23
malik olduğu haqqında danışmaq olar, yəni sadəcə olaraq modalı adlandırmaq olar.
Bu dəyərlərə müasirlik, universallıq, demonstrativlik və oyunlar aiddir.
Bu və ya digər standartların dalınca gedərək, müəyyən obyektlərlə fəaliyyət
göstərərək moda iştirakçıları öz davranışlarında təkcə üzdə yerləşən nizamlama
səviyyəsini deyil, həm də bu dəyərlərin arxasında gizlənən, yuxarıda qeyd
edilmişdəyərləri rəhbər tuturlar. Bununla belə modanın atrabutiv (daxili) dəyərəlrinin
orientasiyasını onun bəzi iştirakçıları arasında onları tanıyan və ya tanımayanlar da
təyin edə bilər.
Ə
ksinə əgər davranış yalnız bilavasitə hansısa standartla orientir edilirsə, demək
burada modanın situasiyası yoxdur. Davranış obyektləri konkret mövcud olmur,
ancaq onlara moda əhəmiyyətləri verdikdə modalı olurlar. Çox güman ki, standart və
obyektlərin bir sinfi çox modalı (məsələn, geyim), digərləri isə az, digər sözlə
funksiyasız moda işarə funksiyasına malik olurlar. Amma hər halda funksiyasız moda
mövcud deyildir. Beləliklə, artıq modalı standartlar və obyektlərin nə olduğunu
dəqiqləşdirə bilərik: o davranışdır, onların obyektlərini reallaşdıran üsullardır və
modanın göstərilən atribut dəyərini işarə edir.
Ə
gər modalı standartlar atributlu (daxili) dəyərlər kimi işarə edilirsə, öz
növbəsində onlar denotativ işarəsinə nəzərən modanın dəyərini təmsil edirlər. Onlar
modada dəyər obyektinin sonunu təşkil edikləri üçündenotativ adlandırılırlar. O,
modalı standartlara nəzərən atribut dəyərlərini işarə edir.
Modalı standartlara nəzərən atribut dəyərləri də denotatlar kimi iştirak edirlər,
lakin onlar modada işarələnmənin sonuncu punktu deyildir, onlar ara yerini tutaraq
bir tərəfdən standartlar arasında əvəzedilməz, digər tərəfdən isə dekorativ dəyərlər
kimi funksiyaları yerinə yetirirlər. Lakin dəyər qatının arxasında sonralar dəyişərək
denotativ adlanan modanın zahiri dəyərlərinin qatı vardır. Biz bunları «zahiri»
dəyərlər adlandıraq, çünki müəyyən situasiyalarda modalı davranış sisteminə kifayət
qədər enerji daxil olduqda öz- özlüyündə onlar sərhədlərindən kənara çıxırlar,
modadan kənar qalırları. Onlar eyni zamanda və ya ardıcıl olaraq modanın və eləcə
də digər sosial formaların elementlərini təşkil edə bilirlər. Müəyyən modalı
24
standartların dalınca gedən, modanın iştirakçıları eyni zamanda atributlu dəyərlər ilə
rastlaşırlar.
Dəyişmənin atributlarının dəyərlərindən fərqli olaraq dekorativ dəyərlər sonsuz,
çox obrazlı və müxtəlif olurlar. Bu və ya digər formada atribut dəyərləri bütün kütləvi
moda iştirakçılarını qrup və fərdlərə bölür. Onların əhəmiyyəti və hər birinin xüsusi
çəkisi göz qabağındadır, müxtəlif qruplar üçün və fərdilər üçün müxtəlifdir. O ki
qaldı dekorativ dəyərlərə, onlar da müxtəlifdirlər və bəzən isə müxtəlif davranış
sistemində əks istiqamətdə olurlar. Bu fakt mədəniyyət tarixində, modanın
traktovkasında mühüm dərəcədə əksinədir.
Modanın müxtəlif kateqoriyalı iştirakçıları eyni standartdan, eyni atribut
dəyərlərindən istifadə edərkən oların bu və ya digər faktorlarından asılı olaraq son
mərhələdə donotativ səviyyədə müxtəlif və bəzən əks etik və estetik, siyasi və digər
dəyərlərə malik ola bilirlər. Bu dəyərlər sosial bərabərlik və elitarlıq, gözəllik və
fayda, komfortluq və qeyri- komfortluq və i. a. ola bilər.
Çox güman ki, standart və obyektlər iştirakçıların gözləri qarşısında xüsusi
dəyərlər kimi iştirak edirlər. Əgər bu belə olmasaydı, onda modanın yuxarıda
göstərilən dəyərlərinin komponentləri təzahür etməzdi və davranışa təsir göstərə
bilməzdi. Modalı standartlar və obyektlər görünən zahiri atributları və denotativ
dəyərlərini təmsil edir, moda iştirakçılarının zahiri davranışlarını məhzempirik
müşahidə olunacaq səviyyədə orientir edirlər. Lakin modalı standartlar və obyektlərin
daxilində modalının özünün dəyərini dəqiq seçmək lazımdır, onlar modalı dəyərlərlə
bağlı olan və digər qeyri- faydalıobyektin yüksək qiyməti və i. a modalı
keyfiyyətləridirlər.Belə ki, çox qiymətli əşya (yəni iqtisadi dəyəri olan əşya)
təmamilə qeyri- modalı, yəni moda aspektində sıfır dəyərinə malik ola bilər. Modanın
iştirakçılarının təfəkküründə göstərilən keyfiyyətlər vahid haldabirləşdiyindən
tədqiqatçılar çox vaxt standart və obyektləri spesifik moda aspektlərilə qarışıq
salırlar.
Beləliklə, nəticədə modanın strukturunda üç dəyər səviyyəsinin olduğu
qənaətinə gəlmək olur:
1) standart və obyektlərin dəyər aspekti;
25
2) atributların (daxili) dəyər səviyyəsi;
3) denotativlərin (xarici) dəyər səviyyəsi.
Modalı standartlar (modalar) birbaşa (yəni bilavasitə işarə edən) asutyativ (yəni,
hər tərəfli və daimi işarə edilən) modanın atribut dəyərlərinin işarələrindən və
dolayısı ilə (yəni atribut dəyərlərin vasitəsilə) situativ (müəyyən davranış konteksinə
daxil edilməsindən asılı olaraq) denotativ dəyərlər işarəsindən çıxış edirlər. Uyğun
olaraq iki əhəmiyyət işarəsi vardır, bunlar I və II səviyyə işarələri adlanırlar. Dəyər və
ə
həmiyyət işarələri öz-özünə mövcud olmur, onlar moda iştirakçılarının davranışında
realizə olunur.
Modanın strukturunu sxem şəklində təqdim etmək mümkündür. (sxem 1)
Modalı
standartlar
Modalı
obyektlər
Modanın
atribut
(daxili) dəyərləri
Modanın
denotativ (xarici)
dəyərləri
Moda
iştirakçıların
davranışı
Sxem 1. Modanın strukturu.
Modada ikili işarənin situasiyasını daha da aydınlaşdırmaq üçün bu işarələrin
müxtəlifliyini «yol işarələri» ilə müqayisə etmək olar. Hazırda «yol işarələri»
ifadəsini oxucu dərk edir. O müəyyən fiqurun ölçülərini, formasını və üzərində rənglə
təsvir edilmiş simvolları işarə edir. Bu fiqurlar öz növbəsində, məsələn, hərəkətdə
olan təhlükənin, məhdudluğun, yol şəraitinin xüsusiyyəti haqqında xəbərdarlığı və s.
bildirir.