Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
    
Адил Ъямил
  
 
 
38
 
MİNGƏÇEVİRƏ DÖNƏRKƏN 
 
Şəhər görkəmini dəyişib tamam
Sanki mavi Kür də başqa cür axır… 
Dünən kərpicləri düzülən evin 
Bu gün eyvanından uşaqlar baxır. 
 
Doğrusu sevincdən elə bilirəm 
Nəğməli bir tarın sarı simiyəm. 
Cəfər Cabbarlının «Füruzə»sində 
Evini axtaran Məmməd kimiyəm… 
 
1974 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
39
 
GÖY DƏNİZDƏ BOĞULAN QIZ 
 
Göy dənizdə boğulan qız, 
Dalğa sənə boy vermədi. 
Sahilləri harayladın, 
Kimsə sənə hay vermədi. 
 
Çinar boylu obanıza 
Səs yayıldı səhərisi. 
İmdadına yetənəcən 
Dönüb oldun su pərisi. 
 
Göy dənizdə boğulan qız, 
İnanmıram boğulmusan; 
Bu mavicə məmləkətdə 
Sən təzədən doğulmusan. 
 
Dəniz dibi - torpağındır, 
Dəniz göyü - səman olub. 
Sən bir dəniz çiçəyisən - 
Göy dəniz göy çəmən olub. 
 
Axı dəniz çiçəkləmir, 
Axı dəniz yosunlayır. 
Dəniz qızı, bu yuxunu 
Ha yozuram yozulmayır… 
 
Dalğaların beşiyində 
Neçə mavi gecən keçib. 
Eh, nə isə … dəniz qızı, 
Olan olub, keçən keçib… 


 
    
Адил Ъямил
  
 
 
40
İndi səni bu sahildə 
Gecə-gündüz səsləyən var. 
İndii yarın balıqçıdır, 
Balığa dön - gözləyən var. 
 
1977 
 
KİŞMİŞ ARMUD, KİŞMİŞ BULAQ 
 
Evimizin yanındaca, 
Elimizin yolundaca 
Bir armud var - Kişmiş armud
Bir bulaq var - Kişmiş bulaq… 
Ötüb aylar, keçib illər 
Kişmiş armud, Kişmiş bulaq - 
Bu vəfalı sevgililər 
Bir-birini arayıblar, 
Gəlib burda tapışıblar, 
Gəlib burda qarıyıblar… 
Bir istəyin ömrü kimi 
Onlar yazı gözləyiblər, 
Onlar qışa dayanıblar. 
Şaxta vurub, dolu döyüb 
Yenə qoşa dayanıblar. 
Keçib gedib qorxu, təlaş - 
Yaz gəlibdir yavaş-yavaş; 
Göyəribdir neçə arzu… 
Qonşumuzun qara qızı 
O bulağın qulağına 
Yuxusunu danışıbdır - 
Ömrü boyu evdə qalmaq 
Qorxusunu danışıbdır. 
Kişmiş bulaq qara qıza 
«Kişmiş» deyib yola salıb… 
Heç bilsəniz nələr olub 


Сечилмиш ясярляри
  
 
 
41
O bulağın qaynağında, 
O ağacın kölgəsində… 
Arzuları puç olmayıb, 
Heç olmayıb bir kəsin də - 
Kişmiş armud, Kişmiş bulaq 
«ölkəsində». 
Neçəsinə nişan gəlib, 
Neçəsinin toyu olub… 
Yayın günü kölgə salan 
O ağacın boyu olub. 
Bax beləcə, bax bu sayaq 
Yaşayar da, yaşadar da 
Kişmiş armud, Kişmiş bulaq… 
 
1976 
 


 
    
Адил Ъямил
  
 
 
42
 
GÖZÜN AYDIN, OVÇU ƏMRAH 
 
Gözün aydın, ovçu Əmrah, 
Gözlədiyin qış gəlibdir. 
Deyirlər ki, siftə-siftə 
Sınamısan şikarını 
Tüfənginə tuş gəlibdir… 
 
Bilirəm ki, ayaz vurub, 
Üzün-gözün qarsalanıb. 
Bilirəm ki, kirpiyindən, 
Bir də sallaq bığlarından 
Qar sallanıb… 
 
Əlindəmi qoşalülən, 
Belindəmi patrondaşın? 
Bilirəm ki, gizlənmisən 
Çalasında Çapıqdaşın. 
 
Bilirəm ki, bu havada 
Ağaclar ağ «yarpaqlayıb», 
Meşə indi buz-meşədir. 
Neyləyəsən, ovçu Əmrah, 
Ovçuluq da bir peşədir… 
Elə bəlkə 
Bu peşənin həvəsiylə, 
Elə bəlkə 
bu meşənin nəfəsiylə 
Sən qalmısan gümrah, kişi?.. 
Qocaldıqca qıvraqlaşan 
Əmrah kişi, Əmrah kişi… 
1976 
 


Сечилмиш ясярляри
  
 
 
43
 
DAĞLAR OĞLU 
 
Çoban bu dağların dostu, həyanı, 
Çobanlı dağları cavan bilmişəm. 
Zirvədə qaralan qara qayanı 
Qara yapıncılı çoban bilmişəm. 
 
Bəzən bu dağlara çox tələsmişəm, 
Qəlbimin arzusu, kamı başqadır… 
Yüz dost süfrəsində çörək kəsmişəm
Çoban çörəyinin tamı başqadır. 
 
Başqadır çobanın yağı, pendiri, 
Çəmən koma-koma quzu pətəyi… 
Bəzən bir sürünü dağdan endirir 
Dil açıb «yalvaran» çoban tütəyi. 
 
Bu azad zirvədə nə ölüm, nə qan? 
Qoyunlar dik tutar başını burda. 
Özünü ölümə tapşırar çoban, 
Tapşırmaz heç vədə quzunu qurda… 
 
Bəzən də çomağı çarpışıb göylə, 
Çox görüb dumanı, çiskini çoban; 
Bir qaya dibində öz sürüsüylə 
Birlikdə çəkibdir «pis günü» çoban. 
 
Keçməz xəyalından nə şəhər, nə kənd, 
Gözünü açandan dağlıdır çoban. 
Döşündən süd verib ana təbiət - 
Dağların dağ boyda oğludur çoban! 
 
1974 


 
    
Адил Ъямил
  
 
 
44
 
MİSRAM DAĞDAN SU İÇƏ 
 
Bu ana dağların ərköyünüyəm, 
Güllərdir bağrıma basdığım mənim. 
Çəməndə arılar çalıb laylamı, 
Lalə-nərgiz olub yastığım mənim. 
 
Oğulsan o yerdən qopar fikrimi, 
Bir özgə diyara apar fikrimi. 
Azdırar fikrimi, tapar fikrimi 
Şehli yamaclarda azdığım mənim. 
 
Bal damar cökənin yarpaqlarından, 
Nərgiz sırğa taxar qulaqlarından. 
Murovun, Kəpəzin «dodaqlarından» 
Bir qətrə su içə yazdığım mənim. 
 
1973 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə