Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

29 


15-ci fəsil 

AİLƏNİN BAŞQA ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ 

Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan 

qardaş və bacılarını saxlamaq vəzifəsi  

Yetkinlik  yaşına  çatmayan  və  yardıma  ehtiyacı  olub,  valideynlərindən  saxlanılması  üçün 

yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş 

və  bacılardan  məhkəmə  qaydasında  aliment  almaq  hüququna  malikdirlər.  Əmək  qabiliyyəti 

olmayan  və  yardıma ehtiyacı  olan  yetkinlik  yaşına  çatmış  qardaş  və  bacılar  valideynlərindən, 

yaxud  da  ərindən  (arvadından)  və  ya  yetkinlik  yaşına  çatan  uşaqlarından  saxlanmaq  üçün 

maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. 

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi  

Yardıma  ehtiyacı  olan  yetkinlik  yaşına  çatmayan  nəvələr  saxlanmaq  üçün  öz 

valideynlərindən  maddi  yardım  ala  bilmədikdə,  buna  zəruri  vəsaitə  malik  baba  və  nənədən 

məhkəmə  qaydasında  aliment  almaq  hüququna  malikdirlər.  Əmək  qabiliyyəti  olmayan  və 

yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud 

da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 

Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi  

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik 

yaşına  çatan  övladlarından  və  ya  ərindən  (arvadından)  maddi  yardım  ala  bilmədikdə,  zəruri 

vəsaitə  malik  nəvələrdən  məhkəmə  qaydasında  aliment  verilməsini  tələb  etmək  hüququna 

malikdirlər. 

Maddə 91. Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi  

91.1.  Yetkinlik  yaşına  çatmayan  uşaqları  faktik  tərbiyə  etmiş  və  saxlamış  əmək  qabiliyyəti 

olmayan  və  yardıma  ehtiyacı  olan  şəxslər,  öz  yetkinlik  yaşına  çatmış  övladlarından  və  ya 

ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli 

yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. 

91.2.  Faktik  tərbiyəçilər  öz  yetirmələrini  5  ildən  az  müddətdə  tərbiyə  etdiyi  və  saxladığı, 

yaxud  lazımınca  tərbiyə  etmədiyi  və  ya  saxlamadığı  hallarda,  məhkəmə  onları  saxlamaq 

vəzifəsindən yetirmələri azad edə bilər. 

91.3.  Bu  Məcəllənin  91.1-ci  maddəsində  nəzərdə  tutulan  vəzifələr  qəyyumluğa  (himayəyə) 

verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur. 

Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi  

92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını 

tərbiyə etmişlərsə  və  ya saxlamışlarsa  və  özlərinin  yetkinlik  yaşına  çatan  övladlarından  və  ya 

ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və 

yetkinlik  yaşına  çatmış  ögey  oğul  və  qızlarından  məhkəmə  qaydasında  saxlanmaq  üçün 

təminat verilməsini tələb edə bilərlər. 

92.2.  Ögey  ata  və  ana  ögey  oğul  və  qızları  5  ildən  az  tərbiyə  etmiş  və  ya  saxlamışlarsa, 

habelə  ögey  oğul  və  qızların  tərbiyəsi  üzrə  öz  vəzifələrini  lazımınca  yerinə  yetirməmişlərsə, 

məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər. 




 

30 


Maddə  93.  Ailənin  başqa  üzvlərini  saxlamaq  üçün  məhkəmə  qaydasında  tutulan 

alimentin miqdarı  

93.1. Bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası 

və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. 

93.2.  Tərəflər  arasında  belə  saziş  olmadıqda  məhkəmə  alimentin  miqdarını  hər  bir  ayrıca 

halda  aliment  tutulan  şəxsin  və  aliment  alan  şəxsin  maddi  və  ailə  vəziyyətindən  və  tərəflərin 

diqqətəlayiq  olan  digər  maraqlarından  asılı  olaraq  hər  ay  ödənilən  sabit  pul  məbləğində 

müəyyən edir. 

93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, 

məhkəmə  onların  maddi  və  ailə  vəziyyətindən  asılı  olaraq  aliment  vəzifəsinin  yerinə 

yetirilməsində  onlardan  hər  birinin  iştirakının  miqdarını  müəyyən  edir,  həm  də  məhkəmə 

bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı 

olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. 

 

16-ci fəsil 



ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ 

Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması  

94.1.  Aliment  ödənilməsi  barədə  saziş  (alimentin  miqdarı,  ödənilmə  qaydası  və  şərtləri) 

aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan 

şəxs  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  olduqda  isə  həmin  şəxslərin  qanuni  nümayəndələri 

arasında  bağlanır.  Tam  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər  aliment  ödənilməsi  barədə  sazişi 

özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. 

94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq 

olunur.  Aliment  ödənilməsi  barədə  sazişin  qanunla  müəyyən  olunmuş  formasına  əməl 

edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb 

olur. 

94.3.  Aliment  ödənilməsi  barədə  saziş  notariat  qaydasında  təsdiq  edildikdə,  icra  vərəqəsi 



qüvvəsinə malik olur. 

Maddə  95.  Aliment  ödənilməsi  barədə  sazişin  bağlanması,  icrası,  dəyişdirilməsi, 

pozulması və etibarsız sayılması qaydası  

95.1.  Aliment  ödənilməsi  barədə  sazişin  bağlanması,  icrası,  dəyişdirilməsi,  pozulması  və 

etibarsız  sayılması  üçün  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  mülki  hüquqi  əqdlərin 

bağlanması,  icrası,  dəyişdirilməsi,  pozulması  və  etibarsız  sayılması  barədə  normaları  tətbiq 

olunur. 

95.2.  Aliment  ödənilməsi  barədə  saziş  tərəflərin  qarşılıqlı  razılığı  əsasında  istənilən  vaxt 

dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci 

maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. 

95.3.  Aliment  ödənilməsi  barədə  sazişi  icra  etməkdən  birtərəfli  qaydada  imtina  etməyə  və 

onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 

95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi 

barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin 

dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə