Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   2   3   4   5   6   7   8   9   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(9) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Asılı müəssisələrə  və birgə  nəzarət edilən müəssisələrə investisiya (davamı).  Mənfəət və ya zərər 

haqqında hesabat Qrupun asılı müəssisənin və ya birgə  nəzarət olunan müəssisənin  əməliyyatlarında 

Qrupun payını  əks etdirir. Həmin investisiya obyektlərinin digər ümumi gəlirdə  hər hansı  dəyişiklik Qrupun 

digər ümumi gəlirinin tərkibində  təqdim edilir. Bundan əlavə, asılı müəssisənin və ya birgə  nəzarət olunan 

müəssisənin birbaşa kapitalında tanınmış dəyişikliklər olanda, Qrup müvafiq hallarda hər hansı dəyişiklikdə 

payını kapitalda dəyişikliklər haqqında hesabatda tanıyır. Qrup ilə asılı müəssisə və ya birgə nəzarət olunan 

müəssisə arasında əməliyyatlardan irəli gələn realizasiya olunmamış gəlirlər və zərərlər asılı müəssisədə və 

ya birgə nəzarət olunan müəssisədəki payın müqabilində silinir.  

 

Asılı müəssisənin və ya birgə  nəzarət olunan müəssisənin mənfəət və ya zərərində Qrupun məcmu payı 



mənfəət və ya zərər haqqında hesabatın özündə  əməliyyat mənfəətindən kənar təqdim edilir və asılı 

müəssisənin və ya birgə  nəzarət olunan müəssisənin vergidən sonra mənfəət və ya zərərini və törəmə 

müəssisələrdə qeyri-nəzarət paylarını əks etdirir. 

 

Asılı müəssisənin və ya birgə  nəzarət olunan müəssisənin maliyyə hesabatları Qrupda olduğu kimi eyni 



hesabat dövrü üçün hazırlanır. Lazım olduqda, istifadə edilən uçot siyasətinin Qrupun qəbul etdiyi uçot 

siyasətinə uyğun olması üçün həmin maliyyə hesabatlarına düzəlişlər edilir. 

 

Pay iştirakı üzrə uçot metodu tətbiq edildikdən sonra Qrup asılı müəssisəyə  və ya birgə  nəzarət olunan 



müəssisəyə investisiya üzrə  dəyərsizləşmə  zərərinin tanınmalı olub-olmadığını müəyyən edir. Hər hesabat 

tarixində Qrup asılı müəssisəyə  və ya birgə  nəzarət olunan müəssisəyə investisiyanın dəyərsizləşməsinə 

dair obyektiv sübutun olub-olmadığını müəyyən edir. Belə sübut olarsa, Qrup dəyərsizləşmənin məbləğini 

asılı müəssisənin və ya birgə nəzarət olunan müəssisənin bərpa oluna bilən dəyəri və onun balans dəyəri 

arasındakı fərq kimi hesablayır, sonra isə zərəri mənfəət və ya zərər haqqında hesabatda “Asılı müəssisənin 

və ya birgə nəzarət olunan müəssisənin mənfəətində pay”ın tərkibində zərər kimi tanıyır. 

 

Asılı müəssisə və ya birgə nəzarət olunan müəssisə üzrə əhəmiyyətli dərəcədə təsir itirildikdən sonra Qrup 



qalan investisiyanı  ədalətli dəyərlə ölçür və tanıyır.  Əhəmiyyətli dərəcədə  təsir itirildikdən sonra asılı 

müəssisə  və ya birgə  nəzarət olunan müəssisənin balans dəyəri ilə qalan investisiyanın  ədalətli dəyəri və 

satışdan daxilolmalar arasında hər hansı fərq mənfəət və ya zərərdə tanınır.  

 

Birgə  əməliyyatlarda iştirak payları. Hasilatın Pay Bölgüsü haqqında Sazişlər (HPBS) ilə  tənzimlənən 

Qrupun kəşfiyyat və hasilat seqmenti üzrə bəzi fəaliyyət növləri birgə fəaliyyət vasitəsilə həyata keçirilir. Bu 

halda fəaliyyətə birgə  nəzarət edən tərəflər fəaliyyətlə bağlı aktivlər üzrə hüquqlar və passivlər üzrə 

öhdəliklər  əldə edirlər. Bu cür fəaliyyət birgə  əməliyyatlar kimi uçota alınır. Müvafiq olaraq, Qrupun birgə 

əməliyyatlardakı payı, eləcə də birgə əməliyyatlarla bağlı gəlir və xərclər Qrupun payına proporsional şəkildə 

qeydə alınır. 

 

HPBS, kommersiya neft və qaz şirkətinin təcrübəsindən istifadə etməklə mineral ehtiyatların hasilatı 



üsuludur. Yekun hasilatın miqdarından asılı olmayaraq, mineral ehtiyatlar üzrə mülkiyyət hüququ və  əksər 

hallarda ehtiyatların hasilatı üçün yaradılmış bütün əsas vəsaitlər üzrə qanuni hüquqlar Dövlətə məxsusdur. 

Dövlət, məhsullardan razılaşdırılmış qiymət düsturuna əsasən məhsul və ya nağd pul şəklində təqdim edilə 

bilən müəyyən faiz götürür. Müqavilə tərəfləri ancaq müəyyən xərcləri və razılaşdırılmış mənfəət faizini əldə 

etmək hüququna malik ola bilərlər. Onlar həmçinin müəyyən vaxt müddətindən sonra ehtiyatları hasil etmək 

hüququ qazana bilər.  Əməliyyat  şirkəti HPBS-i idarə etmək üçün bir və ya bir neçə podratçı  tərəflərin 

yaratdığı hüquqi şəxsdir. 

 

Müxtəlif HPBS-lərdə podratçı  tərəf olan Qrup, HPBS-ləri müqavilənin  şərtlərinə  əsasən qiymətləndirir və 



uçota alır. O, HPBS-ə əsasən hasil edilmiş neftdə və qazda ancaq öz payını gəlir kimi uçota alır. Dövlətin 

adından hasil edilərək satılan neft və qaz üzrə yaranan gəlir və ya çəkilmiş xərclər Qrupun hesabatlarında 

qeydə alınmır. Qrup, Dövlətin agenti kimi çıxış edərək nefti və qazı hasil edir və çatdırır, yaxud nefti və qazı 

sataraq gəliri Dövlətin hesabına köçürür. 

 

Beynəlxalq Mühasibat Uçotu Standartı (“BMUS”) 38 və BMUS 16 əsasında, müvafiq olaraq, qeyri-maddi 



aktivlər və ya əsas vəsaitlər kimi uçota alınmalı olan xərclər müəssisənin bir çox iqtisadi risklərə  məruz 

qaldığı və aktivlər üzrə ehtimal edilən gələcək iqtisadi mənfəət əldə etdiyi təqdirdə uçota alınır. Alış, işlənmə 

və kəşfiyyat xərcləri konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarında göstərilən uçot qaydalarına uyğun 

olaraq qeydə alınır. 

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(10) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Birgə  əməliyyatlarda iştirak payları (davamı).  Köhnəlmə, tükənmə  və ya amortizasiyaya məruz qalmış 

aktivlər HPBS-in qüvvədə olduğu dövrdə və ya müvafiq aktivlərin gözlənilən faydalı istifadə müddəti ərzində 

(bu müddətlərdən hansı daha qısa olarsa) hazırkı uçot siyasətində nəzərdə tutulan müvafiq tükənmə və ya 

köhnəlmə metoduna əsasən xərcə silinir. 

 

Xarici valyuta çevrilmələri. Konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarındakı məbləğlər, xüsusi qeyd 

edilmiş hallar istisna olmaqla, milyon Azərbaycan Manatı ilə (“AZN”) əks olunmuşdur. 

 

Qrupun konsolidasiya edilmiş müəssisələrinin funksional valyutaları onların fəaliyyət göstərdiyi əsas iqtisadi 



mühitlərin valyutaları hesab edilir. ARDNŞ  və onun tabeliyində olan 23 struktur bölməsinin funksional 

valyutası  və Qrupun hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan AZN-dir. Buna 

baxmayaraq, Qrupun törəmə, asılı  və birgə  nəzarət olunan müəyyən müəssisələrində investisiyalarının 

böyük hissəsi üzrə debitor borcları, gəlirlər, xərclər və borc öhdəlikləri ABŞ dolları,  İsveçrə frankı (“İF”), 

Gürcüstan larisi (“GL”), Ukrayna hrivnası (“UH”) və Türk lirəsi (“YTL”) ilə qiymətləndirildiyinə, çəkildiyinə, 

ödənildiyinə və ya ölçüldüyünə görə həmin müəssisələrdə həmin valyutalar funksional valyuta hesab edilir. 

 

Xarici valyuta ilə aparılan  əməliyyatlar  əvvəlcə  əməliyyat tarixinə qüvvədə olan müvafiq valyuta 



məzənnələrini tətbiq etməklə, Qrupun müvafiq müəssisələrinin funksional valyutası ilə qeydə alınır. 

 

Qrupun müvafiq müəssisəsinin funksional valyutası ilə ölçülməyən monetar aktiv və öhdəliklər, maliyyə 



vəziyyəti haqqında hesabat tarixinə qüvvədə olan müvafiq valyuta məzənnələrinə  əsasən həmin 

müəssisənin funksional valyutasına çevrilir. 

 

Qrupun müvafiq müəssisələrinin funksional valyutalarında yenidən ölçülmə  nəticəsində yaranan məzənnə 



gəlir və zərərləri mənfəət və ya zərərdə qeydə alınır. 

 

Qrup müəssisələrinin  əməliyyat nəticələri və maliyyə  vəziyyəti həmin müəssisələrin funksional valyutası 



Qrupun hesabat valyutalarından fərqli olduqda və Qrupun hesabat valyutası ilə ölçülmədikdə (bu 

müəssisələrdən heç birinin funksional valyutası hiperinflyasiya iqtisadiyyatlı ölkələrin valyutası deyil) 

aşağıdakı şəkildə hesabat valyutasına çevrilir: 

(i) hər bir maliyyə  vəziyyəti haqqında hesabat üzrə aktiv və öhdəliklər, maliyyə  vəziyyəti haqqında 

hesabat tarixində qüvvədə olan yekun məzənnə ilə çevrilir

(ii) hər bir ümumi gəlir haqqında hesabat üzrə  gəlir və  xərclər orta məzənnə ilə yenidən qiymətləndirilir 

(həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin məcmu təsirinə əsaslı şəkildə yaxın olmadıqda, 

gəlir və xərclər əməliyyat tarixinə qüvvədə olan məzənnə ilə çevrilir); və 

(iii) bütün 

məzənnə fərqləri kapital hesabında ayrıca komponent (məzənnə çevrilməsindən yaranan fərq) 

kimi əks etdirilir. 

 

31 dekabr 2013-cü il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta 



məzənnələri: 1 ABŞ dolları = 0.7845 AZN, 1 Avro = 1.0780 AZN, 1 İF = 0.8792 AZN, 1 GL = 0.4521 AZN, 

1 UH = 0.0952 AZN, 1 YTL = 0.3642 AZN, 100 YY = 0.7449 AZN (2012-ci il: 1 ABŞ dolları = 0.7850 AZN, 

1 Avro = 1.0377 AZN, 1 İF = 0.8594 AZN, 1 GL = 0.4744 AZN, 1 UH = 0.0975 AZN, 1 YTL = 0.4387 AZN, 

100 YY = 0.9126 AZN). 

 

Maliyyə alətləri – əsas qiymətləndirmə üsulları. Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli 

dəyərdə  və ya amortizasiya olunmuş  dəyərdə qeydə alınır. Həmin qiymətləndirmə üsulları  aşağıda  əks 

etdirilir. 

 

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktivin satılması alınacaq 

və ya öhdəliyin ötürülməsi üçün ödəniləcək qiymətdir.  Ədalətli dəyər ölçülərkən aktivin satılması  və ya 

öhdəliyin köçürülməsi  əməliyyatının aktivin və ya öhdəliyin  əsas bazarında və ya əsas bazar olmayanda, 

aktivin və ya öhdəliyin ən əlverişli bazarında aparılması ehtimal edilir. Qrupun əsas və ya ən əlverişli bazara 

çıxışı olmalıdır. Aktivin və ya öhdəliyin ədalətli dəyəri bazar iştirakçıları aktivi və ya öhdəliyi qiymətləndirərkən 

istifadə etdiyi fərziyyələri istifadə etməklə ölçülməlidir və bu zaman ehtimal edilməlidir ki, bazar iştirakçıları öz 

hərəkətlərində ən yaxşı iqtisadi mənafelərini güdürlər.  

 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə