Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə4/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   2   3   4   5   6   7   8   9   ...   91

15
 
 
ki, yoxsullar əxlaqsızlığı, namussuzluğu, qeyrətsizliyi qan ilə 
yumuşlar, şöhrətpərəstlər isə bu iyrənc hərəkətləri həmişə pul, 
kapital ilə ört-basdır etməyə çalışmışlar. Ona görə də aşağılar, 
qara camaat daha çox əzab və iztirablara düçar olurlar. 
 Filosoflardan biri yazmışdır ki, “əlacım olsaydı qatillərdən və 
cinayətkarlardan  əvvəl yoxsulluğu və nadanlığı  məhkəməyə 
verərdim. Çünki bir çox bədbəxtliklərin banisi bunlardır”
    Cəmiyyətdə baş alıb gedən  əxlaqsızlığın  əsas səbəblərini 
yoxsulluqda, maddi ehtiyacda və mənəvi səbatsızlıqda görənlər 
yanılmırlar. Bu gün həyatın  əxlaqsızlıq girdabına atılanlar öz 
hisslərini, ehtiraslarını vaxtında cilovlamağı bacarmayanlar, ilk 
növbədə isə özünü yaxşı görə bilməyən, özünü lazımınca 
qiymətləndirməyən insanlardır. 
    Həyatda yaxşını-pisdən, xeyiri-şərdən, xeyirxahlığı-
naqislikdən, alicənablığı-riyakarlıqdan, ayırd etmək, paxıllığı, 
mərdimazarlığı, kinliliyi, qısqanclığı, qeybəti, tamahkarlığı  və 
i.a. kimi qəbahətləri konkret şəraitdə  və konkret halda görə 
bilmək üçün hər kəsin öz ağıl və emosiyalarının, zəka və 
ehtiraslarının düzgün işləməsi, tərbiyə edilməsi lazımdır ki, bu 
da öz növbəsində doğru-düzgün dünya görüşündən, möhkəm 
əqidə  və inamdan, sarsılmaz həyat qanunlarına çevrilmiş 
vərdişlərdən aslıdır. Məhz buna görə də biz özünənəzarətin, öz 
hərəkətlərini təhlil etməyin, özünə  kənardan baxa bilməyin
özünü yaxşı görə bilməyin əhəmiyyətini xüsusi qeyd etməliyik. 
İnsanın böyüklüyü hər şeydən əvvəl özünü daxilən yaxşı görə 
bilməsindədir, öz-özünə obyektiv hökm çıxara bilməsindədir. 
Təəssüf ki, müəyyən mənada cəmiyyətdə baş alıb gedən kapital 
burulğanı  gənclərimizin  əxlaq və  mənəvi dünyasına nəzər 
salmağa imkan belə verməyərək, onları hiss və ehtiraslar 
dənizində öz ağuşuna alır. Bu zaman artıq gec olur. Bu dənizə 
atılmazdan qabaq hər  şeyi yaxşıca, özü  də  ağılla götür-qoy 
etmək lazımdır. Bu dənizin sularında üzənlər, bu suyun acısını 
dadanlar sahilə çıxandan sonra canlı varlıq olsalar da, cəmiyyət 
üçün onlar artıq “əşyaya”, “alətə” çevrilirlər. Bu həyatın insana 


16
 
 
verdiyi ən amansız, həm də ən layiqli cəzasıdır. Görəsən, onları 
bu çirkaba atılmazdan qabaq saxlamaq mümkündürmü?! 
Əlbəttə, mümkündür. Axı, onlar bu iztirablı çirkaba atılmazdan 
əvvəl özləri üçün həmdəm insan, yoldaş, dost axtarışında 
olurlar. Həyatda  əsil dostun, yoldaşın,  əqidənin, etibarın, 
inamın itdiyini görəndən sonra, digər tərəfdən də kapitalın 
hissolunmaz gücü, ecazkar qüvvəsi onların səmtini istər-
istəməz dəyişməyə  məcbur edir. İnsanların laqeyidlik azarına 
tutulması isə bu faciənin daha da dərinləşməsinə, eyni zamanda 
kütləvi vüsət almasına şərait yaradır. Nə etməli?! 
    Yenə  də  əlimizi-əlimizin üstünə qoyub nəyi isə 
gözləməliyikmi?! Xeyir! Əsla! Bu gün qəbahətlərimizə qarşı 
açıq mübarizəyə qalxmaq üçün həyacan təbilini səslən-
dirməliyik! 
     Cəmiyyətdə baş alıb gedən  əxlaqsızlığı, mənəvi 
pozğunluğu, rüşvətxorluğun doğurduğu iyrənc əməlləri yabanı 
alaq otları kimi vaxtında təmizləyə bilməsək, onda gələcək 
nəsildə sağlam tərbiyəli gənclərimizin mövcudluğu sual altında 
ola bilər. Bu gün cəmiyyətimizdəki çirkab suların çoxalmasının 
əsas səbəbi digər tərəfdən də bu işdə lazımi vaxtda, düzgün və 
cəsarətli addım atmamağımız səbəb olubdur. Artıq bu sahədə 
cəsarətli vəqəti addımlar atmağın  çoxdan vaxtı çatıbdır. 
      Düzdür,  bu  gün  bizi  uğursuzluq, müvəffəqiyyətsizlik 
yaxalayıbsa, biz əllərimizi göyə qaldırıb tez təslim 
olmamalıyıq, bu baxımdan özümüzü məğlub hesab 
etməməliyik.  Əgər gələcəkdə yaxşı,  rahat, firavan və 
gözəlhəyatda yaşamaq istəyiriksə, milli mənəvi dəyərlərimizin 
qorunması yolunda durmadan, gecikmədən yaxşı da işlər 
görməliyik. 
     Bu  gün  hamımızı düşündürən bir məsələ var. Biz bu gün 
Müstəqil Respublika olaraq özümüzü Azərbaycan 
Cümhuriyyətinin varisi, yoxsa Azərbaycan SSR-nin varisi 
hesab etməliyik. Milli ideologiya baxımından ilk növbədə 
Azərbaycan Respublikasının varislik probleminə, yəni özünü 


17
 
 
Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir 
respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə, 
xüsusilə onun başlıca ideoloji prinsiplərinə  nə  dərəcədə sahib 
çıxıb-çıxmamasına aydınlıq gətirilməlidir. 
Tanınmış bir filosofun fikrinə görə,Həyata və azadlığa yalnız 
o adam layiqdir ki, hər gün bunların uğrunda döyüşə gedir”. 
Bəli, bu gün bizmilli ideyaların uğurla həyata keçirilməsi, 
müstəqilliyin möhkəmləndirilməsi prosesində  ən mühüm 
şərtlərdən biri olan cəmiyyət milli-mənəvi dəyərlər ruhunda 
səfərbər olunmalı  və bu yoldahər birimiz özünü milli 
mənliyimizin yad qəbahətlərdən qorumaq uğrunda döyüş 
meydanında yorulmadan mübarizə aparanlardan hesab 
etməlidir... 
 
 
 
 
 
 
 
Bakı,  mart 1993-cü il. 
 
 
 
 
  
  
  
 
 
 
 
 
 
 
 


18
 
 
İstedadlı artist, igid partizan, cəsur 
kəşfiyyatçı 
 
 
Бабанлы  Ханлар  Салман  оьлу 1918 - ъи  илдя  Шуша  шящяриндя 
анадаn  олуб.  Сонралар  аиляси  иля  бирликдя  Тяртяр  районуна 
кючмцшдцр. 
     1932  -  ъи  илдя  Ханларын  атасы  Салман  киши  вяфат    етмиш,  аз 
сонра  ися  анасы  дцнйасыны  дяйишмишдир.Балаъа  Ханлары  ушаг 
евиня  верирляр.О,  Тяртяр  ушаг  евиндя  тярбийя  алмышдыр.  Даща 
сонра балаъа Ханларын тящсиля олан щядсиз мараьыны эюрян ушаг 
евинин 
тярбийячиляри 
ону 
Гусар 
районунда 
йерляшян 
Агротехникумуна эюндярмишдиляр. Бурада о, пионер достлары иля 
бирликдя  бир  нечя  тамаша    щазырлайыр.  Тамаша  заманы  Ханларын 
актйорлуг  истедадыны  эюрян  Гусар  Гызыл  Орду  полкунун  бядии 
юзфяалиййят  дярняйинин  режиссору  Ханлара  Азярбайъан  Театр 
Техникумуна  дахил  олмасыны  мяслящят  эюрцр.  Режиссорун 
мяслящятиня  ямял  едян  Ханлар  имтащанлары  уьурла  вериб  Театр 
Техникумуна  дахил  олур  вя  дюрд  ил  актйорлуг  сянятини 
мянимсяйир. 
Техникуму битирян Ханлар 1936 ‐ ъы илдя Нахчыван Дювлят  Драм 
Театрына  тяйинат  алыр. 1936 ‐  37  ‐  ъи ил  театр  мювсцмцндя  эянъ 
актйор  бир  нечя  ролда  чыхыш  етди.  Онлардан  сечилян  Ъяфяр 
Ъаббарлынын «1905 ‐  ъи  илдя»  пйесиндя  Арам  образы  олмушдур. 
Бир  ил  сонра, 1937 ‐  ъи  илдя  о,  Бакыйа  гайыдыр  вя  Азярбайъан 
Дювлят естрадасында бядии сюз устасы кими фяалиййят эюстярмяйя 
башлайыр.Бакынын  театр  афишляриндя  Ханларын  адына  тез  ‐  тез  раст 
эялинир.  Онун  режиссорлуьу  иля  АДУ  ‐  нун  тялябя  театры 
В.Шкваркинин 
«Юзэя 
ушаьы» 
ясяринин 
тамашасыны 
щазырлайыр.Сонра  Азярбайъан  сянайе  политехникумунун  тцрк 
бирлийи  Сцлейман  Рцстямин  «Йаньын»  ясярини  эюстярир.Щямин 
пйесин дя режиссорлуьу Х. Бабанлыйа тапшырылыр. Эянълярин гцввяси 
иля йаранан тамаша баханларын хошуна  эялир. 
Азярбайъан  Дювлят  естрадасында  ишляйяркян  Х.  Бабанлы  Елмира 
Ахундова,  Ъащан  Талышинскайа  кими  севилян  актйорларла  бирэя 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə