Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   2   3   4   5   6   7   8   9   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(11) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Maliyyə alətləri – əsas qiymətləndirmə üsulları (davamı).  Maliyyə hesabatlarında  ədalətli dəyərləri 

qiymətləndirilmiş  və ya açıqlanmış bütün aktivlər və öhdəliklər aşağıda təsvir olunan ədalətli dəyər 

iyerarxiyası daxilində  ədalətli dəyərin qiymətləndirilməsi üçün ümumiyyətlə  əhəmiyyətli olan ən aşağı 

səviyyəli giriş məlumatları əsasında kateqoriyalara aid edilir: 

 

Səviyyə 1 – Oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda bazar qiymətləri (təshih edilməmiş) 



mövcud olanlar; 

 

Səviyyə 2 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı  səviyyəli giriş  məlumatları 



birbaşa və ya dolayısı ilə müşahidə edilən qiymətləndirmə üsulları; 

 

Səviyyə 3 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı  səviyyəli giriş  məlumatları 



müşahidə edilməyən qiymətləndirmə üsulları. 

 

Qrup hər hesabat dövrünün sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın 



daxilində  Səviyyələr arasında köçürmələrin baş verib-vermədiyini müəyyən edir (ədalətli dəyərin ölçülməsi 

üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında).  

 

İlkin dəyər alış tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitləri və ya pul vəsaitləri ekvivalentlərinin 

məbləğini və yaxud verilmiş sair resursların  ədalətli dəyərini  əks etdirir və  əməliyyat xərclərini ehtiva edir. 

İlkin dəyərlə qiymətləndirmə yalnız bazar qiymətləri olmayan və  ədalətli dəyəri etibarlı  şəkildə ölçülə 

bilməyən pay alətlərindəki investisiyalara tətbiq edilir. 

 

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı 

ilə bağlıdır.  Əlavə  xərclər  əməliyyatın həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir.  Əməliyyat 

xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, 

brokerlərə  və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr

eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc öhdəlikləri üzrə mükafat 

və ya diskontlar, maliyyələşdirmə  xərcləri, daxili inzibati və ya saxlama xərcləri  əməliyyat xərclərinə daxil 

edilmir. 

 

Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin qaytarılmasını çıxmaqla, lakin hesablanmış faizləri daxil 

etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin 

dəyərini  əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı  təxirə salınmış  əməliyyat xərclərinin və effektiv 

faiz metodundan istifadə etməklə ödəniş  məbləği üzrə  hər hansı mükafat və ya diskontun amortizasiyası 

daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya 

olunmuş diskont və ya mükafat (verilmə zamanı  təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) 

ayrıca göstərilmir və müvafiq maliyyə  vəziyyəti haqqında hesabatın aktiv və öhdəliklərinin balans dəyərinə 

daxil edilir. 

 

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin 

edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində bölüşdürülməsi metodudur. Effektiv faiz 

dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə  gələcək zərərlər xaric 

olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti  ərzində  və ya müvafiq hallarda daha qısa müddət 

ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə 

aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və 

yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən sair dəyişkən amillər istisna olmaqla, faiz 

dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont 

etmək üçün istifadə edilən faiz dərəcəsidir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən 

tədavül müddəti  ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə  tərəfləri arasında 

ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir. 

 

Maliyyə aktivləri. Qrup maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: a) ədalətli dəyərinin 

dəyişməsi mənfəət və ya zərərdə  əks olunan maliyyə aktivləri; b) kreditlər və debitor borcları; c) ödəniş 

tarixinə qədər saxlanılan maliyyə aktivləri və d) satış üçün mövcud olan maliyyə aktivləri. Bu təsnifləşdirmə 

maliyyə aktivlərinin  əldə edilməsi məqsədindən asılıdır. Rəhbərlik maliyyə aktivlərini ilkin uçot zamanı 

təsnifləşdirir. 

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(12) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Maliyyə aktivləri (davamı). Maliyyə aktivlərinin qiymətləndirilməsi onların aşağıdakı təsnifatından asılıdır: 

 

(a)   Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə  əks olunan maliyyə aktivləri.  Ədalətli dəyərinin 

dəyişməsi mənfəət və ya zərərdə  əks olunan maliyyə aktivləri satış üçün nəzərdə tutulan maliyyə 

aktivləri (maliyyə aktivi əsasən qısa müddətdə satış üçün əldə edildiyi təqdirdə bu kateqoriyada 

təsnifləşdirilir) və ilkin olaraq ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə 

aktivləridir. Derivativlər heclər kimi müəyyən edilmədiyi təqdirdə, satış üçün nəzərdə tutulan aktivlər 

kimi təsnifləşdirilir. Bu kateqoriyaya daxil olan aktivlər cari aktivlər kimi təsnifləşdirilir. 

 

(b)   Kreditlər və debitor borcları. Kreditlər və debitor borcları bazarda sərbəst surətdə alınıb satıla 

bilməyən, təsbit və ya müəyyən edilə bilən ödənişlərlə qeyri-derivativ maliyyə aktivləridir. Ödəmə 

müddəti hesabat tarixindən sonra 12 aydan çox olan kreditlər və debitor borcları istisna olmaqla, 

bunlar cari aktivlər kimi təsnifləşdirilir. Bu istisna olunmuş aktivlər isə uzunmüddətli aktivlər kimi 

təsnifləşdirilir. Kreditlər və debitor borcları maliyyə vəziyyəti haqqında hesabatda debitor borcları kimi 

əks etdirilir. 

 

(c)   Ödəniş tarixinə  qədər saxlanılan investisiya qiymətli kağızları. Bu kateqoriyaya Qrupun ödəniş 

müddətinədək saxlamaq niyyəti və imkanı olan qiyməti təyin edilmiş sabit və ya ödəniş müddəti 

müəyyən edilmiş qeyri-derivativ maliyyə aktivləri daxildir. Rəhbərlik ödəniş tarixinə  qədər saxlanılan 

investisiya qiymətli kağızlarının təsnifləşdirilməsini onların ilk dəfə uçota alınması  ərəfəsində 

müəyyənləşdirir və  hər hesabat tarixində  təsnifləşdirmənin uyğunluğunu yenidən qiymətləndirir. 

Ödəniş tarixinə  qədər saxlanılan investisiya qiymətli kağızları amortizasiya olunmuş  dəyərdə uçota 

alınır. 

 

(d)   Satış üçün mövcud olan maliyyə aktivləri. Satış üçün mövcud olan maliyyə aktivləri bu kateqoriya üçün 

nəzərdə tutulan və yaxud hər hansı sair kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-derivativlərdir. 

Rəhbərliyin hesabat tarixindən etibarən 12 ay ərzində investisiyaları satmaq niyyəti olmadığına görə 

bu aktivlər uzunmüddətli aktivlər kimi tanınır. 

 

Maliyyə aktivlərinin müntəzəm alışı və satışı, əqdin bağlandığı tarixdə (yəni, Qrup aktivi almaq və ya satmaq 



öhdəliyini üzərinə götürdüyü tarixdə) uçota alınır. İnvestisiyalar əvvəlcə ədalətli dəyərinin dəyişməsi mənfəət 

və ya zərərdə əks olunmayan bütün maliyyə aktivləri üzrə əməliyyat xərcləri daxil olmaqla, ədalətli dəyərlə 

uçota alınır. Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks olunan maliyyə aktivləri əvvəlcə ədalətli 

dəyərdə uçota alınır, əməliyyat xərcləri isə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda 

xərcə yazılır. Satış üçün mövcud olan maliyyə aktivləri və ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə 

əks olunan maliyyə aktivləri sonradan ədalətli dəyərlə uçota alınır. Kreditlər və debitor borcları effektiv faiz 

metoduna əsasən amortizasiya olunmuş dəyərdə uçota alınır. 

 

“Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə  əks olunan maliyyə aktivlərinin”  ədalətli dəyərində 



dəyişikliklərə görə yaranan gəlir və ya zərər onların yarandığı dövrdə mənfəət və ya zərər və digər məcmu 

gəlir haqqında hesabatda “sair gəlir/(zərər)” sətrində əks etdirilir. Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya 

zərərdə  əks olunan maliyyə aktivlərindən yaranan dividend gəlirləri Qrupun ödənişləri almaq hüququ 

müəyyən edildikdə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda sair gəlirlərin tərkibində 

uçota alınır.Xarici valyutada ifadə olunan və satış üçün mövcud olan qiymətli kağızlar kimi təsnifləşdirilən 

monetar qiymətli kağızların  ədalətli dəyərindəki dəyişikliklər qiymətli kağızların amortizasiya edilmiş 

dəyərində və balans dəyərində baş verən dəyişikliklər nəticəsində yaranan məzənnə fərqləri kimi təhlil edilir. 

Monetar qiymətli kağızlar üzrə məzənnə çevrilməsindən yaranan fərqlər mənfəət və ya zərərdə uçota alınır; 

qeyri-monetar qiymətli kağızlar üzrə  məzənnə çevrilməsindən yaranan fərqlər kapitalda uçota alınır. Satış 

üçün mövcud olan qiymətli kağızlar kimi təsnifləşdirilən monetar və qeyri-monetar qiymətli kağızların ədalətli 

dəyərindəki dəyişikliklər kapitalda uçota alınır. 

 

Satış üçün mövcud olan maliyyə aktivləri kateqoriyasında təsnifləşdirilən qiymətli kağızlar satıldıqda və ya 



dəyərsizləşdikdə, kapitalda qeydə alınan ədalətli dəyər üzrə yığılmış düzəlişlər mənfəət və ya zərər və digər 

məcmu gəlir haqqında hesabatda investisiya qiymətli kağızlarının satışından yaranan gəlir və zərər kimi əks 

etdirilir. Satış üçün mövcud olan qiymətli kağızlar üzrə effektiv faiz metoduna əsasən hesablanmış faizlər 

mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda sair gəlirlərin tərkibində uçota alınır. Satış 

üçün mövcud olan pay alətləri üzrə dividendlər Qrupun ödənişləri almaq hüququ müəyyən edildikdə mənfəət 

və ya zərər və digər məcmu gəlir haqqında hesabatda sair gəlirlərin bir hissəsi kimi uçota alınır.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə