Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(14) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Ticarət və sair debitor borcları (davamı).  Əlavə olaraq, dəyərsizləşmə üzrə  zərərin baş verməsinə dair 

obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən sair əsas meyarlar aşağıda göstərilir: 

 

qarşı tərəfin əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Qrupun qarşı tərəf haqqında əldə 



etdiyi maliyyə məlumatları ilə təsdiqlənməsi; 

 

qarşı  tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə  məruz 



qalması; 

 

qarşı  tərəfə  təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş 



statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya 

 

girovun (əgər varsa) dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində  əhəmiyyətli dərəcədə  aşağı 



düşməsi. 

 

Ticarət və sair debitor borcları müştərilər və borcalanlar tərəfindən ödənildikdə  və ya başqa oxşar 



əməliyyatlar olduqda debitor borcu hesabından silinir. 

 

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə kassada 

olan nağd pul, bank hesablarındakı  tələb edilənədək və ilkin ödəmə müddəti üç ay və ya az olan sair 

qısamüddətli və yüksək likvidli investisiyalar daxildir. 

 

Məhdudiyyət qoyulmuş pul vəsaitləri.  Məhdudiyyət qoyulmuş pul vəsaitləri nağd pul və pul vəsaitlərinin 

ekvivalentlərindən ayrıca göstərilir. Məhdudiyyət qoyulmuş qalıqlar pul vəsaitlərinin hərəkəti hesabatının 

tərtib edilməsi məqsədilə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə aid edilmir. 

 

Kreditor borcları. Kreditor borcları qarşı  tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı 

qeydə alınır. Kreditor borcları ilkin olaraq ədalətli dəyərdə uçota alınır və sonradan effektiv faiz metoduna 

əsasən amortizasiya olunmuş dəyərdə ölçülür. 

 

Borc öhdəlikləri. Borc öhdəlikləri əvvəlcə borc öhdəlikləri ilə bağlı emissiya xərcləri çıxılmaqla, əldə edilmiş 

daxilolmaların  ədalətli dəyərində qeydə alınır. Borc öhdəlikləri effektiv faiz metodundan istifadə etməklə 

amortizasiya olunmuş dəyərdə uçota alınır. 

 

Əsas vəsaitlərin tikintisini maliyyələşdirmək üçün alınmış borc öhdəlikləri üzrə faiz xərcləri aktivi istifadəyə 



yararlı vəziyyətə gətirmək üçün onun tikintisinin tamamlanması və ya hazırlanması üçün tələb olunan dövr 

ərzində kapitallaşdırılır. Borc öhdəlikləri üzrə sair xərclər mənfəət və ya zərərdə əks etdirilir. 

 

Əsas vəsaitlər. Qrup əsas vəsaitlərinin BMHS-a keçid tarixində (1 yanvar 2007-ci il) ədalətli dəyərlə 

ölçülməsi və  həmin tarixdə  ədalətli dəyərin  şərti hesablanmış maya dəyəri kimi istifadə edilməsi üsulunu 

seçmişdir.  Ədalətli dəyər, bazar məlumatlarına  əsasən və köhnəlmə hesablanmış  əvəzləşdirmə  dəyəri 

üsulundan istifadə etməklə müəyyən edilir. BMHS-a keçid prosesindən sonra əsas vəsaitlər yığılmış 

köhnəlmə və lazım olduqda, dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aşağıda göstərilən dəyərdə uçota alınır. 

 

1 yanvar 2007-ci il tarixindən sonra alınmış aktivin ilkin dəyəri onun alış dəyəri və ya tikinti xərcləri, bu aktivin 



istismara verilməsi ilə birbaşa bağlı olan xərclər, onun silinməsi öhdəliyi (əgər varsa) üzrə ilkin təxminlər və 

kvalifikasiya olunan aktivlər və borc öhdəlikləri üzrə xərclərdən ibarətdir. Maliyyə lizinqi müqaviləsinə əsasən 

əldə edilmiş aktivlər də əsas vəsaitlərə daxildir. 

 

Kəşfiyyat və qiymətləndirmə xərcləri. Mülkiyyətin lizinqə götürülməsi xərcləri ehtiyatların dəyəri müəyyən 

edilənədək kapitallaşdırılır.  İqtisadi cəhətdən səmərəli kəşfiyyat edilmədikdə, bu məsrəflər xərc hesabına 

yazılır.  Əsas vəsaitlər və ya qeyri-maddi aktivlər üzrə kapitallaşdırma xərclərin xarakterinə uyğun  şəkildə 

aparılır. 

 

Qrup kəşfiyyat və qiymətləndirmə  fəaliyyətini həmin resursların istehsalının iqtisadi cəhətdən 



əsaslandırılması müəyyən edilənə qədər, kəşfiyyat və qiymətləndirmə xərclərini kapitallaşdırmaqla uçota alır. 

İqtisadi cəhətdən  əsaslandırılmayan resurslar ilə bağlı  kəşfiyyat və qiymətləndirmə  xərcləri konsolidasiya 

edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinə əlavə edilir. 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(15) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin işlənib təkmilləşdirilməsi. Platformalar, boru kəmərləri kimi 

infrastruktur qurğuların tikilməsi, quraşdırılması və ya tamamlanması və kommersiya cəhətdən təsdiqlənmiş 

quyuların qazılması üzrə xərclər onların xarakterinə uyğun olaraq əsas vəsaitlər və qeyri-maddi aktivlər kimi 

kapitallaşdırılır. Konkret yataqda işlənmə tamamlandıqdan sonra o, istehsal aktivlərinə (neft və qaz 

əmlakına) köçürülür. 

 

Neft və qaz hasilatı qurğuları üzrə  təxmin edilən sökülmə  xərclərinin cari dəyəri (ləğvetmə  və  ərazinin 



bərpası  xərcləri daxil olmaqla) öhdəlik yarandıqda uçota alınır və istehsalın həcmindən asılı olaraq 

amortizasiya metodundan istifadə etməklə balans dəyərinə daxil edilir. 

 

Bütün kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Əsas vəsaitlərin əsas hissələrinin və 



ya komponentlərinin dəyişdirilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr istismardan çıxarılır. 

 

Hər bir hesabat tarixində rəhbərlik, əsas vəsaitlər üzrə dəyərsizləşmə əlamətlərinin mövcud olub-olmadığını 



qiymətləndirir.  Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin edir. Aktivin bərpa 

dəyəri, aktivin və ya pul vəsaitlərini yaradan biznes vahidlərinin satış  xərcləri çıxılmaqla  ədalətli dəyəri və 

istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərinə qədər azaldılır və 

dəyərsizləşmə üzrə hər hansı zərər mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda qeydə 

alınır. Dəyərsizləşmə üzrə zərərin daha olmamasına və ya azala biləcəyinə dair əlamətlər olduqda, aktiv və 

ya PVYV (Pul vəsaitlərini Yaradan Vahidlər) üzrə  əvvəlki illərdə qeydə alınmış  dəyərsizləşmə  zərəri ləğv 

edilir. 

Əsas vəsaitlərin satışından yaranan gəlir və  zərər alınmış  vəsaitlərin məbləği ilə balans dəyəri arasındakı 

fərq kimi müəyyən edilir və mənfəət və ya zərərə daxil edilir. 

 

Köhnəlmə. Neft və təbii qaz əmlakı ilə bağlı əsas vəsaitlər üzrə köhnəlmə istehsal həcmindən asılı olaraq 

köhnəlmə metoduna əsasən hesablanır. 

 

Neft və qaz aktivləri üçün köhnəlmə təsdiqlənib işlənilmiş ehtiyatlar və ya uyğun olduqda cəmi təsdiqlənmiş 



ehtiyatlar üzrə  hər bir yataq üçün hesablanır. Birgə istifadə olunan neft-qaz əmlakı  və avadanlıqları (məs. 

daxili təchizat sistemləri, emal qurğuları və s.) cəmi təsdiqlənmiş ehtiyatlar üzrə köhnəlmə hesablanır. 

 

Torpaq üçün köhnəlmə hesablanmır. Neft-qaz əmlakı və avadanlığından başqa əsas vəsaitlər onların təxmin 



edilən faydalı istifadə müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən köhnəlmə hesablanır. Tikilməkdə 

olan aktivlər üçün köhnəlmə hesablanmır. 

 

Qrupun  əsas vəsaitlərinin (neft-qaz əmlakından başqa) təxmin edilən faydalı istifadə müddəti aşağıda 



göstərilir: 

 

Binalar və tikililər



12 - 40 il 

Maşın və avadanlıqlar

3 - 50 il 

Gəmilər 25 

il 

 

Əsas vəsaitlərin faydalı istifadə müddəti hər il nəzərdən keçirilir və lazım olduqda onların faydalı istifadə 



müddətindəki dəyişikliklər sonrakı dövrdən etibarən uçota alınır. 

 

Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, 



Qrupun həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Əgər Qrup 

aktivlərini fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözləyərsə  və  əlavə qalıq dəyərinin 

mövcud olmadığı  nəzərdə tutulursa, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri lazım 

olduqda hər bir hesabat tarixində nəzərdən keçirilir və dəqiqləşdirilir. 

 

Əməliyyat lizinqi. Qrup lizinq alan qismində  çıxış etdikdə  və lizinq obyektlərinin mülkiyyət hüququ ilə 

əlaqədar risk və faydalar lizinq verən tərəfindən Qrupa ötürülmədikdə,  əməliyyat lizinqi müqavilələri üzrə 

cəmi ödənişlər lizinqin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən mənfəət və ya zərərdə qeydə 

alınır. Lizinqin müddəti lizinq alan tərəfindən  əmlakın lizinqə götürülməsi üçün əlavə  şərtlərlə birlikdə 

müqavilənin imzalanması ləğv oluna bilməyən dövrdür. Lizinq müddəti ləğv edilə bilməyən elə müddətdir ki

lizinq alan aktivi həmin müddətə lizinqə götürmək müqaviləsini imzalamış və hər hansı əlavə müddətləri də 

nəzərə almaqla lizinq alan əlavə ödənişlər etməklə  və ya əlavə ödənişlər etmədən lizinq müddətinin 

əvvəlində bu hüququn istifadə edilməsinə kifayət qədər əmin olduğu halda, əmlakın lizinq müddətini artırmaq 

hüququna malikdir. 

 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə