Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(26) 


4 Yeni 

və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi 

 

1 yanvar 2013-cü il tarixinə qüvvəyə minən BMHS-na aşağıdakı düzəlişlər istisna olmaqla qəbul edilmiş 



mühasibat uçotu qaydaları keçən maliyyə ilinin uçot qaydalarına uyğundur: 

 

1 saylı BMUS-a düzəliş, “Digər Ümumi Gəlir maddələrinin təqdim edilməsi”. 1 saylı BMUS-a düzəlişlər 

digər ümumi gəlirdə təqdim edilmiş maddələrin qruplaşdırılmasını tətbiq edir. Gələcək bir tarixdə mənfəət və 

ya zərərə yenidən təsnif edilə bilən maddələr (misal üçün, xalis aktivin hedcinqi üzrə xalis gəlir, xarici 

əməliyyatların çevrilməsi üzrə  məzənnə  fərqi, pul vəsaitlərinin hərəkəti üzrə hedcinqlərdə xalis hərəkət və 

satış üçün mövcud olan maliyyə aktivləri üzrə xalis zərər və ya gəlir) indi heç vaxt yenidən təsnif edilməyəcək 

maddələrdən (misal üçün, müəyyən ödənişlərlə pensiya planı  və torpaq və binaların yenidən 

qiymətləndirilməsi üzrə aktuar gəlirlər və  zərərlər) ayrıca təqdim edilməlidir. Düzəliş yalnız məlumatların 

təqdim edilməsinə aid olmuş və Qrupun maliyyə vəziyyətinə və ya nəticələrinə təsir göstərməmişdir.

 

 



1 saylı BMUS “Müqayisəli məlumat üçün tələbin aydınlaşdırılması” (Düzəliş).

 

1 saylı BMUS-a düzəliş 



könüllü  əlavə müqayisəli məlumat və minimal tələb olunan müqayisəli məlumat arasında fərqi izah edir. 

Müəssisə minimal tələb olunan müqayisəli dövrdən əlavə könüllü olaraq müqayisəli məlumat təqdim etdikdə 

maliyyə hesabatlarının  əlaqəli qeydlərinə müqayisəli məlumat daxil etməlidir.  Əlavə könüllü müqayisəli 

məlumatın maliyyə hesabatlarının tam toplusunda təqdim olunması tələb edilmir. Maliyyə vəziyyəti haqqında 

açılış hesabatı (“üçüncü balans hesabatı” kimi tanınır) müəssisə mühasibat uçotu qaydalarını retrospektiv 

tətbiq etdikdə, retrospektiv yenidən hesablamalar apardıqda və ya maliyyə hesabatlarında maddələri yenidən 

təsnif etdikdə o şərtlə  təqdim olunmalıdır ki, bu düzəlişlərin hər birinin əvvəlki dövrün əvvəlində maliyyə 

vəziyyəti haqqında hesabata əhəmiyyətli təsiri olsun. Düzəliş göstərir ki, üçüncü balans hesabatı  əlaqəli 

qeydlərdə müqayisəli məlumatla mütləq müşayiət olunmamalıdır. 34 saylı BMUS-a uyğun olaraq 

konsolidasiya edilmiş  qısaldılmış aralıq maliyyə hesabatları üçün tələb olunan minimal maddələrə üçüncü 

balans hesabatı daxil deyil. 

 

  



19 saylı BMUS “İşçilərin mükafatlandırılması” (2012-ci ildə yenidən baxılıb) (BMUS 19R). 19R saylı 

BMUS aşağıdakıların uçot qaydasında bir sıra düzəlişlər edir: müəyyən ödənişlərlə pensiya planları, o 

cümlədən hazırda digər ümumi gəlirdə (DÜG) tanınan və  mənfəət və  zərərdən həmişəlik çıxarılmış aktuar 

gəlir və zərərlər; artıq mənfəət və zərərdə tanınmayan plan aktivləri üzrə gözlənilən gəlirlilik – bunun əvəzinə 

müəyyən mükafatlandırma öhdəliyini ölçmək üçün istifadə olunan diskontlaşdırma dərəcəsini istifadə etməklə 

mənfəət və ya zərərdə xalis müəyyən mükafatlandırma öhdəliyi (aktivi) üzrə faizin tanınması tələb olunur; və 

işçilərin keçmiş  əmək fəaliyyəti üçün zəmanət verilməmiş  xərclər düzəliş ediləndə  və ya əlaqəli 

restrukturizasiya və ya ləğvetmə xərcləri tanınanda (hansı daha tez olarsa) mənfəət və ya zərərdə tanınır. 

Digər düzəlişlərə  kəmiyyət həssaslığına dair açıqlamalar kimi yeni açıqlamalar daxildir. Düzəliş Qrupun 

konsolidasiya edilmiş maliyyə hesabatlarına təsir göstərməmişdir. 

 

10 saylı BMHS “Konsolidasiya edilmiş maliyyə hesabatları” və 27 saylı BMUS “Ayrı maliyyə 

hesabatları”. 10 saylı BMHS xüsusi məqsədli müəssisələr də daxil olmaqla bütün müəssisələrə tətbiq edilən 

vahid nəzarət modelini təqdim edir. 10 saylı BMHS 27 saylı “Konsolidasiya edilmiş  və ayrı maliyyə 

hesabatları” BMUS-nun əvvəl mövcud olmuş  və konsolidasiya edilmiş maliyyə hesabatlarının uçotuna aid 

olan hissələrini  əvəz edir. Bundan əlavə, buraya 12 saylı “Konsolidasiya – Xüsusi Məqsədli Müəssisələr” 

BMHŞK şərhində qaldırılmış məsələlər daxildir. 10 saylı BMHS nəzarət anlayışını dəyişir. Belə ki, investor bu 

halda investisiya obyektinə  nəzarət edir ki, həmin investor investisiya obyektində  iştirakla bağlı  dəyişkən 

gəlirlər riskinə  məruz qalsın və ya bunları  əldə etmək hüququna malik olsun və investisiya obyekti üzrə 

səlahiyyəti vasitəsilə  həmin gəlirlərə  təsir göstərmək imkanına malik olsun. 10 saylı BMHS-dakı  nəzarət 

anlayışına uyğunlaşmaq məqsədilə  hər üç meyar qarşılanmalıdır, o cümlədən: (a) investor investisiya 

obyekti üzrə  səlahiyyətə malikdir, (b) investor investisiya obyektində  iştirakla bağlı  dəyişkən gəlirlər riskinə 

məruz qalır və ya bunları əldə etmək hüququna malik olur, və (c) investor investorun gəlirlərinin məbləğinə 

təsir göstərmək üçün investisiya obyekti üzrə hüquqlarını istifadə etmək imkanına malikdir. 



 

11 saylı BMHS “Birgə layihələr” və 28 saylı BMUS “Asılı və birgə müəssisələrə investisiya”. 11 saylı 

BMHS 31 saylı “Birgə müəssisələrdə paylar” BMUS-nu və 13 saylı “Birgə nəzarət altında olan Müəssisələr —

 Sahibkarlar tərəfindən Qeyri-Monetar İanələr” adlı BMHŞK  şərhini  əvəz edir. 11 saylı BMHS birgə idarə 

olunan müəssisələrin proporsional konsolidasiya metodu ilə uçota alınması imkanına son qoyur. Bunun 

əvəzində, 11 saylı BMUS-na uyğun olaraq birgə müəssisə meyarına uyğun gələn birgə idarə olunan 

müəssisələr kapital metodundan istifadə etməklə uçota alınmalıdır. Düzəliş Qrupun konsolidasiya edilmiş 

maliyyə hesabatlarına təsir göstərməmişdir. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə