Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 

antında isə “Peyğəmbərin qızına məhəbbəti”
9
 şəklində verilməsi 
(ümumiyyətlə, bu adla başlığa çıxarılması), sanki  peyğəmbərin 
geniş anlamda qadına (qıza) münasibətinin ailə  çərçivəsi ilə 
məhdudlaşdırılması meylindədir. Yaxud “Məhəmmədin qadınla-
ra tanıdığı haqlar”ın
10
 “Məhəmmədin tanıdığı qadın hüquqları”
11
 
kimi verilməsi də, oxucuda müəyyən qədər fərqli fikir formalaş-
dırır. Əsərdə olan fransızca istinadların yazılışında da diqqətsiz-
lik nəzərə çarpır
12
. Ümumiyyətlə isə,  əsərin rus dilindən türk 
dilinə  tərcüməsində improvizə hallarına rast gəlinir (məsələn, 
çarşab, guşənişinlik və s. məsələlərdə).  
Görülmüş hər bir işdə qüsur və nöqsanların olmasını təbii hal 
saysaq, deməli bizim təqdim edəcəyimiz tərcümə variantında da 
tənqid hədəfi ola biləcək məqamların olması  həqiqətini də  bəri 
başdan qəbul etmək zorundayıq. Lakin bu halların olacağı 
təqdirdə qeyri-obyektiv tənqidlərə yol verilməməsi və oxuculara 
müqayisə aparmaq imkanı vermək məqsədilə əsərin rus dilində 
olan  əslinin – 1901-ci ildə Tiflisdə  nəşr olunmuş kitabın foto-
surətinin də kitaba daxil edilməsini məqsədəuyğun hesab etdik. 
Yeri gəlmişkən, bir məqamı da qeyd etməyi lazım bilirik ki, bəzi 
əsərləri, habelə Azərbaycan türkcəsində az işlədilən şəxs adlarını 
(yazılışında yanlışlığa yol verməmək üçün) orijinalda olduğu 
kimi yazmış və kursiv şriftlərlə vermişik.  
Əsəri rus dilindən Azərbaycan türkcəsinə, qırx ildən artıq bir 
müddətdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer-
sitetində çalışan (eyni zamanda “Mədəniyyət dünyası” məcmuə-
sinin məsul katibi olmuş) Rüfət  Şərifov tərcümə etmişdir. O, 
                                                 
9
  Əhməd Ağaoğlu. “İslama görə  və islamlıqda qadın” (E.Mustafaoğlunun 
“Ölümsüz adam” başlıqlı təqdimatı ilə). “Ulduz” jurnalı, 1990, №3 (275), s. 71. 
10
 Ahmet Ağaoğlu.  İslamlıkda kadın (Türkceye çeviren: Hasan Ali Ediz). 
İstanbul, Nebioğlu Yayınevi, 1959, s. 30; Ahmet Ağaoğlu. İslamiyette kadın 
(Ruscadan çeviren: Hasan Ali Ediz). Ankara, Birey ve toplum yayınları, 
1985, s. 29. 
11
  Əhməd Ağaoğlu. “İslama görə  və islamlıqda qadın” (E.Mustafaoğlunun 
“Ölümsüz adam” başlıqlı təqdimatı ilə). “Ulduz” jurnalı, 1990, №3 (275), s.71. 
12
 Yenə orada, s. 68, 75. 


 
 

tərcümənin daha mükəmməl olması üçün yeri gəldikcə müvafiq 
sahə mütəxəssisləri ilə məsləhətləşmiş, mümkün qədər təhriflərə 
yol verməməyə çalışmışdır. Bu mənada əsərin tərcüməsinin adı 
da xeyli müzakirələrə  səbəb oldu. Belə ki, Rüfət müəllim 
“İslamda qadın və islam qadını” variantı üzərində dayanmışdı. 
Lakin biz onu, əsəri bu vaxta qədər Türkiyədə və Azərbaycanda 
tanındığı şəkildə – “İslama görə və islamiyyətdə qadın” adıyla 
nəşr etməklə  (əslində, aşağıda da diqqət yetirəcəyimiz kimi, 
bizcə Yusuf Akçuranın tərcüməsi – “İslama görə  və islam 
aləmində qadın” – daha məntiqli səslənirdi), gələcəkdə araşdırı-
cıların ad məsələsində yol verə biləcəyi çaşqınlığın qarşısını 
almış olduğumuza və bu variantın məntiqi baxımdan daha səlis 
səsləndiyi fikrinə inandıra bildik.  
Tərcümə üzərində redaktə işləri getdiyi bir vaxtda tədqiqatçı-
alim  İmaməddin Zəkiyev dedi ki, uzun illər  Ə.Ağaoğlu irsinin 
tədqiqi ilə  məşğul olmuş ustadımız mərhum  Əziz Mirəhmə-
dovun şəxsi arxivində Əhməd bəyin digər yazıları ilə yanaşı, bu 
əsərin də azərbaycanca tərcüməsinin əlyazmasına rast gəlmişəm 
(İmaməddin müəllim onun şəxsi arxivini qaydaya salmaqla məş-
ğul idi). Amma o vaxtlar Əziz Mirəhmədovun  şəxsi arxivində 
qarışıqlıq olduğu üçün tərcümə variantını tapa bilmədik. Bizi ən 
çox maraqlandıran bir məsələ idi: görəsən  Əziz müəllim  əsəri 
ruscadan – əslindən tərcümə edib, yoxsa ki, türkcə  tərcümə 
variantından. Bu məqsədlə, onun Ağaoğlu haqqında yazmış 
olduğu, xüsusilə, həmin əsərə də istinad etdiyi bir neçə məqaləni 
yenidən diqqətlə araşdırdıq və belə  qənaətə  gəldik ki, 1901-ci 
ildə Tiflisdə nəşr edilmiş rusca variant onda olmayıb. Çünki o, 
həmin məqalələrdə İstanbul nəşrinə istinad edib. Çox güman ki, 
onun şəxsi arxivində olan azərbaycanca variant da məhz həmin 
nəşr əsasında tərcümə edilib. 
Qeyd etməyi özümüzə borc bilirik ki, “İslama görə  və 
islamiyyətdə qadın”  əsərinin rus dilində olan orijinal variantını 
(güman ki, çox nadir nüsxələrdən birini), bu sətirlərin müəllifinə 
Əhməd bəyin nəvəsi – Səməd bəyin oğlu Tektaş Ağaoğlu bağış-


 
 
10 
lamışdır. Onu da əlavə edək ki, vaxtilə daha çox ictimai-siyasi 
fəaliyyətlə məşğul olmuş Tektaş bəy (yaşının səksəni haqlama-
sına baxmayaraq) bu gün də ciddi elmi-mədəni yaradıcılıqla 
məşğuldur. “Kızılcık” adlı sosialist siyasi kültür dərgisinin 
redaktoru olan Tektaş bəyin qırx altı yaşlı yeganə oğlu – Əhməd 
Ağaoğlu isə adını  və soyadını daşıdığı babalarından fərqli bir 
fəaliyyət sahəsində çalışır.  
İlk nəşrindən yüz on ilə yaxın bir vaxt keçdikdən sonra 
oxucularımıza  əsərin orijinal variantı ilə tanış olmaq şansı 
verdiyinə və bizi evində dəfələrlə qonaqpərvərliklə qarşıladığına 
görə Tektaş bəy Ağaoğluna minnətdarlığımızı bildiririk. 
* * * 
Çoxyönlü elmi-mədəni fəaliyyəti ilə Azərbaycan mədəniyyəti 
tarixinə  zəngin irs bəxş etmiş  Əhməd bəy Ağaoğlu, həm də 
islam dininin müxtəlif yönlərdən şərhinə həsr edilmiş və dövrü 
üçün  əhəmiyyətli olduğu kimi günümüzdə  də aktuallıq kəsb 
edən bir sıra  əsərlər müəllifidir. Onun Fransa, Azərbaycan və 
Türkiyə mətbuatında çap olunmuş və islamın elm, maarif, mədə-
niyyət dini olmasını açıqlayan yüzlərlə  məqalələrindən başqa, 
islamda qadın hüquq və azadlıqlarını, elmi-mədəni tərəqqiyə 
təkan verən amilləri şərh və təbliğ edən monoqrafik əsərləri də 
vardır.  
Ağaoğlunun XIX əsrin sonu və XX əsrin ilk illərində Azər-
baycan cəmiyyətini, daha geniş anlamda isə türk-islam dünya-
sını  tərəqqiyə  və müasir dünyanın  ən mütərəqqi nailiyyətlərini 
əxz etməyə  səsləyən, dili, mövzusu və coğrafiyası baxımından 
bir-birini təkrarlamayan çoxsaylı yazılarından ilk dəfə kitab 
halında nəşr ediləni (1892-ci ildə Londonda nəşr edilmiş elmi 
topludakı  “Şiə dinində  məzdəki inancları”  əsəri
13
 istisna 
olmaqla) “İslama görə və islamiyyətdə qadın” əsəridir. İlk dəfə 
rusca nəşr olunmasına baxmayaraq din, millət, müasirlik, qadın 
və s. kimi problemlərlə bağlı bir əsrdən artıq bir müddətdə 
                                                 
13
  Əhməd Ağayev.  Şiə dinində  məzdəki inancları (Fransızcadan çevirəni 
Hamlet Qoca). “Mədəniyyət dünyası”, X buraxılış, 2005, s. 57-62. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə