Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
17 
vəziyyəti barəsində düşünmüşdür. O, sonralar həmin hadisəni 
xatırlayaraq yazırdı: “Mən bu erməni qızı ilə  uğraşırkən, həp 
oradakı  həmşirələrimi, amcazadə  və bacılarımı xatırlayaraq 
heyrətlərə dalırdım. Evimizdə on ikiyə qədər böyük-kiçik qızlar-
dan – bir qisminin bəzi Quran surələrini əzbərdən bildiklərindən 
başqa – heç bir şey öyrənmədiklərini, bilmədiklərini və bir çox 
nəsillər belə gəlib keçdiyini və bir çoxlarının da belə davam edə-
cəyini düşünür, yenə heyrət edirdim! Mən hələ ki, hökm edəcək 
hal və  vəziyyətdə deyildim. Hətta aldığım tərbiyə icabı olaraq, 
qızların belə açıq-saçıq, erkəklərlə görüşmələrini, onlardan dərs 
almalarını qınayacaq bir zehniyyət içindəydim. Elə zənn edirəm 
ki, əyər iki sənə əvvəl, mənə o erməni qızına dərs vermək təklif 
edilmiş olsaydı şiddətlə  rədd edərdim. Çünki haramın iki tərəfi 
olduğuna dərindən imanım vardı!”
25
. Ə.Ağaoğlunun qızı Sürəy-
ya Ağaoğlunun “Bir ömür belə keçdi” əsərində
26
 də böyük mü-
təfəkkirin qadın problemləri ilə bağlı düşüncələrinə  və  şəxsi 
həyatında bu arzuların tətbiqinə dair maraqlı faktlara rast gəlmək 
mümkündür.  
Yaradıcılığındakı  əsas təmayülləri getdikcə aydınlaşmaqda 
olan Əhməd Ağaoğlu XX əsrin ilk illərindən etibarən Əlimərdan 
bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtax-
tinski kimi ziyalılarla birlikdə islahatçılıq hərəkatının önəmli 
simalarından birinə çevrilir. Fransadan Azərbaycana dönər-dön-
məz girişdiyi ilk işlərdən biri, Avropa elmi-mədəni mühitinin, 
şərqşünaslıq sahəsində dünya şöhrətli alimlərdən aldığı təhsilin, 
Şeyx Cəmaləddin Əfqani kimi reformalar tərəfdarı olan şəxsiy-
yətlərlə ünsiyyətin onun gələcək fəaliyyəti üçün açdığı perspek-
tivlərə uyğun olaraq islamiyyətdə köklü islahatların aparılması 
zərurətini ortaya qoyan əsərlər qələmə almasıdır. O, bu yazıla-
rında pantürkizmdən çox, islami dəyərləri önə çıxarmağa üstün-
                                                 
25
 Samet Ağaoğlu. Babamdan hatıralar. Ankara, Zerbamat matbaası, 1940, s. 
81-82. 
26
 Sürəyya Ağaoğlu. Bir ömür belə keçdi (Vilayət Quliyevin “Ağaoğlular” 
kitabında, s. 138-159). Bakı, Ozan, 1997, 236 s. 


 
 
18 
lük vermiş  və  əsasən islamın tənəzzülünə  səbəb olan amilləri 
araşdırmışdır. Eyni zamanda, islamiyyətlə hüquqi-demokratik 
idarə üsulunun uzlaşa biləcəyi düşüncəsinin parlaq təbliğatçısı 
kimi fəaliyyət göstərmişdir. 
Qeyd edilməlidir ki, ilk vaxtlar Əhməd bəy Ağaoğlunun yeni-
ləşmə hərəkatına dair irəli sürdüyü təkliflər üzdə birbaşa siyasi 
xarakter daşımırdı. Çünki, tədqiqatçı-alim Ufuk Özcanın da çox 
gözəl  şərh etdiyi kimi
27
, demək olar ki, ortada, təkliflərinin 
konkret bir siyasi proqramla dəstəkləndiyini təsdiqləyən elə bir 
fakt yoxdur. O, islam aləmindəki problemlərin həlli yollarının 
siyasi deyil, daha çox mədəniyyət məsələləri ilə bağlı olduğu 
fikrini israrla müdafiə edir və bu xüsusda əsasən bir neçə amilin 
önə  çıxarılmasını  zəruri sayırdı.  İslam cəmiyyətinin mövcud 
vəziyyətdən çıxış yolunu qadının ictimai-sosial vəziyyətinin 
yaxşılaşdırılması ilə, dil və əlifbanın islahıyla məhdudlaşdırması 
da bu yanaşmanın göstəricisidir və bu da məhz ilk dəfə “İslama 
görə və islamiyyətdə qadın” və daha çox “İslam və Axund” adı 
ilə tanınmış “İslam, Axund və Hatifülqeyb” əsərlərində, eləcə də 
onlarla məqaləsində öz əksini tapmaqdadır. 
Ağaoğlu bu dövr yazılarında belə iddialar qaldırır ki, islam 
nəzəriyyədə mütərəqqi dindir və Abbasilərin orta dövrlərinə 
qədər bu mütərəqqi mahiyyətini mühafizə edə bilmişdir. Lakin 
daha sonra yad təsirlər nəticəsində islamiyyət tənəzzülə uğramış 
və böhran prosesinə girmişdir.  İslam dünyasında qədim fars və 
süryani  ənənələrinin, islami dəyərləri üstələməsindən sonra 
qadın, mədəni və ictimai baxımdan üstün mövqeyini  itirməyə 
başlamışdır. Türk-tatar qövmlərinin islamiyyəti qəbul etməsinə 
təsadüf edən dövrdə qadının vəziyyəti təkrar yüksəlmişsə də, bu 
güclü ünsürün ənənələri belə Şərqin ən qədim və köklü ənənə-
lərinə sahib olan farsların və süryanilərin əzici təzyiqinə məruz 
qalmış, qadın yenidən ictimai həyatdan çəkilmiş və sonunda bu-
günkü acınacaqlı səviyyəsinə enmişdir. Beləcə, İran ənənəsində 
                                                 
27
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 46. 


 
 
19 
ən qədim dövrlərdən üzü bəri mövcud olan örtünmə və poliqa-
miya islam dünyasına yayılmışdır. Bu dövrü islam tarixinin ən 
qaranlıq çağı kimi xarakterizə edən Ağaoğluna görə,  əcəm 
ənənələrinin pozucu təsirlərinə  hələ  məruz qalmayan türk və 
tatarlar arasında,  İspaniya mağribilərində qadının sərbəstliyinə 
bağlı  ənənələr hələ davam etməkdəydi. Buradan çıxarılacaq 
məntiqi nəticələrdən biri, Ağaoğlunun  ənənəvi fars kültürünün 
üstünlüyü düşüncəsindən uzaqlaşaraq azərbaycanlıların modern 
milliyyətçi idealına yaxınlaşmış olmasıdır.  İkinci bir tərəfi isə 
bundan ibarətdir ki, diqqəti islamda islahat zərurətinə yönəldən 
Ağaoğlu, islamiyyətin ilk qaynaqlarına geri dönüş idealını 
qabartmağa səy göstərir. Ufuk Özcana görə bunu, dinin canlan-
dırılması üçün islam dünyasının uzun bir tarixi dövrü əhatə edən 
təcrübələrə  əhəmiyyət verilməməsi kimi dəyərləndirmək olar: 
“Bu  şəkliylə bütövlükdən məhrum bir islam anlayışını irəli 
sürmüşdür.  İslamiyyətin fərqli dönəm və  məkanlar içindəki 
təcrübələrini bir-birindən qopuq proseslər olaraq görən Ağaoğlu, 
bu bir-birindən qoparılmış və fərqliləşdirilmiş təcrübələri Qərbin 
modern qavram və meyarlarına müraciət edərək müəyyənləşdir-
məyə çalışmışdır”
28

Ağaoğlunun, islamiyyətin meydana gəlməsi və  mənşəyi ilə 
bağlı gəldiyi qənaətləri (həmin dövrdə “panislamist” adlandırıl-
masına baxmayaraq), varmaq istədiyi məqsədləri mömin bir 
dindarın idealları ilə eyniləşdirmək tamam yanlış olardı. Ufuk 
Özcanın şərhinə görə isə, islamiyyətin ilk qaynaqlarını önə çıxa-
rarkən Ağaoğlunun  əsl məqsədi, bu dinin orijinal dəyərlərini 
ucaltmaq deyildi. “Əksinə, bütün diqqətini islamiyyətin başlan-
ğıc mərhələsi üzərində  cəmləşdirməsi ona, daha sonrakı dövrə, 
xüsusilə xəlifələr və məzhəbləşmələr dönəminə dəyər verməmək 
və böyük ölçüdə inkar etmək fürsətini verirdi. İslamiyyəti, 
tamamən fərqli şərtlərin məhsulu olan modern anlayışlarla açıq-
lamağa çalışan Ağaoğlu, dini islahat düşüncəsini də eyni anla-
                                                 
28
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 48. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə