20
nümunələr nəzərdə tutulur. Bunları modalı standart adlandırmaq olar. Məişətdə onlar
sadəcə olaraq modalı adlandırılır, məsələn, «hazırki mövsümdə modalar necədir»,
«moda nə cürdür» və ya «nə modalıdır» sinonimli ifadələr məhz bu qəbildəndir.
Modalı standartlar– mədəni nümunə4.lərin dəyişmiş formalarıdır. Digər sözlə
mədəniyyətdə nə isə üsul, davranış qaydası və ya hərəkətin biopsixoloji elementlərini
xüsusi vasitələrlə təsbit edir. Bu vasitələrə mədəniyyətdə təsbitin bütün mövcud üsul
və formaları geyim və rəqsdən başlayaraq çap tekstlərinə və ya maqnit yazılarına
kimi informasiyanın saxlanması və ötürülməsi daxildir.
Modalı standartlara hər hansı maddi və həm də qeyri- maddi (mənəvi, işarə,
simvolika və i. a) obyektlər aiddir. Bu obyektləri modalı obyekt adlandırırlar. Onlara
əş
yalar, ideyalar, sözlər, bədii əsərlər və i. a., həm də obyektlərin xüsusiyyətləri,
məsələn, forma və ölçülər daxildir.
Xüsusilə qeyd etmək lazımdır ki, modalı obyektlər– modada istənilən şəkildə,
hər biri müəyyən davranış qaydasında modalı standartların reallaşdırılma elementi
kimi mövcuddur. Gündəlik həyatımızda biz müəyyən fasonda olan donun «dəbdə»
olduğunu söyləyirik, lakin ciddi danışıqda, eləcə də, modada özü- özlüyündə don
deyil, qadın üçün onu geyilməsi və ya geyim dizaynerləri üçün onun
layihələndirilməsi vacib sayılır. Misal üçün donun yiyəsi onu sandıqda saxlayıb heç
kimə göstərməzsə və ya onun təyinatına görə digər məqsədlər üçün istifadə edərsə,
onda çox ehtimal ki, modalı davranışın aktı baş verməyəcək.
Ümumilikdə yeni ər müxtəlif davranış nümunələrinə daxil edilə bilər, uyğun
olaraq bu obyektlərin yerinə yetirdikləri funksiyalar da müxtəlifdir. Məsələn orta
ə
srlərdə Avropada pomidordan təkcə qida kimi istifadə edilmirdi, onu gül kimi öz
sevgililərinə hədiyyə verirdilər. Şəkər, araq, şokolad, çay və kofedən əvvəllər dərman
kimi istifadə olunurdu. Tütündən tarixdə müxtəlif cür istifadə olunmuşdur: onu
çeynəyir, iyləyir və əfsuslar olsun ki, indiyədək çəkirlər.
Eyni ilə modada da eyni obyekti müxtəlif modalı standarta daxil edirdilər. Eyni
dram əsəri «dəbdə olur, lakin onu bir halda tərif, digər halda isə tənqid edirlər».
Obyektsiz modalı standartlar da mövcuddur, onlar məhz insanın özünə aiddir,
məsələn, əl- qol hərəkətləri (jest), mimika və s. Bəzən modalı standart vaxtilə istifadə
21
edilən modalı obyektdən, məsələn, baş geyimindən, qaloşdan, yelpikdən, qalstukdan,
çətirdən, muftadan (qadınların əllərini keçirdikləri xəz), bədii əsərin qəbul
edilməsindən və i. a. imtina edir.
Bəs nə üçün bəzi davranış nümunələrini və ya predmetlərini modalı hesab
edirlər, digərlərini isə yox? Və ya nə üçün eyni yerlər, onların xüsusiyyətləri, ideyalar
hansısa zaman çərçivəsində modalı hesab edilmir, sonra qeyri- modalı olub,
dahasonra isə yenidən modaya daxil edilirlər? Onlarla nə baş verir, onlara modalılığı
nə verir, nə məhrum edir, bəlkəeynilə qalırlar? Burada çox güman ki, məsələ onların
daxili xüsusiyyətində deyil. Bu və ya digər standartlar və obyektlər modalı zəmində
duraraq modalı olur, yalnız və yalnız onlar modanın əhəmiyyətinə sahib olduqda
modanın işarəsi şəklində əmələ gəlirlər. Modanın işarəsi şəklində əmələ gəlməsi, bu
standart və obyektlərin hansısa dəyərləri əvəz etməsi, cəmiyyətdə və ya sosial
qruplarda modalı kimi qəbul edilmələri deməkdir.
Modanın sonuncu komponenti kimi modanın iştirakçıları seçilir, yəni onların
davranışı standartlar, obyektlər və modanın dəyərləri kimi digər komponentlərin
istiqamətlərindən götürülür.
Aşağıda seçdiyimiz komponentləri ardıcıl olaraq nəzərdən keçirək. ndi isə
modanın mühüm komponenti olan dəyərlərdən danışaq. «Modanın dəyərləri nə
deməkdir» sualına cavab hələ aydın olmayan digər- «hansı standartlar və obyektlər
modalı hesab edilir?», «onlardan nə vaxt moda atributlarını yaratmaq olar?», «moda
iştirakçıları öz davranışlarında real olaraq nəyə istinad edirlər?», «onlar nə vaxt
modalı şəlpə– şülpələrin dalınca düşürlər?» kimi suallara cavab verməyə imkan
yaradacaq. Nəhayət, «moda nə böyük işdir» kimi həlledici məsələyə cavab moda
dəyərlərinin tədqiq edilməsindən mühüm dərəcədə asılı olacaqdır. Beləliklə, bu
dəyərlər modanın strukturunun təşkiledici komponentləridir. Məhz onların şərh
edilməsi vasitəsi ilə qalan digər komponentləri də nəzərdən keçirmək olar.
Mədəni nümunələrin və ya sosial davranış qaydalarının iki tərəfi vardır. Birinci
tərəf onların dalınca getmək məcburiyyətində onlardan, ikinci tərəf isə dalınca
getmək istəyənlərdən ibarətdir. Birincihalda bu qayda və ya nümunə sosial normalar
kimi, ikinci halda isə sosial dəyərlər kimi iştirak edirlər. Bu davranışların
22
birincisindənormativ üstünlük təşkil edir və digərində isədəyər üstünlük təşkil edir.
Bəzən hər iki tərəf sanki o bir modelin iki tərəfi kimi eyni qaydada bir- birinə elə sıx
hörülür ki, birinin sonunu, digərinin isə əvvəlini təsbit etmək mümkün olmur. Hər
yanda həmrəy bölüşdürülən dəyər çox vaxt mütləq normativ xassəsini alır,
interləşdirilmiş norma isə arzu edilən dəyərə çevrilir. Digər sözlə vaxtilə hamı
tərəfindən istənilən mütləqə çevrilir və dünənki «istək» bu gün lazımlı olur və ya
ə
ksinə çevrilə bilir.
Digər sosial nizamlayıcı kimi modanın da hər iki başlanğıcı vardır: normativ və
dəyər. Lakin burada dəyər üstünlük təşkil edir. Modanın göstəricisi nə qədər ciddi
olursa olsun onlara riayət etməməyin sanksiyası, hüquqi sanksiyalardan sərt deyildir.
Ə
gər belə sanksiyalar şərtləşərsə və ya represiyalı olarsa, onda bu o deməkdir ki,
moda ya digər nizamlayıcı ilə əvəz edilərək öləcək, ya da ümumiyyətlə müvafiq
sosial situasiya yaranmayacaqdır.Məhz bu səbəbdən, biz modanın strukturundan
onunla normativ başlanğıcı olan dəyəri seçməli oluruq.
Jan Şepanski tərəfindən təklif edilmiş anlayışa əsasən, biz sosial dəyərin
istənilən predmetini, maddi və mənəvi ideyanı və ya institutu, həqiqətdə və ya
xəyalən nəzərdə tutulmuş predmeti həyatın zərurəti kimi dərk edirik.
Təkcə jurnalistlər deyil, bu haqda həm də tədqiqatçılar modanın qeyri- daimi,
dəyişən, yüngül xasiyyətli olması, mənasızlığı barədə tez- tez qeyd edirlər. Modanın
dəyişməsi haqda haminin, təkcə yeniyetmələrin deyil, həm də uşaqların məlumatı
vardır. Bu məlumatın dəyişməsi modanın funksiyası ilə bağlı olan daimi prosesdir.
Təbii ki, burada belə bir sual əmələ gəlir, daimi dəyişmənin dəyərinin mənbəyi nədir?
Ə
gər modalı standartlar dəyişməni vaxtaşırı təmin edirsə, onda adamlar modanı necə
dəyişirlər?
Çox ehtimal ki, hansısa özünü bərabərləşdirən nüvə hissəsi mövcuddur və bu
xüsusiyyətin öz daimiliyi vardır, bunu əksər hallarda «yüngül düşüncəli», «kaprizli»,
«qeyri- daimi» kimi xarakterizə edirlər.
deallaşdırma prosedurası vasitəsilə qeyd edilənlər moda iştirakçılarının
davranışının nizamlayıcısını təmsil edirlər. Yalnız hansısa standart və obyektlər
modanın daxili dəyərlərinin bütün toplusunu işarə edərsə onların modalı dəyərlərə
Dostları ilə paylaş: |