Microsoft Word A5 n?sr Ansambl ifac?l?g?n?n ?saslar?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix14.02.2018
ölçüsü2,8 Kb.
#26917
  1   2   3   4   5   6   7   8   9   ...   30


 
  
 
ARZUXANIM  ƏLİZADƏ 
 
 
  
 
 
 
ANSAMBL  
İFAÇILIĞININ 
ƏSASLARI  
 
 
 
 
 
 
BAKI-2017 



 
Redaktorlar: Nərgiz Əliyarova,        
Bakı Musiqi Akademiyasının Professoru,  
Fəlsəfə doktoru,  Azərbaycan Respublikasının 
Əməkdar artisti 
  
Xəyalə  Abdullayeva,  
 Bakı Musiqi Akademiyasının müəllimi 
 
  
 
 
Arzuxanım  Əlizadə. Ansambl  ifaçılığının əsasları”. 
Bakı, “Zərdabi-Nəşr” MMC. 2017. 124 səh  
 
 
 
Təqdim olunan iş ali və orta musiqi tədris müəssisələrində  
“Kamera ansamblı” fənni üzrə dərslik  kimi istifadə üçün 
nəzərdə tutulmuşdur. 
  
  
 
 
© A. Əlizadə, 2017 
 
 
Həcmi 8 ç.v. Sifariş № 24. Tiraj 50 
 “Zərdabi-Nəşr” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi 
 
   



MÜNDƏRİCAT
 
1.       Ön söz  ...................................................................................... 5 
2.       “Kamera musiqisi” və “Kamera ansamblı”  anlayışları  .......... 7 
2.1.    Tərif  ....................................................................................... 12 
2.2     Kamera musiqisinin yaranması və inkişafı  ............................ 12 
2.3.    Ansamblı orkestrdən  fərqləndirən məqamlar  ....................... 27
   
3.       Ansambl ifaçılığının əsas xüsusiyyətləri  ............................... 29 
3.1.    Ansambl (birgə ifa) xüsusiyyətləri  ........................................ 30 
3.2.    Kamera ansamblının dramatik tamaşa təbiəti barədə  ............ 33  
3.3.    Ansamblda  partiyalar üzərində individual iş barədə  ............ 36 
3.4.    Ansambl əsəri üzərində birgə iş barədə  ................................. 38 
4.       Ansambl texnikasının tərkib hissələri barədə  ........................ 42 
5.       Səslənmə sinxronluğu barədə  ................................................ 44 
6.       Motor-hərəki səviyyəli ansambl vərdişləri  ............................ 51 
6.1.    Temp və ritm sinxronluğu  ..................................................... 51 
6.2.    Metro-ritmik və temp  sinxronluğu  ....................................... 55 
6.3.    Artikulyasiya sinxronluğu  ..................................................... 64 
7.       Eşitmə səviyyəli ansambl vərdişlərinin formalaşması  ........... 79 
7.1.    İntonasiya  .............................................................................. 79 
7.2.    İbarəlik  ................................................................................... 80     
7.3.    Dinamik sinxronluq. Tembr-dinamik çalarlama  ................... 84 
7.4.    Alətlərin səslənmə tarazlığı  ................................................... 84 
8.       Psixo-estetik səviyyəli sinxronluq  ......................................... 89 
8.1.    Səhnə sinxronluğu  ................................................................. 89 
8.2.    Kinetik hərəkətlər barədə  ...................................................... 93 
8.3.    Açıq çıxışa hazırlıq mərhələsi  ............................................... 95   
8.4.    Səhnə məşqləri və yekun məşq  .............................................. 98 
8.5.    Səhnə həyəcanı barədə  ........................................................ 101 
8.6.    Konsert günü əməl edilməli qaydalar  .................................. 106  
9.       Kamera ansamblının kommunikativ xüsusiyyətləri  ............ 107 
9.1.    Profess.-kommunikativ vərdişlərin formalaşma üsulları  ..... 110 
10.     Ansamblda oturuş qaydalarına dair  ..................................... 113 
11.     Kökləməyə dair  ................................................................... 115 
12.     İstifadə edilən ədəbiyyat   ..................................................... 124 
 
 



 
 



 
1.  Ön söz 
 
Kamera-instrumental ansamblı janrı demək olar ki, 
yarandığı gündən ən demokratik janrlardan biri olub. Onun bu 
xüsusiyyəti özünü ev-məişət ansambl ifaçılığı  ənənələrində 
daha parlaq büruzə verib. Bu gün də birgə ifaçılıq təcrübəsi 
insanlarda bu və ya digər dərəcədə müstəqil bədii təşəbbüs 
oyadan gözəl  ənənədir.  Ansambl ifaçılığı ifaçılıq sənətinin 
bərabərlik, yaradıcılıq məsələlərinin bir növ “polifonik” aşkar 
və həll edilməsi əsasında qurulan ayrıca müstəqil bir sahəsidir.    
Ansambl ifaçılığı  həm ciddi, dərin düşüncəli sənətçiləri, 
həm də geniş dinləyici auditoriyasını eyni dərəcədə  cəlb edir
ifaçıların və dinləyicilərin qarşısında repertuarın 
genişləndirilməsi, musiqinin dərk edilməsi üçün böyük 
imkanlar açır. Həmçinin birgə ifa istənilən səviyyəli  ifaçının 
professional inkişafında böyük rol oynayır. Bu gün bütün 
qabaqcıl musiqi təlimi metodikaları birgə  yaradıcılığa 
qoşulmağı, ansambl ifaçılığı  tədrisinin mümkün qədər erkən 
başlanılmasının və bütün təhsil boyu, instrumental hazırlıq 
dövründə davam edilməsinin vacibliyini vurğulayır, çünki 
məhz ansamblda  hər bir musiqiçi - ansambl iştirakçısı    həm 
qeyri-formal lider, həm liderə tabe müşayiətçi olmağı öyrənir, 
həm aparıcı, həm aparılan funksiyalarına yiyələnir, həm virtuoz 
solist, həm ikinci plana çəkilmək bacarıqlarını mənimsəyir.    
Ansambl ifaçılığının bir qolu olan kamera instrumental 
ansamblı zəngin ifadəlik
 
imkanlarına malikdir. Bununla  yanaşı 
kamera  ansamblı ifaçılığı istənilən ixtisaslı ifaçıya onun 
professional mədəniyyətinin inkişafı üçün əlverişli  şərait 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə