14
effekti konsepsiyası” adını almışdır. Bu konsepsiyaya əsasən ali sinifin dəbli
surətlərini yamsılayaraq, aşağı təbəqənin nümayəndələri elitaya bənzməyə çalışırlar.
Beləliklə moda standartları və nümunələri tədricən cəmiyyətin aşağı təbəqəsinə
çataraq, yuxarıdan aşağıya “sızırlar”. Kütləvi moda belə yaranır. ctimai elita qalan
kütlədən öz status və fərqliliyini bir daha qeyd etmək və qorumaq məqsədilə yeni
nümunələri dəbli qismində qəbul edir. Kütlə daha yüksək ictimai statusa can ataraq,
yenə də ali təbəqələrin dəbli standart və nümunələrini əldə etməyə çalışır.
Lakin XX əsrdə dəbin (modanın) elitar nəzəriyyəsi dəbin fəaliyyəti prosesində
elitanın rolunun şişirdilməsinə görə tənqidə məruz qalmışdır (xüsusilə amerika
sosioloqu Q. C. Blumer tərəfindən). Moda kütləvi seçim və kütləvi davranış ilə
bağlıdır. Müasir cəmiyyətdə aparıcı rol orta sinifindir. Çünki orta təbəqə cəmiyyətdə
dəyişən mövqeyinə görə dəbin qanunvericisidir. Bir tərəfdən öz ictimai statusunu
yüksəltmək üçün o elitanı yamsılayır, digər tərəfdən aşağı ictimai təbəqədən öz
fərqliliyini nəzərə çarpdırır.
XX əsrdə çoxlu yeni dəblər cəmiyyətin aşağı təbəqəsində yaranmışdır – coz, cins
dəbi və s. Tanınmış geyim dizayneri K. Zagerfeld 1980 ildə söyləmişdir: - “Kim ki,
küçəyə laqeyidlik göstərib, ağılsızdır”. Son 20 il dəbi məhz küçə müəyyən edir.
Moda ictimai nizamlayıcıdır. Moda yalnız ictimai statusun nümayişi vasitəsi
deyil, o həm də insanlar arasında ünsiyyət vasitəsi, kütləvi kommunikasiya
formasıdır. Moda həm qruplar arası kommunikasiya həm də qrupdaxili
kommunikasiya kimi də fəaliiyət göstərə bilər. Moda əsas ictimai psixoloji ünsiyyət
mexanizmləri ilə bağlıdır: təlqin, yoluxma, inandırma, yamsılma.
Hələ XIX əsrdə modanın yamsılama kimi şərhi verilmişdir (Q. Spensor “Moda
mahiyyətcə yamsılamadır”). Moda tarixində həlledici rolu iki stimul oynamışdır:
hörmət və yarışma. Bunlar hörmətdən irəli gələrək yamsılama və yarışmadan irəli
gələrək yamsılama. Hörmətdən irəli gələrək yamsılama mütləqiyyət dövründə
ütünlük təşkil edirdi. Kralın zövqü şərtsiz (sözsüz) dəb standartlarına çevrilirdi.
Krallar və onların yaxınları dəb qanunvericiləri idilər. Bunun bariz nümunəsi “Kral –
Günəşdir”, Fransa kralı XIV Lyudovik. XIX əsrdə özlərini aktyorlara (Talma,
M.Talyoni, S.Bernar), şairlərə (lord C. Bayron), siyasi xadimlərə (S. Bolivara,
15
C.Qaribaldi) bənzədirdilər. XX əsrdə - kinoulduzları, məşhur pop-rok ifaçılarını,
siyasətçiləri, top-modelləri yamsılayırdılar.
Yamsılama (bənzətmə) ilə yanaşı ayrı-ayrı şəxslərin, ictimai qrupların moda
vasitəsilə bir-birinə müqaviməti də mövcuddur. Daha dərin və geniş təzahür qarşılıqlı
bəznətmə oldu. Bu ictimai eyniləşdirmə adlanır və dəb davranışıyla bilavasitə əlaqəsi
var. Eyniləşdirmə ünsiyyətin daxili ictimai-psixoloji mexanizmidir. Şüurlu bənzətmə
və eyni zamanda şüurlu ayrılma üçün zəmin yaradır. Moda vasitəsilə insanın öz qrup
üzvlərinə bənzəməsi və eyni zamanda digər qrupların üzvlərinə qarşı qoyulması
zahirə çıxır. Qrupla eyniləşdirmə və hamı tərəfdən qəbul edilmiş dəbə qarşı olma
antimoda
adlanır. Bir qayda olaraq rəsmi modaya qarşı etiraz cəmiyyətdə hakim olan
dəyərləri qəbul etməməyin zahiri ifadəsidir. Belə ki, Böyük Fransız inqilabı zamanı
antimoda son külotların geyim tərzi idi. XX əsrin ikinci yarısında hamı tərəfdən qəbul
edilmiş modaya neqativ münasibət cavan nəsilə xas idi. kinci dünya müharibəsindən
sonra cavanların etirazı gənclər submədəniyyətində özünün büruzə verən müxtəlif
formalar almışdır: 1640-cı illərdə ABŞ-da, Fransada; 1950-ci illərdə ABŞ-da
bitniklər və baykerlər, Böyük Britaniyada teddi-boüz, SSR -də stilyaqalar; 1960-cı
illərdə Qərb ölkələrindərokerlər, “d modlar” (modernistlər), hippi, skinhidlər və
panklar, 1980-ci illərdə panklar, “yeni romantiklar”, repçilər, “yaşıllar”, 1990-cı
illərin əvvəllərində “qranj”. Antimoda çox vaxt kütləvi modaya çevrilirdi yaxud da ən
azı rəsmi modaya təsir edir. Belə ki cins, kütləvi modaya döndü. 1950-1960-cı illərdə
cins hakim qaydaya etiraz edən cavanların bitnik, hippi, solçu “tələbələrin” geyim
tərzi idi. Məhz alternativ submədəniyyətlərdə müasir modanın mənimsədiyi böyük
innovasiya potensialı vardır. Məsələn, burjuaziyanın uniformasının simasızlaşdırıcı
xüsusiyyətinə və rəsmi modanın eyniliyinə əks olaraq hippilərdən insanın zahiri
görünüşünün individual tendensiyası götürülmüşdür. Həmçinin digər millətlərin
mədəniyyəti elementinin və köhnə zaman möhürü üzərində olan əşyalara maraq. Hər
kəsin öz egosunu ifadə etməyə çalışdığı – eklektizm. Pank submədəniyyətindən
parlaqrənglər və aqressiv aksesuarlarda və s. başqa rüsvayçılıq tendeniyası və ənənə
parodiyası götürülmüşdür. Modaya riayət etmə insanın cəmiyyətə, ətraf aləmə və öz-
özünə münasibəti üzə çıxarır. Bir tərəfdən şəxsiyyət öz individuallığını saxlamaq
16
istəyir, digər tərəfdən cəmiyyətin digər üzvləri ilə özünü eyniləşdirməyə can atır.
Modaya tabe olmayan gizli arzusu ondan asılı olmamaq, başqalarını yamsılamamaq,
ə
ksinə onlardan fərqlənmək cəhdləri ilə mübarizə aparır. Moda insana hazır variantı,
standart davranış nümunələrini təklif edərək əsl seçimi istisna edir, bununla belə
individuallığın inkişafı illuziyasını dəstəkləyir. Elə bunda modanın müdafiə
kompensotor funksyası üzə çıxır. Amerika sosioloqu C.K. Gilbreyt qeyd edirdi ki,
dəbli standart nümunələrə malik olmaq müəyyən psixi reaksiya ilə əlaqədardır. Bu
nemətlər istehlakçıda şəxsi müvəffıqiyyət hissini yaradır, ona cəmiyyətdə prestij vəd
edir, onun fiziki əhvalını yaxşılaşdırır, ümumi qəbul edilmiş standartlara müvafiq
olaraq zahiri görünüşə cazibədarlıq verir, psixi tələbatı təmin edir. Əks halda fərd
özünü təhqir edilmiş, normadan kənar hiss edir.
nsan bu və ya digər ictimai və yaş qrupuna aid olması onun modaya münasibəti
seçimini müəyyən edir. Dəb yamsılaması şəxsiyyəti qrup dəyərləri sisteminə qoşur.
Dəblə ayaqlaşma ictimai eyniləşdirilmənin xüsusi hadisəsi olan konformizm ilə sıx
ə
laqədarır. Konformizm şəxsiyyət və qrup arasında nə isə bir konflikt təklif edir,
onların arzu, mövqe, fikir ayrılıqları. Bununla belə şəxsiyyət ya öz şəxsi əqidəsindən
imtina edərək ya da qrupun qəbul etdiyi standartlara uyğun maskalanaraq qrup
dəyərlərinə uyğunlaşmalıdır. Moda eyni zamana ikisini də təmin edərək konformizmə
tabe olmaq vacibliyi ilə individual seçilmənin də vacibliyi arasında olan konfilikti
yumşaldır. Modaya riayət etmə formal və ya aktiv ola bilər.
Modanın yayılmasında moda liderləri daha fəal iştirak edirlər. Moda liderləri onu
yaratmırlar. Liderlər dəb standartları və nümunələrinin ilk yayanlarıdır. Rəsmi
(beynəlxalq və milli miqyaslı liderlər moda nümunələrini kütləvi informasiya
vasitələri ilə yayırlar) və qeyri-rəsmi (öz qruplarında liderlər) moda liderləri seçirlər.
Ə
vvəllər moda liderləri krallar, onların (istəkliləri) favoritləri və saray əhli idi. XIX
ə
srdə bu rolu aktyorlar və teatr tamaşaçıları, XX əsrdə kütləvi mədəniyyət xadimləri
yerinə yetirir. Buna görə də onların adları və surətləri müxtəlif moda mallarının
reklamında istifadə edilir (aktrisalar, müğənnilər, məşhur idmançılar sabun, şampun,
ə
triyyat, kofe və s. reklam edirlər). Moda kütləvi davranış forması olduğundan,
modanın əsasında məhz kütəvi standartlaşdırılmış nümunələr durur.
Dostları ilə paylaş: |