Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(22) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Yenidən təsnifləşdirmələr (davamı). 

 

Konsolidasiya edilmiş mənfəət və ya zərər

və digər məcmu gəlir haqqında hesabat 

 

Təsnifləşdiril-

mədən əvvəl Təsnifləşdirilmə 

Təsnifləşdiril-

mədən sonra 

 

 

Satışların maya dəyərindən Sair əməliyyat xərclərinə, 

Paylama xərclərinə və Sosial xərclərə, Sair əməliyyat 

xərclərindən Ümumi və inzibati xərclərə, Paylama 

xərclərindən Satışların maya dəyərinə və Ümumi və 

inzibati xərclərdən Sair əməliyyat xərclərinə yenidən 

təsnifləşdirilmə: 

 

 



 

Satışların maya dəyəri 14,010 

(61) 

13,949 


Sair əməliyyat xərcləri 564 

18 


582 

Paylaşdırma xərcləri 412 

40 

452 


Sosial xərclər 233 

239 



Ümumi və inzibati xərclər 672 

(3) 


669 

Sair əməliyyat mənfəətindən gəlirlərə yenidən 

təsnifləşdirilmə: 

 

 



 

Gəlirlər 17,139 

17,141 


Sair əməliyyat gəliri 152 

(2) 


150 

  

 



 

 

 



Qrup müəyyən növ məsrəflərin (məsələn, istehsal vahidlərinin müəyyən inzibati məsrəfləri və s.) təqdim 

edilməsini dəyişmişdir. Nəticədə, əvvəlki dövrə aid müəyyən məsrəflər cari dövrün təqdimatına uyğunlaşmaq 

məqsədilə yenidən təsnif edilmişdir. 

 

 





Əhəmiyyətli uçot təxminləri və mülahizələri 

 

Qrup hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərən təxminlər və fərziyyələr irəli 



sürür. Həmin təxminlər və  fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə  və digər amillərə, həmçinin 

rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış  gələcək hadisələr üzrə  təxminlərə  əsasən 

təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr irəli sürür. Konsolidasiya 

edilmiş hazırkı maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr 

və hesabat tarixinə aktiv və öhdəliklərin balans dəyərinə  əhəmiyyətli düzəlişlərin edilməsinə  səbəb olan 

təxminlərə aşağıdakılar daxildir: 

 

Dayandırılmış əməliyyatlar. 22 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Qrupun 

törəmə müəssisəsi olan Xəzər Dəniz Neft Donanmasının (XDND) Qrupun mülkiyyətindən çıxararaq yeni 

yaradılmış dövlət müəssisəsi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ADXDŞ) nəzarəti altında 

olan digər dövlət müəssisəsi ilə birləşdirilməsi haqqında sərəncam imzalamışdır. Qrup XDND-nin xaric 

edilməsini aşağıdakı səbəblərdən dayandırılmış əməliyyatlar kimi təsnif edilmək meyarına uyğun gəlməsini 

hesab etmişdir: 

 

ayrıca əsas fəaliyyət istiqamətini təqdim edir; 



 

ayrıca əsas fəaliyyət istiqamətini xaric etmək üçün vahid koordinasiya olunan planın bir hissəsidir. 

 

Neft və qaz ehtiyatlarının qiymətləndirilməsi. Neft və qaz ehtiyatları Qrupun investisiya sahəsində qərar 

qəbul edilməsi prosesində  əsas elementlərdir. Onlar həmçinin dəyərsizləşmə üzrə yoxlanmanın mühüm 

elementləridir. 

 

 

Təsdiqlənmiş neft və qaz ehtiyatlarında, xüsusilə  də  təsdiqlənib işlənilmiş ehtiyatlarda baş vermiş 

dəyişikliklər mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks olunan istehsal həcmindən 

asılı olaraq amortizasiya xərclərinə təsir göstərir. 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(23) 




Əhəmiyyətli uçot təxminləri və mülahizələri (davamı) 

 

Neft və qaz ehtiyatlarının qiymətləndirilməsi (davamı).  Təsdiqlənmiş neft və qaz ehtiyatları mövcud 

iqtisadi və  əməliyyat  şəraitində (yəni qiymətləndirmə tarixinə qiymətlər və  xərclər) geoloji və mühəndislik 

məlumatlarının gələcək illərdə məlum yataqlardan məsrəflərin ödənilməsini kifayət qədər əminliklə göstərdiyi 

xam neft və  təbii qazın qiymətləndirilmiş miqdarıdır. Təsdiqlənib işlənilmiş ehtiyatlar dedikdə mövcud 

quyularda mövcud avadanlıqlar və onların istismar üsulları vasitəsi ilə  bərpa edilməsi gözlənilə bilən 

ehtiyatlar başa düşülür. Neft və qaz ehtiyatlarının ilkin qiymətləndirmələri mahiyyət etibarı ilə qeyri-

müəyyəndir, mülahizələrin tətbiq edilməsini tələb edir və  gələcəkdə yenidən baxılmalıdır. Müvafiq olaraq, 

təsdiqlənib işlənilmiş  və ya təsdiqlənmiş ehtiyatlara əsaslanan maliyyə  və uçot ölçüləri də (tükənmə  və 

amortizasiya xərcləri və aktivlərin ləğv olunması üzrə öhdəliklər üçün ehtiyatlar) dəyişə bilər. 

 

Təsdiqlənmiş ehtiyatlar rezervuarlara və quyulara dair mövcud məlumatlara istinadən qiymətləndirilir. Yeni 



məlumatlara (misal üçün, məhsulun qiymətləri, müqavilə şərtləri və ya işlənmə planları daxil olmaqla, qazma 

və hasilatla bağlı fəaliyyət və ya iqtisadi amillərdə dəyişikliklər) əsasən təsdiqlənmiş ehtiyatlarla bağlı bütün 

qiymətləndirmələrə (artırılması  və ya azaldılması istiqamətində) yenidən baxılmalıdır.  İşlənmə planları 

haqqında yeni məlumatların  əldə edilməsi nəticəsində karbohidrogen ehtiyatlarının texniki istismar 

müddətində baş verən dəyişikliklər illik yenidən qiymətləndirmələrin aparılmasının əsas səbəbidir. İşlənmə və 

hasilat fəaliyyəti haqqında yeni məlumatların  əldə edilməsi nəticəsində karbohidrogen ehtiyatlarının texniki 

istismar müddətində baş verən dəyişikliklər illik yenidən qiymətləndirmələrin aparılmasının əsas səbəbidir. 

 

Ümumiyyətlə, işlənməmiş  və ya qismən işlənmiş yataqlarla bağlı ehtiyatlar üzrə qiymətləndirmələr, 



işlənməmiş  və ya tükənən yataqlara nisbətən, gələcək istismar müddəti  ərzində daha böyük qeyri-

müəyyənliyə  məruz qalır. Yataqda hasilat işləri başlandıqda,  əlavə quyuların qazılmasına və ya hasilat 

şəraitində olan rezervuarın uzunmüddətli fəaliyyətinə dair əlavə  məlumatlar  əldə etdikdən sonra, 

təsdiqlənmiş ehtiyatların miqdarına gələcəkdə yenidən baxılmalıdır. Bu yataqlar işləndikcə, yeni məlumatlar 

dəyişikliklərə gətirib çıxara bilər. 

 

1 yanvar 2014-cü il tarixinə ARDNŞ-nin təsdiqlənmiş ehtiyatları Neft Mühəndisləri Cəmiyyətinin qaydalarına 



uyğun olaraq müstəqil rezervuar mühəndisləri tərəfindən hazırlanmış hesabatlara əsaslanır.  

 

Aktivlərin ləğv olunması üzrə öhdəliklər. Bundan sonra Qeyd 21-də müzakirə edildiyi kimi, rəhbərlik neft 

və qaz hasilatı obyektlərinin, kəmərlərin və köməkçi avadanlıqların istismardan çıxarılması  və bu aktivlərin 

gələcək dəyəri və faydalı istifadə müddətinə dair təxminlərə əsasən ətraf mühitin bərpası məqsədilə gələcək 

xərclər üçün ehtiyatlar yaradır. Gələcək aktivlərin dəyərsizləşməsi üzrə öhdəliklərin müəyyənləşdirilməsi 

mürəkkəb məsələdir və rəhbərlikdən uzaq gələcəkdə baş verəcək öhdəliklərin silinməsinə dair təxminlərin və 

mülahizələrin yaradılmasını tələb edir. Mövcud öhdəliklərin ölçüsündə baş verən dəyişikliklər təxmin edilmiş 

vaxt, gələcək xərclər və ya qiymətləndirmədə istifadə edilmiş diskont dərəcələrində baş verən dəyişikliklər 

nəticəsində yarana bilər. 

 

Qrup, aktivlərin silinməsi üzrə öhdəliklərini Beynəlxalq Maliyyə Hesabatları  Şərhi Komitəsi (BMHŞK) 1, 



İstismardan Çıxarılma, Bərpa üzrə Mövcud və Oxşar Öhdəliklərdə  Dəyişikliklər haqqında qaydalara uyğun 

olaraq qiymətləndirir. Ehtiyat kimi uçota alınmış  məbləğ mövcud öhdəliyin hesabat tarixinə qüvvədə olan 

qanunvericiliyə  və qaydalara uyğun olaraq yerinə yetirilməsi üçün tələb olunan məsrəflər üzrə  ən dəqiq 

təxminləri əks etdirir və həmçinin qanunvericilik, qaydalar və onlara dair müvafiq şərhlərin dəyişdirilməsi və 

yenidən işlənməsi ilə əlaqədar olaraq dəyişə bilər. Hökümət orqanları  ətraf mühitlə bağlı qanunvericiliyi və 

onun tətbiqini davamlı olaraq nəzərdən keçirir. Bu səbəbdən Qrupun aktivlərin silinməsi üzrə əsas öhdəlikləri 

uçota alınmış  məbləğlərdən fərqli ola bilər. Bu ehtiyatlar subyektiv xarakter daşıdığına görə belə  xərclərin 

məbləği və yaranma müddəti ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Neft və qaz hasilatı obyektlərinin 

istismardan çıxarılması, o cümlədən ləğv etmə  və sahənin bərpası  xərcləri ilə bağlı  təxmin edilmiş öhdəlik 

31 dekabr 2013-cü il tarixinə 371 AZN (2012-ci il: 621 AZN) təşkil etmişdir. Bu şərtlərdən hər hansı birinin 

dəyişməsi Qrupun ayırdığı ehtiyatlar üzrə düzəlişlərin aparılmasına gətirib çıxara bilər. 

 

Rəhbərlik ləğv etmə  və sahənin bərpa xərclərini diskontlaşdırmaq üçün istifadə edilən diskont dərəcələrini 

pul vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini və lazım gəldikdə müvafiq öhdəliyə xas olan riskləri 

əks etdirən vergidən  əvvəl faiz dərəcəsi kimi müəyyən edir. 31 dekabr 2013-cü il tarixinə istifadə edilmiş 

diskont dərəcəsi  6.33  faiz  dərəcəsindən 7.96 faiz dərəcəsinədək (2012-ci il: 5.97 faiz) təşkil etmişdir. 

Rəhbərlik hesab edir ki, bu diskont dərəcəsi hesabat tarixinə Azərbaycanda neft və qazın kəşfiyyatı, 

qiymətləndirilməsi, işlənməsi və paylanması sahəsinə aid olan bütün risk və qeyri-müəyyənlikləri müvafiq 

olaraq əks etdirir. 

 

Hesablama zamanı istifadə edilmiş təxmin edilən diskont dərəcəsi rəhbərliyin təxminlərindən 1 faiz çox /az 



olsaydı, ehtiyatın balans dəyəri, müvafiq olaraq, 64 AZN az /97 AZN çox olardı. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə