17
1.4. Modanın strukturu, modalı standartlar və
obyektlə r
Moda insan və sosial fraqmentlərin reallığı çərçivəsindən kənara çıxaraq ayrı-
ayrı elementlərlə kəsişir. Modanın bu cürtəzahürü bütöv və universal olub insanın
həyat fəaliyyətinin iqtisadi, psixoloji, estetik və digər sahələrini əhatə edir. Buna görə
modanın tədqiq edilməsi müxtəlif elmi fənlərlə birgə yerinə yetirilir və
fənnlərarasında bir növ həlqə rolunu oynayır. Bu sahənin tarixi, mədəni, estetik,
iqtisadi, psixoloji, sosioloji, etnoqrafik nəailiyyət və imkanları böyükdür.
Lakin modanın öyrənilməsində adları çəkilən, həm də bir çox digər fənnlərin və
elmi sahələrin problemlərinin nəzərə alınması ona xələl gətirilməsi ilə nəticələnə
bilər. Belə ki, bunların hər biri çoxsahəli təzahürün hər hansı şaxəsini işıqlandırır.
Bununla belə bizi maraqlandıran müəyyən ayrı- ayrı elementlərin tədqiqat predmeti
eyni deyildir. Onlardan hər birinin ön plana çıxarılması ya tədqiqatçının
konsepsiyasından, onun ixtisasından yaxud da hər ikisindən asılıdır. Məsələn,
sənətşünas tədqiqatçı modanın təzahürünün izahatını verərkən təbii ki, onun estetik
cəhətlərinə üstünlük verir. Modaya verilən bu nəzər- nöqtə uzun müddət ərzində
populyar olmuşdur. Tədqiqatçı- sosioloqlar isə modanı sosial və sosioloji- psixoloji
təzahür kimi qəbul edirlər. Bu təzahürün öyrənilməsində onlar əsas rolu sosiologiya
və sosial psixologiyaya verirlər.
Məhz sosiologiya, hətta sosial reallığın ayrı- ayrı sferaları ayrı- ayrı institutlarla
ə
laqədə olduqda belə, onlar həmişə bütövlükdə sosial, yaxud digər şəkildə müəyyən
sosial çərçivədə yerləşdirilirlər. Məsələn, sosial- iqtisadi həyatın iqtisadi
elementlərdən fərqi əhalinin ayrı- ayrı sosial qrup və sisteminin tələb və meylinin
ödənilməsi ilə bağlı ayrı- ayrı iqtisadi institutların bu və digər iqtisadi effekti ilə sıx
ə
laqədə olmasındadır.
Sosial psixologiya isə fərdlərin öz aralarında və sosial qruplar ilə qarşılıqlı
ə
laqələrini, bu qrupların xüsusiyyətlərini və onların qarşılıqlı münasibətlərini öyrənir.
18
Xüsusilə qeyd etmək lazımdır ki, moda ilk növbədə əşya dünyasına deyil, insan
dünyasına məxsusdur. Əşyalar özü- özlüyündə modanın təsirindən dəyişirlər, insanlar
dəyişərək özləri ilə mədəniyyət arasında qarşılıqlı əlaqənin əhəmiyyətini modanın
ayağına yazırlar.
Məhz buna görə də, modanın tədqiqatında insanın sosial həyatının müxtəlif
tərəflərinə aid olan təfəkkürünə, davranışına, sosial qruplarına və sosial psixologiya
fənnlərinə əsas üstünlüklər verilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu
tədqiqatın fənnlərarası xassələrinə müxtəlif elementləri və semiotikləri cəlb etmək
lazımdır.
Ümumilikdə insanların davranışı yalnız sosial deyil, həm də bioloji və psixoloji
mexanizmlər ilə bağlıdır. Bütün bunlar özləri arasında qarşılıqlı əlaqəli olub bir-
birinə nüfuz edir. Sosial nizamlama anlayışı mənasına görə digər iki sosioloji
anlayışlara yaxındır: «sosial idarəetmə» və «sosial nəzarət». Sosial nizamlanma
proseslərinin əsas tərkib hissəsi sosial sistemin normal funksiya göstərməsi və
müxtəlif səviyyələrdə (qlobal cəmiyyətdən kiçik qruplaradək) inkişafının təyin
edilməsindən ibarətdir. Bununla yanaşı o sosial şəraitin normal funksiyası üçün
bioloji, psixoloji, ekoloji və digər sistemlərin, cəmiyyətin həyat sürməsi üçün şərait
yaratmalı və kömək etməlidir.
Sosial nizamlanmanın mexanizmi çoxdur. Bunlara bilavasitə sosial normalar,
dəyərlər, institutlar, təşkilatlar, adətlər və i. a aiddir.
Moda belə mexanizmlərdən biridir. O hələlik elə bir ümumi konstatasiya ilə
məhdudlaşır ki, çıxış nöqtəsinə xidmət edə bilsin. Sonrakı ifadə edilməsinin
gedişatında modanın bu və ya digər dəqiq sosial nizamlanmasının və insanın
davranışının özünü nizamlaması kimi xüsusiyyətlərin nədən ibarət olduğuna dair
cəhdlər göstərilir.
Modanın öyrənilməsi məsələsinin çətinliklərindən biri də, onun həqiqi mənada
seçimi, kifayət qədər dürüst və etibarlı sərhədlərinin müəyyən edilməsi və modalı
olduğunun fərqləndirilməsidir. Bu şərtlərə əməl etmək çox çətindir. Buna
baxmayaraq bütün bunlar bizim həmişə başa düşdüyümüz gündəlik təsəvvürümüzə
aid yükdür.
19
«Moda» dərəcələrinə bir çox hallarda modaya aid olmayan hadisələr düşür.
Tədqiqat obyekti olan moda isə diqqətdən, nəzərdə tutulan fikirdən qaçır. Bəzən
modanı sərhədisiz, hər yerdə mövcud olan, amma tutula bilinməyən mövhum kimi
interpritasiya edirlər. Bəzən elə hallar olur ki, modanın bir hissəsini (əksər hallarda
hər hansı modalı obyekti, yəni dəbdə nədirsə onu) bütünlükdə moda kimi qəbul
edirlər. Bu uyğun yerdəyişmə və bizi maraqlandıran predmetin dəyişik salınmasının
təhlükəsindən necə xilas olmaq olar? Bunun üçün ilk növbədə modanın nəzəri
modelini qurmaq lazımdır. Nəzəri modelin əsas xüsusiyyəti elementlərin dəqiq təsbit
edilmiş əlaqələrindən ibarətdir, mühit daxili münasibətin reallığını əks etdirir. Bizim
hal üçün belə modelin yaradılması – modanı ideallaşdırılmış şəkildə və ya ideal
obyekt kimi təqdim etmək, modaya bərabər olmayan empirik müşahidə obyekti
qismində, mürəkkəb strukturlu və qarşılıqlı elementlərlə əlaqədə olan, özəl ideal
obyekt kimi təqdim etmək deməkdir.
Bu obyektlər ideallaşdırılma prosesində konstruksiya etmə kimi anlayışlarda əks
etdirilir. deallaşdırılma– hər bir elm üçün qəbul edilməyən, bilinməyən obstrakt elmi
formalardan biridir. Bu obyekt heç bir kənar qarışığı olmayan təmiz halda
seçilməsinə imkan yaradır.
deal obyektlər humanitar və təbiət elmlərinə aiddir. deal obyekt anlayışı
göstərilən səciyyəvi nümunəyə aid olub, əksər hallarda onun məntiqi və elmi
metodologiyasında həndəsi nöqtə kimi xidmət edir. Güman etmək olar ki, təbiətdə
heç bir nöqtə yoxdur, lakin bu anlayış müəyyən münasibətlərdə mühüm reallığın
ə
lamətini təsbit edir. Belə obyerktlər sosial normaları, dəyərləri və ya rolları
«yoxlamaq», hər hansı hissiyyat orqanları vasitəsilə qəbul etmək üçün sosial həyatın
real və fəaliyyətdə olan fakt və faktorlarıdır. Onu da nəzərə almaq lazımdırki, onlar
tədqiqatın fantaziyası deyildir.
Modanın nəzəri modelinin yaradılması, yəni struktur formasında təqdim
edilməsi üçün, bundan sonra «moda nədən ibarətdir» sualına aşağıdakı kimi cavab
vermək olar.
Modanın birinci və ən çox aydın, amma ən az davamlı elementi dedikdə modaya
«daxil» olub, vaxtı çatdıqda bir- birini əvəz edən «kiçik», müəyyən üsul və
Dostları ilə paylaş: |