Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,24 Mb.

səhifə4/40
tarix14.09.2018
ölçüsü1,24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər  

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(7) 


1 Qrup 

və onun əməliyyatları 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə 



Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən yaradılmış  və Azərbaycan Respublikasında fəaliyyət 

göstərir. ARDNŞ hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. ARDNŞ-nin əsas fəaliyyəti neft, qaz və 

qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft və qaz məhsullarının satışından 

ibarətdir. ARDNŞ 100 faiz Azərbaycan Respublikasının dövlətinə (“Dövlət”) məxsusdur. 

 

ARDNŞ-nin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti 73. 



 

Törəmə müəssisələr haqqında məlumat 

 

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına aşağıdakı mühüm törəmə müəssisələr daxildir: 



 

Təsis edildiyi ölkə 

Kapitalda pay, % 

Adı 

Əsas fəaliyyəti 2013 

2012

  

 

SOCAR Turkey Enerji A.Ş. Emal 

Türkiyə 100% 

100% 


Azerbaijan (ACG) Ltd 

Neft istehsalı Kayman 

adaları 100% 

100% 


Azerbaijan (Shah Dəniz) Ltd 

Qaz istehsalı  

Kayman adaları 100% 

100% 


Caspian Drilling Company (CDC) 

Qazma əməliyyatları Azərbaycan 92.4% 

92.4% 

SOCAR Energy Georgia LLC 



Satış və paylama 

Gürcüstan 

51% 

51% 


SOCAR Overseas LLC 

Satış və paylama 

BƏƏ 100% 

100% 


SOCAR Trading Holding 

Satış və paylama 

Malta 

100% 


100% 

Azerbaijan (BTC) Ltd 

Satış və paylama 

Kayman adaları 100% 

100% 

Cooperative Menkent U.A. 



Satış və paylama 

Hollandiya 

99.9% 

99.9% 


SOCAR Energy Holdings AG 

Satış və paylama 

İsveçrə 100% 

100% 


SOCAR Energy Ukraine 

Satış və paylama 

Ukrayna 

100% 


100% 

Azerbaijan (SCP) LTD 

Satış və paylama 

Kayman adaları 100% 

100% 

  

 



 

 

 



 

 

2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri 

 

Maliyyə hesabatlarının hazırlanmasının əsasları. ARDNŞ-nin, onun törəmə, asılı və birgə müəssisələrinin 

(birlikdə “Qrup” adlandırılır) konsolidasiya edilmiş hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu 

Standartları Komitəsi (“BMUSK”) tərəfindən dərc edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına 

(“BMHS”) uyğun hazırlanmışdır. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında 

istifadə edilən mühüm mühasibat uçotu prinsipləri aşağıda göstərilir. Bu mühasibat uçotu prinsipləri təqdim 

edilən bütün dövrlərə müvafiq olaraq tətbiq edilmişdir. 

 

Konsolidasiya üçün əsas. Konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun və törəmə müəssisələrin 

31 dekabr 2013-cü il tarixinə olan maliyyə hesabatlarından təşkil olunmuşdur. 

 

Törəmə müəssisələr Qrupun nəzarət etmək imkanı olduğu bütün müəssisələrdir. Nəzarət bu halda yaranır ki, 



Qrup investisiya obyektində  iştirakıyla bağlı riskə  məruz qalsın və ya dəyişən gəlir  əldə etmək hüququna 

malik olsun və investisiya obyekti üzrə nəzarət hüququ vasitəsilə həmin gəlirlərə təsir etmək imkanına malik 

olsun. Xüsusilə, Qrup investisiya obyektinə yalnız və yalnız bu halda nəzarət edir ki, Qrup: 

 

İnvestisiya obyekti üzrə nəzarət hüququna malik olsun (yəni mövcud olan səsvermə hüquqları hazırda 



investisiya obyektinin müvafiq fəaliyyətini idarə etmək imkanını versin); 

 

İnvestisiya obyektində iştirakla bağlı risk və ya dəyişən gəlirlər əldə etmək hüququna malik olsun, və 



 

Gəlirlərə təsir göstərmək üçün investisiya obyekti üzrə nəzarəti istifadə etmək imkanına malik olsun. 

 

Qrup səs çoxluğundan az paya və ya investisiya obyektində analoji hüquqlara sahib olanda Qrup investisiya 



obyekti üzrə  nəzarət hüququnun olub-olmadığını qiymətləndirərkən bütün müvafiq fakt və  şəraitləri, o 

cümlədən aşağıdakıları, nəzərdən keçirir: 

 

İnvestisiya obyektində digər səsvermə hüquqlarının sahibləri ilə müqavilə razılaşması; 



 

Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar

 

Qrupun səsvermə hüquqları və potensial səs hüquqları. 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(8) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Konsolidasiya üçün əsas (davamı). Qrup investisiya obyekti üzrə nəzarət hüququnun olub-olmadığını bu 

halda yenidən qiymətləndirir ki, fakt və şəraitlər üç nəzarət elementindən bir və ya bir neçəsində dəyişiklik 

əlamətinin olduğunu göstərsin. Törəmə müəssisənin konsolidasiyası Qrup törəmə müəssisə üzərində 

nəzarət əldə edəndə başlayır və Qrup törəmə müəssisə üzrə nəzarəti itirəndə başa çatır. 

 

Şirkətdaxili  əməliyyatlar, qalıqlar və Qrup şirkətləri arasındakı  əməliyyatlar üzrə realizasiya olunmamış 



gəlirlər konsolidasiya edilmiş maliyyə hesabatlarından silinir. Həmçinin, realizasiya olunmamış  zərərlər 

konsolidasiya edilmiş maliyyə hesabatlarından çıxarılır, lakin, köçürülmüş aktivin dəyərsizləşmə göstəricisi 

kimi nəzərə alınır. Lazım olduqda, törəmə müəssisələrin uçot siyasəti Qrup tərəfindən qəbul edilmiş 

qaydalara uyğun olmaq üçün dəyişdirilir. 

 

Törəmə müəssisənin cəmi ümumi gəlirləri kəsr qalıq yaratdığı halda belə qeyri nəzarət payına aid edilir. 



 

Müəssisələrin birləşməsi. Müəssisələrin birləşməsi alış metodu üzrə uçota alınır. Alışın dəyəri alış 

tarixindəki ədalətli dəyərlə ölçülən köçürülmüş ödəniş məbləği və satın alınan müəssisədə qeyri-nəzarət payı 

məbləğinin məcmusu  şəklində ölçülür. Hər bir müəssisə birləşməsi üçün alıcı müəssisə satın alınan 

müəssisədə qeyri-nəzarət payını ya ədalətli dəyərlə, ya da satın alınan müəssisənin xalis müəyyən edilə 

bilən aktivlərinin proporsional payı ilə ölçür. Çəkilən alış  məsrəfləri xərclərə silinir və inzibati xərclərə aid 

edilir. Qrup hər hansı müəssisəni satın aldıqda, o, müvafiq təsnifləşdirmə üçün və müqavilə şərtləri, iqtisadi 

şərait və alış tarixində qüvvədə olan şərtlərə əsasən təyin olunma üçün nəzərdə tutulmuş maliyyə aktiv və 

passivlərini qiymətləndirir. Bura əsas müqavilədə əlaqədar törəmə alətlərin satın alınan müəssisə tərəfindən 

ayrılması da aid edilir. 

 

Müəssisələrin mərhələli birləşməsi zamanı alıcı müəssisənin satın alınan müəssisədə hər əvvəlki mərhələdə 



sahib olduğu pay, alış tarixindəki ədalətli dəyərlə yenidən qiymətləndirilir və yaranan gəlir və ya zərər il üzrə 

mənfəət və ya zərər kimi əks etdirilir. 

 

Qeyri-nəzarət payı olan səhmdarlarla əməliyyatlar 

 

Nəzarətin itirilmədiyi halda Qrupun törəmə müəssisədə olan iştirak payındakı dəyişiklik kapital əməliyyatları 

kimi (yəni pay sahibləri ilə olan əməliyyatlar kimi) uçota alınmalıdır. Bu cür hallarda nəzarət və qeyri-nəzarət 

paylarının balans dəyərlərinə, törəmə müəssisədə uyğun iştirak payının dəyişməsini  əks etdirəcək  şəkildə 

düzəliş verilməlidir. Qeyri-nəzarət payına verilən düzəliş məbləği və ödənilən məbləğ arasındakı fərq birbaşa 

kapitalda uçota alınmalıdır və Qrupun pay sahiblərinə aid edilməlidir. 

 

Birgə nəzarət altında olan müəssisələrlə birləşmələr 

 

Qrup birgə nəzarət altında olan müəssisələrin birləşdirilməsini mühasibat uçotunun alış metodu ilə əks etdirir. 

 

Asılı müəssisələrə və birgə nəzarət edilən müəssisələrə investisiya. Asılı müəssisə Qrupun əhəmiyyətli 

dərəcədə təsir göstərdiyi müəssisədir. Əhəmiyyətli dərəcədə təsir investisiya obyektinin maliyyə və əməliyyat 

siyasətinə dair qərarların qəbul edilməsində iştirak hüququ deməkdir, lakin həmin siyasət üzrə nəzarət və ya 

birgə nəzarəti nəzərdə tutmur. 

 

Birgə nəzarət edilən müəssisə birgə nəzarəti həyata keçirən tərəflərin birgə nəzarət edilən müəssisənin xalis 



aktivləri üzrə hüquq əldə etdikləri müqavilə razılaşmasıdır. Müqavilə ilə razılaşdırılmış birgə  nəzarət yalnız 

müvafiq fəaliyyətlə  əlaqədar qərarların qəbul edilməsi üçün birgə  nəzarəti həyata keçirən tərəflərin birgə 

razılığı tələb edildikdə mövcud olur. 

 

Əhəmiyyətli dərəcədə təsir və ya birgə nəzarətin olub-olmadığı müəyyən edilərkən törəmə müəssisələr üzrə 



nəzarətin müəyyən edilməsində istifadə edilən eyni amillər nəzərə alınır.  

 

Qrupun asılı müəssisəyə və birgə nəzarət olunan müəssisəyə investisiyaları pay iştirakı üzrə uçot metoduna 



əsasən maliyyə hesabatlarına daxil edilir. Pay iştirakı üzrə uçot metoduna əsasən asılı müəssisədə  və ya 

birgə nəzarət olunan müəssisədə investisiya maya dəyəri ilə tanınır. Alış tarixindən sonra asılı müəssisənin 

və ya birgə  nəzarət olunan müəssisənin xalis aktivlərində Qrupun payındakı  dəyişiklikləri tanımaq üçün 

investisiyanın balans dəyərində düzəlişlər edilir. Asılı müəssisəyə və ya birgə nəzarət olunan müəssisəyə aid 

olan qudvil investisiyanın balans dəyərinə daxil edilir, amortizasiyaya silinmir və fərdi şəkildə dəyərsizləşmə 

baxımından yoxlanılmır.  

 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə