11
Müəyyən ictimai statusun və ya ictimai statusun göstəricisi olaraq moda “rol
oyunu” və ictimai rol anlayışları ilə də bağlıdır.Modanın ikinci (zahiri) təqib edə
bilən moda iştirakçıları kateqoriyası əks dəyərləri - konkret vəziyyətlə müəyyən
edilən dəyərləri möcuddur. kinci dəyərlər insanın dünyaya və özünə, cəmiyyətə və
sosial insitutlara, təbiyətə (ekoloji dəyərlər) olan münasibətini nümayiş edirlər.
Moda iştirakçılarının dəbli davranışı.Dəbi standartlara, obyektlərə və dəyərlərə
yönəlmiş davranış.
Modaya aşağıdakı funksyalar xasdır:
1.
nnovasiya – moda cəmiyyət və mədəniyyətdə, yeni axtarış, öncəkiylə
müqayisədə daha mükəmməl yeni mədəni nümunələri üzə çıxarmağın
eksperimental başlanğıcını stimullaşdırır.
2.
Tənzimləyici – dəb həyat tərzinə yeni davranış və insana seçimi yüngülləşdirən
bununla da dəyişkən dünyaya uyğunlaşmağa yardım edən çoxsaylı mədəni
modellərdən birini seçərək yeni mədəni nümunələri yeridir. Moda yaxın
keçmişlə uzaqlaşmaq imkanını yaradır və yaxın gələcəyə hazırlayır.
3.
Psixoloji – moda insanın dəyişkənlik illuziyası yaradaraq yenilikdə,
özünütəsdiq (ictimai statusu ilə narazılığı kompensasiya edir) psixoloji
tələbatlarını təmin edir. Psixoloji yüklənmədən müdafiə mexanizminin
elementi olaraq moda kütləvi miqyasda şəxsiyyət davranışının hazır
nümunələrini təklif edərək emossianal yüngüllük üuludur.
4.
Sosial – moda insanı sosial və mədəni irsə cəlb edir, müəyyən sosial normaları
və dəyərləri qavramağa yardımçı olur və müəyyən sosial sistemi
canlandırmağa səbəb olur. Bundan başqa moda tənzimləyicisi funksyası yerinə
yetirərək cəmiyyətdə sosial gərginliyi qaydaya salır. Sosial bərabərsizliyi eyni
zamanda qeyd və örtbasdır edəcək.
5.
Nüfuzlu – moda və ya yüksək sosial nümayiş edərək, ya da daha yüksək
statusun illuziyasını yaradaraq sosial statusu ifadə edir. Moda standartları və
elitar sosial qrupların obyektlərini yamsılamaq yolu ilə natamamlıq hissinə
qalib gəlməyə imkan verir.
6.
Kommunikativ – moda kütləvi kommunikasiya formalarından biridir.
12
7.
qtisadi – istehlak və yeni malların reklamı formaları, istehlakçı davranışının
tənzimləyicisi və satışın genişlənməsi üsuludur. Moda istehlak sahəsində insan
davranışına müəyyən tələbat strukturlarının formalaşmasına təsir edir. Moda
sahəsində istehlak standartları və əşyaların sosial obrazı hazırlanır.
8.
Estetik – moda kütləvi estetik zövqün xüsusiyyətlərini əks etdirərək estetik
tələbatları təmin edir, cəmiyyətdə estetik qiymətlərin yayılması və dəyişməsi
üsuludur. Müasir moda cəmiyyətdə baş verən sənaye cəmiyyətinin ən dəyərli
sisteminin norma və qiymətlərini inkar edən post-sənaye (post modern dövrü)
cəmiyyətinə keçid dövrünə müvafiq dəyişiklikləri əks edir. Postmodernin
müxtəlifliyi, plüralizmi və prinsipial ekleztizmi, əvvəllər olduğu kimi (yaxşı
zövq anlayışının olmaması kimi) müasir modada hamı üçün vahid moda
standartının olmamasına gətirib çıxarıb. Müxtəlif ictimai qruplar müxtəlif
dəyərlər sistemi və müvafiq olaraq müxtəlif çoxsaylı və daima dəyişən moda
standartlarına malikdir. Bir moda yerinə bir çox “modalar” müşahidə edirik.
Çünki moda həyat tərzi və müəyyən ictimai qrupların davranış xüsusiyyətləri
ilə bağlıdır.
1.2.
Moda ictimai və psixoloji fenomen kimi
Bütün cəmiyyətə moda yalnız bəzi ictimai qrupların (və ya siniflərin) digərlərini,
müəyyən mədəni nümunələrinin götürülməsi vasitəsilə yamsılaması mümkün olan
yerdə genişləndirilir (yayılır). Ənənəvi və silk cəmiyyətdə adət və hüquq, modadan
fərqli olaraq, daha sərt və dəqiq mədəni nümunələri bu və ya digər ictimai qruplara
təhkim edirlər. Məsələn, orta əsrlərdə aşağı təbəqənin nümayəndələrinə parlaq rəngli
paltarlar geyinmək qadağan olunmuşdur, halbuki zadəganlar parlaq rəngli paltarlar
geyinə bilərdilər. Müəyyən materialların işləmə növlərinin, formaların istifadəsi
kralın forması ilə qanuniləşdirildi. Məsələn, 1480-cı ildə Fransa kralı VII Karl ali
zədaganlardan başqa hamıya qızılı və gümüşü parçadan, ipəkdən tikilmiş paltarları
geymək, geyimi bahalı daş-qaşlarla bəzəmək qadağan etmiş, ictimai status və titula
müvafiq olaraq ayaqqabı burnunun uzunluğunu qanuniləşdirmişdir. lk dəfə kütləvi
13
modanın əmələ gəldiyi və fəaliyyət göstərdiyi (qüvvədə olduğu) cəmiyyətin xüsusi
cəhətlərini XIX əsrin sonunda alman sosioloqu Q.Zimmel göstərmişdir. O aşağıdakı
ə
lamətləri qeyd etmişdir:
1.
Nüfuza görə cəmiyyətdə ictimai təbəqələr arasında fərq olmalıdır (buna görə
ibtidai cəmiyyətdə moda yox idi).
2.
Aşağı təbəqənin nümayəndələri cəmiyyətdə daha yüksək mövqe tutmağa can
atırlar və buna imkanları çatır (yəni sərt ictimai maneə yoxdur).
Moda aşağıda verilən cəhətlərin xas olduğu ictimai sistemlərdə fəaliyyət göstərir:
1.
Dinamiklik;
2.
ctimai təbəqələşmə və surətlə hərəkət etmə;
3.
Açıqlıq (inkişaf etmiş kommunikasiya kanalları);
4.
Bolluq (maddi və mədəni rifahın çoxsaylı rəqabət aparan dəb nümunələri).
Moda köhnə ictimai formalar içində daimi inkişaf edən prosesdir. Modanın
(dəbin) XII-XIII əsrlərdə Qərbi Avropa şəhərlərində əmələ gəlməsi şəhər
mədəniyyətinin inkişafı, daha səthi və qısamüdətli yeni komminikasiya formalarına
ehtiyacın olması ilə bağlıdır. Bu cür əlaqələrin yeri müqəddəs yerləri ziyarət edən
zəvvarların, uzaq ölkələrdən gələn tacir və səyyahların, səlib müharibələrindən
qayıdan rıtsarların görüşdüyü şəhər meydanları və küçələri olmuşdur. Məhz
şə
hərlərdə yeni mədəni nümunələr və ideyalar əmələ gəlmiş, istehsalat inkişaf
etmişdir. Əvvəlcə satış üçün malların istehsalına yönəlmiş şəhər sıx sənəti kimi, sonra
isə manafaktura kimi yaranmışdır. Lakin modanın yarandığı yer kral sarayları
olmuşdur. ctimai əhəmiyyətli mənanı moda burjuaziya inqilabları (Böyük Fransa
nqilabı) və “bərabər imkanlar” cəmiyyətin formalaşdığı sənaye çevrilişi nəticəsində,
XIX əsrdə əldə etmişdir. “Bərabər imkanlar cəmiyyətində” əvvəlki qadağalar ləğv
edilmiş müxtəlif çeşidli, ucuz mallara tələbatın təmin edilməsinə imkan yaradan
kütləvi istehsalat inkişaf etməyə başlamışdır. Yeni kommunikasiya kanalları və rabitə
vasitələri yarandı: poçt, teleqraf, dəmir yolu xətləri, qəzetlər, jurnallar, radio,
televiziya, internet. Müasir moda (dəb) şəhər meqapolislərin məhsuludur.
Q. Zimmel modanın “elitar konsepsiyaını” irəli sürməklə modanın yaranması və
fəaliyyət mexanizmlərinin səbəblərini izah etmişdir. Bu konsepsiya “sızıb keçmə
Dostları ilə paylaş: |