Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə2/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   2   3   4   5   6   7   8   9   ...   91

7
 
 
cavabların, görülən  tədbirinin  mahiyyətinə  baxırsan. 
Jurnalistin  fəaliyyət  dairəsi  necə  də  genişdir!  
Jurnalist - yollar  boyu  ağaclar  əkir.  
    Jurnalist  - yarımçıq  obyektlərin  inşasını   sürətləndirir.   
    Jurnalist - İstehsalatdakı  cinayətin  üstünü  açır.  
    Jurnalist - Teatrın  repertuarını  təmizləyir,  
    Jurnalist - Mənzil  bölgüsündə  hərc -mərcliyi  ifşa  edir. 
Jurnalist - Qədim  abidələr  aşkarlayır. 
Jurnalist - Qəhrəman Mübariz İbrahimova mənzil  muzeyi  
düzəldir.  
Jurnalist -  Partizan Tahir  İsayevə  abidə  qoyur.             
Bütün  bunlar  və  onlarca digər  yazılar  barədə  nüfuz  
sahibləri      tərəfindən   verilən  cavabları  oxuduqca  iftixarla  
deyirsən. Jurnalistika  öz  dövründə dördüncü  hakimiyyət  
rolunu   necə  cəsarətlə, ləyaqətlə   yerinə  yetirirdi!  
      Görünür  kütləvi   mətbuat  haqqında  qanunlara  yenidən  
baxılmalıdır. Demokratik  cəmiyyətdə    jurnalistikanın  
rolunun   yüksəldilməsi, ona  rəsmi  qaydada   dördüncü  
hakimiyyət   funksiyasının   verilməsi   çox   yaxşı  olardı.  
Oxuculara  təqdim  olunan  “Ağrılı düşüncələrim”  
kitabındakı  materiallar  vəötən  əsrin  sonlarında   fəaliyyət  
göstərmiş  onlarca   jurnalistin,  mətbuat  orqanının   nümunəsi  
buna  əsas  verir. Yaxşıənənələri  isə  yaşatmaq,  inkişaf  
etdirmək  lazımdır. 
Camal Zeynaloğlunu xeyli vaxtdı tanıyıram. 90-cı illərin 
ortalarından. Qəzetdə  işləyirdi, özü də müxbir kimi. Mən onu 
ciddi, təvazökar, işinə inamla yanaşan, yeri gələndə mübarizə 
aparan bir jurnalist kimi, qələm adamı kimi tanımışam. Və bu 
gün də belədir.  


8
 
 
Tale elə  gətirdi ki, Camal müəllimlə  mən haradasa 5-6 il bir-
birimizi görmədik.Yəni hər birimiz öz işimizlə  məşğul idik. 
Mən İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasında işləyirdim. 
Ara-sıra kitablar çap eləyirdik. Günlərin bir günü 
ensiklopediyanın qabağında Camal Zeynaloğlu ilə 
görüşdüm.Hal-əhval tutduq. Məlum oldu ki, sən demə, o, elə 
ensiklopediyaya bitişik binada işləyirmiş. Beləcə 
münasibətimiz yenidən bağlandı.O, biləndə ki, mən yenə 
kitablar çap eləyirəm, çox sevindi. Dedi ki, mənim çapa 
hazırlanmış çoxlu kitablarım var. İnşallah, biz 
görüşəcəyik.Sonralariş birliyimiz başladı. Və  mən Camal 
müəllimin Aqata Kristinin Baş nazirin oğurlanması” adlı 
tərcümələr toplusu, “Tanrı cəzası”, Ölüm doğmalığı”, Nakam 
məhəbbət”, “Həqiqət işığında”, “Talelər dünyası”, “Gecikmiş 
sevgi”, “Qarabağ  dərdi - erməni vandalizmi”, “Xeyirxah 
əməllər yolçusu”kitablarını çap elədim.Onu da qeyd edim ki, 
Camal müəllim çox zəhmətkeş, öz üzərində işləyən bir qələm 
adamıdır, jurnalistdir. Mən onun kitablarını  işləyəndə  şahid 
oldum ki, o, bir jurnalist kimi hər  şeyi ölçüb-biçən, reallığa 
dəqiq qiymət verən adamdır. C.Zeynaloğlunun yaradıcılığı çox 
rəngarəngdir, çox sahəlidir. O, hər  şeydən yazır: Qarabağdan, 
erməni vandalizmindən, ağrılı yerlərimizdən, kasıbçılıqdan, 
məhəbbətdən, ailə münasibətlərindən, milli dəyərlərimizdən, 
insan münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji 
həyatından, günümüzün reallıqlarını  əks etdirən ağrılı-acılı 
problemlərindən və s. 
Tanışlığımız zamanı  məlum oldu ki, Camal müəllim həm də 
gözəl pedaqoq və psixoloq olub. O, gənc nəslin təlim-tərbiyəsi 
yolunda gecə-gündüz işləyib, şagirdlərinin gələcəkdə cəmiyyət 
üçün layiqli bir vətəndaşkimi formalaşmasında bütün bacarıq 


9
 
 
və  səylərini  əsirgəməyib. Biz bunu onun vaxtilə yazdığı 
pedaqoji və psixoloji elmi məqalələrindən də aydın görürük. 
Belə ki, Camal müəllimin hələ orta məktəbdə işlədiyi dövrlərdə 
yazdığı,“Sinifdənxaric oxu və onun aparılması”, “Xarici dil 
tədrisinin məqsədi”, “Şagirdlərin yaş xüsusiyyətləri və 
qabiliyyətlərin formalaşması”,  Şagirdlərə  fərdi yanaşma 
prinsipi”, “Şagirdlərin 
şüurlu intizam tərbiyəsi”, 
“Şagirdlərin  əmək tərbiyəsi”, “Mənfi emosiyalar və onların 
aradanqaldırılmasında özünüələalmanın rolu”,  “Təlim 
fəaliyyətinin psixoloji cərəyanı”  və s. kimi məqalələri buna 
sübutdur. 
 Mən demək olar ki, Camal müəllimin bütün yaradıcılığına 
bələdəm.Özünü isə daha yaxşı tanıyıram. O, alicənab, 
humanist, yaxşı  və etibarlı dost, yaxşı ailə sahibi və  nəhayət 
gözəl insandır.Mən 20 ilə yaxındır ki, qələm adamları ilə 
işləyirəm. Hələ Camal müəllim kimi öz üzərində  gərgin 
çalışan, yazı-pozudan qorxmayan, işini dəqiq bilən insan 
görməmişəm.Mən onun haqqında humanist sözünü elə-belə 
işlətmirəm. Çünki C.Zeynaloğlu həmişə bütünqələm 
adamlarına əlindən gələn köməyi təmannasız eləyir. O, olduqca 
çox sadə bir adamdır.Onun iş yerində  də böyük hörməti var. 
Bir insan kimi hamı onun haqqında yaxşı fikirdədir.Amma, 
Camal Zeynaloğlu jurnalistdir, dördüncü hakimiyyətin 
nümayəndəsidir. Eşq olsun belə ziyalılarımıza, qələm 
dostlarımıza. 
Allah hər adama qələm tutmağa istedad verməz,  şükür 
qüdrətinə. O elə kəramət sahibidir ki, hər kəsə elə qəlbinə görə 
verir. 
Nə isə, əziz qardaş, elə olduğun kimi də ol, belə daha yaxşıdı, 
ömrün uzun, canın sağ, qələmin iti, sözün kəsərli, işin asan


10
 
 
əlin qazanclı olsun ki, arvad-uşağın içində, dost-tanışın yanında 
utanmayasan. Çünki indi “dünya, zamana dəyişib” deyirlər, bu 
da mənim arzumdu, amma deyəsən adamlıq dəyişib, nə isə təki 
sən dəyişmə. 
Mənim çox adam tərifləməkdən xoşum gəlmir, amma sən 
tərifini özündə  gəzdirən kişisən, göz qabağındasan, ömrünə 
bərəkət. 
 
Adam var gözləri zülmət içində, 
Adam var xəyalı nur işığıdır, 
 Adam var təbiət bezib əlindən, 
 Adam var həyatın yaraşığıdır...   
 
       Camal müəllim, siz həqiqətən də həyatın yaraşığısız. Tanrı 
amanında! 
 
 
 
 
 
Süleyman Mustafaoğlu, 
 
 
 
 
 
naşir-publisist 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə