Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə3/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   2   3   4   5   6   7   8   9   ...   91

11
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
P u b l i s i s t i k a 
 
(Məqalələr) 
 
 
 
 
 
 
 
 
 


12
 
 
Keçid dövrü məngənəsində 
 
 
      1980-ci  ilin  sonlarında keçmiş SSRİ-nin iqtisadi və siyasi 
baxımdan iflasa sürüklənməsi, imperiya daxilində güclənən 
etnik-milli qarşıdurmalar, habelə milli özünüdərk proseslərinin 
güclənməsi digər respublikalarla yanaşı, Azərbaycana da uzun 
illərdən bəri  şüurumuzda kök atmış milli ideyanı - milli 
müstəqilliyi bərpa etməyə imkan yaratdı.  
Bildiyimiz kimi hər bir millətin formalaşmasında milli mənəvi 
dəyərlər, və yaxud milli mentalitet  mühüm rol oynayır. Milli 
mənəvi dəyərlər geniş  məna kəsb edir və millətin bütün 
tarixini, mədəniyyətini, incəsənətini, fəlsəfəsini,  ədəbiyyatını 
özündə  əks etdirir. Milli mentalitet isə daha çox insanların 
ictimai  şüurundakı dünyagörüşün özünəməxsusluğunun 
ifadəsidir. Bu baxımdan, milli mentalitet milli mənəvi 
dəyərlərdən milli özünüdərkə bir keçid rolunu oynayır. Hər bir 
xalqda milli mənəvi dəyərlərin qiymətləndirilməsi o zaman 
meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə 
ehtiyac yaranır. Yəni milli mentalitet dedikdə, hər bir xalqın 
özünəməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzi başa 
düşülür. Hər hansı bir millət özünü başqa xalqlardan 
fərqləndirmədən, onun keçmişinə  məxsus olan milli 
xüsusiyyətləri müəyyənləşdirmədən milli istiqlal uğrunda 
mübarizə apara bilməz. 
     Millətin milli inkişafı onun əsas strategiyasını  təşkil edən 
milli ideologiyasından asılıdır. Milli ideologiyanın ilk növbədə 
məram və  məqsədləri olmalıdır ki, bu da həmin millətin 
şüuruna hakim kəsilməlidir. 
Müasir dövrdə hər bir xalqın milli ideyası onun gələcək inkişaf 
yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq 
münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. 
Milli ideyanın hədəflədiyi, önə  çəkdiyi məqsədlərin 
mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq 


13
 
 
miqyasda imici formalaşır. Milli ideya dövlətlərin sosial-
iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər 
naminə  səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə bir 
növ vasitəçilik edir. Əgər fərdin fəaliyyətini stimullaşdıran əsas 
amil onun məqsəd və arzularıdırsa, dövlətlərin uğur və 
inkişafını təmin edən başlıca meyar məhz milli ideyadır. 
     Yeni əsrdə millətlərin öz müqəddaratlarını müəyyən etməsi, 
xalqların uzun illərdən bəri böyük dövlətlər tərəfindən 
“müstəmləkəçilik” boyunduruğundan xilas olması, milli şüurda 
oyanışın baş verməsi, keçmiş steorotiplərdən azad olmaq üçün 
yeni mücadilələrin meydana gəlməsi və bu yolda hamının 
səfərbər olması heç də asan olmayacaq. Çünki bu mübarizədə 
yeni milli təfəkkür tərzinin formalaşması vacibdir. Uzun 
illərdən bəri  şüurumuzda kök salmış sovet təfəkkür tərzini 
asanlıqla silib atmaq mümkün olacaqmı? Bu gün biz  buna 
hazırıqmı?! Keçid dövrü adlandırdığımız bu gündə bizdə baş 
verən proseslərə azca da olsa nəzər yetirmək, günümüzün 
reallıqlarını  əks etdirən bir çox qəbahətlərimizi işıqlandırmaq 
məncə yerinə düşər. Çünki bugünkü qəbahətlər bizim deyil, 
bizə yad cəmiyyətdən, yad ünsürlərdən miras qalmış, milli 
mentalitetimizə  qətiyyən yaraşmayan,  əxlaqımıza zidd olan 
kənar qüvvələrin təsiri ilə cəmiyyətimizə zorla tətbiq etdirilmiş 
xarakterik xüsusiyyətlərdir. 
Ammaömürdən gedən illərin bizdən çox şeylərin götürüb 
apardığını  nədənsə unuduruq. Həyatımızın bu çətin anlarında 
insanların ruhuna hakim kəsilmiş sərvətməndlik, kapital əxlaqı 
cəhətdən bizi doğrudan da böyük imtahan qarşısında 
qoymuşdu. Vaxtilə burjua ölkələrində geniş  təbliğ olunan 
fikirlər artıq günümüzün reallığı ilə səsləşməkdədir. Əlbəttə, o 
zamanlar biz də burjua ideoloqların fikirlərinin sosializm 
baxımından həmişə  tənqid atəşinə tuturduq. Ancaq bu gün 
onların fikirlərinin reallığını etiraf etmək məcburiyyətində 
qalırıq. Çünki cəmiyyətdə rastlaşdığımız saysız-hesabsız 
danılmaz faktlar bu fikirləri sübut edir. Onların fikrincə, 


14
 
 
bəşəriyyətin uzun sürən təkamülü prosesində, daha doğrusu, 
sivil dövlətlərdə  əxlaqsızlıq, qəbahət və  rəzalət içərisində 
olanlar, hiyləgərlər, “mühitə uyğunlaşanlar” yaşayış  uğrunda 
mübarizədə, xeyirxah əməllər sahiblərini, əxlaq cəngavərlərini 
sıxışdırıb aradan çıxartmışlar. Bunun nəticəsində  cəmiyyətdə 
əxlaqca cırlaşma,  əxlaqi tənəzzül prosesi baş verir, xeyirxah 
əməllərin sayı getdikcə azalır,  əxlaqsızlığın, qəbahətlərin,  şər 
əməllərin sayı isə  həddindən artıq çoxalır.  Əsl  əxlaq 
qəhrəmanların yerini əxlaqsızlar tutur. Cəmiyyətdə 
insanpərvərlikdən  əlçəkmə prosesi baş verir, əxlaqsızlar, 
mənəviyyatca kasıb adamlar, riyakarlar, tamahkarlar, 
mərdimazarlar, paxıllar, qisasçılar  əsas aparıcı qüvvəyə 
çevrilirlər.  
Beləliklə, heyvanilik insaniyyətə üstün gələrək, vaxtilə 
boğulub gizlədilən vəhşi heyvani instinktlərin inkişafı üçün 
geniş meydan açılır.  
Bəli, burjua alimi Hobbsun ilkin kapital yığımı dövründədediyi 
“insan insanın canavarıdır” sözləri indi daha aydın “insan ən 
yırtıcı heyvandan da yırtıcıdır, qəddardır”, “insan öz 
xoşbəxtliyindən daha çox başqalarının bədbəxtliyindən həzz 
alır”, “müasir insan vəhşiləşmişdir” kimi fikirləri ilə  əvəz 
olunur. 
     Ancaq  bu  fikirlərlə tamamilə razılaşmaq da düzgün 
olmazdı. Nə  qədər ki, cəmiyyətdə diqqət mərkəzində olmağı 
sevməyən, ancaq bütün ömrünü, amalını xalqının tərəqqisinə, 
əxlaqi və  mənəvi cəhətdən zənginləşməsinə xidmət göstərən 
alimlərimiz, sənət adamlarımız, yaradıcı ziyalılarımız var bu 
fikirləri özümüzə yaxın buraxmamalıyıq. 
Bu gün laqeydlik məngənəsində sıxılan insanları oradan ancaq 
inam xilas edə bilər. Heç kəs  şöhrətə, rütbəyə, vəzifəyə 
arxalanıb öz insanlıq vəzifələrini unutmamalıdır. Ancaq təəssüf 
doğurası odur ki, şöhrət doymazları şöhrət qanadları altına elə 
sığınıblar ki, cəmiyyətdə gedən əxlaqi tənəzzülün sanki onlara 
qətiyyən aidiyyatı yoxdur. Çünki bu sübut olunmuş bir faktdır 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə