Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
    
Адил Ъямил
  
 
 
54
 
VƏTƏN 
 
Bir ovuc torpağın olsam ölmərəm
Qəriblər pay umar səadətimdən. 
Sonun harda bitir deyə bilmərəm, 
Əvvəlin başlayır məhəbbətimdən. 
 
Zirvəsən, dərəsən, çaysan, dənizsən, 
Genişsən sahilsiz düzlərin kimi. 
Sən necə büllursan, necə təmizsən 
Sevdiyim gözəlin gözləri kimi. 
 
Hər kəsi qəlbində bir övlad bilib 
Hamıya bir gözlə baxmısan, Vətən. 
Anamın müqəddəs südüylə gəlib 
Qəlbimə, qanıma axmısan, Vətən! 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
55
 
DAĞLARIN TÖHFƏSİ 
 
Məhsul bayramı keçirən Kəlbəcər əməkçilərinə 
 
Quru qayalara dəydi əliniz, 
Qaya çiçəklədi, 
daş çiçəklədi. 
Gündoğan tərəfdən gəldi iliniz
Dağlara döşənən qış çiçəklədi… 
 
Torpağa açdınız ürəyinizi, 
Əkindən, biçindən doymadınız siz. 
Dağlara söykəyib kürəyinizi 
Günəşi batmağa qoymadınız siz. 
 
Elin gur səsinə qatıb səsini 
Aşdı zirvələri çoban, naxırçı. 
Bəyaz çiçəklərin ağ şirəsini 
Qızıl inəklərdən sağdı sağıcı. 
 
Dediniz: - Buludlar günəşi örtər… 
Əkib-becərdiniz yağmurdan qabaq. 
Susuz torpaqları suladı Tərtər, 
Bir zəmi bitirdi bir ovuc torpaq. 
 
Uca zirvələrin sərinliyini 
Küləklər gətirdi dağ ətəyinə. 
O çölün, çəmənin şirinliyini 
Arılar daşıdı öz pətəyinə, 
 
Daşdı o torpağın barı, bəhəri, 
Daşdı sevinc dolu ürəkləriniz. 
 
 


 
    
Адил Ъямил
  
 
 
56
Hər batan axşamı, doğan səhəri 
Şimşəklə yazdınız qayalara siz. 
 
Hər səhər lalətək qızaranda dan 
O torpaq dil açıb «gəl, becər» dedi. 
Ay ana Vətənim
sənin adından 
Bu il də sözünü Kəlbəcər dedi!.. 
 
1979 
 
 


Сечилмиш ясярляри
  
 
 
57
 
BAHARDA 
 
Balaca evimiz bahara sarı, 
Kiçik pəncərəmiz üzü günəşə. 
Doğma vətənimin qərib quşları 
Səsləyər o başdan bizi günəşə. 
 
Bu necə duyğudu, necə həvəsdi? 
Qurumuş ağac da zoğlayıb burda. 
Bağçamız beləcə çiçəkləməzdi, 
Ağaclar günəşi saxlayıb burda. 
 
Qızıl üfüqlərə boylanıram mən, 
Yazın gəlişiylə gəlib durnalar. 
Asılıb günəşin şəfəqlərindən 
Özünü səmaya sərib durnalar
Qəribə durnalar, qərib durnalar… 
 
Qarışqa yuvası - zəhmət dünyası, 
Köçləri qaraçı köçü kimidir. 
Aydınca görürəm bu gələn yazı, 
Kainat ovcumun içi kimidir. 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
58
 
ŞÖHRƏT MUZEYİ 
 
Döyüş şöhrəti muzeyində düşüncələr
 
 
Şöhrəti muzeyə qoyublar sanki, 
Burda hər qarışda bir qəhrəman var. 
Bir parça məktubdan oxuyursan ki, 
Əsgər həyatında neçə roman var. 
 
Baxıram… saralmış şəkildi onlar, 
Mərmi yağışında gül üzlər solub. 
Sönüb, külə dönüb alovlu anlar, 
İnsanı solduran gilizlər solub. 
 
O dərin dənizlər olub bir gilə
Düşmənlər suyundan içə bilməyib. 
Bu ana vətənə atılan güllə 
Əsgər sırasından keçə bilməyib. 
 
Həkimlər yoxlayıb əsgər canını, 
Ürəkdən arzu yox, güllə çıxıbdır. 
Səhralar içdikcə əsgər qanını 
Torpaqdan qırmızı lalə çıxıbdır. 
 
Baxıram… Qaynayır döyüşçü gözü, 
Öləndən sonra da onlar sağ imiş. 
Bir addım qabağa atılmaq özü 
Vətəni bir addım artırmaq imiş!.. 
 
1980
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
59
 
VƏTƏN BAYATILARI 
 
İz altında itən izdir, 
Ürəksizdir, bədənsizdir 
O insan ki, el-obasız, 
O insan ki, vətənsizdir. 
 
*** 
 
Gedər gənclik, gəlməz daha, 
Baxt üzünə gülməz daha. 
Bir qəribə son nəfəsdə 
Vətən versən ölməz daha. 
 
*** 
 
Çəmən gördüm, borc istədim, 
Qala gördüm, bürc istədim. 
Bu torpağı qorumağa 
Bu torpaqdan güc istədim. 
 
*** 
 
Dağların bənövşə barı, 
Bağların güleyşə narı… 
Azalmasın, tükənməsin 
Vətənin həmişə varı. 


 
    
Адил Ъямил
  
 
 
60
 
*** 
 
O qızaran qızıl dandır, 
Qızıl günəş qızıl qandır… 
Bu torpağa qiymət verək
Hər qarışı qızıldandır. 
 
*** 
 
Bülbül ağlar: gülüm hanı? 
Sona ağlar: gölüm hanı? 
Uyuşmayıb qürbət elə 
Qərib ağlar: elim hanı?.. 
 
*** 
 
O görünən Qoçdaşımdır, 
Hər qəlpəsi qaş-daşımdır. 
Bu torpağın adi daşı 
Nə zamansa baş daşımdır. 
 
*** 
 
Vətən, sənsiz axırım yox, 
Yolağam yox, cığırım yox. 
Ha desələr: Uğur olsun! 
Yenə sənsiz uğurum yox… 
 
1980 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə