Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə14/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

59
 
 
təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və geniş  şəkildə 
işıqlandırılması olduqca vacibdir. Deyirlər, bilməmək ayıb 
deyil, bilməyib öyrəməmək ayıbdır. Bu mövzuda yazılan 
əsərlərin tərbiyəvi potensialı  təbii ki, çox yüksək olmalıdır. 
Həyatdan gələn hadisələr, faktlar, bütünlükdə real şəraitə güclü 
təsir göstərir. 
     Bu  gün  mənəviyyatımızdakı nöqsanların qabarıq  şəkildə 
özünü göstərməsinə  əsas səbəblərdən biri bu incə  məsələyə 
qarşı laqeydliyimiz, prinsipialsız mövqe tutmağımız olmuşdur. 
Bunun nəticəsində də cəmiyyətin ilkin özəyi hesab olunan ailə 
məsələlərimizə xarici faktorların təsir göstərməsinə açıq şərait 
yaranmışdır. Bu məsələdə seyrci mövqe tutmağımızın acı 
nəticələri göz qabağındadır. Indi nədənsə titrəməkdə olan adət- 
ənənələrimizin,  əxlaqi-mənəvi dəyərlərimizin dirəklərinin 
sanki nə vaxt tamamilə uçulub dağılacağını gözləyirik. Mənəvi 
dəyərlərin ucuz tutulması, həddindən artıq həssaslı və prinsipial 
mövqedən yanaşması tələb olunan bu incə məsələyə laqeydlik 
göstərilməsi sabahkı gün hansı  qarşısıalınmaz facilərin 
törənməsinə  gətirib çıxaracağını  dərindən dərk etməliyik. Biz 
əksər hallarda cəmiyyətdə baş verən mühüm hadisələrin 
qarşısını vaxtında almağa cəhd göstərmirik. Çünki buna 
vəzifəsindən və  cəmiyyətdə tutduğu mövqedən asılı olmayan 
hər birimizin içində artıq özünə çoxdan yer etmiş “mənə  nə 
var” prinspi ilə olan düşüncələrimiz imkan vermir. Daha 
doğrusu, bu gün heç  kəs qolunu çırmayıb ümumxalq mənafeyi 
naminə  iş görmək fikrində deyil, hər kəsi öz şəxsi mənafeyi 
daha  çox düşündürür.  Əxlaqi-mənəvi  cəhətdən  şikəst olmaq 
təhlükəsi qarşısında qalan cəmiyyəti sağaltmaq fikrində olanlar 
görəsən nə vaxt işə girişəcəklər? Bu gün cəmiyyətdə baş alıb 
gedən  əxlaqsızlıq epidemiyasının orientasiyası sürətlə 
artmaqdadır.  İstər ailədə, istərsə  də  cəmiyyətdə riyakarlığın, 
xəyanətin,  əxlaqsızlığın artmasına rəvac verən amillərdən  ən 
ümdəsi maddi ehtiyacdır. Cəmiyyətdə madiyyət həmişə mənəvi 
dəyərləri məhv etməyə çalışır. Hər  şeyi maddiyyətlə ölçən 


60
 
 
insanlar da özlərindən asılı olmayaraq bu çirkaba bulaşmağa 
məcbur olurlar. Onsuz da pis əməlləri biz daha tez əxz edirik. 
Belə bir anda hamımızın incə məxluq sandığımız olan qadının 
zəifliyindən, onun inam və  səmimiyyətindən “məharətlə” 
istifadə etməyə çalışan kişilər bir anlığa da olsa, hansı yolun 
ayrıcında dayandıqlarını dərk etsələr pis olmazdı. 
 Əlbəttə, bütün bunlarla kimlərəsə əxlaq dərsi vermək fikrində 
deyiləm. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, kitabda 
göstərilən hər bir epizod bu gün hər birimizin şahidi olduğu 
həyat hadisələrindən götürülmüşdür və yenə  də  hər birimiz 
bunları görə-görə laqeydcəsinə  həmin hadisələrin yanından 
ötüb keçirik. Günümüzün reallığını  əks etdirən kitabda 
göstərilən faktları, danılması qeyri-mümkün olan məqamları, 
eləcə  də  həyatımızın ağrılı-acılı günlərində, zamanın çox cuzi 
bir anını əks etdirən bu kitabı hörmət bəslədiyim oxucularımın 
mühakiməsinə verirəm. 
 
 
 
 
 
 
 
Bakı şəhəri, 1998-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


61
 
 
 
Böyük şəxsiyyət böyük iradə 
üzərində yüksəlir 
 
 Bu gün bizim gücümüz, inamımız və iradəmizlə ölçülməlidir. 
Məğlubiyyətlərimizin səbəbini prinsipial olmamağımızda, 
inamsızlığımızda və iradəsizliyimizdə axtarmalıyıq.  İndi  əsas 
məsələlərdən biri iradəmizin formalaşmasıdır ki, şəxsiyyətin 
yaranmasını bunsuz təsəvvür etmək mümkün deyil. 
Çoxumuz ümidsizlik girdabında vurnuxur, çətinliklərdən xilas 
olmaq üçün çıxış yolları arayır və onu tapa bilmirik. Nə üçün? 
Yəni biz həqiqətənmi bu qədər gücsüz və acizik? Yox, sadəcə 
olaraq nəyəsə, kiməsə inamımız, ümidimiz itib. Bir birimizə 
olan laqeydliyimiz, “mənə nə var” prinsipi ilə yaşam tərzimiz 
bizi cılızlaşdırıb. Halbuki, möhtəşəm iradə gücünə, öz xalqının 
yenilməzliyinə, tamlığına hədsiz inama malik şəxsiyyətlər 
çətinlikləri aradan qaldırmağa qadirdir. 
Bu gün müstəqil fəaliyyətimizi, bacarıq və qabiliyyətimizi 
inam ruhunda tərbiyə etməliyik.Əxlaqi igidlik məhz  ən çətin, 
ən ağır dəqiqələrdə özünü itirməməkdən, öz iradə gücünü 
səfərbərliyə almaqdan və bunu lazımi istiqamətə yönəltməkdən 
ibarətdir. Bizdə qabiliyyət da var, fərasət də, sadəcə olaraq səy 
və iradəmiz çatışmır. 
 İndi düşdüyümüz çətin vəziyyətdən xilas olmaq üçün 
inamımızı üstələyən qorxunu tədricən özümüzdən 
kənarlaşdırılmalı, daxildəki möhtəşəm qüvvələri hərəkətə 
gətirdiyi kimi, “daxilimizdəki yatmış  mələkləri də 
oyatmalıyıq”. Daxili qüvvələri isə yalnız iradə və inamın gücü 
ilə oyadıb hərəkətə gətirmək olar. 
 
 Bir  sıra  əxlaq nəzəriyyəçiləri iradə qüvvəsini ağıl və  zəka 
qüvvəsi ilə müqayisə edirlər. Onların fikrincə, iradə  zəifdirsə, 


62
 
 
insan ağıl və kamillik dərəcəsinə qalxa bilməz.  İradə  zəkaya 
qida verən qüvvədir. Digər tərəfdən o, ağlın qərarını, hökmünü 
həyata keçirir, reallaşdırır, gerçəkləşdirir. Məhşur  əxlaq 
nəzəriyyəçisi Şeftsbern, görünür bunu nəzərdə tutub yazmışdı: 
“...İnsanların  əməl və  hərəkətlərini yalnışlığa, dolaşıqlığa 
çevirən, yaşayışlarındakı intizamı pozan bilik azlığı deyil, iradə 
və  əzm yoxluğudur. Bir insanın mühakimə qabiliyyəti çox 
yüksək ola bilər, o hər mövzuda minlərcə ehtimal düşünə bilər. 
Lakin fəaliyyətə keçə bilməz, qərara gələ bilməz. Bilik, 
hərəkətlərə  nəzarət edən vasitələrdən biridirsə, iradə  əməl və 
hərəkətləri gerçəkləşdirən qüvvədir”. 
Özünü çətin, mürəkkəb şəraitlərdə ələ ala bilməyi bacaran xalq 
bir daha özünün əzəmətini, qüdrətini, böyüklüyünü göstərmiş 
olur. Azərbaycan xalqı da məhz belə bir iradə gücü hesabına 
tarixi sınaqlardan çıxıb, müstəqil dövlətini qoruya bilər. 
 
 
   “Müxalifət” qəzeti, 27 may 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə