Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   32   33   34   35   36   37   38   39   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(66) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Qrupa qarşı iddialar irəli sürülür. Qrupun 

rəhbərliyi öz təxminlərinə və daxili və xarici peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla 

bağlı müvafiq olaraq konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün 

yaradılmış ehtiyatlardan başqa heç bir əhəmiyyətli zərər olmayacaqdır. 

 

Vergi qanunvericiliyi. Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif  şərhlərə  və tez-tez 

baş verə bilən dəyişikliklərə  məruz qalır. Qrupun əməliyyatlarına və  fəaliyyətinə  tətbiq edilən bu cür 

qanunvericiliyə dair Rəhbərliyin şərhlərinə müvafiq səlahiyyətli orqanlar tərəfindən etiraz edilə bilər. 

 

Vergi orqanları  tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. 



Xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər. 

 

Qrupun rəhbərliyi hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, xarici 



valyuta və gömrüklə bağlı Qrupun mövqeləri qorunacaqdır və Qrupun potensial vergi öhdəlikləri hazırkı 

maliyyə hesabatlarında qeydə alınmış məbləğlərdən artıq olmayacaqdır. Müvafiq olaraq, 31 dekabr 2013-cü 

və 2012-ci il tarixlərinə potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır. 

 

Ətraf mühitin qorunması ilə bağlı  məsələlər. Hazırda Azərbaycan Respublikasında  ətraf mühitin 

qorunması haqqında qanunvericilik təkmilləşdirilir və ona əməl olunması ilə bağlı hökumət orqanlarının 

mövqeyinə yenidən baxılır. Qrup, ətraf mühitin qorunması ilə bağlı öhdəliklərini mütəmadi olaraq 

qiymətləndirir. Öhdəliklər müəyyən edildikcə dərhal uçota alınır. Mövcud qanunvericiliyin və normativ aktların 

dəyişməsi nəticəsində yarana bilən, eləcə  də  məhkəmə praktikası  nəticəsində kifayət qədər dəqiqliklə 

qiymətləndirilə bilməyən potensial öhdəliklər  əhəmiyyətli ola bilər. Rəhbərlik hesab edir ki, ətraf mühitin 

qorunması haqqında qüvvədə olan qanunvericiliyə  əməl olunması üzrə mövcud nəzarət sistemi şəraitində 

ətraf mühitə  zərər vurulması ilə bağlı Qrup tərəfindən  ətraf mühitin bərpası öhdəliyi üzrə yaradılmış 

ehtiyatdan artıq əhəmiyyətli öhdəliklər mövcud deyil. Qeyd 22-yə baxın. 

 

Qrup öz məhsulları, əməliyyatları və sair fəaliyyətləri ilə əlaqədar olaraq ətraf mühitin qorunması haqqında 



bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qanun və qaydalara əsasən Qrup və ya sair müəssisələr 

tərəfindən  əvvəlki illərdə kimyəvi və ya neft maddələrinin ləğv edilməsi və ya tullantısı  nəticəsində  ətraf 

mühitə  dəymiş ziyanı aradan qaldırmalıdır. Bu cür vəziyyət neftayırma zavodları, kimya müəssisələri, neft 

mədənləri, xidmət məntəqələri, terminallar və tullantıların ləğv edilməsi məntəqələri kimi müxtəlif ərazilərdə 

mövcud ola bilər. Bundan əlavə, Qrupun əvvəlki illərdə satılmış aktivlər və ya bağlanmış obyektlər ilə bağlı 

öhdəlikləri ola bilər.  Ətraf mühitə  dəymiş ziyanın aradan qaldırılması ilə bağlı  əsas tələb və bununla bağlı 

xərcləri müəyyən etmək mahiyyətcə  çətindir. Lakin, ətraf mühit üzrə  məlum öhdəliklərin qiymətləndirilmiş 

dəyəri Qrupun uçot siyasətinə uyğun olaraq hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında  əks 

etdirilmişdir. Gələcək xərclərin məbləğinin nəzərəçarpan ola bilməsi və bu cür xərclərin qeydə alındığı dövrdə 

Qrupun əməliyyat nəticələri üçün əhəmiyyətli ola bilməsinə baxmayaraq bununla bağlı məbləğlərin müəyyən 

edilməsi praktiki deyildir. Qrup, bu cür xərclərin Qrupun maliyyə  vəziyyətinə  və ya likvidliyinə  əhəmiyyətli 

dərəcədə təsir göstərəcəyini gözləmir. 

 

Qrup həmçinin neft və  təbii qaz hasilatı obyektlərinin və asılı  kəmərlərin istismardan çıxarılması ilə bağlı 



öhdəliklərə malikdir. Bu fəaliyyət növləri ilə bağlı  təxmin edilmiş  xərclər üzrə ehtiyat yaradılır, lakin, həmin 

öhdəliklərin uzunmüddətli olmasına görə, bu cür xərclərin məbləği və vaxtı ilə bağlı qeyri-müəyyənlik 

mövcuddur. Qrup, bu cür ehtiyatlar üzrə  dəqiqliklə  təxmin edilə biləcək hər hansı  dəyişikliyin Qrupun 

əməliyyat nəticələri, maliyyə vəziyyəti və ya likvidliyinə təsirinin əhəmiyyətli olmayacağını hesab edir. 

 

Maliyyə razılaşmalarına uyğunluq. 31 dekabr 2013-cü ildə Qrupun investisiya və  əməliyyat fəaliyyətini 

maliyyələşdirmək üçün cəmi 5,066 AZN (Qeyd 19) məbləğində kredit üzrə ödəniləcək məbləğləri olmuşdur. 

Qrup həmin borc öhdəliklərinə aid olan müəyyən maliyyə razılaşmalarını imzalamışdır. Bu razılaşmaların 

yerinə yetirilməməsi Qrup üçün mənfi nəticələrə, o cümlədən borc öhdəliklərinin artması  və öhdəliklərin 

pozulmasının bəyan edilməsinə  gətirə bilər. Rəhbərlik hesab edir ki, 31 dekabr 2013-cü və 2012-ci il 

tarixlərinə Qrup tətbiq edilən bütün maliyyə razılaşmalarını yerinə yetirmişdir. 

 

592 AZN məbləğində kreditlər üçün Petkim səhmlərinin 51 faizi maliyyə  təşkilatlarının xeyrinə girov 



qoyulmuşdur. 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(67) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

Petkim öhdəlikləri. “Səhmlərin Alqı-satqı Müqaviləsi”nə  əsasən Qrup, bu Müqaviləni imzaladıqdan sonra 

növbəti üç il ərzində Petkim şirkətinin nəzarət səhm paketində dəyişikliyə səbəb olacaq miqdarda səhmlərin 

ötürülməsi üçün İdarənin razılığınının alınması öhdəliyini öz üzərinə götürmüşdür

 

Qrup Petkim terminalında infrastruktur və xidmətlərin həyata keçirilməsi üçün müəyyən məbləğdə investisiya 



qoyuluşlarının həyata keçirilməsi, zavodların hasilat həcminin artırılması  və “Səhmlərin Alqı-satqı 

Müqaviləsinin” imzalanmasından sonra növbəti üç il ərzində yeni zavodların qurulması üçün öhdəlik 

götürmüşdür. Qrup həmçinin, Etilen zavodunda istehsalın davam etdirilməsi və Qrupa təsir göstərməyən 

gözlənilməz hadisələr istisna olmaqla, “Alqı-satqı Müqaviləsi”nin imzalanmasından sonra ən azı üç il ərzində 

müəyyən məbləğdə investisiya qoyuluşlarının həyata keçirilməsi üçün öhdəlik götürmüşdür

 



Qrup  Əmək Qanununun 4857 saylı maddəsinə uyğun olaraq həmkərlar ittifaqının üzvlərinin hüquqlarını 

qorumalı  və  işçilərə, qazandıqları bütün sair hüquqlarla yanaşı,  əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı 

ödənişləri (o cümlədən onların sair dövlət təşkilatlarında işlədikləri müddətlər üçün) ödəməlidir. Qrup qəbul 

və etiraf etmişdir ki, Petkim xidmət müqavilələri qüvvədə olan işçilərin istifadə edilməmiş  məzuniyyət 

hüquqlarını ödəmək məsuliyyətini daşıyır və  Səhmlərin Satılması haqqında Razılaşma qüvvəyə mindiyi 

tarixdən sair dövlət təşkilatlarına köçürülmək hüququna malikdir. 

 

Qrup 2013-cü ildə BOTAŞ Petroleum Pipeline Corp.-dan 943,746,586 kub metr təbii qaz almaq öhdəliyini 



daşıyır. 

 

Petkim tərəfindən alınmış  və verilmiş  zəmanətlər. 31 dekabr tarixinə alınmış  və verilmiş  zəmanətlər 

aşağıdakı cədvəldə əks etdirilir. 

 

2013 2012



Alınmış zəmanətlər 

Birbaşa sifarişlərin toplanması sistemi (DOCS) çərçivəsində bank 

zəmanətləri 

238 210 


Alınmış zəmanət məktubları 142 

162 


Sair 

1 1 


Cəmi alınmış zəmanətlər

381 373

Verilmiş zəmanətlər 

Verilmiş zəmanətlər  

119 91 

Cəmi verilmiş zəmanətlər

119 91

 

Azəriqaz İB-nin şərti öhdəliyi. Azərbaycan Respublikasının Bakı şəhəri və ətraf rayonlar və Respublikanın 

regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı 

Sərəncamına uyğun olaraq, Azəriqaz İB sözügedən ərazilərin qazlaşdırılması imkanlarının təkmilləşdirilməsi 

ilə bağlı müəyyən öhdəliklər daşıyır. Həmin fərmana uyğun olaraq Azəriqaz İB köhnə magistral və yerli qaz 

kəmərlərinin yenilənməsi, yeni yaşayış massivləri/regionları/ucqar rayonların qazlaşdırılması, eləcə  də 

magistral qaz xətlərinin, sənaye obyektlərində  və  əhalinin köhnə qaz sayğaclarının yenilənməsi ilə  məşğul 

olur. Rəhbərlik hesab edir ki, bu məsrəflərin Dövlət tərəfindən kapitala vəsait yönəltməklə maliyyələşdirilməsi 

davam edəcək.

 

 



Qaz alışları öhdəliyi. AQTŞ  və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi arasında 

imzalanmış 27 fevral 2003-cü il tarixli “Qazın alqı-satqısına dair müqavilə”yə (hazırda bu müqavilə üzrə alış 

hüquqları Qrup tərəfindən həyata keçirilir) uyğun olaraq, Qrup müqavilədə qeyd olunduğu kimi, satıcının 

minimal illik qaz satışı həcmini almaq öhdəliyinə malikdir. Satıcının minimal illik qaz satışı həcminin alınması 

üzrə öhdəliyin məbləği 87 milyon ABŞ dolları (68 AZN) təşkil edir. 

 

AÇG HPBS-də  iştirak payı. 31 dekabr 2013-cü il tarixinə AÇG HPBS-nin Operatoru olan Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkəti bir sıra kapital öhdəlikləri və  əməliyyat lizinqi üzrə müqavilələr bağlamışdır. 

Qrup həmin öhdəliklər və  əməliyyat lizinqində 11.65 faiz (2012-ci il: 11.65 faiz) payının, müvafiq olaraq

654 milyon  ABŞ dolları (513 AZN) (2012-ci il: 688 milyon ABŞ dolları (540 AZN) və 21 milyon ABŞ dolları 

(16 AZN) (2012-ci il: 19 milyon ABŞ dolları (15 AZN)) təşkil edəcəyini təxmin etmişdir. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə