8
uçulmağa başlayır. Istedadlı modelçi əmələ gələn bu geyimi tapmalıdır.
Modanın meydana gəlməsini iri parça istehcalı ilə əlaqədə olduğunu göstərilir.
Çox guman ki, belə də olmuşdur, cünki geyimin formasını kifayət qədər tez-tez
dəyişməsi üçün bol parça istehsalı təmin olunmalıdır.
XlV əsrdə qeyri-mütəşəkkil şəklində hansısa geyim görünüşünün ümumilikdə
artması moda adını almışdır. Moda sözü “modis” sözündən qəbul edilmişdir və hədd
hüdud, tərz, qayda kimi tərcümə olunur. Bəzən daha çox “fashion” istifadə olunur.
Ümumilikdə bu məna indiyədək saxlanılır, hər halda o müasir moda anlayışının bir
hissəsini təşkil edir.
Sonralar moda taliyada, ngiltərədə, spaniyada geniş yayılmışdır. Moda ilə
oyun çoxlarının xoşuna gəldiyindən onun pərəstişkarları artırdı. O ən ciddi sərhədləri
keçərək ənənəvi geyim növlərini əvəz edərək öz qayda və üstünlüklərini yaymaqda
davam etdirirdi.
O dövrlərdə kostyumda əmələ gələn elementlər bunların estetik inkişafı
zərurətindən və ya tələbatından irəli gəlməsini demək olmaz: məsələn, hündürlüyü bir
metr olan şlyapaları, qadın paltarının yerlə sürünən uzun dal ətəyi, burun hissəsi
həddindən artıq ensiz kişi pantalonları və ya burun hissəsi burulmuş və qaytanla
boğaz hissəyə bağlanmış çəkmələri göstərmək olar.
Bəzi mütəxəssislər hesab edirlər ki, modanın əmələ gəlməsi hər hansı müəyyən
dövrə aid etmək və ya hadisə kimi qəbul etmək çətindir. Çox guman ki, bu qeyri-
müəyyən olduğu kimi sonu da qeyri-müəyyəndir.
Bütünlüklə moda heyrətlə və rəğbətlə qəbul edilir, onunla fəxr edirlər, onu
istəyirlər. Düzdür, modanı sevməyənlər də vardır. Belə adamlar hesab edirlər ki, öz
ölçülüb biçilməmiş və ya konstruktiv zövqlərini digərlərinə sırımaq mümkündür.
Modelyerlərin hər bir yeni təkliflərini onlar etiraz ilə qarşılayırlar. Onlar müasir
dəbdə geyinmiş adamları gördükdə hiddətlənir, ələ salırlar. Lakin buna baxmayaraq
modanı dayandırmaq belə adamların heç birinə nəsib olmayıb.
Modanın ən mühüm cəhətlərindən biri də onun dəyişgənliyidir. Kostyum digər
predmətlərə birgə geyimin yeni modasının əmələ gəlməsi, qabaqda gedən modaya aid
olanların bir hissəsi və ya mühüm hissəsisinin estetik dəyərinin itirməsi səçiyyəvidir.
9
Bu amilin estetik və iqtisadi əhəmiyyəti vardır. Deməli, formanın dəyişməsi (xüsusilə
kostyumun) təbii olaraq insanlarda formanın yeniləşdirilməsinə tələbat cəhdi
olduğundan, istehlakçılar tərəfindən geyimin dəyişməsi ilə (eyni zamanda estetik
zövqünün) və bütünlükdə cəmiyyətin inkişafı ilə bağlıdır.
Fransız modelçi-rəssam P. Kardena moda haqqında qeyd edir ki, “Moda
yeniləşmə deməkdir. Bunun prinsipi daima təbiətdən irəli gəlir.”
Ağac öz köhnə yarpağını tökür, insan isə təngə gəldiyi geyimi çıxarır. Hər hansı
geyim həddindən artıq adət edilmiş olduqda ondan tez bezirlər. Moda eyniliyin
yoruculuğundan xilas edir. Insanlar bir-birinin xoşuna gəlmək, gözəl geyinmək, yaxşı
görünmək istəyirlər.
1.2 Modanın strukturu və funksiyası
Dəb yalnız kostyumun deyil həm də ümumən müasir cəmiyyətin mühüm
evolyusiya faktorudur. nsan mədəniyyətinin xüsusi forması kimi dəbi hələ XVIII
ə
srin axırlarında öyrənməyə başlamışlar. Onu hər şeydən əvvəl incəsənət sahəsində
və kostyumda estetik idealın və zövqün dəyişməsi ilə əlaqədar olan estetik hadisə
kimi şərh edirlər. Lakin dəb anlayışının əsas mahiyyətinin dərk edilmədiyi üçün,
onun cəmiyyətdə əmələ gəlmə və fəaliyyət mexanizmlərinin dərinliyini açmağa
(açıqlamağa) dəbin öyrənilməsinə sosioloji yanaşma imkanı yaradıb.
XIX əsrin sonları – XX əsrin əvvəllərinə dəb tədqiqatçıları dəbin əmələ
gəlməsinin sosial səbəblərini, həmçinin onun təsirinin sosial, iqtisadi və mədəni
nəticələri analiz edərək onu sosial fenomen kimi nəzərdən keçirirdilər. Dəbi müxtəlif
nöqteyi nəzərdən(sosial psixologiya, psixoanaliz, bazar kapitalizminin iqtisadiyyatı,
kulturologiya) tədqiq edirdilər. Dəb cəmiyyətin inkişaf dinamikasını müəyyən edən
müasir insan cəmiyyətinin əsas komponenti kimi dururdu. Dəbli ola biləcək, mədəni
nümunələr yaradan dizaynerin dəb fenomeni təbiəti barədə dolğun təsəvvürü
olmalıdır. Çünki dəb müasir cəmiyyətdə sosial və iqtisadi münasibətlərin
tənzimləyicilərindən biridir.
10
Moda tədqiqatçılarının çoxu onun izahını modanın kütləvi davranış qaydalar
ilə bağlı olduğundan çıxış edərək verirlər.
“Moda” anlayışının birinci belə tərifini təqdim etmək olar:
Moda-sosial informasiyanın işlənməsinin (təkmilləşdirilməsinin) xüsusi üsulu,
yeni meyarıdır (psixoloq Z. Petrovun tərifi).
Moda insanların əksəriyyətinə xas olan yeniliklərə münasibət bildirmənin
növü. Əsasən o, yeni hərəkət və düşüncə tərzi kimi seçim obyektlərinin vaxtaşırı
dəyişməsində özünü büruzə verir (sosial psixoloq E. Boqdanusun tərifi).
Moda adət və sosial institutlarda yanaşı davranışın sosial requlyasiyası
formasıdır. Moda – vaxtaşırı dəyişik və kütləvi davranış nünmunələrinin dövri
xüsusiyyətinə səbəb olan requlyatordur (sosioloq A. Qofmanın tərifi).
Moda mədəniyyətin bütün hadisələrinə (incəsənət, ədəbiyyat, tibb, sosiologiya,
iqtisadiyyat, fəlsəfə, texnika, siyasət, ideologiya, idman) aiddir. Maddi, mənəvi
dəyərlərə aid nə varsa hər şeyə aiddir və dəyişmə prosesindədir. Modanın strukturu
aşağıdakı elementlərdən ibarətdir:
1. Moda standartları. Moda standartı-davranış və ya hərəkətin üsulu və ya nümunəsi.
2. Moda obyektləri. Moda obyektləri material və qeyri-material ola bilər. Bura
əş
yalar, ideyalar, sözlərin və onların xüsusiyyəti daxildir.
3. Modanın əhəmiyyəti və ya moda dəyərləri. Moda standartı və ya obyekti moda
düşürsə o mod olur, moda dəyərini itirdikdə “dəbdən düşür”.
Modanın təzahürü onun davamçılarına müəyyən dəyərlərlə nail olmağa imkan
yaradır. Modanın ilkin daxili dəyərlərinə malikdir: müasirlik, universallıq(moda
zaman çərçivəsindən başqa heç bir sərhəd tanımır), əyanilik (moda kommunikasıya
üsulu olduğundan öz sosial statusunu və özün haqda məlumatı nümayiş etməyə
imkan vardır). Moda evristik yaradıcılıq fəaliyyəti ilə bağlıdır, yeniliyinaxtarışını,
yeniliyin yaradılmasını və köhnənin yeni kimi kəşfini stimullaşdırır. XX əsrin
kulturologiyası oyunu insan mədəniyyətinin universal elementi kimi nəzərdən
keçirir.Oyun dünyanı dərki formasıdır.Moda isə oyun davranışının formasıdır,
özünəməxsus “moda qaydalarına” riayət etmək moda standartını formalaşdırır.
Dostları ilə paylaş: |