Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
 
41 
sında ehtiramla çəkilən  Ş.C.Əfqanidən sonra Misirin tanıdığı 
ikinci azərbaycanlı (islahatçı) mütəfəkkirin Əhməd bəy Ağaoğlu 
olduğunu qeyd etdikdən sonra yazır: “Rus şərqşünaslarının  ən 
görkəmli nümayəndəsi  İ.Kraçkovski böyük filosof Qasim 
Əminin  “Yeni qadın”  (“əl-Məratu  əl-cədidə”)  kitabının rusca 
nəşrinə yazdığı ön sözdə misirli yazıçı, jurnalist və  tərcüməçi 
Səlim Qubeynin Qafqazdan gəlmiş mühacir Əhməd bəy 
Ağayevin “İslamda qadın hüquqları” əsərini 1905-ci ildə rusca-
dan ərəb dilinə çevirərək, nəşr etdirməsini xatırlatmış, bununla o 
dövrdə Azərbaycan maarifçi-modernistlərin islamda müəyyən 
islahatlar edilməsi uğrunda mübarizə aparan Şərq mütəfək-
kirlərinin sırasında olmasını göstərmişdir”
62

Fazil Güneyin yazdığına görə “Q.Əminin bütün ərəb dünya-
sına səs salmış  “Yeni qadın”  əsəri ilə  Ə.Ağayevin  “İslamda 
qadın hüquqları”  əsəri təxminən eyni vaxtda, 1901-ci ildə 
çapdan çıxaraq yayılmışdır”
63
. Lakin Fazil Güneyin burada bir 
yanlışlığa yol verməsi ehtimalı var. Çünki burada Ağaoğlunun 
əsərinin adı – “İslamda qadın hüquqları” şəklində verilməklə – 
təhrif olunub. Və əgər bunlar Qasim Əminin iki müxtəlif (“Yeni 
qadın” və “Qadınların qurtuluşu”) əsəri deyilsə, onda yuxarıda 
adıçəkilən  əsər F.Güneyin qeyd etdiyi kimi 1901-ci ildə deyil, 
Holly Shisslerin göstərdiyi
64
 tarixdə – 1899-cu ildə çap edilmiş-
dir. Yox, müəllifin bu mövzuda yalnız bir əsəri olubsa, onda təd-
qiqatçılardan hansının tərcümədə  səhvə yol verməsi məsələsini 
şərqşünas alimlərin öhdəsinə buraxırıq.  
Ağaoğlu, bu və ya başqa bölmələrdə qadınlara zərər verənin 
islam dini olmayıb “tətbiq etmələr” olduğunu önə sürsə  də, 
islam dininin qadınlara qarşı münasibətinin, tarixi kontekstdən 
kənar anlaşılmayacağını iddia edir; eynilə o, (tətbiqatın tarix 
                                                 
62
 Fazil Güney. Müasir Suriya romanı. Bakı, “Tural” NPM, 2005, s. 225-226. 
63
 Yenə orada, s. 226. 
64
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı. İstanbul Bilgi Universitesi 
Yayınları, 2005, s. 223. 


 
 
42 
içində necə  dəyişdiyini göstərdiyi kimi) islam nəzəriyyəsinin 
doğru anlamını da tarixi kontekst içinə yerləşdirərək göstərir – 
deyə  Holly Shissler  təhlillərinə davam edir: “Bu prosedura, 
islam dinində qadınların tərəqqisini və ya inkişaf prosesini 
əngəlləyən daxili bir şey olmadığını sübut etməyə yarayır. Lakin 
bu, müqəddəs kitabı normativ bir mətn olaraq ələ almayan bir 
prosesdir.  İslama xas həqiqətlər vardır, amma bunlar peyğəm-
bərin sünnətində murad-ı ilahidə olduğu kimi, tarixi kontekstdə 
açıqlandığı şəkildə aranmalıdır”
65

Tədqiqatçıların qənaətinə görə, Ağaoğlunun yazılarına hakim 
olan ab-hava başqa islahatçılardan bütünlüklə fərqlidir. Məsələn, 
heç bir zaman Qasim Əmin kimi, islam hüququnun təbii hüquq 
ilə uyğunluq içində  və  nəhayətində ikisinin eyni şey olduğunu 
söyləmir. Ağaoğluna görə islam, bəlkə  də  əxlaqi bir sistem ilə 
kültürəl kimliyin bir cür qarışığıdır. Sıx-sıx xristianlıqla bənzər-
liklər qurması və bütün böyük dinlərin ortaq xüsusiyyətlərindən 
bəhs etməsi, bu nöqtəni gücləndirir: Bütün böyük dinlərdə 
ümumi həqiqətlər vardır. İslam dini bunların tarixi ifadələrindən 
biridir. Ümumilikdə, “müzakirələrinin  ən inandırıcı olduğu yer 
xəlifəlikdən bəhs etdiyi və islamın qızıl çağında qadınların fəal 
və önəmli olduğunu anlatmaq məqsədi daşıyan bölmələrdir. 
Tənəzzül probleminə  və qadınların vəziyyətlərinin getdikcə 
pozulmasının səbəblərini araşdırmağa gəlincə isə  Ağaoğlunun 
müzakirəsində bir zorlama və qarışıqlıq gözə çarpır”
66

Ağaoğlu əlifba islahatının da həyati önəm daşıdığını bildirir, 
amma müzakirə açmır. Hətta Fransa dövründə yazdığı ilk yazı-
larında əlifbanın bu qədər çətin olmasının bəzi müsbət tərəfləri 
olduğuna da işarə vurur, halbuki sonrakı yazılarında ümumi 
olaraq təhsil-tərbiyə sistemləri üzərində daha artıq durur, xüsu-
silə əzbərçilik qarşısında qavrayışı inkişaf etdirməyi və analitik 
                                                 
65
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı. İstanbul Bilgi Universitesi 
Yayınları, 2005, s. 225. 
66
 Yenə orada, s. 225-226. 


 
 
43 
sistemi önə çıxarır. Eyni kontekstdə, əlifba və xüsusilə, əlifbanı 
öyrətmə üsullarının zərərli olduğunu vurğulayır. “Ancaq kütlə-
nin oxuma-yazma səviyyəsini yüksəltmə vasitəsi olaraq əlifba, 
bir çox başqa islahatçıyla müqayisədə  Ağaoğlu üçün o qədər 
önəmli deyildir”
67

Fahri Sakal da demək olar ki, Holly Shisslerlə eyni mövqe-
dən çıxış edir. Onun fikrincə, Ağaoğlunun islam dinilə bağlı 
yazıları ümumi olaraq dövrün siyasi və mədəni hadisələrini şərh 
edərkən verdiyi örnəklərdir. “Yoxsa islamla bağlı doğrudan yazı 
yazmamışdır. Qadınların,  əlifbanın, mədrəsələrin vəziyyəti, 
islam aləminin geriləməsi, xilafətin səltənətə dönüb istibdadın 
islamı əzməsi və s. kimi mövzulara həsr edilən yazıları, əslində 
bütünlüklə dövrün hadisələrini daha yaxşı  şərh etmək üçündür. 
Məsələn, Azərbaycandakı axundların fanatizmini və sünni-şiə 
münaqişəsinin qarşısını almaq məqsədilə  “İslam və Axund”
“İslamiyyətdə qadın” kimi əsərlərini yazmışdır”
68

Qadınların vəziyyətini müzakirə edərkən Ağaoğlunun  əsas 
istifadə etdiyi terminlər bunlardır: “haqq”, “ədalət”, “insan ol-
maq”, “fərdləşmək”. Müzakirəyə, fiziki inkişaf və fiziki azadlıq 
kimi “təbii” haqlarla başlar və  mədəni haqlar deyə biləcəyimiz 
sahəyə girərək hüquqi haqlarla davam edər. Bunlar mülkiyyət, 
mədəni həyat və  təşkilatlanma sahəsindəki azadlıqlardır. “İlk 
növbədə qadınların  əxlaqi varlıqlar olaraq tanınmasını, yəni 
hüquqi baxımdan tam anlamıyla fərd olaraq tanınmalarını və ona 
görə davranılmasını tələb etməkdədir. Ağaoğlu, ərəblərin gözün-
də qadınların önəmini artıran, onların fərd olaraq tanınmalarını 
                                                 
67
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı. İstanbul Bilgi Universitesi 
Yayınları, 2005, s. 235. 
68
 Fahri Sakal. Ağaoğlu Ahmed Bey. Ankara:,Türk Tarih Kurumu Basımevi, 
1999, s. 132-133. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə