Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 

ƏHMƏD AĞAOĞLUNUN  
“İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN”  
ƏSƏRİNƏ ELMİ-TƏNQİDİ YANAŞMALAR 
 
Əhməd Ağaoğlunun  “İslama görə  və islamiyyətdə qadın” 
əsəri ilk dəfə 1901-ci ildə Tiflisdə rus dilində çap edilmişdir
2

Tədqiqatçıların da qeyd etdikləri kimi
3
,  əsərin rus dilində çap 
edilməsinin  əsas səbəblərindən biri, o dövrdə müəllifin doğma 
dilində nəşrlərə qoyulmuş qadağalarla bağlı idi. Əsər ikinci dəfə 
1959-cu ildə İstanbulda “İslamlıkta kadın” adıyla nəşr edilmiş-
dir
4
.  Nebioğlu yayın evinin təqdimatı,  Əhməd bəyin oğlu – 
Səməd Ağaoğlunun (Türkiyənin tanınmış yazıçısı  və ictimai-
siyasi xadimi) “Kitab, müəllif və “İslamlıqda qadın” haqqında” 
başlıqlı ön sözü və Əhməd Ağaoğlunun həyatı və əsərlərinə dair 
məlumatla birlikdə çap olunmuş  əsəri rus dilindən türk dilinə 
Hasan Ali Ediz çevirmişdir. Bu nəşrə yazılmış  təqdimatda da 
məlumat verildiyi kimi, tərcümə variantındakı bölmə və başlıq-
lar əsərin əslində yoxdur. Görünür, nəşriyyat bunu, əsərin geniş 
oxucu kütləsi tərəfindən daha asanlıqla qavranılması məqsədilə 
etmişdir. 1985-ci ildə isə  “Birey ve toplum yayınları” türkcə 
tərcümə variantına cüzi dəyişikliklər edərək əsəri “İslamiyyətdə 
qadın” adıyla Ankarada nəşr etmişdir
5
. Bu nəşrdə  Səməd 
Ağaoğlunun yuxarıda qeyd etdiyimiz yazısı yer almır. Lakin ya-
yın evinin qeydi və Əhməd Ağaoğlunun həyatı və əsərlərinə aid 
yığcam məlumatla yanaşı, burada kitabın mündəricatı (içindəki-
                                                 
2
 Ахмед Агаев. Женщина по исламу и в исламе. Тифлис, (Скоропеч. М. 
Мартиросянца, Михайловский пр. № 81.), 1901, 59 с. 
3
 Fahrettin Gülseven. Ahmet Ağaoğlunun hayatı, fikirleri, siyasi ve sosyal 
mücadeleleri. “Azərbaycan” dergisi, Ankara, 1989, sayı: 268, s.72-109; 
Gülsərən Akalın. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu. Bakı, 
AzAtaM, 2004, 164 s. 
4
 Ahmet Ağaoğlu.  İslamlıkda kadın (Türkceye çeviren: Hasan Ali Ediz). 
İstanbul, Nebioğlu Yayınevi, 1959, 56 s. 
5
 Ahmet Ağaoğlu.  İslamiyette kadın (Ruscadan çeviren: Hasan Ali Ediz). 
Ankara, Birey ve toplum yayınları, 1985, 60 s. 


 
 

lər) da verilmişdir. Birinci nəşrdə, təqdimat və ön sözdən sonra 
(kitabın üz qabığındakı adından fərqli olaraq) əsərin adı “İslama 
görə və islamlıqda qadın” kimi, ikinci nəşrdə isə “İslama görə 
və islamiyyətdə qadın” şəklində verilmişdir. Amma hansı səbəb-
dənsə, əsərin əslindəki son cümlələr, bu nəşrlərin heç birinə düş-
məmişdir (İslam dini, mahiyyətinə görə, nikbin, mütərəqqi bir 
dindir. Fatalizm haqqında təlim burada hər hansı bir kədərli 
qüvvənin qorxunc, əzabverici təzyiqi kimi deyil, baş vermiş 
hadisəni “post factum” kimi qəbul edib, onunla barışmağı təmin 
edən qüvvətverici və ürəkverici amil kimi çıxış edir. Peyğəmbər 
dəfələrlə  təkrar edirdi: “Dəvəni Allaha tapşır, amma əvvəlcə 
onun dizlərini kəndirlə bağla”). Heç şübhəsiz, əsərin son yarım 
əsrdə Türkiyədə və habelə Azərbaycanda yayılması baxımından, 
Hasan Ali Edizin tərcüməsində  nəşr olunmuş bu kitablar çox 
böyük əhəmiyyət kəsb etmişdir. 
Azərbaycanda isə əsər ilk dəfə Elman Mustafaoğlu tərəfindən 
İstanbul nəşri  əsasında  (“İslama görə  və islamlıqda qadın” 
adıyla) Azərbaycan türkcəsində çapa hazırlanaraq “Ulduz” jur-
nalının 1990-cı il mart sayında (№ 3 (275)) dərc edilmişdir
6

“Arxivlər açılır” rubrikasında yer almış “Ölümsüz adam” sərlöv-
həli təqdimatında E.Mustafaoğlu, hələ imperiya məngənəsindən 
tam qurtulmamış Azərbaycanda adını belə  eşitmədiyimiz 
Əhməd Ağaoğlu və onun sözügedən əsəri haqqında qısaca məlu-
mat verir. O vaxta qədər elmi-tədqiqat  əsərlərində  Ə.Ağaoğ-
lunun həyat və yaradıcılığından müəyyən qədər bəhs edilsə də, 
ona qarşı  tənqidi münasibətdə, birmənalı  şəkildə yalnız qərəzli 
mövqe nümayiş etdirilmişdir. Ağaoğlu şəxsiyyətinə rəğbəti olan 
alimlərimiz belə, vicdani borclarından, elmi fikirdə (tənqidi 
şəkildə olmuş olsa da) onun adının qismən də olsa yaşadılma-
sına çalışmaları ilə çıxmağa çalışmışlar. Bu mənada, E.Mustafa-
oğlu çapa hazırladığı bu əsərin nəşri ilə “Ulduz” jurnalının 
oxucularında Ə.Ağaoğlu haqqında ilk dəfə obyektiv fikir forma-
                                                 
6
 Əhməd Ağaoğlu. “İslama görə və islamlıqda qadın” (E.Mustafaoğlunun “Ölüm-
süz adam” başlıqlı təqdimatı ilə). “Ulduz” jurnalı, 1990, №3 (275), s. 66-80. 


 
 

laşdırılmasına yardım etdi və onları türk dünyasının bu fədakar 
oğlunun Azərbaycan mədəniyyəti tarixindəki layiqli yeri barədə 
düşünməyə vadar etdi. Lakin günümüzün reallıqları və kulturo-
loji fikrin tələbləri baxımından bu nəşrin bizi qane etməyən bəzi 
qüsurları da göz qabağındadır. Təfərrüata varmadan bunların ən 
mühümləri barədə bir neçə qeydimizi oxucularımızla bölüşmək 
istəyirik. 
Əgər müstəqilliyimizin bərpasından öncəki illərdə kulturoloji 
fikrimiz üçün əhəmiyyətli bir əsərin tərcümə variantı  əsasında 
çapa hazırlanması dövrünə görə keçərli sayılırdısa, düşünürük 
ki, bu gün orijinal variantın və ya əsərin əslindən birbaşa Azər-
baycan türkcəsinə  tərcüməsinin yoxluğu məsul sahə araşdırıcı-
larının qəbahəti hesab edilə bilər. 
Türkcə  tərcümə variantlarındakı  əlavələri, nəzərdən qaçmış 
müəyyən məqamları və bəzi üslub xətalarını nəzərə alsaq (xatır-
ladaq ki, 1959 və 1985-ci il nəşrlərinin özündə belə  təqdimat, 
söz və ifadələrdəki dəyişikliklər baxımından fərqliliklər nəzərə 
çarpmaqdadır) İstanbul nəşri əsasında çapa hazırlanmış variant-
da da eyni xətaların təkrarlanması təbiidir. 
Üstəlik, E.Mustafaoğlunun, uyğunlaşdırma zamanı  bəzən 
əsərin dilinə  ağırlıq gətirən  əlavə sözlərdən – sinonimlərdən 
istifadə etməsi və müəlliflə  tərcüməçinin qeydləri sırasında 
verilmiş  şərhləri  əsərin  əsli ilə  tərcüməsi arasındakı  fərqi sanki 
artırmış kimi görünür. Xüsusilə  də, nəzərə alsaq ki, Türkiyə 
nəşrlərində əsərin əslində olmayan bölmə və başlıqlar verilmiş-
dir, o zaman azərbaycanca olan nəşrdə bunların sərbəst “tərcü-
məsi” məntiqi baxımdan daha çox fikir ayrılıqlarına yol açmış 
olur. Misal üçün, eyni başlığın 1959-cu il nəşrində “Peyğəm-
bərin qız cocuğuna göstərdiyi məhəbbət”
7
, 1985-ci il nəşrində 
“Peyğəmbərin qız cocuğuna göstərdiyi sevgi”
8
, 1990-cı il vari-
                                                 
7
 Ahmet Ağaoğlu.  İslamlıkda kadın (Türkceye çeviren: Hasan Ali Ediz). 
İstanbul, Nebioğlu Yayınevi, 1959, s. 29. 
8
 Ahmet Ağaoğlu.  İslamiyette kadın (Ruscadan çeviren: Hasan Ali Ediz). 
Ankara, Birey ve toplum yayınları, 1985, s. 28. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə