Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   32   33   34   35   36   37   38   39   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(64) 


32 Mənfəət vergisi (davamı) 

 

Bundan əlavə, Qrup törəmə müəssisəsi olan Azərbaycan (Şah Dəniz) MMC (“AzŞD”) vasitəsilə Şah Dəniz 



HPBS-nin iştirakçısıdır.  Şah Dəniz HPBS-nin müddəalarına uyğun olaraq AzŞD mənfəət vergisinə görə 

cavabdehdir. Buna baxmayaraq, HPBS-nə uyğun olaraq Dövlət podratçı tərəflərin adından Dövlətə aid olan 

mənfəət neftinin satışları üzrə  gəlirdən vergilərin ödənilməsini aparır. Müvafiq olaraq, 2013-cü il üzrə  Şah 

Dəniz layihəsinə aid olan 22 AZN məbləğində  mənfəət vergisi Mənfəət və  Zərər və Digər Məcmu Gəlir 

haqqında Hesabatda xam neftin və  təbii qazın satışlarından gəlir və  mənfət vergisi xərci kimi tanınmışdır 

(2012-ci il: 24 AZN). 31 dekabr 2013-cü və 2012-ci il tarixlərinə AzŞD-nin təxirə salınmış vergisinin qalığı sıfır 

olmuşdur. Bundan əlavə, AzŞD Azərbaycan Respublikasında müəyyən adi əməliyyat vergilərindən azad 

edilmişdir. Vergi orqanları tərəfindən AzŞD-yə verilmiş və 3 iyun 2026-cı il tarixinə qədər qüvvədə olan ƏDV 

şəhadətnəməsinə uyğun olaraq AzŞD-yə Şah Dəniz HPBS üzrə Podratçı Tərəflər üçün nəzərdə tutulan sıfır 

dərəcəsində ƏDV tətbiq edilir. 

 

Qrup törəmə müəssisəsi olan Petkim şirkəti vasitəsilə Türkiyədə fəaliyyət göstərir. Türkiyədə mənfəət vergisi 



dərəcəsi 20 faiz təşkil edir. Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq Türkiyədə  fəaliyyət 

göstərən qeyri-rezident şəxslərə ödənilən dividendlərə 15 faiz dərəcəsinə  bərabər mənbədən tutulan vergi 

tətbiq edilmir. Mənfəət vergisi rüblük ödənilir. Bundan əlavə, Türkiyənin Mənfəət Vergisi haqqında 

Qanunvericiliyində müəssisələr üçün bir çox güzəştlər nəzərdə tutulur. Bu güzəştlərə vergi bazasının 

müəyyən edilməsi zamanı investisiyaların 25 faizə qədər mənfəətdən çıxılması da daxildir. 

 

 



33 Dayandırılmış əməliyyatlar 

 

22 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Qrupun törəmə müəssisəsi olan 

XDND Qrupun mülkiyyətindən çıxararaq yeni yaradılmış dövlət müəssisəsi ADXDŞ-ə keçirilməsi haqqında 

sərəncam imzalamışdır. Rəhbərlik belə qərara gəlmişdir ki, Qrupun nəzarəti itirməsi tarixi 30 dekabr 2013-cü 

ildir. 

 

XDND-nin 31 dekabr 2013-cü və 2012-ci il tarixlərinə başa çatmış illər üzrə nəticələri aşağıda təqdim edilir: 



 

2013 2012

 

 



 

Gəlirlər və digər gəlir 

61 35 

Xərclər 


(92) (93)

 

 



 

 

 

Ümumi zərər 

(31) 

(58)

 

 



 

Maliyyə xərci 

(1) (4)

 

 



 

 

 

 

Mənfəət vergisindən əvvəl zərər 



(32) 

(62)



 

 

 

Mənfəət vergisi xərci 



(10) (3)

 

 



 

  

 



Dayandırılmış əməliyyatlardan il üzrə vergidən sonra zərər

(42) (65)

 

 

 

XDND tərəfindən çəkilmiş xalis pul vəsaitlərinin hərəkəti aşağıdakı kimidir: 



 

2013 2012

 

 



 

Əməliyyat 

66 89 

İnvestisiya 



(66) (89)

Maliyyələşmə 

–  

 

 

 



 

 

Xalis pul vəsaitlərinin məxarici/(mədaxili)

– 



 

 

 

 


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(65) 


34 

Əhəmiyyətli nağdsız investisiya və maliyyələşdirmə fəaliyyətləri 

 

Aşağıda pul vəsaitlərinin hərəkəti haqqında hesabata daxil edilməyən və pul vəsaitləri və pul vəsaitlərinin 



ekvivalentlərinin istifadəsini tələb etməyən investisiya və maliyyələşdirmə əməliyyatları göstərilmişdir: 

 

 



2013 2012

 

 



 

Nağdsız şəkildə investisiya və maliyyələşdirmə əməliyyatları

 

Aktivlərin silinməsi üzrə kapitallaşdırılmış xərclər (54) 

28 

Əsas vəsaitlərin Dövlətə köçürülməsi (Qeyd 14) 



(33) 

(47)


Törəmə müəssisənin Dövlətə keçirilməsi (Qeyd 26) 

(246) 


– 

 

 



 

 

Nağdsız şəkildə investisiya və maliyyələşdirmə əməliyyatları



(333) (19)

 

 

 

35  Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri 

 

Əməliyyat mühiti. Qrupun əməliyyatları Azərbaycan Respublikasında həyata keçirilir. Bazar iqtisadiyyatlı 

yeni ölkə kimi hazırda Azərbaycan daha yetkin bazar iqtisadiyyatına xas olan biznes və  tənzimləyici 

infrastrukturu yaratmaqdadır. 

 

Azərbaycan Respublikasında iqtisadi şərait inkişaf etsə  də, iqtisadi vəziyyətdə yeni yaranmış bazar 



iqtisadiyyatına səciyyəvi xüsusiyyətlər müşahidə olunmaqdadır. Bunlara milli valyutanın Azərbaycan 

Respublikasından xaricdə  əksər ölkələrdə  sərbəst dönərli valyuta hesab edilməməsi və bununla 

məhdudlaşmayan bu kimi xüsusiyyətlər daxildir. Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi 

müxtəlif şərhlərə və dəyişikliklərə məruz qalır. 

 

Azərbaycan Respublikasında iqtisadi sabitliyin gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, 



maliyyə  və monetar tədbirlərin effektivliyindən, eləcə  də vergi, hüquqi, normativ və siyasi hadisələrin 

gedişatından xeyli dərəcədə asılıdır. Rəhbərlik Qrupun əməliyyatlarına təsir göstərə biləcək bütün iqtisadi 

tendensiyaları, eləcə  də onların Qrupun maliyyə  vəziyyətinə  təsirini (əgər varsa) qabaqcadan 

proqnozlaşdırmaq iqtidarında deyildir. 

 

Azərbaycan iqtisadiyyatı dünyanın sair bölgələrindəki bazar tənəzzülü və iqtisadi inkişaf tempinin aşağı 



düşməsinə  həssasdır. Azərbaycan höküməti tərəfindən bir sıra sabitləşdirmə  tədbirlərinin görülməsinə 

baxmayaraq, Qrupun və onun qarşı  tərəflərinin kapitaldan istifadəsi və kapitalın dəyəri ilə bağlı qeyri-

müəyyənlik davam etməkdədir ki, bu da Qrupun maliyyə  vəziyyətinə,  əməliyyat nəticələrinə  və biznes 

perspektivlərinə təsir göstərə bilər. Hazırda biznes fəaliyyətinin sabitliyini təmin etmək üçün rəhbərlik hesab 

etdiyi bütün münasib tədbirlərin görülməsinə baxmayaraq, yuxarıda təsvir edilmiş sahələrdə  vəziyyətin 

gözlənilməz dərəcədə pisləşməsi Qrupun maliyyə  vəziyyətinə  və  fəaliyyətinin nəticələrinə hazırda dəqiq 

müəyyən edilə bilməyən mənfi təsir göstərə bilər. 

 

Qrupun Ukraynada fəaliyyətinin xüsusiyyətlərinə, digərlərlə yanaşı, kapital bazarlarında likvidliyin aşağı 



səviyyələri və milli valyutanın Ukraynanın kənarında qeyri-likvidliyinə  səbəb olan valyuta nəzarətinin 

mövcudluğu daxildir. Ukrayna iqtisadiyyatının sabitliyinə hökumətin inzibati, maliyyə, hüquq və iqtisadi 

islahatlara dair siyasəti və fəaliyyəti əhəmiyyətli təsir göstərəcək. Nəticədə, Ukraynadakı əməliyyatlar inkişaf 

edən bazarlara xas olmayan riskləri daşıyır. Ukraynanın iqtisadiyyatı dünya bazarlarındakı  tənəzzül və 

iqtisadi inkişafın yavaşıması kimi amillərə həssasdır.  

 

2013-cü ilin sonunda – 2014-cü ilin əvvəlində Ukraynanın  əməliyyat mühitində  və siyasi vəziyyətində 



əhəmiyyətli dəyişiklilər baş vermişdir. 1 yanvar 2014-cü ildən 5 mart 2014-cü ilədək Ukrayna qrivnası əksər 

xarici valyutalara qarşı təxminən 25 faiz dəyərsizləşmiş və Ukraynanın Milli Bankı banklararası bazarda xarici 

valyutaların alışı üzrə müəyyən məhdudiyyətlər qoymuşdur. Beynəlxalq reytinq agentlikləri Ukraynanın dövlət 

borcu reytinqlərini aşağı salmışdır. Yuxarıda qeyd olunan hadisələrin qarışığı likvidliyin pisləşməsi və kredit 

mövcud olduğu hallarda kredit şərtlərinin sərtləşdirilməsi ilə nəticələnmişdir. Rəhbərlik bu hadisələrin hazırkı 

şəraitdə monitorinqini həyata keçirir və mümkün olan hallarda tədbirlər görür. Mənfi hadisələrin davam 

etməsi, o cümlədən siyasi ixtişaş, SOCAR Energy Ukraine-nın fəaliyyət nəticələrinə və maliyyə vəziyyətinə 

hazırda müəyyən oluna bilməyən tərzdə  mənfi təsir göstərə bilər. Bu qeyri-müəyyənliklərin gələcəkdə 

aydınlaşdırılmasından yarana biləcək hər hansı düzəlişlər hazırkı konsolidasiya edilmiş maliyyə 

hesabatlarında əks etdirilməmişdir. Belə düzəlişlər (əgər varsa), məlum olduğu və təxmin edilə bildiyi dövrdə 

hesabatda göstəriləcəkdir. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə