Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
  1   2   3   4   5   6   7   8   9   ...   27


Mübariz Süleymanlı 
 
 
 
 
 
 
 
 
 
ƏHMƏD AĞAOĞLUNUN  
“İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ 
QADIN” ƏSƏRİNƏ ELMİ-TƏNQİDİ 
YANAŞMALAR 
 
 
 
 
 
Azərbaycan Milli Elmlər Akademiyası 
Memarlıq və İncəsənət İnstitutunun  
Elmi Şurasının 14 may 2008-ci il tarixli  
(protokol № 2) qərarı ilə çap olunur  
 
 
 
 
 
 
 
                                      Bakı – 2008 



 
 

ÖN SÖZ 
 
Əhməd bəy Ağaoğlu “İslama görə və islamiyyətdə qadın” əsərində 
islamın tarixi proses içindəki macərasına bağlı olaraq qadın mövzusunu 
işləmiş, islamaqədərki vaxtlardan son dövrlərədək qadının ictimai möv-
qeyinin keçirdiyi dəyişikliyi qələmə almışdır. Kitab, Qafqazda müsəl-
man qadının durumunun yaxşılaşdırılması üçün mütərəqqi islahatların 
zəruriliyini nəzərdə tutan ilk əsərlərdən biri olması baxımından önəm-
lidir. Ağaoğlu bu kitabında XIX əsrin sonu və XX əsrin  əvvəlində 
Qərbdə qadın haqlarının tərəqqi meylindən söz açaraq islamiyyətdən 
öncə  ərəblərdə  və  İranda, islam həyatında və islam mənbələrinə 
istinadən qadın mövzusunu müzakirəyə girişir. 
İslama görə və islamiyyətdə qadın”ı qələmə aldığı dövrdə hələ ki, 
türkçü cərəyan içində yerini almamış olan Ağaoğlu, islam mədəniy-
yətinə yenilikçi bir anlayışla yanaşmaqdadır və Z.Göyalpda olduğu kimi 
“islamlaşmaq” ideyasını Qərb dəyərlərindən qopmaq və ya uzaqlaşmaq 
olaraq deyil, yeni bir kimlik çərçivəsində islamın çağdaşlaşması ehtiyacı 
formasında düşünməkdədir. Özünü aşkar büruzə verdiyi kimi, bəhs 
edilən əsərini qələmə aldığı dönəmdə Ağaoğlu əsasən İran və ərəb mə-
dəniyyətini ittiham etməkdədir. Bu məsələ ilə bağlı mülahizələri müəy-
yən bir inkarçılıq mövqeyindədir. Belə bir yanaşmanı, Ağaoğlunun ilk 
növbədə  İran və  ərəb dünyası ilə ortaq kimlik bağının qopardılması 
qayğıları kimi başa düşə bilərik.  
Ağaoğluna görə, qadının Hz. Məhəmməd zamanında tutduğu möv-
qe, qədim İran və islam öncəsi ərəb mədəniyyətindəki halı ilə müqayi-
sədə olduqca yüksəkdi. Ancaq sonralar İran və şiə təsirləri səbəbilə və 
rəhbər sinif və üləmadan bəzi  şəxslərin öz mənafelərini hər  şeydən 
irəlidə tutmaları sonucunda qadının vəziyyəti geriləmişdir. İslam öncəsi 
türklərdə  də qadının durumunun yüksək olduğunu bildirən Ağaoğlu, 
ancaq son dönəmdə, fars və süryani kültürünün müqavimətinə dözə bil-
məyərək türk islamının da qadına gərəkən dəyəri verməkdən uzaqlaş-
dığını irəli sürməkdədir. Əsərini yazdığı dönəmdə Azərbaycanda qadın, 
Ağaoğlunun ifadəsi ilə, dini təəssübün ifrat basqısı altında olmaqdadır. 
Ailə həyatı və qadın məsələsində liberal bir mövqe tutmuş Ağaoğ-
luna görə ailə üzvlərini bir-birinə bağlayan  əlaqələr zorakılıqdan uzaq 
olmalıdır; ailə qurumu könüllü birgəyaşayışa və bağlılığa, qarşılıqlı 
sevgiyə, haqlarda bərabərliyə və səmimiyyətə söykənməlidir. Evlilik və 


 
 

ailə qurumu, mühafizəkar  ənənəvi qaydalar əsasında deyil, sərbəst 
qarşılıqlı  fərdi anlaşmalar təməlində qurulmalıdır.
1
 Onun bu görüşləri, 
islamiyyətin ilk ortaya çıxdığı dönəmlərdə girişdiyi reformalarla toplu-
ma yeni bir dinamizm və kimlik qazandırmağa, ancaq zaman keçdikcə 
bu yüksək dəyərlərin kənar təsirlərlə pozulmağa məruz qalması 
fərziyyəsinə dayanmaqdadır. Bundan çıxış edərək islamın (üzərindəki 
“yabançı yük” atılaraq)  şiə-fars kültürünün mənfi çöküntülərindən 
təmizlənərək, başqa sözlə desək, mirasının önəmlicə bir bölümünün 
rədd edilərək islahatlara tabe etdirilməsinin vacibliyi qənaətinə  gəlir. 
Fəqət bu təmizləmədən sonra geriyə nəyin qalacağı şübhəlidir. XX yüzil 
şərtlərindən bir xeyli uzaq olduğu qəbul edilə biləcək “islamın səadət 
əsri” dövrünə və islam peyğəmbərinin güclü islahatçı şəxsiyyətinə daya-
nan Ağaoğlunun əsl amacı qərbçi reformalara zəmin hazırlamaqdır. 
Ötən əsrin əvvəllərində baş verən siyasi və mədəni proseslərin nəti-
cələrini bir daha gözdən keçirmək, bu kimi tarixi təcrübələrdən fayda-
lanmaq mənasında Ə.Ağaoğlunun çoxsaylı analitik yazıları, o cümlədən 
sözügedən əsəri günümüzdə də öz aktuallığını saxlamaqdadır. Hələ XIX 
yüzilin ikinci yarısından gündəmə  gələn çağdaşlaşma, qərbliləşmə, 
mədəniyyətdə reformalar kimi mövzular bu gün belə müzakirə obyekti 
olaraq qalmaqdadır. Şərq cəmiyyətlərinin tənəzzüldən qurtulub tərəqqi 
yolu tutmalarında Türkiyə  və Azərbaycan aydınlarının din amilinə  və 
qadının ictimai həyatdakı mövqeyinə dair müzakirələri bu gün də 
ehtiyac duyduğumuz təcrübələrdəndir. Kürəsəlləşmə prosesində nələrin 
mənimsənilməsinə  və  nələrin mühafizə edilməsinə doğru qərar verə 
bilmək üçün də elmi-mədəni irsimizə yenidən diqqət yetirilməsində 
fayda vardır. Şərq və Qərbin çağdaş siyasi-mədəni hadisələrini diqqətlə 
izləmiş və yazılarında fərd, demokratiya, qadın haqları kimi mövzulara 
dönə-dönə müraciət etmiş Ə.Ağaoğlunun “İslama görə və islamiyyətdə 
qadın” əsərinin rus dilindən Azərbaycan dilinə tərcümə edilərək yayın-
lanması və əsərin orijinal variantının da eynilə kitaba salınması bu ba-
xımdan təqdirəlayiq bir işdir. Mübariz Süleymanlının belə bir təşəbbü-
sünü dəstəkləyirik və qənaətimizcə onun “Əhməd Ağaoğlunun “İslama 
görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” adlı araş-
dırması mövzuya dair bir sıra suallara aydınlıq gətirməkdədir. 
 
Doç. Dr. Ufuk Özcan 
                                                 
1
 Ahmet Ağaoğlu, “Üç Medeniyet”, İstanbul, 1972, s. 96. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə