Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(20) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Əlaqəli tərəflər. Əlaqəli tərəflər haqqında məlumat BMUS 24-ə “Əlaqəli tərəflər barədə açıqlamalar” uyğun 

olaraq açıqlanır. 

 

Dövlətin iqtisadi və sosial siyasəti Qrupun maliyyə  vəziyyətinə,  əməliyyat nəticələrinə  və pul vəsaitlərinin 



hərəkətinə  təsir edir. Dövlət tərəfindən Qrupun üzərinə Azərbaycan Respublikasındakı müştərilərə dövlətin 

nəzarət etdiyi qiymətlərlə davamlı olaraq neft və qaz təchiz etmək öhdəliyi qoyulmuşdur. Dövlətlə 

əməliyyatlara Qeyd 20-də göstərilən vergilər daxildir. 

 

Əlaqəli tərəflər öz aralarında  əlaqəli olmayan tərəflərin apara bilmədiyi  əməliyyatları  həyata keçirə bilər. 



Bununla yanaşı,  əlaqəli tərəflər arasında aparılan  əməliyyatların  şərtləri, müddətləri və  məbləğləri  əlaqəli 

olmayan tərəflər arasında aparılan əməliyyatlarla eyni olmaya bilər. 

 

Əlaqəli tərəflərlə aparılan  əməliyyatların xarakterinə görə onlar kommersiya cəhətdən müstəqil tərəflər 



arasında həyata  keçirilən əməliyyatların şərtlərinə uyğun hesab edilə bilməz. 

 

Maraqların ötürülməsi haqqında müqavilələr. Qrupun maliyyələşdirilən tərəf kimi iştirak etdiyi maraqların 

ötürülməsi haqqında müqavilə maliyyələşdirən tərəfin hər iki tərəfin iştirak payı olduğu layihədə 

maliyyələşdirilən tərəfin hasilatdan əvvəlki xərclərinin bir hissəsini və ya hamısını ödəmək üçün razılaşdığı 

müqavilədir. Layihə uğursuz olduqda, maliyyələşdirən tərəfin maliyyələşdirilən tərəfin adından çəkdiyi xərclər 

ona ödənilmir. Layihə uğurlu olarsa, maliyyələşdirən tərəfin çəkdiyi xərclər maliyyələşdirilən tərəfə aid olan 

hasilatdakı pay üzrə daxilolmalardan nağd pul şəklində və ya maliyyələşdirilən xərclər bərpa edilənə qədər 

hasilatdan qeyri-proporsional yüksək pay əldə etməklə ödənilir. 

 

Maraqların ötürülməsi haqqında müqavilələrin  şərtlərindən asılı olaraq, Qrup həmin müqavilələri 



maliyyələşdirmə müqaviləsi və ya alqı-satqı müqaviləsi kimi tanıyır. 

 

Maliyyələşdirmə müqavilələrində maliyyələşdirən tərəfin maliyyələşdirilən tərəfi maliyyə  vəsaiti ilə  təmin 



etməsi və təmin edilmiş vəsaitlər üzrə borcverəndən faiz alması ehtimal edilir. Bu halda əlavə hasilat hüququ 

müqaviləni dəstəkləyən təminat kimi çıxış edir. 

 

Alqı-satqı müqaviləsində maliyyələşdirilən tərəf effektiv olaraq layihədəki payını tam və ya qismən 



maliyyələşdirən tərəfə satır. Layihə uğurlu olduğu təqdirdə, maliyyələşdirən tərəfin daxilolmalardakı payının 

artması müqabilində layihəni maliyyələşdirməsi tələb olunur və maliyyələşdirilən tərəfin daxilolmalardakı payı 

azalır. 

 

Layihələrin kəşfiyyat mərhələsində layihələrin nəticələri və maliyyələşdirən tərəfin maliyyələşdirilən tərəfin 



adından çəkilmiş xərcləri qaytarması ehtimalı qeyri-müəyyən olduqda, Qrup maraqların ötürülməsi ilə bağlı 

əməliyyatları və qalıqları konsolidasiya edilmiş maliyyə hesabatlarında qeydə almır. 

 

Biznes olmayan törəmə müəssisənin tədricən alınması. Əvvəllər asılı müəssisələrə investisiya kimi uçota 

alınmış törəmə müəssisənin tədricən alınması kapital metodu əsasında balans dəyəri olan məbləğlə (bu 

məbləğ asılı müəssisədə ilkin dəyərə aiddir) tanınır və həmin məbləğə asılı müəssisə üzərində nəzarət əldə 

etmək üçün Qrupun əlavə investisiyalarının dəyəri (“fərz edilən” ilkin dəyər)  əlavə edilir. Asılı müəssisə 

üzərində  nəzarət  əldə edildikdən sonra, Qrupun törəmə müəssisəsinə çevrilir və “fərz edilən” ilkin dəyər 

törəmə müəssisənin fərdi müəyyən edilə bilən aktivlərinə və ya öhdəliklərinə aşağıdakı kimi bölüşdürülür: 

 

monetar aktivlər və monetar öhdəliklər ədalətli dəyərlə tanınır; 



 

monetar aktivlərin və monetar öhdəliklərin  ədalətli dəyəri çıxıldıqdan sonra qalan “fərz edilən” ilkin 

dəyərin məbləği alış tarixində ədalətli dəyərlər əsasında qeyri-monetar aktivlərə və ya qeyri-monetar 

öhdəliklərə bölüşdürülür. 

 

Satış  və ya əsas  şirkətin kapital sahiblərinə paylanması üçün saxlanılan uzunmüddətli aktivlər və 

dayandırılmış  əməliyyatlar. Uzunmüddətli aktivlərin və satılıq  əməliyyat qruplarının balans dəyəri 

istifadənin davam etdirilməsi deyil satış  əməliyyatı  nəticəsində  bərpa olunacaqsa, Şirkət onları satış  və ya 

əsas şirkətin kapital sahiblərinə paylanması üçün saxlanılan aktivlər kimi təsnif edir. Satış və ya paylanma 

üçün saxlanılan bu cür uzunmüddətli aktivlər və satılıq əməliyyat qrupları onların balans dəyəri ilə ölçülür. 

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(21) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Satış  və ya əsas  şirkətin kapital sahiblərinə paylanması üçün saxlanılan uzunmüddətli aktivlər və 



dayandırılmış  əməliyyatlar (davamı). Paylanma üçün saxlanılan aktivlər kimi təsnif etmə meyarı yalnız 

paylanma ehtimalı yüksək olanda və aktiv və ya satılıq əməliyyat qrupu cari vəziyyətində dərhal paylanmaq 

üçün hazır olanda yerinə yetirilmiş hesab olunur. Paylamanı başa çatdırmaq üçün görülmüş  tədbirlər onu 

göstərməlidir ki, paylanmaya əhəmiyyətli dəyişikliklərin edilməsi və ya həmin paylanmanın ləğv edilməsi 

ehtimalı yoxdur. Rəhbərlik təsnifat tarixindən bir il ərzində gözlənilən paylanmanı həyata keçirmək öhdəliyini 

daşıyır. 

 

Əsas vəsaitlər və qeyri-maddi aktivlər satış  və ya paylanma üçün saxlanılan aktivlər kimi təsnif edilərsə, 



onlarla əlaqəli köhnəlmə və ya amortizasiya hesablanmır. Satış və ya paylanma üçün saxlanılan aktivlər və 

öhdəliklər kimi təsnif edilmiş maddələr maliyyə  vəziyyəti haqqında hesabatda ayrıca olaraq cari maddələr 

kimi əks etdirilir. 

 

Satılıq əməliyyat qrupu aşağıdakı hallarda dayandırılmış əməliyyatlar kateqoriyasına aid edilir: 



 

PVYV və ya PVYV-lər qrupudur; 

 

Satış və ya paylanma üçün saxlanılan maddə kimi təsnif olunur və ya artıq bu yolla satılmışdır; 



 

Əsas fəaliyyət növü və ya əsas coğrafi ərazidir; 

 

Dayandırılmış  əməliyyatlar davam edən  əməliyyatların nəticələrindən çıxarılır və  mənfəət və ya zərər 



haqqında hesabatda dayandırılmış  əməliyyatlardan vergidən sonra əldə edilmiş  mənfəət və ya zərər kimi 

vahid məbləğ formasında təqdim edilir. Əlavə açıqlamalar 33-cü Qeyddə  təqdim edilir. Digər  şərt 

göstərilməsə, maliyyə hesabatlarına bütün digər qeydlərə  əsasən davam edən  əməliyyatlardan məbləğlər 

daxildir.  

 

Yenidən təsnifləşdirmələr. Cari ilin maliyyə hesabatlarının təqdimatına uyğunlaşmaq məqsədilə keçən ilin 

Konsolidasiya Edilmiş Maliyyə Vəziyyəti haqqında Hesabatda, Konsolidasiya Edilmiş Mənfəət və ya Zərər və 

Digər Məcmu Gəlir

 

haqqında Hesabatda, Konsolidasiya Edilmiş Pul Vəsaitlərinin Hərəkəti haqqında 

Hesabatda və müvafiq qeydlərdə müəyyən yenidən təsnifləşdirmələr aparılmışdır. Bunlar Qrupun maliyyə 

vəziyyətinə, əməliyyatların nəticələrinə və kapitala əhəmiyyətli təsir göstərməmişdir. 

 

Konsolidasiya edilmiş maliyyə vəziyyəti 

haqqında hesabat 

 

Təsnifləşdiril-

mədən əvvəl Təsnifləşdirilmə 

Təsnifləşdiril-

mədən sonra 

 

 

Asılı müəssisələrə investisiyalardan ticarət və digər 

debitor borclarına, ticarət və digər debitor borclarından 

digər uzunmüddətli maliyyə aktivlərinə, ticarət və digər 

debitor borclarından digər cari maliyyə aktivlərinə, 

Mənfəət vergisi üzrə əvvəlcədən ödənişlərdən ticarət 

və digər debitor borclarına yenidən təsnifləşdirilmə: 

 

 



 

Ticarət və digər debitor borcları 5,034 

(14) 

5,020 


Asılı müəssisələrə investisiyalar 

1,165 


(8) 

1,157 


Digər uzunmüddətli maliyyə aktivləri 158 

29 


187 

Digər cari maliyyə aktivləri 136 

142 


Mənfəət vergisi üzrə avans ödənişləri 11 

(11) 


– 

Mənfəət vergisi üzrə kreditor borclarının vergilər üzrə 

kreditor borclarına təsnifləşdirilmə: 

 

 



 

Mənfəət vergisi üzrə kreditor borcları (6) 

– 

Vergilər üzrə kreditor borcları (595) 



(6) 

(601) 


  

 

 



 

  

 

 



 

 

 



 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə