Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
14 
bəyin incələməsinə görə  Həzrəti Peyğəmbər, qadını,  əski  İran 
mədəniyyəti və islamdan öncəki  ərəb adətləri ilə müqayisədə 
çox yüksəltmişdir. Quranın ruhuna görə, birdən artıq həyat yol-
daşı caiz deyildir. İslam aləmində Quranın  əmrlərinə, peyğəm-
bərin sözlərinə,  İrani və Süryani mədəniyyətlərin qələbəsindən 
etibarəndir ki, qadın, kültürəl və sosial mövqeyindən düşməyə 
başlamışdır. “Türk-Tatar” qövmlərinin islamı  qəbuluyla islam 
aləminə hakim olmasından sonra, qadının mövqeyi təkrar 
yüksəlmişsə də, bu qüvvətli ünsürün adət qanunları belə Şərqin 
ən  əski mədəniyyətlərindən olan İran və Süryan mədəniyyət-
lərinə qalib gəlməyərək, qadın yenə kültürəl və sosial baxım-
lardan düşmüş və nəhayət bugünkü (yəni 1901 sənəsində Azər-
baycandakı) derekesine (aşağı  dərəcəsinə, səviyyəsinə – M.S.) 
enmişdir”
21

Ağaoğlunun, islam qövmlərinin qurtuluş  və  tərəqqisinə nail 
olmaq üçün əhəmiyyətli və həllini zəruri hesab etdiyi məsələlər, 
xüsusilə  də, qadın və  əlifba problemləri barəsindəki fikirlərini 
daha çox diqqətəlayiq gördüyündən, Akçura əsərin son səhifə-
lərinin tərcüməsini eynilə verməyi məqsədəuyğun saymışdır. 
Biz də, tədqiqatçılara daha geniş müqayisə imkanı vermək 
məqsədilə,  əsərin türkcəyə ilk dəfə çevrilmiş  həmin parçalarını 
yazımıza daxil etməyi müvafiq saydıq: 
“Müslümanların qurtarılması, onların mənəvi, maddi, hətta 
siyasi kalkınmaları, yalnız iki məsələnin həllinə bağlıdır: Qadın 
məsələsi və əlifba məsələsi. 
Zamanımız müslüman qadını, ancaq sərbəst və bilincli bir 
ana və bir eş oluncadır ki, sosial görəvini yerinə yetirə biləcək-
dir. Yalnız bu şərtlər daxilində cocuqlarının xarakter və iradəsini 
egitəbilir və onlara yüksək duyğular və əsl fikirlər aşılaya bilir; 
bugünkü şərtlər dairəsində müslüman qadının cocuqları birtakım 
mənasız mövcudiyyətlərdən ibarətdir. 
Boğucu hərəm havası içində keçirilən tənbəl və sırf heyvani 
bir həyat, qadının bədəni gəlişməsinə izin vermədiyindən, irqin 
                                                 
21
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, s. 158. 


 
 
15 
bədəni çöküşünə də yol açmaqdadır. Əlifbanın güclüyü isə oxu-
yub yazmağı çox zorlaşdırdığından müslümanların ağıl və qəlb-
lərinin aydınladılması yolunu qapamaqdadır. Qadın və  əlifba, 
iştə islam aləminin iki ən həqiqi düşməni, onun tədavi olunma-
yan iki xəstəliyi ki, onların etkisi altında bu aləm yavaş-yavaş 
məhv olmaqdadır. Yalnız son zamanlarda müslümanlar bu iki 
məsələni ciddiyyətlə göz önünə almağa başladılar. Fəqət bu 
xüsuslarda  İstanbul, Qahirə, Bombey və  Kəlküttədə göstərilən 
hümmət və qeyrətlər – ki erkəklərə olduğu kimi qızlara da mək-
təb açmaq və  əlifba islahı girişimində bulunmaqla ortaya çıx-
maqdadır – yetərli sayılamaz; bütün bu qeyrətlər, mütləq ölümlə 
sonuclanacaq müzmin və öldürücü xəstəliyə qarşı zəif və keçici 
ilaçlar dərəcəsindədir. Müslüman aləminin oyanması  və o alə-
min mədəni millətlər mühitinə girə bilməsi üçün, çox şiddətli bir 
sarsıntıya ehtiyac vardır. Müslümanların kəndi reformasyon 
dövrünü keçirmələri və içlərindən qayət qüvvətli bir iradə sahibi 
və  nəfsini iş üçün tamamən fədaya hazır bir adamın gəlib çıx-
ması lazımdır

. Belə bir reformator (yenilikçi) yuxarıda gördü-
yümüz kimi bizzat islamda, islamın tarix və  gələnəklərində 
əməllərinə uyğun bir zəmin bula bilir. Təkrar edirik: Nə Quran, 
nə  şəriət kəndiliyindən gəlişməyə müxalif deyildir. Yalnız 
onların daşıyıcısı durumunda olan şeyxlər və alimlər çıxarları 
uğrunda Quran və  şəriətə  mədəniyyətlə uyuşmayan bir şəkil 
verməyə  uğraşmışlar. Bunu pekala (gözəl, yaxşı – M.S.)  bilən 
misirli yenilikçi Mehmet Ali, Misirin şeyxlərini və alimlərini 
sarayında toplayaraq ətraflarını kəndisinə tamamən sadiq üç sıra 
əsgərlə kuşattıqdan (çevrələmək, mühasirə etmək – M.S.) sonra 
yapdığı yenilikləri və islahatı ölüm təhdidi altında onlara tasvip 
(bəyənmə, təqdir etmə – M.S.) və imza etdirdi”
22

Maraqlıdır ki, əsərin (əvvəldə də qeyd etdiyimiz kimi) Türki-
yə nəşrlərinin heç birində yer almamış son cümlələri Akçuranın 
                                                 

 Vaka bizimdir – A.Y. (Cəmaləddin Əfqaninin fikirlərilə qarşılaşdırılsın). 
22
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, s. 
158-160. 


 
 
16 
diqqətini xüsusilə  cəlb etmiş  və o, həmin parçanın tərcüməsini 
də verməyi unutmamışdır: “Müslüman dini, əslində sevinc gəti-
rən və ilərləməyi sevəndir.  İslam, qədəri, hər hansı  uğursuz və 
uydurma bir qüvvətin insan həyatına dəhşət verici və qəddar bir 
basqısı tərzində anlamaz, islama görə qədər, meydana gəldikdən 
sonra vakalar ilə uyuşmağı sağlayan bir nəzəriyyədir ki, insanla-
rı takviyə edər (qüvvətləndirər – M.S.) və qeyrətləndirər. Müslü-
manların peyğəmbəri bizzat bir kaç kərə təkrar etmişdir: “Dəvə-
ni Allaha əmanət et, amma daha əvvəlcə dizini iyicə bağla!”
23

Hələ Parisdəykən Şərq tarixinə dair dərsləri dinləməklə yana-
şı, həm də bu istiqamətdə tədqiqatlar apardığından, Ağaoğlunun 
ilk araşdırmasının da məhz bu istiqamətdə olmasını  təbii hal 
hesab edən Akçura yazır ki, Azərbaycana döndükdən sonra onun 
fikri və  əməli fəaliyyətinin dini məsələlərdən milli və sosial 
məsələlərə keçməsi müşahidə olunur. “İslama görə və islam alə-
mində qadın” əsərinin ideyası də o dövrdə müsəlman ziyalıları-
nın düşüncə  tərzinə uyğundur və islahat yolu ilə müsəlmanları 
böhrandan qurtarmaq, inkişafa sövq etmək mahiyyətindədir. 
Ağaoğlu, əsərdə bütün müsəlmanlarla məşğuldur. Onun türkçü-
lük duyğusunu, ancaq türklərin qadına verdikləri dəyəri ifadə 
edən sətirlərdən çıxara bilərik. Çünki Ağaoğlu burada “Türk-
tatar” qadınını idealizə etməkdədir. Düşmənlik hədəfi isə qədim 
İran mədəniyyətidir:  ərəblərin,  İran mədəniyyətinin üstün təsi-
rindən uzaq olduqları zamanlar, islam qadınının yeri və dolayısı 
ilə müsəlmanların mədəni səviyyəsi yüksəkdi; türk qadınını 
aşağılayaraq türk həyat və mədəniyyətinin tərəqqisinə əngəl olan 
qüvvə də həmin o köhnə və çürük İran mədəniyyətidir
24
.  
Ağaoğlunun qadın problemi ətrafında düşüncələrinin lap er-
kən dövrlərdən formalaşmasına dair tədqiqatçıların fikirlərini o, 
özü də  təsdiqləyir. Səməd Ağaoğlunun  “Babamdan hatıralar” 
əsərindən öyrənirik ki, Ağaoğlu hələ Tiflisdə  tələbəykən, bir 
erməni qızına dərs verdiyi anlardan qadınlarımızın acınacaqlı 
                                                 
23
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, s. 160. 
24
 Yenə orada. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə