Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   32   33   34   35   36   37   38   39   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(70) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

BTC Co şirkətində iştirak payına aid olan öhdəliklər. 24 oktyabr 2008-ci il tarixində BTC şirkəti BİL-dən iki 

məhkəmə bildirişi almışdır. Birinci bildiriş Türkiyə ilə Əsas Boru Kəməri haqqında Saziş əsasında, ikincisi isə 

BTC  Şirkəti və BIL arasında  Əməliyyat razılaşması  əsasında irəli sürülmüşdür.  İddianın cəmi məbləği 

təxminən 250 milyon ABŞ dolları (196 AZN) təşkil etmişdir. Uzun sürən bu problemləri həll etmək məqsədilə 

25 oktyabr 2011-ci il tarixində BTC Co və BIL bir sıra ilkin şərtlərin yerinə yetirilməsini nəzərdə tutan 

Əməliyyat razılaşmasına Əlavə 3-ü müzakirə etmiş və imzalamışlar. Bundan əlavə, BTC Şirkəti xoş niyyət 

ifadəsi olaraq və Əməliyyat razılaşması əsasında müqavilə hüquqlarına ziyan vurmadan həmin tarixdə BİL ilə 

ayrıca Məktub-Razılaşma imzalamışdır. Bu Məktub-Razılaşmaya uyğun olaraq, BIL-in məlumatına görə 

Əməliiyyat Razılaşması əsasında BİL-in BTC şirkətinə göstərdiyi xidmətlərlə bağlı keçmiş dövrlərin borcunu 

BİL-ə ödəmək üçün 2013-cü ilin 4-cü rübündən başlayaraq 8 hissədə ödəniləcək 100 milyon ABŞ dolları (78 

AZN) məbləğində  vəsait verilmişdir. 27 sentyabr 2013-cü il tarixində, bütün ilkin şərtlər yerinə yetirildiyinə 

görə, bu Əlavə qanuni qüvvəyə minmişdir. Beləliklə, həmin tarixdən məhkəmə araşdırması dayandırılmış və 

BİL öz iddialarını geri götürmüşdür. 

 

Neftin daşınması üzrə öhdəliklər. 1 avqust 2002-ci il tarixində Qrup və AÇG HPBS-nin sair iştirakçıları 

(“İxracatçılar Qrupu”) BTC şirkəti ilə AÇG yatağında Məhsulların Nəqli haqqında Müqavilə (“AÇG MN”) 

bağlamışdır və 3 fevral 2004-cü il tarixində bu Müqaviləyə  əlavələr edilmişdir. Bu Müqaviləyə  əsasən 

İxracatçılar Qrupu (Qrup daxil olmaqla) hər bir iştirakçı  tərəfindən Qərb  İxrac Marşrutu ilə göndərilən hər 

hansı məhsul istisna olmaqla, AÇG yatağından bütün xam neftin BTC neft boru kəməri vasitəsilə daşınması 

üzrə öhdəlik götürmüşdür. Qrup Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tam istehsal həcmi ilə işləyənədək xam 

neftin dəmir yolu vasitəsilə daşınmasına razılıq vermişdir. Lakin, AÇG MN-ə uyğun olaraq Qrup BTC-nin 

istehsal həcminin kifayət qədər olduğu halda, sair daşınma imkanlarından istifadə edilməməsinə dair razılıq 

vermişdir. 

 

BTC neft boru kəməri 2006-cı ilin may ayında istismara verilmişdir. Boru kəmərinin doldurulması üçün AÇG 



yatağından 10 milyon barrel neft istifadə edilmişdir və BTC neft boru kəməri vasitəsilə neft ilə yüklənmiş ilk 

tanker 4 iyun 2006-cı il tarixində Türkiyənin Aralıq Dəniz sahilində yerləşən Ceyhan terminalından yola 

salınmışdır. Gündəlik istehsal həcmi 1,200,000 barreldən artıq olan BTC neft boru kəməri  İxracatçılar 

Qrupunun əsas ixrac marşrutu kimi istifadə edilir. 

 

Məhsulların Nəqli haqqında Müqaviləyə uyğun olaraq, 3 fevral 2004-cü il tarixində BTC, İxracatçılar Qrupu, 



Qrupun Nümayəndəsi, BTC-nin kreditorları  və  təminat üzrə zamini, eləcə  də AÇG İxracatçılar Qrupunun 

kreditorları və təminat üzrə zamini arasında Birbaşa Müqavilə imzalanmışdır. Tərəflər BTC tarifinin ödənişini 

neft və neftin satışından gəlirlər üzrə birinci dərəcəli ödəniş kimi təsdiqləmişdir. 

 

SOCAR Switzerland üzrə öhdəliklər. Qrup növbəti illər üzrə bir sıra kapital öhdəlikləri və  əməliyat lizinqləri 

haqqında müqavilələrə qoşulmuşdur. Qrup öz öhdəliklərini və əməliyyat lizinqlərini, müvafiq olaraq 19 milyon İF 

(17 AZN) və 70 milyon İF (61 AZN) məbləğində qiymətləndirmişdir. 

 

SOCAR Trading üzrə öhdəliklər. Qrup növbəti illər üzrə bir sıra  əməliyyat lizinqləri haqqında müqavilələrə 

qoşulmuşdur. Qrup əməliyyat lizinqlərini 83 milyon ABŞ dolları (65 AZN) məbləğində qiymətləndirmişdir. 

 

8 dekabr 2012-ci il tarixində Petroexport Limited (“Petroexport”) (Rəsmi olaraq ləğv olunma prosesindədir) 



SOCAR Trading S.A-ya (“SOCAR Trading”) qarşı Beynəlxalq Kommersiya Arbitrajı üzrə Qahirə Regional 

Mərkəz qarşısında məhkəmə  işini qaldırmışdır. Petroexport-un iddiası  tərəflər arasında 26 mart 2010-cü il 

tarixli xam neftin emalı haqqında razılaşmanın qüvvəsinə xitam verilməsi ilə bağlıdır və təxminən 120 milyon 

ABŞ dolları (94 AZN) məbləğinə  bərabərdir. Arbitraj məhkəməsinin son qərarı 2015-ci ilin birinci rübündə 

gözlənilir. İndiyə qədər tərəflərin mübadilə etdiyi arqumentlərə görə SOCAR Trading hesab edir ki, iddianın 

böyük hissəsi  əsassızdır. Lakin prosesin hazırkı  mərhələsində, hər bir hüquq prosesində olduğu kimi, 

SOCAR Trading tərəfindən iddianın kiçik faizini təşkil edən məbləğin ödənilməli olduğunu istisna etmək 

olmaz.  


 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(71) 


35 

Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri (davamı) 

 

Black Sea Terminal MMC ilə bağlı öhdəliklər. 2007-ci ilin avqust ayında Qrupun törəmə müəssisəsi Black 

Sea Terminal MMC (“Black Sea Terminal”) Black Sea Industry MMC-dən beş torpaq sahəsinin alınması 

haqqında alqı-satqı müqaviləsini imzalamışdır. Bu torpaq sahələri ilk öncə 2007-ci ilin iyul ayında Gürcüstanın 

İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış özəlləşdirmə razılaşmasına uyğun olaraq cəmi 7.25 milyon ABŞ dolları 

(5 AZN) məbləğində ödəniş almaqla Black Sea Industry MMC-nə satılmışdır. Gürcüstanın  İqtisadi  İnkişaf 

Nazirliyi(GİİN) torpaq sahələrini bu şərtlə Black Sea Terminal MMC-nə köçürməyə razılaşmışdır ki, Black Sea 

Terminal və Black Sea Industry MMC özəlləşdirmə razılaşması  əsasında birlikdə  və ayrı-ayrılıqda torpaq 

sahələrinə aid olan investisiya proqramının həyata keçirilməsinə görə məsuliyyət daşısın. Torpaq sahələri üzrə 

mülkiyyət hüququnun əldə edilməsi həmçinin investisiya proqramının həyata keçirilməsindən asılıdır. 

İnvestisiya proqramı  aşağıdakı obyektlərin tikintisi üçün ən azından 250 milyon ABŞ dolları (196 AZN) 

məbləğində investisiyaların qoyulmasını  nəzərdə tutur: (i) maye təbii qaz zavodu; (ii) neft emalı qurğuları; 

(iii) port  qurğuları  və (iv) dəmir yolu. Bundan əlavə, özəlləşdirmə razılaşmasına tikinti müddəti  ərzində  işçi 

heyətinin işə  qəbulu ilə bağlı müəyyən öhdəliklər daxildir. İnvestisiya proqramı beş il ərzində  həyata 

keçirilməsə, özəlləşdirmə razılaşması müəyyən maliyyə  cərimələrinin tutulmasını  nəzərdə tutur. Həyata 

keçirmə ilk əvvəl 16 iyul 2012-ci ildə nəzərdə tutulmuşdur.  



 

Maliyyələşmə mövcud olmadığı üçün, qlobal maliyyə böhranı  və Gürcüstandakı iqtisadi vəziyyət nəticəsində 

investisiya proqramı bu tarixədək həyata keçirilməmişdir. Belə olan halda GİİN-in aşağıdakı  tərzdə müəyyən 

olunmalı, icazə verilmiş ödənişləri tələb etmək hüququ var: 

a) 

İnvestisiya öhdəliyini yerinə yetirmədiyi halda hər gecikmə günü üçün qalan investisiyanın 0.1 faiz  



dərəcəsi ilə hesablama; 

b) Müqavilə ilə müəyyən edilmiş digər öhdəliklər yerinə yetirilmədiyi halda (yəni, orta əmək haqqı 360 ABŞ 

dollarından az olmayan 3,000-dən çox insanın işə götürülməsi) hər gecikmə günü üçün qalan 

investisiyanın 0.1 faiz  dərəcəsi ilə hesablama; 

 

11 fevral 2013-cü il tarixində Carlina GİİN-dən 4/2555 saylı məktub almışdır. Bu məktuba əsasən investisiya 



öhdəliyinin müddəti 1 avqust 2013-cü il tarixinədək bir ilə uzadılmışdır. Lakin, bu cür uzadılma yuxarıdakı 

öhdəliklərin yerinə yetirilməməsinə görə hər gecikmə günü üçün 250 min ABŞ dolları məbləğində hesablamanı 

dayandırmamışdır. 31 dekabr 2013-cü il tarixinə bu cərimənin cəmi məbləği 84 milyon ABŞ dolları (66 AZN) 

təşkil etmişdir. Carlina və Black Sea Industry MMC öz investisiya öhdəliklərini yerinə yetirmədiyi halda və/və ya 

yeni ödəmə tarixinədək cəriməni ödəmədiyi halda GİİN yuxarıda qeyd olunan torpaq sahələrini (Kulevi 

terminalına qonşu torpaq) geri götürə və razılaşmaya xitam verə bilər. 

 

19 dekabr 2013-cü il tarixində Qrup Gürcüstan hökuməti tərəfindən qəbul edilmiş digər fərmanı (1988 saylı) 



almışdır. Bu fərmana əsasən “Black Sea Industry” və “Black Sea Terminal” 16 iyul 2007-ci il tarixli razılaşmaya 

əsasən aşağıdakı şərtlər yerinə yetirildiyi halda öhdəliklərdən (o cümlədən investisiya öhdəliyindən və mümkün 

cərimələrdən) azad ediləcək: 

 

250 milyon ABŞ dolları (196 AZN) məbləğində investisiya, “SargarejoGas”ın GOGC qarşısında öhdəliyi 



istisna olmaqla, Black Sea Terminal MMC-in balansında yaranan öhdəlikləri ödəyən “SOCAR Georgia 

Gas” MMC tərəfindən ediləcək.  

 

Minimum 250,000 abunəçinin qazla təmin edilməsi. 



 

SOCAR Energy Georgiya-nın öhdəlikləri.  2008-ci ildə Gürcüstanın  İqtisadiyyat Nazirliyi ilə hazırlanmış 

razılaşma  əsasında Gürcüstanın regionlarına təbii qazın tədarükü və müvafiq sahədə investisiyalar üçün 

vəsaitlərin toplanması  məqsədləri ilə Qrup 40 milyon ABŞ dolları (31 AZN) məbləğində investisiya etməli və 

əlavə 150,000 abunəçini təbii qazla təmin etməli idi. Lakin, 19 dekabr 2013-cü il tarixində bu öhdəliyin şərtlərinə 

düzəlişlər edilmiş  və Gürcüstan hökumətinin 1988 saylı yeni fərmanı  təsdiq olunmuşdur. Bu fərmana uyğun 

olaraq   qaz  şəbəkəsinə investisiyanı etmək öhdəliyi 40 milyon ABŞ dollarından (31 AZN) 250 milyon ABŞ 

dollarınadək (196 AZN) artmış, yeni qaz abunəçilərinin sayı 150,000 nəfərdən 250,000 nəfərədək artmışdır. 

Fərmana uyğun olaraq öhdəliyin müddəti razılaşmaya düzəliş edildikdən sonra 3 il müəyyən edilmişdir.  

 

31 dekabr 2013-cü il tarixinə SOCAR Energy Georgia-nın üçüncü tərəflərin adından buraxılmış cəmi 32 AZN 



məbləğində zəmanətləri olmuşdur.  

 

 



 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə