Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   32   33   34   35   36   37   38   39   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(68) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

Şah Dəniz layihəsində  iştirak payı ilə bağlı  şərti öhdəliklər. 17 dekabr 2013-cü il tarixində  Şah Dəniz 

konsorsiumu Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz qaz yatağının işlədilməsinin 2-ci mərhələsi 

üçün yekun investisiya qərarını elan etmiş  və  Şah Dəniz Kəşfiyyat,  İşlədilmə  və Hasilatın Pay Bölgüsü 

Sazişinə (“ŞD HPBS”) müəyyən əlavələr imzalamışdır. Bu əlavələrə uyğun olaraq tərəflər işlədilmə və hasilat 

dövrünü 7 mart 2001-ci il tarixindən 40 ilə uzatmağa razılaşmışlar. Podratçı Tərəflər uzunmüddətli Şah Dəniz 

layihəsinin ikinci mərhələ qiymətləndirmə planını  həyata keçirmək məqsədilə 31 dekabr 2018-ci ilədək 25 

milyon ABŞ dollarından (20 AZN) az olmayan məbləği xərcləməlidir. Qrupun bu xərclərdə payı 3 milyon ABŞ 

dolları (2 AZN) məbləğində təxmin edilir.  

 

Şah Dəniz layihəsinə aid olan iş proqramına uyğun olaraq 2041-ci ilədək  əsaslı  məsrəflər cəmi 32,983 



milyon ABŞ dolları (25,875 AZN) təşkil edəcək. Qrupun Şah Dəniz layihəsi üzrə cəmi əsaslı məsrəflərdə payı 

3,298 milyon ABŞ dolları (2,588 AZN) məbləğində təxmin edilir.  

 

31 dekabr 2013-cü il tarixinə  Şah Dəniz HPBS-nin Operatoru olan BP Exploration Shah Deniz Limited bir 



sıra kapital öhdəlikləri və əməliyyat lizinqləri haqqında müqavilələr imzalamışdır. Qrup həmin öhdəliklərdə və 

əməliyyat lizinqlərində 10 faizlik payının, müvafiq olaraq, 325 milyon ABŞ dolları (255 AZN) (2012-ci il: 301 

milyon ABŞ dolları (236 AZN)) və 36 milyon ABŞ dolları (28 AZN) (2012-ci il: 37 milyon ABŞ dolları (29 

AZN)) təşkil edəcəyini təxmin etmişdir. 

 

AQTŞ-də iştirak payı ilə bağlı şərti öhdəliklər. Qeyd 17-də göstərildiyi kimi, Qrupun AQTŞ-də iştirak payı 

28 faiz təşkil edir. AQTŞ ilə bağlanılmış müqavilələrə əsasən Qrupun AQTŞ-nin fəaliyyəti ilə bağlı aşağıdakı 

öhdəlikləri vardır: 

 

Qaz müqaviləsi. BOTAŞ  şirkəti ilə imzalanmış müqaviləyə  əsasən AQTŞ 2014-cü ildə  və sonra təqribən 

6.3 milyard kub metr qazla Qaz müqaviləsində müəyyən edilmiş düstur əsasında hesablanmış qiymətlə 

təmin etmək öhdəliyi var. 

 

Mərhələ 2 Qaz müqaviləsi. 25 oktyabr 2011-ci il tarixində ARDNŞ və BOTAŞ ARDNŞ tərəfindən BOTAŞ-a 

müəyyən həcmdə  Şah Dəniz Mərhələ 2 Qazının satılması ilə  əlaqədar qaz alqı-satqısı müqaviləsini 

imzalamışdır (2 milyard kub metr birinci çatdırma ili, 4 milyard kub metr ikinci çatdırma ili, 6 milyard kub metr 

üçüncü çatdırma ili). 2012-ci ilin dekabr ayında ARDNŞ Mərhələ 2 haqqında satın alma müqaviləsinə əsasən 

AQTŞ-yə hüquq və öhdəlikləri ötürmüşdür. Mərhələ  2  BOTAŞ Alqı-satqı müqaviləsi  əsasında ilk qaz 

təchizatının 2018-ci ilin iyul ayında başlaması gözlənilir. 

 

BTC-nin yanacaq qaz ilə bağlı BOTAŞ müqaviləsi. Müqaviləyə əsasən AQTŞ 2014-cü ildə və sonrakı illərdə 

0.14 milyard kub metr qazı müqavilədə müəyyən olunmuş düstur əsasında hesablanmış qiymətlə  təmin 

etməyə borcludur.  

 

Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış razılaşmaya əsasən Qaz müqaviləsi və BOTAŞ 2-



ci Mərhələ müqaviləsi üzrə AQTŞ-nin fəaliyyət nəticələrinə Azərbaycan Respublikasının hökuməti tərəfindən 

zəmanət verilir. AQTŞ tərəfindən çatdırılmalı olan qaz həcmləri ilə bağlı yuxarıda göstərilən öhdəliklər Şah 

Dəniz HPBS-nin podratçı  tərəfləri və ARDNŞ (Azərbaycan Respublikası adından) ilə imzalanmış  Kəşfiyyat 

və hasilata dair alış müqaviləsi ilə əhatə olunur.  

 

Gürcüstan hökuməti qarşısında qaz öhdəliyi. Gürcüstan Neft və Qaz Korporasiyası və Gürcüstan höküməti 

ilə imzalanmış müqaviləyə  əsasən AQTŞ Müqavilədə müəyyən edilmiş düstur əsasında hesablanmış 

qiymətlə 2013-cü ildə və sonra təqribən 0.5 milyard kub metr qazla təmin etməlidir. 

 

OptionCo. ilə alqı-satqı müqaviləsi. AQTŞ-ın OptionCo ilə imzalanmış müqaviləyə əsasən 1 oktyabr 2013-cü 

il tarixindən başlayan müqavilə ili ərzində 0.16 mlrd kub metr qazla təmin etmək öhdəliyi var. Bundan sonra, 

1 oktyabr tarixində başlayan müqavilə ili ərzində  Şirkət keçən təqvim ilində müqavilədə müəyyən olunmuş 

düstur əsasında hesablanmış qiymətə Gürcüstan ərazisindən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Şirkət 

tərəfindən nəql edilmiş həcmlərin maksimum beş faizi həcmində qaz çatdırmalıdır.  

 

Şah Dəniz yatağında boruların genişlənməsi nəticəsində qaz satışları haqqında razılaşma. AQTŞ-ın ARDNŞ 

ilə imzalanmış müqavilə əsasında 1 yanvar 2014-cü il tarixindən 30 iyun 2018-ci il tarixinədək dövr ərzində 

müqavilədə göstərilmiş qiymətə və aşağıdakı həcmlərdə qazla təmin etmək öhdəliyi var: 2014-cü ildə 0.65 

mlrd kub metr, 2015-2017-ci illərdə 1.3 mlrd kub metr və 2018-ci ildə 0.64 mlrd kub metr. 

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(69) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

AQTŞ-də iştirak payı ilə bağlı şərti öhdəliklər (davamı)  

Avropa Birliyi ilə  Şah Dəniz layihəsinin 2-ci Mərhələsinin uzunmüddətli qaz satışları haqqında müqavilələr 

(QSM). 2013-cü ilin sentyabr ayında ARDNŞ Avropa Birliyinin 9 satıcısı ilə AB QSM imzalamış və 2013-cü 

ilin dekabr ayında QSM-lər Şah Dəniz HPBS-nin müddəti bitənə qədər AQTŞ-yə ötürülmüşdür (Şah Dəniz-in 

hasilat həcmləri azalanda yenidən ARDNŞ-yə ötürmək  şərti ilə). Başlama tarixi ötürmə mexanizmi 

(“funnelling mechanism”) vasitəsilə müəyyən ediləcək və 2019-cu ilin iyul ayından 2021-ci ilin iyul ayınadək 2 

illik çərçivə dövrünə təsadüf edəcək. QSM-lər aşağıdakı maksimum çatdırılma öhdəlikləri ilə hasılatın artması 

müddətini nəzərdə tutur: AXPO 0.48 mlrd kub metr, GDF Suez 2.64 mlrd kub metr, Gas Natural 0.99 mlrd 

kub metr, E.ON 1.44 mlrd kub metr, Shell 0.95 mlrd kub metr, Hera 0.3 mlrd kub metr, ENEL 0.48 mlrd kub 

metr, AXPO 0.96 mlrd kub metr, Bulqarqaz 0.94 mlrd kub metr, DEPA 1 mlrd kub metr. 

 

Cənubi Qafqaz Boru Kəməri  Şirkəti (“CQBK şirkəti”) ilə  nəqletmə razılaşması. CQBK şirkəti ilə 17 dekabr 

2013-cü il tarixində bağlanmış  nəqletmə razılaşmasına uyğun olaraq, 1 oktyabr 2006-cı il (başlanğıc) 

tarixindən etibarən, AQTŞ CQBK şirkətinə bu müqaviləyə uyğun olaraq hesablanmış müəyyən tarifləri 

ödəməlidir. Nəqletmə razılaşması, təbii qazın nəql edilib edilməməsindən asılı olmayaraq, QNR-in 

müddətinin başa çatması  və ya bitməsinə  qədər hər müqavilə ili üçün AQTŞ-ın CQBK şirkətinə ödəməli 

olduğu Minimal Aylıq Ödənişi (“MAÖ”) nəzərdə tutur. İllik Ehtiyat Həcmi haqqında Sənəd (“İEH sənədi”) 

əsasında MAÖ Operator tərəfindən əvəzi ödəniləndir. 2014-cü ildə ödənilməli İllik Minimal Ödənişi (“İMÖ”), 

CQBK şirkəti tərəfindən hesablandığı və AQTŞ-ə təqdim edildiyi kimi, 81 milyon ABŞ dolları (64 AZN) təşkil 

edir. 2014-cü ilin yanvar ayında CBQK AQTŞ-yə 2014-cü il üzrə yenidən baxılmış  İMÖ hesablamasını 

təqdim etmişdir. Yenidən baxılmış  İMÖ CQBK-nin genişlənməsi xərcləri hesablandığı zaman nəzərə 

alındığına görə 220 milyon ABŞ dolları (173 AZN) təşkil edir. İMÖ-dən əlavə, AQTŞ CQBK şirkətinə Qazın 

Nəql Edilməsi Razılaşması  əsasında hesablanmış Artan Aylıq Xərcləri ödəyəcəkdir. Bundan əlavə, AQTŞ 

boru kəmərini doldurmaq və planlaşdırılmış istismar təzyiqini təmin etmək üçün CQBK şirkətini tələb olunan 

təbii qazla və yanacaq qazı ilə təmənnasız təmin etməlidir.  

 

Transanadolu Boru Kəməri QNR (TANAP QNR). AQTŞ hasilatın artması dövründə 6.1 mlrd kub metr, 

6.2 mlrd kub metr, 7.1 mlrd kub metr və 18 aydan sonra sabitləşmə dövründə 10.5 mlrd kub metr illik ehtiyat 

tutumu ilə, istehsal güclərinin ehtiyatı üzrə 100 faizlik “daşı və ya ödə” şərti ilə TANAP QNR-ni imzalamışdır. 

Başlama tarixi ötürmə mexanizmi (“funnelling mechanism”) vasitəsilə müəyyən ediləcək və 1 iyul 2019-cü 

ildən 1 iyul 2021-ci ilədək dövrə təsadüf edəcək.  

 

Trans Adriatik Boru Kəməri QNR (TABK QNR). AQTŞ 10 mlrd kub metr ilkin tutumu və əlavə 10 mlrd kub 

metr genişlənmə imkanı ilə TABK QNR-ni imzalamışdır. Planlaşdırılmış başlanma tarixi 1 yanvar 2020-ci 

ildən 31 dekabr 2022-ci ilədək çərçivə dövrünə təsadüf edir. 

 

TAP Təxirə salınmış Qaz Satışları Razılaşması.

  AGSC ARDNŞ ilə imzalanmış razılaşma  əsasında 1 may 

2019-cu ildən 31 dekabr 2020-ci ilədək dövr ərzində (müqavilə müddətinin uzadılması mümkün olmaqla) 

2019-cu ildə təxminən 3.6 mlrd kub metr və 2020-ci ildə 6.4mlrd kub metr həcmində müqavilədə göstərilmiş 

qiymətlə qaz təqdim etmək öhdəliyini daşıyır.  

 

BTC ilə alqı-satqı müqaviləsi. BTC ilə imzalanmış razılaşma əsasında AQTŞ-nin 2014-cü ildə və müqavilə 

başa çatanadək sonrakı illərdə 0.16 milyard kub metri (BTC-nin illik alış  həcmini azaltmaq hüququ ilə) 

müqavilədə göstərilmiş düstur əsasında hesablanmış qiymətlə təmin etmək öhdəliyini daşıyır. 

 

Şah Dəniz HPBS üzrə Podratçı  Tərəflər və Qrup AQTŞ-nin yuxarıda qeyd olunan öhdəliklərinin yerinə 



yetirilməsi məqsədilə, AQTŞ-nin mənfəət götürmədən və  zərər çəkmədən zəruri qaz həcmini AQTŞ-yə 

tədarük etmək və satmaq üçün öhdəlik daşıyır. 

 

Bundan əlavə, NKHAM-da nəzərdə tutulduğu kimi Şah Dəniz HPBS üzrə Podratçı Tərəflər və Qrup AQTŞ-ə 



bütün nəqliyyat məsrəflərini və üçüncü tərəflərin öhdəliklərini ödəyəcəkdir. 

 

CQBKŞ-də  iştirak payına dair öhdəliklər.  17 dekabr 2013-cü ildən başlayaraq CQBKŞ, CQBK sistemini 

genişləndirməklə,  Şah Dəniz Mərhələ 2 təbii qazının nəql edilməsi öhdəliyini götürmüşdür. CQBK-nin 

genişləndirilməsinin dəyəri 5,296 milyon ABŞ dolları (4,155 AZN) məbləğində təxmin edilir, Qrupun payı isə 

530 milyon ABŞ dolları (416 AZN) təşkil edir. 

  

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə