Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   ...   28

 

11 


29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, 

ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün 

əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 

Maddə 30. Ər-arvadın soyad seçmək hüququ  

30.1.  Ər-arvad  öz  arzuları  ilə  onlardan  birinin  soyadını  özləri  üçün  ümumi  soyad  seçə, 

yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını 

öz soyadı ilə birləşdirə bilər. 

30.2.  Nikaha  daxil  olanların  biri  və  ya  hər  ikisi  qoşa  soyada  malik  olduqda  soyadların 

birləşdirilməsinə yol verilmir. 

30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb 

olmur. 

30.4.  Nikah  pozulduqda  ər  (arvad)  ümumi  soyadlarını  saxlamaq  və  ya  nikahdan  əvvəlki 



soyadını bərpa etmək hüququna malikdir. 

 

7-ci fəsil 



ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ 

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı  

31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 

31.2.  Nikah  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  ər-arvadın  əmlakının  qanuni 

rejimi fəaliyyət göstərir. 

31.3.  Ailə  kəndli  təsərrüfatı  üzvlərinin  birgə  mülkiyyəti  üzərində  ər-arvadın  istifadə, 

sahiblik  və  sərəncam  hüquqları  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyinə  uyğun 

olaraq müəyyən olunur. 

vii[7]

 

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti  



32.1.  Nikah  müddətində  ər-arvadın  əldə  etdikləri  əmlak  onların  ümumi  birgə  mülkiyyəti 

sayılır. 

32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 

32.2.1.  onların  hər  birinin  əmək,  sahibkarlıq  və  intellektual  fəaliyyəti  nəticəsində  əldə 

etdikləri  gəlirlər,  aldıqları  pensiya  və  müavinətlər, eləcə  də  xüsusi  təyinatı  olmayan  digər  pul 

ödəmələri  (şikəstlik,  sağlamlığın  bu  və  ya  digər  formada  pozulması  nəticəsində  əmək 

qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 

32.2.2.  ər-arvadın  ümumi  gəlirləri  hesabına  əldə  edilən  daşınar  və  daşınmaz  əşyalar, 

qiymətli  kağızlar,  kredit  idarələrinə  və  s.  kommersiya  təşkilatlarına  qoyulmuş  paylar, 

əmanətlər,  kapitaldan  olan  paylar  və  əmlakın  ər-arvaddan  kimin  adına  əldə  olunmasından, 

yaxud  əmanətin  kimin  adına  və  ya  kim  tərəfindən  qoyulmasından  asılı  olmayaraq  nikah 

dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 

32.3. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya 

digər  üzürlü  səbəblərə  görə  müstəqil  qazancı  olmayan  ər  (arvad)  da  ümumi  əmlak  üzərində 

hüquqa malikdir. 

Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ  




 

12 


33.1.  Ər-arvadın rəsmi  reyestrdə  qeydə  alınmalı olmayan  ümumi  daşınar  əmlakı  üzərində 

sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 

viii[8]

 

33.2. Ər-arvadın ümumi əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu 



halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 

33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam 

əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya 

bilməli  idisə,  əqd  bağlanmasına  razılığı  olmayan  ər  (arvad)  tərəfındən  mübahisələndirilə 

bilər.

ix[9]


 

33.4.  Ər-arvaddan  birinin  daşınmaz  əmlak  üzərində  sərəncam  vermək  barədə  notariat 

qaydasında  təsdiq  edilən  və  (və  ya)  qeydiyyata  alınan  əqdlər  bağlaması  üçün  digər  tərəfin 

notariat  qaydasında  təsdiq  edilmiş  razılığı  lazımdır.  Ərin  (arvadın)  bu  barədə  notariat 

qaydasında  təsdiq  olunmuş  razılığı  olmadıqda,  bu  əqd  Azərbaycan  Respublikasının      Mülki   

Məcəlləsi   ilə   müəyyən   olunmuş   müddətdə mübahisələndirilə bilər.

x[10]

 

Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti  



34.1.  Nikaha  daxil  olanadək  onlara  məxsus  olan  əmlak,  habelə  nikah  dövründə  hədiyyə 

şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın 

hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 

34.2.  Ziynət  əşyaları  istisna  olmaqla,  fərdi  istifadə  şeyləri  (geyim,  ayaqqabı  və  s.)  nikah 

zamanı  ər-arvadın  ümumi  vəsaiti  hesabına  əldə  edilsə  də,  ər-arvaddan  kimin  istifadəsində 

olubsa, ona məxsusdur. 

Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması  

Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-

arvadın  hansınınsa  əməyi  hesabına  ər-arvadın  hər  birinin  əmlakının  dəyərini  xeyli  artıran 

vəsaitin  qoyulması  (əsaslı  təmir,  yenidən  quraşdırma,  avadanlığı  dəyişdirmə  və  s.)  müəyyən 

edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 

Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi  

36.1.  Ər-arvadın  ümumi  əmlakının  bölünməsi  nikah  dövründə,  eləcə  də  onlardan  birinin 

tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan 

onlardan  birinin  payına  yönəltmək  üçün  ümumi  əmlakın  bölünməsi  tələbi  barədə  ərizə 

verdikdə həyata keçirilir. 

36.2.  Ər-arvadın  ümumi  əmlakı  onların  sazişi  əsasında  bölünə  bilər.  Belə  saziş  ər-arvadın 

arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 

36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-

arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 

36.4.  Məhkəmə  ər-arvadın  ümumi  əmlakını  bölərkən  onların  tələbi  ilə  hər  birinə  çatacaq 

əmlakı  müəyyən  edir.  Ər-arvaddan  birinə,  dəyəri  ona  çatası  payın  dəyərini  aşan  əmlak 

verildikdə, bunun  əvəzində  digərinə  müvafiq  məbləğdə  pul  və  ya  başqa  kompensasiya  verilə 

bilər. 


36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər 

birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 

36.6.  Yetkinlik  yaşına  çatmayan  uşaqların  tələbatını  ödəmək  üçün  əldə  olunan  şeylər 

(geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və 

s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə