
Bu dəli nəğmənin toruna düşür… 
 
1976 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə