Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(16) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Əməliyyat lizinqi (davamı). Əmlak, əməliyyat lizinqinin şərtlərinə əsasən lizinqə verildikdə lizinq ödənişləri 

üzrə debitor borcları lizinqin ümumi müddəti  ərzində  bərabər çıxılmalar metodundan istifadə etməklə lizinq 

gəliri kimi uçota alınır. 

 

Qudvil. Qudvil ilkin olaraq məcmu ödənişin və qeyri-nəzarət payının müəyyən edilə bilən xalis aktivlər və 

güman olunan öhdəliklərdən artıq hissə olan dəyəri kimi hesablanır.  Əgər bu məbləğ  əldə edilmiş törəmə 

müəssisənin xalis aktivlərinin ədalətli dəyərindən azdırsa, bu fərq gəlir və ya zərər kimi qeydə alınır. 

 

İlkin tanınmadan sonra qudvil maya dəyərindən hər hansı qalıq dəyərsizləşmə  zərərini çıxmaqla ölçülür. 



Dəyərsizləşmə testi üçün müəssisələrin birləşməsindən yaranan qudvil, yaranma tarixindən başlayaraq 

Qrupun birləşmədən fayda götürə biləcək hər bir PVYV-nə alınan müəssisənin sair aktiv və ya öhdəliklər bu 

vahidlərə ayırmasından asılı olmayaraq paylanır. Qudvil PVYV-in bir hissəsi olduğu və vahid nəzdində 

fəaliyyətin bir hissəsi ləğv olunduğu təqdirdə  həmin fəaliyyətə aid edilən qudvil onun ləğv olunmasından 

yaranan gəlir və zərərin müəyyən edilməsi üçün ləğv olunan fəaliyyətin balans dəyərinə daxil olunur. Bu cür 

hallarda silinən qudvil ləğv olunan fəaliyyətin müvafiq dəyəri və qalan PVYV-in dəyəri əsasında ölçülür. 

 

Qeyri-maddi aktivlər. Qeyri-maddi aktivlər yığılmış amortizasiyanı  və  dəyərsizləşmə  zərərini çıxmaqla, 

maya dəyərində qeydə alınır. Qeyri-maddi aktivlərə hüquqlar və proqram təminatı, patentlər, lisenziyalar, 

müştəri ilə münasibətlər, ticarət adı, sudan istifadə hüquqları və işlənmə layihələri daxildir. 

 

Qeyri-maddi aktivlərin faydalı istifadə müddəti məhdud və ya qeyri-müəyyən olaraq qiymətləndirilir. Məhdud 



faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər onların faydalı iqtisadi müddəti  ərzində  bərabər 

hissələrlə amortizasiya edilir və  dəyərsizləşə bilməsinə dair əlamət mövcud olduqda dəyərsizləşmə üzrə 

qiymətləndirilir. Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər üzrə amortizasiya dövrü və 

amortizasiya metodu ən azı hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir. Gözlənilən faydalı istifadə 

müddəti və ya aktiv üzrə daxil olacaq gələcək iqtisadi səmərənin gözlənilən istifadə modelində baş verən 

dəyişikliklər müvafiq olaraq amortizasiya dövrünü və ya metodunu dəyişdirməklə uçot təxminlərində 

dəyişikliklər kimi qeydə alınır. Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər üzrə 

amortizasiya xərcləri mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda qeyri-maddi aktivlərin 

funksiyasına uyğun olaraq xərc kateqoriyasında tanınır. 

 

Qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlər amortizasiya edilmir, lakin fərdi 



qaydada və ya pul vəsaitlərini yaradan biznes vahidləri səviyyəsində  hər il dəyərsizləşmə üzrə yoxlanılır. 

Qeyri-müəyyən faydalı istifadə müddətinin qiymətləndirilməsi qeyri-müəyyən istifadə müddətinin uyğun 

olmaqda davam edə biləcəyini müəyyən etmək üçün hər il nəzərdən keçirilir. İstifadə müddəti uyğun 

olmadıqda, istifadə müddəti sonrakı dövrdən etibarən qeyri-müəyyən müddətdən məhdud müddətə 

dəyişdirilir. 

 

a)  



Hüquqlar və proqram təminatı 

 

Proqram təminatı  yığılmış amortizasiyanı  çıxmaqla, maya dəyərində qeydə alınır. Amortizasiya, bu cür 



aktivlərin təxmin edilən faydalı istifadə müddətləri ərzində bərabər çıxılmalar metoduna əsasən hesablanır. 

Torpaq üzərində mülkiyyət hüquqlarına su bəndlərindən, fabrik ərazisindən, liman ərazisindən, sahənin 

işlənməsi, sahə və su ötürmə xəttindən istifadə hüquqları daxildir. Petkim Petrokimya Holding A.Ş. (“Petkim”) 

şirkətinin alışı zamanı (Qeyd 15) əldə edilmiş qeyri-maddi aktivlər əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 3-

ə  əsasən  ədalətli dəyərdə uçota alınmış, və qeyri-müəyyən faydalı istifadə müddətinə malik olduğu üçün 

amortizasiya olunmayan su ötürmə  xətti istisna olmaqla, alış tarixindən başlayaraq qeyri-maddi aktivlərin 

qalan faydalı istifadə müddətləri ərzində amortizasiya edilmişdir. 

 

b)  



Müştəri ilə münasibətlər 

 

Petkim şirkətinin xalis aktivlərinin bir hissəsi kimi əldə edilmiş müştəri ilə münasibətlər əvvəlcə 30 may 2008-



ci il tarixinə BMHS 3-ə  əsasən  ədalətli dəyərdə uçota alınmış  və alış tarixindən başlayaraq onların 22 illik 

faydalı istifadə müddətləri ərzində amortizasiya edilmişdir (Qeyd 15). 

 

SOCAR Switzerland şirkətinin xalis aktivlərinin bir hissəsi olaraq alınmış Müştəri ilə münasibətlər  əvvəlcə 



30 iyun 2012-ci il tarixinə BMHS 3-ə əsasən ədalətli dəyərdə uçota alınmışdır. 

 

 




Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(17) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Qeyri-maddi aktivlər (davamı). 

 

c)  

Petkim ticarət adı 

 

Petkim  şirkətinin alışı zamanı əldə edilmiş Petkim ticarət adı əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 3-ə 



əsasən ədalətli dəyərdə uçota alınmışdır. Petkim ticarət adı qeyri-müəyyən faydalı istifadə müddətinə malik 

olduğu üçün amortizasiya edilmir (Qeyd 15). 

 

d)  

Sudan istifadə hüquqları 

 

Petkim şirkətinin alışı zamanı əldə edilmiş sudan istifadə hüquqları əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 



3-ə  əsasən  ədalətli dəyərdə uçota alınmış  və alış tarixindən başlayaraq onların 47 illik faydalı istifadə 

müddəti ərzində amortizasiya edilmişdir (Qeyd 15). 

 

e)  

İnkişaf layihələri 

 

Petkim  şirkətinin alışı zamanı  əldə edilmiş inkişaf layihələri  əvvəlcə 30 may 2008-ci il tarixinə BMHS 3-ə 



əsasən  ədalətli dəyərdə uçota alınmış  və alış tarixindən başlayaraq onların 5 illik faydalı istifadə müddəti 

ərzində  bərabər çıxılmalar metoduna əsasən amortizasiya edilmişdir.  İnkişaf layihələri ilə bağlı  çəkilmiş 

xərclər (yeni və ya təkmilləşdirilmiş məhsulların tərtibatı və sınaqdan keçirilməsinə aid olan) layihənin texniki-

iqtisadi  əsaslandırılmasını  nəzərə alaraq gerçəkləşəcəyi ehtimal edildikdə  və yalnız xərclər etibarlı  şəkildə 

qiymətləndirilə bildikdə, qeyri-maddi aktivlər kimi uçota alınır. Tədqiqat və  işlənmə  fəaliyyəti ilə bağlı digər 

xərclər yarandığı dövrdə xərc kimi uçota alınır. Qeyri-maddi aktivlər dəyərsizləşdikdə, onların balans dəyəri 

bərpa dəyərinə azaldılır. 

 

Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddətləri hər bir hesabat tarixində  nəzərdən keçirilir və lazım 



olduqda onlara düzəlişlər edilir. 

 

Mənfəət vergisi. Konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarında mənfəət vergisi hesabat tarixinə 

qüvvədə olan və ya qüvvəyə minmiş müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi 

xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrdə vergi təsiri digər ümumi 

gəlirlərdə və ya bilavasitə kapitalda uçota alınan əməliyyatlar istisna olmaqla, mənfəət və ya zərər kimi əks 

etdirilir. 

 

Cari mənfəət vergisi, cari və  əvvəlki dövrlər üzrə vergiyə  cəlb edilən mənfəət və ya zərər ilə bağlı vergi 



orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Mənfəət vergisindən başqa sair 

vergilər əməliyyat xərcləri kimi qeydə alınır. 

 

Təxirə salınmış  mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası  və 



konsolidasiya edilmiş maliyyə hesabatlarında onların balans dəyəri arasında yaranan müvəqqəti fərqlər üçün 

tam hesablanır. Təxirə salınmış vergi aktivi, qüvvədə olan və ya hesabat tarixinə qüvvəyə minmiş vergi 

dərəcələrinə (və qanunvericiliyə)  əsasən hesablanır və müvafiq təxirə salınmış vergi aktivinin realizasiya 

ediləcəyi və ya təxirə salınmış vergi öhdəliyinin yerinə yetiriləcəyi halda tətbiq edilməsi gözlənilir. 

 

Təxirə salınmış vergi aktiv və öhdəliklərinin  əvəzləşdirilməsi cari vergi aktivləri və cari vergi öhdəliklərinin 



əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq olduqda, eləcə  də qalıqları xalis şəkildə 

əvəzləşdirmək niyyəti mövcud olduğu halda təxirə salınmış vergi aktiv və öhdəlikləri eyni vergi orqanı 

tərəfindən vergiyə  cəlb edilən müəssisə  və ya vergiyə  cəlb edilən ayrı-ayrı müəssisələrə  tətbiq edilmiş 

vergilərə aid olduqda həyata keçirilə bilər. 

 

Təxirə salınmış vergi aktivləri müvəqqəti fərqlərin istifadə oluna bilməsi üçün vergiyə cəlb edilən mənfəətin 



əldə edilməsi ehtimalının mövcud olacağı zaman hesablanır.Təxirə salınmış  mənfəət vergisi, Qrupun 

müvəqqəti fərqlərin bərpası dövrünə  nəzarət etməsi və müvəqqəti fərqlərin yaxın gələcəkdə  bərpa 

edilməməsi ehtimal olunan hallar istisna olmaqla, törəmə  və asılı müəssisələrə investisiyaların 

qoyulmasından yaranan müvəqqəti fərqlər üçün hesablanır. 

 

Təxirə salınmış  mənfəət vergisi, aktivlərin ləğv olunması üzrə öhdəliklər üçün ehtiyatın, eləcə  də  əsas 



vəsaitlərin ilkin dəyəri üzrə müvafiq düzəlişlərin uçota alınması  və sonrakı dövrdə qiymətləndirilməsindən 

yaranan müvəqqəti fərqlər üçün tam şəkildə hesablanır.  




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə