Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   ...   28

 

5-ci fəsil 



NİKAHIN ETİBARSIZLIĞI 

Maddə 25. Nikahın etibarsız sayılması  

25.1.  Bu  məcəllənin  10—12-ci  maddələrində  və  13.3.-cü  maddəsində  nəzərdə  tutulmuş 

şərtlər  pozulduqda,  eləcə  də  tərəflərdən  birinin  və  ya  hər  ikisinin  ailə  qurmaq  niyyəti 

olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 

25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 

25.3.  Məhkəmə  nikahın  etibarsız  sayılması  barədə  qanuni  qüvvəyə  minmiş  qətnamədən 

çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə 

borcludur. 

25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 

Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər  

26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 

26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün 

bu  Məcəllənin  10.2-ci  maddəsində  nəzərdə  tutulmuş  icazə  olmadıqda  nikah  bağlanarsa  — 

yetkinlik  yaşına  çatmayan  ər  (arvad),  onun  valideynləri  (onları  əvəz  edən  şəxslər)  və  ya 

müvafiq icra hakimiyyəti orqanı; 

26.1.2.  nikah  bu  Məcəllənin  26.1.1-ci  maddəsində  nəzərdə  tutulduğu  eyni  hallarda 

bağlanarsa  və  nikahda  olan  ər  (arvad)  yetkinlik  yaşına  çatarsa  —  yalnız  həmin  18  yaşlı  ər 

(arvad); 

26.1.3.  nikah  tərəflərdən  birinin  könüllü  razılığı  olmadan,  yəni  məcburiyyət,  aldatma, 

yanılma  nəticəsində  və  ya  nikaha  daxil  olan  şəxs  nikahın  bağlanmasının  dövlət  qeydiyyatı 

anında  öz  hərəkətlərinin  mahiyyətini  anlamaq  və  onları  idarə  etmək  iqtidarında  olmadıqda 

bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 

26.1.4.  nikahın  bağlanmasına  mane  olan  hallar  barədə  məlumatı  olmayan  ər  (arvad), 

məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 

26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 

26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, 

bu  Məcəllənin  12-ci  maddəsinin  tələbləri  pozulmaqla  bağlanmış  nikah  nəticəsində  hüquqları 

pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 

26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 

26.1.8. bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər 

(arvad). 

26.2.  Nikah yaşına çatmayan, eləcə  də  məhkəmə  qaydasında fəaliyyət  qabiliyyəti  olmayan 

hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra 

hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. 

Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar  

27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə 

mane  olan  hallar  aradan  qalxdıqda,  məhkəmə  həmin  halların  aradan  qalxdığı  vaxtdan  nikahı 

etibarlı hesab edə bilər. 



 

10 


27.2.  Yetkinlik  yaşına  çatmayan  ərin  (arvadın)  mənafeyi  tələb  etdikdə,  eləcə  də  nikahın 

etibarsız  sayılması  barədə  onun  razılığı  olmadıqda,  nikah  yaşına  çatmayan  şəxslə  bağlanmış 

nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. 

27.3.  Saxta  nikaha  daxil  olmuş  şəxslər  məhkəmədə  işə  baxılana  qədər  faktiki  olaraq  ailə 

qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. 

27.4.  Ər-arvad  arasında  nikah  bağlanması  üçün  qanunla  qadağan  olunmuş  qohumluq 

halları  və  ya  nikah  bağlanarkən  onlardan  birinin  başqa  şəxslə  pozulmamış  nikahda  olduğu 

hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. 

Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri  

28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna 

olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. 

28.2.  Nikahı  etibarsız  sayılmış  şəxslərin  birgə  əldə  etdikləri  əmlaka  Azərbaycan 

Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. 

28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah 

müqaviləsi etibarsız sayılır. 

28.4.  Nikahın  etibarsız  sayılması  bu  nikahdan  doğulan  və  ya  nikahın  etibarsız  sayılması 

günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 

28.5.  Nikah  etibarsız  hesab  edilərkən  məhkəmə,  belə  nikahın  bağlanması  nəticəsində 

hüquqları  pozulmuş  ərin  (arvadın)  saxlanması  üçün  digər  tərəfdən  bu  Məcəllənin  85—86-cı 

maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin 

şəxslərin  birlikdə  əldə  etdikləri  əmlakın  bölgüsü  zamanı  bu  Məcəllənin  32-ci,  36—37-ci 

maddələrində  müəyyən  edilmiş  normaları  tətbiq  edə,  həmçinin  nikah  müqaviləsini  tamamilə 

və ya qisman etibarlı hesab edə bilər. 

28.6.  Ər  (arvadın)  ona  vurulmuş  maddi  və  ya  mənəvi  ziyanın  mülki  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 

28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı 

saxlaya bilər. 

 

ÜÇÜNCÜ BÖLMƏ 



ƏR-ARVADIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

6-ci fəsil 

ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi  

29.1.  Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  edilmiş  qadın  və  kişinin  hüquq 

bərabərliyinə  uyğun  olaraq  ər  və  arvad  ailə  münasibətlərində  bərabər  şəxsi  və  əmlak 

hüquqlarına malikdirlər. 

29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın 

hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 

29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə