41
Bəzən innovasiya yalnız standartda həyata keçirilir, obyekt isə əvvəlki kimi
qalır. Buna misal olaraq digər üslubda, eyni fasonda olan şlyapanın geyilməsini
göstərmək olar. Digər hallarda əksinə standart eyniilə qalır, lakin obyekt dəyişir. Bu
innovasiyanın nisbətən acıq və geniş yayılmış görünüşdür (məsələn, ensiz şalvarların
enlilərlə, qısa yubkanın uzunla dəyişməsi). Standart və obyektlərin eyni zamanda
innovasiyalarıda vardır. Nəhayət, modalı innovasiya obyektdən (məsələn, baş
geyimindən, çətirdən, yelpikdən və i. a.) imtina etməsindən də ibarət ola bilər. Modalı
innovasiyaların həyata keçirilməsi üslublarını üç yerə və uyğun olaraq üç görünüşə
bölmək olar: 1) onun müəyyən mədəniyyətdə və ya mədəni sahədə ənənəsini
aktuallaşdırılması vasitəsilə yerinə yetirilməsi; Bu görünüşü, ifadənin zahiri
paradoksallığına baxmayaraq innovasiyanın ənənə vasitəsi kimi işarə edək. Mədəni
irslərin müxtəlifliyinə baxmayaraq, hər bir nəsl ona irsən qalanları seçməli olur,
beləliklə təkcə öz gələcəyini deyil, həmdə keçmişini seçmiş olur. Moda kimi,
keçmişin bu və ya digər mədəni nümunələrini işıqlandıraraq onları müasirləşdirir və
hamının diqqətinə çatdırılmasına imkan verir.
Aktuallaşdırılmış ənənəvi formaların uzaqlaşması müasir dəyərləri işarə edə
bilər, digər sözlə «yeni» keyfiyyətdə, müxtəlif müsbət assosiasiyalarla (gözəl, rahat)
qəbul edilə bilər. Obyektin müvəqqəti uzaqlaşması və ya yaxınlaşmasının ona
göstərdiyi təsir dərəcəsini aydın dərk etmək üçün kostyumun tarixini tədqiq edən
ingilis alimi D.Leyver tərəfindən tərtib edilmiş sxemdən istifadə etmək olar.
Eyni kostyum müxtəlif xassəli olur:
-
ə
dəbsiz – özvaxtından 10 il əvvəl
-
yaraşıqsız – öz vaxtından 5 il əvvəl
-
ekstrovoqantlı – öz vaxtından 1 il əvvəl
-
zərif - öz vaxtında
-
zövqsüz – 1 ildən sonra
-
çirkin, iyrənc – 10 ildən sonra
-
məzəli – 30 ildən sonra
-
gəşəng, ədabaz – 50 ildən sonra
-
heyranedici – 70 il sonra
42
-
romantik – 100 il sonra
-
çox qəşəng – 150 il sonra
nnovasiyanın digər yolu, digər mədəniyyətlərdən və ya mədəniyyətin digər
sahələrindən (məsələn, dəzgah rəssamlığının və ya memarlığın qarşılıqlı əlaqəsi
nəticəsində, geyimin xüsusiyyətləri cihaz stilinin istehsal sferasından məişət
məmulatına və i. a.) keçir. Bu innovasiya görünüşü, 2) qarşılıqlı vasitə ilə əldə edilən
innovasiyadır. Onun standartların və obyektlərin dəyişilməsində də, mühüm
ə
həmiyyəti, modanın atribut dəyərlərinin universallıq mühüm olması kimi əsas rolu
vardır. Bu halda standart və obyektlərin qarşılıqlı əlaqədən yararlanmasını müvafiq
mədəniyyətdə və mədəni sahədə nəzərdən keçirir, modalı əhəmiyyətlərini əldə edərək
«modalı» olurlar. Qarşılıqlı əlaqə nəticəsində, qərbdə geniş yayılmış rus qadın
uzunboğaz çəkmələri istifadə edilərək yenidən modalı standartlar şəklində Rusiyaya
qayıtmasını 1 və 2- ci görünüşə aid ən yaxşı misal kimi göstərmək olar. Son illərdə,
milli geyim elementlərinin və Şərq motivlərinin Avropa modelyerləri tərəfindən
işlənilərək yenidən modali standart kimi vətənə dönməsi də bu qəbildəndir.
Göründüyü kimi, adları çəkilən hər iki innovasiya görünüşləri yalnız müəyyən
sosial- mədəni konteksə aiddir. Yalnız 3- cü üsul uyğun görünüşlü modalı
innovasiyanı– ixtiraetməni təqdim edir. 3) Standart və obyektlərin tarixdə yeni
elementlərin və ya köhnə elementlərin yeni kombinasiyada tətbiq edilməsi,
innovasiyası modanın strukturunda mühüm hadisədir. Əvvəla ixtira öz– özlüyündə
mədəniyyətin müxtəlif sahələrində az hallarda baş verir. Onlar heç də həmişə moda
ə
həmiyyətini almırlar. Digər sözlə hər bir innovasiya modada təşəkkülünü tapmır,
məlumdur ki, müxtəlif ixtira moda innovasiyalarının mühüm faktorunu təşkil edir.
Hətta qədim mədəniyyət sahəsindəki elmi kəşflər modalı innovasiyaları stimullaşdıra
bilər. Belə ki, 1920- ci illərdə aparılan arxeoloji qazıntılar zamanı məşhur Misir
fironu Tutanxamona aid əşyalar geyimdə, bəzəklərdə və interyerdə innovasiyaların
ə
mələ gəlməsinə mühüm dərəcədə təsiretmişdir.
Hazırda məişət məmulatları sahəsində modalı innovasiyalar texnologiyanı,
xüsusilə ekoloji təmiz resurs və qənaətcil enerjini əldə edir. Texnologiyanın imkanları
mühüm dərəcədə dizayn həllinin imkanlarını və yaradıcılıq axtarışının diapazonunu
43
genişləndirir və ya onu daraldır. Buradan da, «texnoloji estetika» anlayışı və tanınmış
dizayner A.Andreyevanın təklif etdiyi müasir modalı geyimlərin səciyyəvi cizgiləri
meydana çıxır. O haqlı olaraq qeyd etmişdir ki, bu gün texnologiya təkcə məmulatın
sayının artırılmasına deyil, həm də geyimdə modanın əmələ gəlməsinə köməklik edir.
«Sənaye texnologiyası» müasir rəssam- modelyerin yaradıcılıq prosesinin ayrılmaz
hissəsi olub, daha da mühüm və mütləq vəzifəsidir.
Bütün dünyada paralel olaraq əl üsulu ilə geyimin, bəzəklərin və interyer
predmetlərinin və i. a. istehsalına maraq yaranmaqdadır. Qeyd etmək lazımdır ki,
moda iştirakçılarının gözləri qarşısında göstərilən üç görünüşdə olan innovasiyalar
arasındakı fərq mühüm dərəcədə deyildir, eyni zamanda onları həqiqətən standart və
obyektlərin nə qədər «yeni» olmasından asılı olmayaraq eyni radikallar kimi qəbul
edilirlər. Bu nə ilə bağlıdır? Əgər qeyd etdiyimiz kimi, a) dəyişən standart və
obyektlərin arxasında modanın eyni daxili dəyərləri dayanırsa, b) standart və
obyektlərin dəyişməsi bir qayda olaraq əsas mədəni nümunələrin yalnız variasiyasını
təmsil edirsə, onun çərçivəsindən çıxmırsa, c) əksər hallarda modalı innovasiyalar
ə
nənə və qarşılıqlı vasitə ilə həyata keçirilirsə, onda biz həmişə modalı standart və
obyektləri arasıkəsilməyən və radikal dəyişən kimi qəbul edirik. Bunlar həqiqətən
hansı münasibətlərdə arasıkəsilməz və radikal olaraq dəyişirlər? Modanın
funksiyalanma prosesi, modalı standartlar özü ondanəvvəlki, «modadan çıxmış» ilə
bilavasitə daimi fəaliyyətdə olur. Onlar bir yerdə real surətdə fəaliyyət göstərirlər,
çünki bunlardan birinin digərini sıxışdırması və müxtəlif moda iştirakçılarının yeni
moda standartına birləşdirilməsi birdən– birə deyil tədricən əmələ gəlir.
Bundan əlavə «köhnə modalı» obraz, kütlənin təfəkküründə modanın
yetişməmiş antipodu kimi iştirak edir. Beləliklə, «yeni modalı» və «köhnə modalı»
bir sistemi təşkil edir, funksional cəhətdən bir- birini tamamlayır. Onlara standart
sahəsində bir nizamlama mexanizminin iki hissəsi kimi baxmaq lazımdır.
Nəzərə alasaq ki, artıq modalı innovasiyanın əsas mənasını ifadə edə bilərik 1)
sosial diqqət istənilən halda cəlbedici olduğu kimi, «yeni modalı»nın «köhnə
modalı»dan az da olsa fərqləndirən dəyişiklikləri belə təsbit edir; 2) bir tərəfdən
stildə, funksiyalarda, materialda və i. a., digər tərəfdən isə standart və obyektlərin real
Dostları ilə paylaş: |