Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
80 
qorunub saxlanılır. Türk-tatarların Qərbi Asiyaya soxulmasın-
dan sonra, türk qadınları daha yüksək müvəffəqiyyətlə Misirdə 
məmlüklərin, Kiçik Asiyada səlcuqların,  İranda atabəylərin 
arasında və Hindistanda öz fəaliyyətini davam etdirirdilər. Xaç 
yürüşləri dövrünün məşhur qəhrəmanı  Səladdinin arvadı, Sit 
ül-Şam (“Suriya xanımı”) tituluna layiq görülmüş  Xədicə 
Suriyada, qardaşının mülkünün bir çox guşələrində kollegiya 
və  məktəblərin  əsasını qoymuşdu. Dəməşqdəki məktəblərin 
biri onun adını daşıyırdı. Digər Səlcuq hökmdarının arvadı 
Turxan-xatın öz mülkünü müstəqil idarə edirdi, onun öz müşa-
vir və nazirləri var idi və tarixçilərin təbirincə,  İranda əxlaqın 
yüksəldilməsi işinə bu qadının təsiri olduqca böyük idi; 
Atabəyin arvadı – Saada-Tarxan-xanım ləqəbi olan bir şahzadə 
–  ərinin vəfatından sonra hökumət naibi olmuşdu; o, elm və 
incəsənət xadimlərinə himayədarlıq etmiş  və onun sarayı 
“nadanlıq zülməti sanki bütün Qərbi Asiyanı bürüdüyü bir 
dövrdə  ən möhtəşəm bir saray idi”. Lakin o, islam İranında 
çarlıq edib şöhrət qazanmış yeganə qadın deyildi. Atabəylər 
ailəsindən olan Alma-Xatın Şirazda çarlıq edib, şəhəri incəsə-
nət nümunələri ilə bəzədiyinə görə məşhurlaşmışdı. Tarixçilər 
onu “sarayda ədəbiyyat, elm və teologiya mövzularında 
müzakirələr təşkil edən,  şair və alimləri böyük rəğbətlə qarşı-
layan mömin qadın” kimi təsvir edirlər. 
Misirdə  də nüfuza və savada malik olan qadınların ictimai 
həyata təsiri böyük idi. Onlardan birinin təşəbbüsü ilə “Dar ül-
Hikmət” (elmlər evi) adlı  məşhur elmlər akademiyası  təsis 
edilmişdi; bu akademiyada elmlərlə yanaşı, müxtəlif fəlsəfi və 
teosofik təlimlər tədris olunurdu, akademiyanın mühazirəçiləri 
və dinləyiciləri arasında qadınlar da az deyildi. Misirdə müstə-
qil hökmdarlıq edən iki şahzadə qadın Sitt ül-Mülk və Saqrru-
Dur bu akademiyada təhsil almışdılar. “Müsəlmanların hökm-
darı” adına layiq görülmüş Saqrru-Dur böyük istedada və 
siyasi ədəbə malik idi. Həmin dövrdə çarlıq edən XI Lüdoviqin 
xaç yürüşü müvəffəqiyyətsizliklə  nəticələnmiş  və Lüdoviqin 


 
 
81 
özü  əsir düşmüşdü. Məmlüklər dövründə qadın cəmiyyətdə 
daha yüksək mövqe tutmağa nail olmuşdu; Bağdad qadınlarını 
təqlid edərək, Qahirə qadınları salonlarda konsert və  yığın-
caqlar təşkil edir və orada öz dövrünün məşhur  şairləri ilə 
yarışa girirdilər. 
Hindistanda da bir çox nurlu qadın simaları ilə rastlaşırıq və 
onların bəziləri indi hətta Avropada da məşhurdur. Onlardan 
birini – Mehri-ün-Nissəni – bəstəkar Mur, “Lalla-Ruk” opera-
sında təsvir etmişdi. Fars və  ərəb  ədəbiyyatının mahir bilicisi 
olmaqla yanaşı, o, həm də improvizasiya istedadına malik 
musiqiçi idi. Sadə bir farsın – sonralar Böyük Moğolun vəziri 
olmuş Əkbərin – qızı olan bu qadın, hökmdarın oğlu Cahangirə 
ərə getmiş və Nuri-Cahan kimi məşhurlaşmışdı. Tarixçi yazır: 
“Ailə  həyatının ilk günündən onun imperatora, saray həyatına 
və bütövlüklə xalqa təsiri aydın duyulurdu: atası və qardaşları 
məhz onun təkidilə vəzir vəzifələrində çalışmış və Cahangirin 
çarlığı dövründə ölkənin çiçəklənməsi naminə uğurla fəaliyyət 
göstərmişlər; onlardan biri – Asəf isə indiyədək  Şərqdə müd-
riklik, nəzakət və  zəka sahibi kimi tanınır. Lakin imperiyanın 
həqiqi hökmdarı  məhz Nuri-Cahan idi, və kütləvi həftəlik 
ibadət olan xütbənin aparılmasından başqa bütün hakimiyyət 
atributları ona mənsub idi. O, saray adamlarını  və dövlət xa-
dimlərini qəbul edirdi; sikkələrdə Cahangirin adı ilə yanaşı 
onun da adı həkk olunurdu; o, yoxsullara yardım göstərir, ye-
tim qızları cehizlə təmin edirdi; eyni zamanda, bu qadın yollar 
çəkir və şəhərləri abadlaşdırır, xeyriyyə təşkilatları, məktəb və 
xəstəxanalar təsis edirdi; yeri gəlmişkən, qeyd edək ki, məhz 
onun imzaladığı  fərmanla hindlilərə insanların qurban kəsil-
məsi və  ərləri ölmüş qadınların onlarla birgə diri-diri torpağa 
basdırması qadağan edilmişdir. Eyni zamanda, o, ilk dəfə 
xeyriyyə bazarına bənzər bir tədbirin təşəbbüsçüsü idi: hər il 
Novruz günü – martın 9-da – şahzadə xanımlar və ali təbəqəyə 
mənsub qadınlar cavahirat və əl işləri sərgisini təşkil edirdilər; 


 
 
82 
bu sərgini hamı ziyarət edə bilərdi; əldə edilən böyük məbləğdə 
pullar imperiyanın yoxsulları arasında bölüşdürülürdü. 
Heç bir zaman Suriya və  İranın təsirinə  məruz qalmayan 
İspaniyaya gəldikdə isə burada müsəlman qadını, Mavritaniya 
hökmranlığı dövrünün axırına qədər kişilərlə bərabər hüquqlara 
malik idi. Başqa cür ola da bilməzdi; namus kodeksi olan və 
daim qadınları tərənnüm edən orta əsrlər cəngavərliyi ilk dəfə 
Kordovada III Əbdürrəhman və II Hakim dövründə meydana 
gəlmiş, sonra isə Qrenada və  Bənunəsrdə inkişaf etdirilmişdi. 
Əbdürrəhman mərhum qadınının heykəlini onun şərəfinə ucal-
dılmış  və onun adını daşıyan  Əl-Həmra sarayının qapılarında 
ucaltmışdı. Kordovanın və İspaniyanın digər şəhərlərinin yara-
şığı olan başqa bir sarayın – Əli-Zəhranın tikilməsi də bu qadı-
nın adı ilə bağlıdır. Özü alim olan Xəlifə II Hakimin katibəsi 
onun nazirlərindən birinin arvadı idi. Bu dövrdə  İspaniyada 
ədəbiyyat və elm sahəsində nüfuz sahibi olmuş qadınlar o 
qədər idi ki, onların hamısının adını çəkmək mümkün deyil; bu 
dövrün məşhur şairləri ilə adı bir cərgədə  çəkilən şairə – şah-
zadə Validədir; teologiya professoru Ümmü-Sələmə; Qvadalk-
viviri tərənnüm etmiş Həssənə və Ümm-ül-Üla; və nəhayət, Əl-
Əruziyyə – qrammatika və rapsodiya professoru. İspan qadın-
ları ictimai tədbirlərdə, saray şənliklərində, turnirlərdə  sərbəst 
iştirak edirdilər. Eyni zamanda, qadınlar məscidlərə gedir və 
şairlər bu qadınları mənzərəli çəmənlikdə bitən bahar güllərinə 
bənzədirdilər. Saratsin cəngavərlərinin qılınc və dəbilqələrində 
“Allah və  səcdə etdiyim xanımın adı ilə!” sözləri yazılmışdı. 
Qadın kişini alicənab  əməllərə ruhlandırır, kişi isə göstərdiyi 
qəhrəmanlıqlara qarşı qadının münasibətini səbirsizliklə 
gözləyir. Qadının təsiri  ədəbiyyat və elm sahəsində  də aydın 
duyulurdu. 
İspaniyada islamın süqutu və türk-tatar tayfalarının İran-Su-
riya əxlaq qaydalarının təsiri altına düşməsi nəticəsində ictimai 
həyatda qadınların iştirakı və nüfuzu zəifləyir və qadın azadlığı 
ideyası tədricən sönür; hərəm və hərəm ağaları dövrü başlayır, 


 
 
83 
bu təsisatların tətbiqi və yayılması hər yerdə çürümə yoluxması 
ilə nəticələnir. Müsəlmanların ali təbəqələri arasında ailə həya-
tının kədərli mənzərələri bizə çox yaxşı məlumdur, ona görə də 
bu barədə bir daha danışmağa dəyməz; digər tərəfdən biz özü-
müz də o təbəqəyə mənsub olduğumuza görə bizim üçün o ba-
rədə danışmaq ağır və kədərlidir; işıqsız, əzab-əziyyətli həyata 
məhkum edilmiş ana və bacılarımızın taleyinə biganə qalmaq 
mümkün deyil. Müsəlmanların nicatı, onların mənəvi və siyasi 
yüksəlişi iki məsələnin həllindən asılıdır: qadın məsələsi və 
əlifba islahatı. Yalnız azad, müstəqil düşüncəyə malik ana və 
övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını 
məqsədyönlü tərzdə  həyata keçirə bilər; yalnız bu şərtlə o, öz 
övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün 
vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir; indiki 
şəraitdə isə onların uşaqları əbəs məxluq deyilmi? 
Fiziki inkişafı  ləngidən, boğucu hərəm mühitində  tənbəl, 
cismani ömür sürən qadının taleyi bütövlükdə xalqın fiziki 
cəhətdən pozulmasına güclü təsir göstərir.  Əlifbanın çətinlik-
ləri isə dilin tədrisi prosesini xeyli mürəkkəbləşdirərək müsəl-
manların işığa yolunu bağlayır. Qadının vəziyyəti və əlifba mə-
sələsi – islam dünyasının qatı düşmənləri, onu ölümə sürük-
ləyən sağalmaz xəstəliklərdir. Çox vaxt bu iki məsələyə az-çox 
ciddi münasibət müşahidə olunur. Lakin Konstantinopolda, 
Qahirədə, Bombeydə  və  Kəlküttədə  hər iki cinsə  mənsub 
uşaqlar üçün məktəblərin təsis edilməsi və  əlifbanın islahatı 
istiqamətində yarımçıq tədbirlər kifayət deyil; onlar, xronik, 
ölüm hədəsi daşıyan xəstəliyin müalicəsinə doğru yönəldilmiş 
zəif təsirlərdir. Müsəlman dünyasının qəflət yuxusundan 
oyadılması, onun mədəni xalqlar sırasına daxil olması üçün 
güclü sarsılma olmalıdır ki, müsəlmanlar da öz islah edilmə 
mərhələsini keçsin və  nəticədə onlardan da möhkəm iradəyə 
malik, canından keçməyə hazır olan bir rəhbər çıxmış olsun. 
Bu islahatçı, islamın özündə, onun tarixində  və  ənənələrində 
bərəkətli bir zəmin tapacaq. Təkrar edirik: nə Quran, nə  də 


 
 
84 
Şəriət özlüyündə  tərəqqinin düşmənləri deyil; özlərini islam 
ideyasının daşıyıcıları sayan şeyxlər və üləmalar, bəd məqsəd-
lərlə, oradakı fikirləri təhrif edib, onları mədəniyyətin barışmaz 
düşmənlərinə döndərmişlər. Misir islahatçısı  Məhəmməd  Əli, 
Misir  şeyxləri və üləmalarını saraya toplayıb, sadiq əsgərlə-
rindən ibarət üçcərgəli sıralar  əhatəsində onları ölümlə 
hədələyərək, onun islahatlarına imza atmağa məcbur edərkən 
bunu çox gözəl anlayırdı. İslam dini, mahiyyətinə görə, nikbin, 
mütərəqqi bir dindir. Fatalizm haqqında təlim burada hər hansı 
bir kədərli qüvvənin qorxunc, əzabverici təzyiqi kimi deyil, baş 
vermiş hadisəni “post factum” kimi qəbul edib, onunla 
barışmağı  təmin edən qüvvətverici və ürəkverici amil kimi 
çıxış edir. Peyğəmbər dəfələrlə  təkrar edirdi: “Dəvəni Allaha 
tapşır, amma əvvəlcə onun dizlərini kəndirlə bağla”. 
 
Rus dilindən tərcümə edəni: Rüfət Şərifov 


 
 
85 


 
 
86 


 
 
87 


 
 
88 


 
 
89 


 
 
90 


 
 
91 


 
 
92 


 
 
93 


 
 
94 


 
 
95 


 
 
96 


 
 
97 


 
 
98 


 
 
99 


 
 
100 


 
 
101 


 
 
102 


 
 
103 


 
 
104 


 
 
105 


 
 
106 


 
 
107 


 
 
108 


 
 
109 


 
 
110 


 
 
111 


 
 
112 


 
 
113 


 
 
114 


 
 
115 


 
 
116 


 
 
117 


 
 
118 


 
 
119 


 
 
120 


 
 
121 


 
 
122 


 
 
123 


 
 
124 


 
 
125 


 
 
126 


 
 
127 


 
 
128 


 
 
129 


 
 
130 


 
 
131 


 
 
132 


 
 
133 


 
 
134 


 
 
135 


 
 
136 


 
 
137 


 
 
138 


 
 
139 


 
 
140 


 
 
141 


 
 
142 


 
 
143 


 
 
144 
 
 
 


 
 
145 
KİTABIN İÇİNDƏKİLƏR 
 
 
 
Ön söz (Ufuk Özcan) .................................................................. 3 
 
Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” 
əsərinə elmi-tənqidi yanaşmalar ................................................. 5 
 
İslama görə və islamiyyətdə qadın (Rüfət Şərifovun 
tərcüməsində)............................................................................ 51 
 
Женщина по исламу и в исламе (əsərin rusca mətni)............ 85 
 
 
 


Qeyd


Qeyd


Чапа имзаланмышдыр 14.06.08.  Каьыз форматы 60х84
 
1/
16.
Физики чап вяряги 9.25. Тираж 500. 
“Леттерпресс” ММЪ-нин мятбяясиндя чап олунмушдур.
Цнван: Бакы, Я.Нахчивани, 55
e-mail: office@letterpress.az

Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə