Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 
 
26 
illərində bir panislamist olaraq xarakterizə olunmayacağı 
açıqdır. Daha uyğun bir deyişlə, Ağaoğlunun düşüncəsində yer 
alan kosmopolitizm, milliyyətçilik və islam zəncirində islamın 
olduqca zəif bir halqa təşkil etdiyi söylənilə bilər”
39
.  
Yaradıcılığının müxtəlif mərhələlərində  fərqli mövqelərdən 
çıxış edən Ağaoğlu, həqiqətən də  “Həyat”  qəzetində  ərəblərin 
“islamın ehtişamını yox etmək” və “islam tarixinin səhifələrini 
qanla doldurmaq”dan cavabdeh olduğuna dair ifadələr işlətmiş 
və islam dünyasında oyanış hərəkatlarının öncüllük rolunu “ərəb 
olmayan xalqlara” aid etmişdir. Ufuk Özcan bu faktları  fərqli 
mövqedən dəyərləndirərək yazır ki, islamiyyətin süzgəcdən 
keçirilməsinə ehtiyac duyulan ünsürləri arasına farsları da daxil 
etdiyini nəzərə aldığımızda, Ağaoğlunun panislamist olduğu 
mülahizəsinə  əsas qalmır.  “İrşad”da isə Avropada sürgündə 
olan müxalif Gənc Türklərin imperatorluq daxilində  təhlükəli 
sayılan yazılarını da dərc etmişdir. Gənc Türklərlə  işbirliyi, 
onun  Əbdülhəmid idarəçiliyinin həyata keçirdiklərinə qarşı 
olduğunun bir başqa dəlili olaraq görülə bilər. Ağaoğlunun, 
Əbdülhəmidin panislamist təşəbbüslərinə ürəkdən yanaşmadığı 
anlaşılmaqdadır. Bu baxımdan da onun panislamist bir mövqedə 
olduğu mübahisəlidir
40

Lakin bir cəhəti də qeyd edək ki, Parisdən Qafqaza döndük-
dən sonra Ağaoğlunun islam birliyi düşüncəsini müdafiə etməsi 
fikri əksər tədqiqatçılar tərəfindən irəli sürülməkdədir. Müxtəlif 
mənbələrdə bu görüş, onun məzhəb ayrılıqlarına son vermə 
meylilə gerçəkləndirilməkdədir. Əlbəttə dini mövzular və islam 
mədəniyyəti ilə bağlı müzakirələr Ağaoğlunun yazılarında əhə-
miyyətli bir yer tutmaqdadır. Ancaq eyni dövrdə Azərbaycan 
üçün yerli, “adəmi mərkəziyyət”çi bir inkişaf modelini təklif et-
məsi, ərəb mədəniyyətinə önəm verməməsi, Azərbaycan mədə-
niyyətinə hakim olan fars ünsürlərinin təmizlənməsi tərəfdarı 
                                                 
39
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 76-77. 
40
 Yenə orada, s. 74-75. 


 
 
27 
olması  və islamiyyətin müasir inkişafla ayaqlaşması  təşəbbü-
sündə  ərəblərin hər hansı bir qatqısının (yardımının) müzakirə 
mövzusu olmayacağını bildirməsi,  əksər tədqiqatçılardan fərqli 
bir mövqe ortaya qoyan U.Özcanın qənaətinə görə, “... bütün bu 
müddəalar məntiq etibarilə  Ağaoğlunun islam mədəniyyətinin 
dünya tarixində ciddi bir iştirakının olmadığı şəklindəki düşün-
cəsinin uzantılarıdır. Digər yandan bu dönəmdə yazdığı “İslama 
görə və islamiyyətdə qadın”, “İslam və Axund” kimi əsərlər də 
panislamist mahiyyətə  və ifadə  tərzinə sahib deyildir. Burada 
təməl vurğu, itirilmiş islami dəyərlərin yenidən kəşfindən çox, 
mövcud islami dəyərlərin və yaşayış tərzinin xurafatdan təmiz-
lənməsi və islahata tabe etdirilməsi zərurəti üzərində  cəmləşir. 
Ağaoğlu islam cəmiyyətlərinin siyasi birliyi tərəfdarı olmaqdan 
uzaqdır”
41
.  
Təbii ki, Azərbaycan ziyalılığının ümumi təmayülləri Ağao-
ğlunun baxışlarında da özünü büruzə verməkdədir. O, osmanlı-
caya bir kültür dili olaraq üstünlük verilməsi kimi məhdud 
işbirliyi axtarışlarından fərqli olaraq, əsasən yerli problemlərə 
yönəldilən məhdud bir inkişaf xətti təklif etməkdədir. Həqiqətən 
də hadisələrə islam birliyi prizmasından baxıldıqda (1905-ci ilin 
müsəlman qurultayları dövrü istisna olunmaqla), Azərbaycan 
ziyalıları digər Rusiya müsəlmanları ilə  işbirliyinə qapalı bir 
mövqe nümayiş etdirmişlər. Bununla belə Ağaoğlunun panisla-
mist fəaliyyətdə olduğunu tamamilə inkar edən bir mövqe 
tutulmasında da mübahisəli məqamlar vardır. Çünki bir sıra 
yazılarında (hansı məqsədlər güdülməsindən asılı olmayaraq) o, 
özünü panislamizm tərəfdarı kimi təqdim etməkdən çəkinmə-
mişdir. Lakin  onun panislamizm haqqındakı düşüncələri, Yusif 
Rüstəmovun da vurğuladığı kimi, opponentlərinin illərcə yağdır-
dıqları ittihamlardan tamamilə fərqli idi
42
. O, Avropanın texno-
                                                 
41
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 75. 
42
 Yusif Rüstəmov. Türk fikir tarixi haqqında mülahizələr. Bakı, Çaşıoğlu, 
2005, s. 140. 


 
 
28 
gen mədəniyyəti qarşısında islam cəmiyyətinin məğlubiyyətini 
etiraf edən, lakin buna müxtəlif mövqelərdən çarə arayan “ifrat 
mütərəqqiçilər” və “ifrat mühafizəkarlar”la müqayisədə “yeni 
panislamistlər”in fəaliyyətlərini təqdir edərək
43
 “Kaspi” qəzeti-
nin 1903-cü il 24 dekabr tarixli 276-cı sayında yazırdı: “İslam 
nicatının yeganə yolu Avropaya üstünlük verən bütün həyat 
ünsürlərini, onun universitet və  məktəblərini, siyasi və inzibati 
həyatını ağla uyğun və ehtiyatlı surətdə müsəlman zəmininə ke-
çirmək,  əkməkdir... Ağıllı ünsürlər hər iki ifrat cərəyanı bir-
ləşdirəcək və  hər iki tərəfi razı sala biləcək elə bir yol – ideya 
yaratmaq istəyirlər ki, ifrat mütərəqqiçilərin xəyal etdiyi kimi nə 
mücərrəd – zəminəsiz olsun, nə  də ki, köhnəpərəstlik kimi zə-
manənin ruhuna və dövrün tələbinə yad olsun... Bu panisla-
mizmdir”.  
Ufuk Özcan “panislamizm” terminini daha geniş mahiyyət 
daşıyan “islam ittihadı” ifadəsi ilə eyniləşdirdiyindən Ağaoğlu-
nun nə vaxtsa səmimi panislamist mövqedən çıxış etdiyini inkar 
edir. Halbuki mənbələrdə onun bu mövqeyini ortaya qoyan 
kifayət qədər dəlillər vardır. Təbii ki, Ağaoğlunun bu mövqe-
yində  nə  qədər səmimi olduğunu söyləyə bilmərik, amma ona 
qarşı  qərəzli münasibətlə  qələmə alınmış yazılarla yanaşı, 
özünün məqalələrindən də panislamizm tərəfdarı olduğunu 
bəyan edən kifayət qədər istinadlar vermək olar. Bu yazılarının 
demək olar ki, hamısı Azərbaycan mətbuatında yer aldığı üçün 
digər ölkə alimlərinin bu mənbələrə lazımınca istinad edə 
bilməmələri başa düşüləndir. Doğrudur, onun bu panislamizmi 
demək olar ki, heç vaxt tam mənasilə islam birliyi ideyasına 
xidmət etməmişdir. Bununla belə dar çərçivədə (məsələn, Fransa 
illərində  İran amilini önə  çəkib  şiəliyi təbliğ edirdisə, Bakı 
dövründə Osmanlı tərəfdarı kimi çıxış etməsilə tamamilə fərqli 
bir mövqe tuturdu) olmasına, tam mənasilə məzhəblər fövqü bir 
                                                 
43
  Qədim Mustafayev. XX əsrin  əvvəllərində Azərbaycanda islam ideolo-
giyası və onun tənqidi. Bakı, Maarif, 1973, s. 155-156. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə