57
likvidliyini planlaşdırmaq olar. O yuxarıda nəzərdən keçirilən nəzəriyyələri
inkar etmir, amma göstərir ki, borc alanın gəliri ilə ssudaların ödənilməsinin
uzlaşdırılması (əlaqələndirilməsi), kreditin təmin olunması üçün akseptdən daha
məqsədəuyğundur. Bu nəzəriyyə iddia edir ki, bank likvidliyinə kreditlərin və
investisiyaların ödəniş müddəti strukturunu dəyişməklə təsir göstərmək olar.
Sənayenin qısamüddətli kreditləri daha likvidlidir, nəinki orta və uzunmüddətli
ssudalar, istehlakçılara möhlətlə ödəmə ilə alqı üçün kreditlər isə mənzil və ya
tikinti üçün ssudalardan daha likvidlidir. Nəzəriyyə hazırda kommersiya
banklarının kredit portfelinin xeyli hissəsini təşkil edən kreditlərin ayrı - ayrı
növlərinin inkişafı və sürətlə artımını qəbul edir: işgüzar firmalara müddətli
kreditlər, möhlətli ödəmə ilə istehlakçı kreditləri. Xeyli hissəsini aylıq və
kvartallıq ödəmələrin nəzərdə tutduğu kreditlərin təşkil etdiyi kredit portfeli əsas
borcun və ya faizlərin ödənilməsi hesabına likviddir, belə ki, nəqd vəsaitlərin
müntəzəm axınını planlaşdırmaq asandır.
Gözlənilən gəlir nəzəriyyəsi ona təsir göstərmişdir ki, bir çox banklar
investisiya portfelinin formalaşmasının özülünə pilləlilik (mərhələlilik) effektini
qoymuşlar: qiymətli kağızlar ödənmə müddəti üzrə elə seçilir ki, daxilolmalar
müntəzəm və idarəolunabiləcək olsun. Bu halda nəqdiyyatla müntəzəm ödəniş
göstəricisi üzrə investisiya portfeli borcun və faizlərin müntəzəm ödənilməsi
üzrə kreditlər portfelinə yaxınlaşır.
Passivlərin idarəolunması nəzəriyyəsinin
tərəfdarları hesab edirlər ki,
banklar bazardan əlavə vəsaitlərin cəlb olunması yolu ilə likvidlik problemini
58
həll edə bilərler. lk vaxtlar aparıcı maliyyə mərkəzlərinin iri bankları bu
nəzəriyyənin müdafiəsinə çıxlış edirdilər, az sonra isə onu hər yerdə qəbul
etdilər. Likvid resursların artırılması üçün banklar Mərkəzi bankdan da vəsait
götürürlər. Borc vəsaitlərin istifadə olunması miqyasının genişləndirilməsi bank
kreditlərinə tələbin artması və tələb olunanadək əmanətlərin nisbətən ləng artımı
ilə şərtlənir. qtisadi fəallığın güclənməsi və inflyasiya tempinin artması
təsərrüfat subyektlərinin kredit istehlakının artmasını bildirirdi. Xərclərin
artması bankları öz resurslarını daha dolğun istifadə etməyə yönəldir.
Praktikada bu və ya digər dərəcədə bütün nəzəriyyələrdən istifadə olunur,
amma müxtəlif banklarda bunlardan birinə daha çox üstünlük verilir. Likvidlik
durumunun idarə olunmasında iki ifrat cəhəti göstərmək olar. Bunlardan biri -
ehtiyatlara ciddi nəzarət siyasətidir. Bu, ondan ibarətdir ki, bankda gəlir
gətirməyən vəsaitin mövcudluğuna yol verilməsin, yəni faktiki olaraq vəsaitin
istehlakına nisbətdə istənilən bolluğun mövcudluğuna yol verilməsin. Digər əks
cəhət - ehtiyatların daim mütləq ehtiyatlar norması üzrə tələblərin ödənilməsi
üçün kifayət edəcək səviyyədə dayanıqlığının təmin olunması və qızğın çağlarda
depozitlərin artması siyasətidir. Ona görə də bankın likvidliyinin
qiymətləndirilməsi zamanı bankın kassasında qalan nəqd pulların həcmini,
müştərilərin tələblərinin ödənilməsi üçün nəqd pulların verilməsi üzrə
dövriyyənin həcmini, vəsaitlərin kassada dövranlılığını, eləcə də kassadan
verilən pulların bankın öhdəliklərinin əks etdirildiyi hesablar üzrə debet
dövriyyəsi məbləğinə nisbətini nəzərdən qaçırmaq olmaz. ri banklar nəqd
59
vəsaitlərə ciddi nəzarət etməyi sərfəli hesab edirlər, xırda banklar isə
ə
məliyyatların ümumi gəlirliliyinin təmin olunmasında kassa idarəolunmasını
bacarıqla həyata keçirilə bilən bu effektliliyi daha çox dərk edirlər.
Müxtəlif hesablaşma əməliyyatlarının
aparılması yolu ilə müştərilər
qarşısında öhdəliklərin yerinə yetirilməsi zamanı bankın likvidliyi ilə alayı
durum yaranır. Belə hallarda bankın kassasında müştərilərin tələblərinin
ödənilməsi üçün nəqd pul qalıqlarının yaradılmasına ehtiyac yoxdur. Lakin
müxtəlif nəqdsiz hesablaşma əməliyyatları bankın likvidliyinə fərqli təsir
göstərir.
Nəqdsiz hesablaşmaların bir qismi vəsaitlərin müştərilərin hesabları üzrə
köçürmələr yolu ilə aparılır. Əger belə əməliyyatlar bir bankın müştəriləri
arasında aparılırsa, onda bu, likvidliyə təsir göstərmir, belə ki, bankın
öhdəliklərinin məcmu həcmi dəyiəmir, yalnız vəsaitlərin müştərilərin hesabları
üzrə yerdəyişməsi baş verir. Ona görə də likvidliyin dəstəklənməsinə bir bank
çərçivəsində aralarında hesablaşma əməliyyatlarının həyata keçirilməsinin
mümkünlüyü nəzərə alınmaqla bankın müştərilər tərkibinin formalaşdırılması
yardım edə bilər.
Müxtəlif bankların müştərilərinin iştirak etdikləri hesablaşma əməliyyatları
da ssudaların verilməsi və ödənilməsi ilə bağlı bankların likvidlik durumuna
fərqli təsir göstərir. Bir bankın müştərisinin vəsaitinin nəqdsiz köçürmə yolu ilə
digər bankın müştərisinin xeyrinə keçirilməsi bir bankdakı müştərinin hesabında
olan qalığı azaldır və həmin bankda digər bankın müxbir hesabı üzrə qalığın
60
müvafiq dərəcədə artmasına səbəb olur. Nəticədə həmin bankın öhdəlikləri
ə
vəzinə müştəriyə digər banka köçürülən məbləğ həcmində öhdəlik yaranır.
Digər bankda vəsaitlərin köçürülməsi nəticəsində müştərinin hesabında onun
qarşısında öhdəliyin müvafiq artımı ilə köçürülən məbləğ həcmində qalığın
artımı baş verir. Bununla belə, müxbir hesab üzrə bankın aktivləri debet
qalığının artması məbləğində çoxalır. Lakin bankın öhdəlik strukturu həcminin
bu sayaq dəyişməsi hər iki bankın likvidliyinə əhəmiyyətli təsir göstərmir.
Kommersiya bankları praktiki fəaliyyətlərində likvidliyin yerinə
yetirilməsində çətinliklərlə qarşılaşırlar. Bununla əlaqədar olaraq bankların
likvidliyinin pozulması səbəblərinin üç qrupunu
göstərmək olar. Səbəblərin
birinci qrupu
bankların fəaliyyətində buraxılmış səhvlərlə, onların mümkün risk
dərəcəsini nəzərə almamaları ilə bağlıdır. kinci qrupa nə borc alanlardan, nə də
banklardan asılı olmayan səbəblər aiddir ki, onların ucbatından kreditor ona
ssuda verilmiş kapitalı geriyə ala bilmir. Üçüncü qrup səbəblər - bankın zamanla
bağlı balansının pozulması üzündən öz öhdəlikləri üzrə bankın qeyri -
ödəməqabilliyinin
mümkünlüyüdür,
yəni
aktiv
və
passivlərin
strukturunun
zamanla
uyğunsuzluğudur (daxilolma müddəti ilə ödəniş arasında müvazinət yoxdur).
Zəruri likvidliyin qorunub - saxlanılması üçün banklar passiv və aktiv
ə
məliyyatlar sahəsində məqsədyönlü siyasət aparmalıdırlar. Likvidliyin yüksək
səviyyəsi nisbətən daha effektiv işləyən banklara imkan verir ki, tələb və təklifin
konyunktur enib - qalxmasını dəf etsin, tezliklə öz vəsaitlərini daha perspektivli
Dostları ilə paylaş: |