Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə91/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   83   84   85   86   87   88   89   90   91

322
 
 
hakmiyyəti dövründə xarici tələbələr üçün dekan təyin 
olunmuş Mirvari adlı bir qadın mənə ultimatium verərək 
qaldığım otağı boşaltmağımı  tələb etdi. Ayağını ayağının 
üstünə  aşıraraq siqateri siqaretə calayan bu qadını dinləyib 
onu bu vəzifəyə təyin  edənləri lənətlədim. Bir neçə ay sonra  
o həmin vəzifədən, çox şükürlər olsun ki, çıxarıldı. İndi yenə 
həmin yataqxanada yaşayıram. O xanımın arzusu gözündə 
qaldı, axı, o, mənim yaşadığım otağı xarici qonaqlar üçün 
qonaq otağı etmək istəyirdi.Öz millətindən olan, iki körpəsi 
ilə heç yerdə sığınacaq tapmaq ümidi olmayan azəri qadınını 
isə küçələrə atmaq istəyirdi.  Bu  da  Azərbaycan ziyalısı... 
Mövqe, vəzifə insanları  nə  qədər dəyişdirirmiş. Axı, o, adi 
müəllim ömrü yaşasaydı, bu cür hərəkətlər etməzdi.  İndi o, 
yenə Neft Akademiyasında çalışır. 
      Mən bir yaşımdan valideynsiz qalmışam, ömür  yolum 
eniş-yoxuşlu olub, bacımın himayəsində yaşamışam.  Ən 
kədərli anlarımda mahnı  bəstələmişəm. Kədər və iztirabdan 
doğulan, qətrə-qətrə göz yaşlarımdan yoğrulan mahnılar... Bu 
mahnılarda mənim həyata keçməyən arzularım, qırılmış ümid 
və istəklərim  əks olunur. Musiqi təhsilim yoxdur. Onları niyə 
bəstələyirəm, nəyimə lazımdır? Bilmirəm. 
     Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır. 
     Ona görə də çoxları məni astronom hesab edir. Dissertasiya 
işim tam hazırdır. Müdafiəyə  təqdim etməliyəm. Elmlər 
Akademiyasında tələb olunan məbləğ mənim əmək haqqımdan 
dörd dəfə böyükdür. Bu pulu ödəməyə  mənə iki xeyirxah 
insanın təklifi olub. Dövlət Neft Akademiyasının dosenti Əli 
Talıbov və mənim kimi yüzlərlə köməksizin himayəçisi, büllur 
kimi qəlb sahibi olan əməkdar müəllim Şəfiqə xanım Əliyeva. 
Mən bu təkliflərdən imtina etmişəm. Allah onların hər ikisinə 
can sağlığı versin. 
     Cavablarım yəqin ki, çox geniş oldu. 


323
 
 
     Filosof, 
astronom, 
teoloq, 
yazıçı-publisist, 
şair, 
bəstəkarsınızmı? - sualına isə cavab verə bilməyəcəm. Çünki 
əslində mən heç özüm də bilmirəm ki, mən kiməm? 
 
-  Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də 
Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibisiniz. Bir 
ziyalı kimi deyə bilərsinizmi, bu günün ziyalısının vəziyyəti 
necədir? 
 
-  Əvvəlla, mən alim deyiləm, sadəcə müəllim və 
tədqiqatçıyam. Bu günün ziyalısının  vəziyyətinə  gəldikdə, 
iqtisadi durumun çətinliyi onlardan da yan ötməyib. Ziyalılar 
cəmiyyətdə elə bir təbəqədir ki, onlar heç bir siyasi mövqeyə 
malik olmayan, öz elmi sahələri üzrə  fəaliyyət göstərməklə 
bərabər, cəmiyyətin ümumimənafeyi naminə olan məsələlərdə 
iştirak edir, öz mövqelərini bildirirlər. Xalqımızın ziyalı 
övladlarını  vahid konsepsiya ətrafında birləşdirmək 
Azərbaycan Ziyalılar Cəmiyyətinin proqram və 
nizamnaməsində öz əksini tapıb. Cəmiyyətin 260 mindən artıq 
üzvü var. Yaxın vaxtlara qədər AZC problemlər yığınında 
boğulub, lakin məhv olmayıb. 1997-ci ilin martında mən həmin 
cəmiyyətə məsul katib seçilmişəm. AZC-nin rəyasət heyətinin 
üzvlərindən akademik H. Sultanovun, cəmiyyətimizin mərhum 
prezidenti, akademik A. Hüseynovun, AZC-nin fəxri ziyalısı Z. 
Nəbiyevanın və  əməkdar müəllim  Ş.  Əliyevanın xidmətlərini 
əks etdirən kitabların tək və müştərək müəllifiyəm. 
Ziyalı xalqın görən gözü, düşünən beynidir. Təsadüfi deyil ki, 
Qurani- Kərimin 1000 ayəsindən  850- si elmə, 150-si isə 
alimlərə hörmət və ehtiramla yanaşmağı tövsiyə edir. Mən bu 
hörməti yalnız qələmimlə edə bilirəm. 
 
-  Həqiqət xanım, bu gün həm kainat, həm də insanlar 
müəmmalarla doludur. Müəmmalarla dolu insanlar  bir–
birinə qarşı  çıxır, biri digərinə paxıllıq edir, hər vasitə ilə 


324
 
 
onun uğurlarının qarşısına sədd çəkir, ona mane olmağa 
çalışır. Vaxtilə elmin yollarında Siz də bu cür haqsızlıqlarla 
qarşılaşmısınız? Həmin anlarda bu insanlar barədə  nə 
düşünmüsünüz? 
 
 -  Son altı min ildə  bəşəriyyət mürəkkəb bir yol keçmişdir. 
Kainatın müəmmalı yaranışı insanı  həmişə düşündürmüşdür. 
Bu məsələ ilə bağlı xeyli fərziyyələr də mövcuddur. Hər halda 
etiraf etmək lazımdır ki, insanın kainat haqqında olan bilgisi öz 
təbiəti haqqında olan bilgidən çoxdur. Təqribən üç min ilə 
yaxındır ki, insan varlığın açılmamış sirlərini öyrənməyə cəhd 
göstərir. Məlumdur ki, kainat da, ayrıca bir elmin sahələridir. 
Elmin isə öz qanunları var. 
     Məntiqi yolla elmin əsas qanunlarını  kəşf etməyin 
mümkünsüzlüyünü vaxtilə dahi fizik Albert Eynşteyn də etiraf 
edirdi. Yeganə yol kimi fəhm yolunu qəbul edən alim yazırdı 
ki, bu yol hiss olunan aləm arxasındakı qanunauyğunluqların 
duyulmasına  əsaslanır. Çünki Allah insanın maddi və ruhi 
gerçəklərini dəyərləndirərək özü ilə bağlı bütün şeyləri 
vermişdir.  İnsan daim yüksək məqamlara can atır. Onun 
müəmması isə beyindir. Fikrimcə, beynin şifrəsi açılarsa, elm 
insan haqqında axtardığı cavabı tapa bilər.  Əql və düşüncə 
beynə məxsusdur. Quranda əql barədə 500-ə qədər ayə vardır. 
 Sualınızın ikinci tərəfinə  gəldikdə, onu deyə bilərəm ki, 
yüksək intellektə malik insanlar nəinki mənə paxıllıq ediblər, 
əksinə, lazımi səviyyədə köməklik də göstəriblər. Xüsusən 
yaşlı nəsil, akademiklərimiz, zəhmət dolu ömür yolu keçən elm 
adamlarımız. Mənə yalnız o adamlar mane ola bilər ki, onlar 
ehtiyac nə olduğunu bilmədən, kimlərinsə yazdığını müdafiə 
ediblər, yüksək ad və mövqeyə malik olublar. Xoşbəxltlikdən 
mən belə adamlarla qarşılaşmamışam. Halal, təmiz elm 
adamları ilə  qarşılaşmışam. 
Onların verdiyi istiqamətlər, məsləhət və tövsiyələr hər zaman 
köməyimə çatıb. Birgə  işləmişik,  ədəbiyyat gətiriblər, 


325
 
 
yazdığımı müzakirə ediblər, yoxlayıb iradlarını bildiriblər. 
Akademik Hacıbəy Sultanov, EA-nın müxbir üzvü Rafiq 
Əliyev, fəlsəfə elmləri doktoru, professor Abdulla Əhədov, 
Tibb Universitetinin I prorektoru Vaqif Şadlinski, fəlsəfə 
elmləri doktoru, professor İzzət  Rüstəmov, fizikia- riyaziyyat 
elmləri namizədi Ədalət Ətayi və adlarını çəkmədiyim bir çox 
alimlərimiz... Mən alimlərimizdən razıyam. 
 
-  Dünyamızın məhv olmasına səbəb də biz insanlar olacağıq. 
Bu fikirə münasibətiniz necədir? 
 
 -  Dünyanı biz insanlar yaratmamışıq ki, onu məhv etməyə də 
qabil olaq. Yaranış və məhv haqqında bütün bilgilər təqribidir. 
Bütün həyatını elmə həsr edən Ömər Xəyyam sonda yazırdı: 
 
Sirri əzəli nə sən qanarsan, nə də mən, 
Bu tapmacanı nə sən taparsan, nə də mən. 
Bir pərdə dalındadır olan söhbətimiz, 
Pərdə qalxsa, nə sən qalarsan, nə də mən. 
 
     Düzdür,  termodinamikanın ikinci prinsipi sonsuz Kainata 
şamil edən R. Klauziusun və U. Tomsonun irəli sürdüyü 
fərziyyələr qismən qane edicidir. Yəni dünyada bütün 
cisimlərin temperaturunun tədricən bərabərləşməsi baş verərsə, 
aləmdəki bütün fiziki proseslər, bütün dəyişikliklər kəsiləcək, 
Kainatın soyuq cəsədi  qalacaqdır. 
    Qurani-Kərimdə dünyamızın məhvi Qiyamətin başlaması ilə 
izah edilir. Onun başvermə  səbəbi isə insanları öz dinini, 
ləyaqət və şərəfini unutması haqsızlıq olacaq. 
 
-  Daha çox maraq doğuran elmi əsərləriniz haqqında nə deyə 
bilərsiniz? 
 


326
 
 
- “Kainatın başlanğıcı haqqında elmi dini mülahizələr” 
kitabı elmi monoqrafiya kimi oxucuların xoşuna gələn və daha 
yaxşı alınan kitab olub. Kitabın elmi redaktoru akademik H. 
Sultonovdur.  “Maddidən mənəviyə, zülmətdən nura” kitabı 
alman və ingilis dillərinə  tərcümə olunub. Çox təəssüf ki, 
kitabın elmi redaktoru akademik A. Hüseynov o kitabı görə 
bilmədi. 
     Öz  teosofik  baxışları ilə  Şərq filosofları içərisində seçilən 
İran filosofu Sədrəddin Mütəəllehi  Şiraziyə  həsr etdiyim 
Sədrə  fəlsəfəsindən incilər” poeması daha maraqla 
qarşılanıb. Bu kitabda Sədrəddin  Şirazinin həyatı, fəlsəfi 
fikirləri nəzmə  çəkilib. Təkrar nəşr olunacaq bu kitab 
Sədrəddin Şirazinin qarşıda gələn yubileyinə hədiyyəmdir. 
“İslam astronomiyası tarixindən” kitabı böyük ensiklopedik 
alim Nəsirəddin Tusinin 800 illik yubileyinə töhfəmdir. 
Ensiklopedik materialların toplanılmasında kitabın elmi 
redaktorları akademik H. Sultonovun və fizika- riyaziyyat 
elmləri namizədi  Ədalət  Ətayinin mənə böyük köməyi olub. 
Astronomlar, ali məktəblərdə astrofizika ixtisası üzrə 
ixtisaslaşan tələbələr üçün dərs vəsaitidir. 
“Yeddi hikmətə yeddi cavab” kitabı isə yaranış haqqında 
Qurani- Kərim ayələrinin, “ Nəhcül Bəlağə” kitabındakı 
kəlamların nəzmə  çəkilməsidir. Burada yaranış  səma, yer, 
Qiyamət, Sirat haqqında ontoloji izahlara diqqət verilməlidir. 
Kitabın elmi redaktoru Eyvaz Tahadır. 
“Canlı  həyatın  əmələ  gəlməsi, insanın mənşə  və  təkamülü 
haqqında elmi dini mülahizələr” kitabının elmi redaktoru 
Vaqif Şadlinskidir. 
     Məncə, o biri kitablar haqqında danışmaqla vaxtınızı xeyli 
alacağam. 
 
-   Həqiqət xanım,  İ. Kantın “Dumanlıqlar nəzəriyyəsi”nə 
münasibətiniz. Bu nəzəriyyəyə hansı aspektdən yanaşırsınız? 
 


327
 
 
-  İmmanuel Kant təbiətşünaslıq məsələləri ilə  məşğul olan
kosmaqoniya haqqında maraqlı əsərlər yazan filosof olmuşdur. 
Onun “Ümumi təbiət tarixi və göy nəzəriyyəsi”  əsərində 
günəşlə bağlı  fərziyyələr var. “Dünya sisteminin şəhri” 
əsərində o, Günəş sisteminin dumanlıqdan təşəkkül tapdığını 
irəli sürür. 
    Qurani-  Kərimdə kainatın ilk maddəsinin su, yaxud tüstü 
kimi havaya qalxan buxar, duman olduğu, canlı aləmin və 
insanın yaş gildən nəşət etməsi izah olunur. Biz insanlar üçün 
adi görünən suyun mürəkkəb xüsusiyyətləri vardır. Su 
molekulu haqqında olan biliklər, suyun qəribəliklərini çox 
təəssüf ki, tam izah etmir. Təbiətdə su molekullarına bənzər 
molekullardan təşkil olunmuş mayelərin heç biri suyun qəribə 
xassələrini təkrarlamır. 
     İ.Kant “Dumanlıqlar nəzəriyyəsi” ilə “materialist ruhlu” 
filosof kimi tanınsa da, 1770- ci ildən etibarən qneseoloji 
baxımdan həll etməyə çalışdığı  məsələlərdə idealizm 
mövqeyindən çıxış edir. Şey özündələrin dərkolunmazlığını 
irəli sürür. 
 
-  Elmi hər  şeydən uca tutan alimlərimiz barədə  nə deyə 
bilərsiniz? 
 
 -  Qəribə sualdır. Hər halda mən sizə öz şəxsi müşahidələrimi 
söyləyəcəyəm. Bu cür alimlərimiz çox qəribə, qapalı, 
əsrarəngiz dünyaları ilə  fərqlənirlər. Adi adamla əsl elm 
adamının fərqi gözəçarpacaq qədər diqqəti cəlb edir. Belə 
adamlar tez əsəbiləşir, hövsələsiz olur, kənar mövzuları 
maraqsız dinləyirlər. 
    Bəzən isə elmə  hədsiz aludəlik ailə saədətinə  kəskin zərbə 
vurur, xoşgəlməz nəticələrə gətirib çıxarır. 
    Bu barədə başqa söz deyə bilmərəm. 
 


328
 
 
-  Həqiqət  xanım, elmdə kiməsə paxıllığınız tutan anlar 
olubmu heç? 
 
- Olub.“Şüur, yoxsa ruh?” adlı bir kitabımı yarımçıq 
qoymuşam. Molekulyar biologiyanı öyrənmək istəyirəm. 
    Vaxtım çox məhduddur. Bu sahənin mütəxəssizlərinə 
paxıllığım tutur. Çox gözəl sahədir. Qismət olsa, üzümüzə 
gələn ili yalnız bu sahəni öyrənməyə sərf edəcəyəm. 
-  Ən çox nədən zövq alırsınız? 
 -  Zövq alacağım şeylər mənə qismət olmadı. Balaca bir bağım 
olsaydı, orada dünyanın  ən gözəl güllərini  əkər, onların xoş 
rayihəsindən zövq alardım. Ona görə  də  mənə  və fitri 
qabiliyyətimə həsəd aparanlara acıyıram. Axı, mən həyatda öz 
çalışmam, gecə-gündüz zəhmətim müqabilində nə qazanmışam 
ki? 
-  Fəlsəfə ilə psixologiyanın yaxınlığı Sizə məlumdur. Hər bir 
şəxsiyyətin özünəməxsus  ərazisi var. Yəni hər bir adam 
özünümüdafiə üçün ayrı-ayrı  şəxslərlə ünsiyyətə girdikləri 
zaman müəyyən distansiya saxlayır. Görürsən, bəzi 
adamlarla daha tez dil tapmaq olur, bəziləriyləsə ünsiyyət 
yaratmaq mümkün olmur. Burada məni maraqlandıran əsas 
cəhət şəxsiyyətin “ərazisi”dir. O “ərazini” qorumaq üçün bir 
qapı var. Bəzi adamlarda həmin qapıda möhkəm nəzarət var. 
Bu qapıdan ancaq ürək dostları keçə bilir, paxıl, xudpəsənd, 
riyakar adamların bu “ərazi”yə daxil olması qadağandır. 
Həqiqət xanım, bəs Sizin şəxsiyyətinizin “ərazisi” necə 
“mühafizə” olunur? Bu  “mühafizədən”, “nəzarətdən” 
özünüz razısınızmı? 
 
 -    İlk növbədə  nəzərinizə çatdırım ki, mən ciddiyyət və 
sadəliyi yüksək qiymətləndirən adamam. Dostlarım 
çoxdur.Mən onlarda ilk növbədə əxlaqi saflıq axtarıram, sonra 
dil tapıb ünsiyyətə girirəm. Xasiyyətinin necə olmasının 
fərqinə baxmadan elm adamlarına xüsusi hörmət bəsləyirəm. 


329
 
 
    Özümə qarşı hörmətsizlik görməmişəm. Qaldı  mənim öz 
aləmimə, mən bir qədər mürəkkəb adamam. Xoşagəlməz 
xüsusiyyətlərim var. Hər hansı bir mövzu üzərində düşünüb, 
onun yazılması üçün plan quranda, yaxud yazmağa başlayanda 
dözülməz oluram. Qaradinməz, tutqun, heç kimə qaynayıb 
qarışmayan. 
     Ailəm və  iş yoldaşlarım, məni yaxından tanıyanlar bu 
tutqunluğumun nə ilə bağlı olduğunu tez duyurlar. Əsər başa 
çatana qədər adamlardan təcrid olunmalı oluram. 
     Deməli, söylədiyiniz o “əraziyə” nəinki paxıl, xudpəsənd 
adamlar, heç yaxınlarım da nüfuz edə bilmir. Bu cür 
“mühafizə” və “nəzarətdən” çəkinirlər. 
    “Yeddi hikmətə yeddi cavab”ı yazarkən iki gün özümü pis 
hiss etdim. Bir gecə isə  səhərə  qədər yatmayıb onu bitirdim. 
Güman etməzdim ki, onu  oxuyanlar bəzi səhifələri belə 
məhəbbətlə öpərlər. Halbuki mən onu yazmazdan iki gün öncə 
yuxulu kimi, tutqun və əsəbi idim. Onun müvəffəq alınacağına 
o qədər də inanmırdım. 
 
-  Həqiqət xanım, hazırda çoxlu tələbələriniz var, indiyə qədər 
dərs dediyiniz tələbələr arasında heç “tələbə  Həqiqətə” rast 
gəlmisinizmi? 
 -  Bəli, rast gəlmişəm. Formal qiymət yazmağıma razı olmayıb 
biletin suallarına cavab verdi və  əla qiymət aldı. O, mənim 
canlı keçmişim idi. Üzbəüz oturmuşduq. Sanki yuxulu, qəm 
dolu xatirələri mənə xatırlatmağa gəlmişdi. Xəyalımda o cür də 
qaldı: Gözlərində bir yanğın iztirab və ümidsizlik, solğun 
bəniz, yuxusuzluqdan şişib qızarmış gözlər. Bir  kəlmə 
nəvazişli sözümdən yanağına yaş damcıladı... 
- Həqiqət xanım, bugünkü ziyalıya bir ziyalı kimi sözünüz... 
 -  Mən onları  əqidəsindən asılı olmayaraq hamısını birliyə 
çağırıram. 
    “Son 
söz” 
qəzeti, 1999 -cu il. 
 


330
 
 
 
 
 
Mündəricat 
 
Dördüncü hakimiyyətin gücü.............................................3 
 
 
Publisistika 
 
Keçid dövrü məngənəsində................................................11 
İstedadlı artist, igid partizan, cəsur kəşfiyyatçı..................17 
Gələcəyimiz yetkin təfəkkürdən asılıdır............................23 
İrad tutmazdan əvvəl..........................................................26 
Sadəlik böyüklükdür, Əlibala müəllim!.............................28 
Görkəmli alim, nəcib insan................................................33 
Şərəfli və mənalı ömür yolu...............................................36 
Nurlu ustad.........................................................................43 
Şəfiqə xanım böyük ürək sahibidir....................................45 
Şərəfli alim ömrü...............................................................50 
Şam tək əriyən ömür..........................................................53 
İçimizdə buz bağlamış ağrılar............................................55 
Böyük şəxsiyyət böyük iradə üzərində yüksəlir................58 
Çingiz harayı......................................................................60 
Dəli bir nərə çəkmək keçir könlümdən..............................62 
Özümüzə qayıtmalı, özümüzü dərk etməliyik!..................64 
Dənizə vurğun insan..........................................................68 
Erməni faşizmi...................................................................72 
İnam ocağı..........................................................................81 
Nadir kəşfin müəllifi azərbaycanlı qadındır.......................85 


331
 
 
Ailədaxili münaqişələr və onun aradan qaldırılması..........91 
Şagirdlərə fərdi yanaşma prinsipi.......................................99 
Şagirdlərin şüurlu intizam tərbiyəsi...................................104 
Şagirdlərin əmək tərbiyəsi.................................................108 
Şagidrlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin  
formalaşması......................................................................114 
Mənfi emosiyalar və onların aradan qaldırılmasında 
özünüələalmanın rolu.........................................................122 
Kollektivdə konflikt şəraitinin aradan qaldırılması............130 
Təlim fəaliyyətinin psixoloji cərəyanı................................135 
Stressin insan həyatına təsiri və onun aradan qaldırılması 
yolları..................................................................................151 
Örnək insan və yaradıcı şəxsiyyət.......................................162 
Bəşəri cinayət-Xocalı soyqırımı..........................................170 
Xeyirxah əməllər yolçusu....................................................190 
 
 
Müsahibələr 
 
Adamı ağrıdan o idi ki, səni öz elində yadlar mühakimə 
edirdi....................................................................................206 
Ailənin dirəyi ata, tacı anadır..............................................212 
Bu bir an idi və mən həmin an manevr etməyə məcbur 
oldum...................................................................................223 
Ekspertlər verdikləri rəylər üçün məsuliyyət daşıyırlar......229 
İnsan təbiətin səhvidirmi?...................................................236 
İ.Bəxtiyarov: “Maddi çətinliklərə görə alimlərimizin 
Respublikamızı tərk etməsi ürəyimi ağrıdır”......................244 
Mükəmməl qanunlar qəbul olunmalıdır..............................254 
Söz nazirlər kabinetinindir..................................................258 
Özəlləşmə zamanı cəmiyyətdə təbəqələr arasında kəskin 
qütbləşmə yaranacaq...........................................................261 
Polis işçisi qanun çərçivəsində sərbəst hərəkət etməlidir....264 


332
 
 
Şahidlərin təhlükəsizliyinin təmin edilməsi haqqında 
qanunvericilikdə heç bir normativ akt nəzərdə tutulmayıb..267 
Siz kimsiniz, “general Əli bəy?”..........................................270 
Soykökünə bağlı insan..........................................................277 
Alim və idmançı...................................................................287 
Vahid milli ideologiyanın yaradılması vacibdirmi?............292 
“Müsəlman müsəlmanın qardaşıdır”...................................298 
Arif Quliyev: “Sənətdə gərək fədai olasan”........................303 
Şərəfli ömür yolu.................................................................310 
Özüm də bilmirəm ki, mən kiməm?....................................317 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



334
 
 
 
 
 
 
 
 
 
 
Qeyd  üçün 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə