Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   ...   28

 

13 


36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına 

qoyulmuş  əmanətlər  həmin  uşaqlara  məxsus  hesaba  edilir  və  ümumi  əmlakın  bölünməsi 

zamanı nəzərə alınmır. 

36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş 

hissəsi, eləcə  də nikah  dövründə  sonradan qazanılmış əmlak  onların  birgə  mülkiyyətini  təşkil 

edir. 


36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 

3 illik iddia müddəti tətbiq olunur. 

Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi  

37.1.  Ər-arvad  arasındakı  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  onların  ümumi 

əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 

37.2.  Ayrı-ayrı  hallarda  məhkəmə  yetkinlik  yaşına  çatmayan  uşaqların  mənafeyini  və  (və 

ya)  ərin  (arvadın)  diqqətəlayiq  mənafeyini,  o  cümlədən  ər-arvaddan  biri  üzürsüz  səbəbdən 

gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda 

nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 

37.3.  Ümumi  əmlak  bölünərkən  ər-arvadın  ümumi  borcları  onun  payına  uyğun  olaraq 

müəyyən edilir. 

 

8-ci fəsil 



ƏR-ARVADIN MÜLKİYYƏTİNİN MÜQAVİLƏ REJİMİ 

Maddə 38. Nikah müqaviləsi və onun məzmunu  

38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və 

ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 

38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini 

dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, 

paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 

38.3.  Nikah  müqaviləsi  ər-arvadın  mövcud  olan  və  gələcəkdə  əldə  edəcəkləri  əmlaka  dair 

bağlana bilər. 

38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində 

iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah 

pozulduqda  hər  birinə  düşəcək  əmlakı  və  ər-arvadın  əmlak  münasibətlərinə  dair  hər  hansı 

başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. 

38.5.  Nikah  müqaviləsində  nəzərdə  tutulmuş  hüquq  və  vəzifələr  müəyyən  müddətlərlə 

məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. 

38.6.  Nikah  müqaviləsində  ər-arvadın  hüquq  və  fəaliyyət  qabiliyyətini,  öz  hüquqlarının 

müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək  hüququnu,  uşaqlara  münasibətdə  hüquq  və 

vəzifələrini,  eləcə  də  ər-arvad  arasındakı  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyən, 

ehtiyacı  olan  və  əmək  qabiliyyəti  olmayan  ərin(arvadın)  saxlanılması  üçün  vəsait  almaq 

hüququnu  məhdudlaşdıran,  ər-arvaddan  birini  çox  əlverişsiz  vəziyyətə  salan  və  ailə 

qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. 

Maddə 39. Nikah müqaviləsinin bağlanma qaydası  




 

14 


39.1.  Nikah  müqaviləsi  nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  qədər,  eləcə  də  nikah 

dövründə istənilən vaxtda bağlana bilər. 

39.2.  Nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  qədər  bağlanmış  nikah  müqaviləsi 

nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. 

39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. 

Maddə 40. Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi  

40.1.  Nikah  müqaviləsi  ər-arvadın  razılığı  ilə  istənilən  vaxt  bu  Məcəllənin  39.3-cü 

maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. 

40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. 

40.3.  Ərin  (arvadın)  tələbinə  əsasən  məhkəmənin  qətnaməsi  ilə  nikah  müqaviləsi 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  müqavilələrin  dəyişdirilməsi  və  pozulması 

üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. 

40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr 

istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. 

40.5.  Nikah  müqaviləsi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  əqdlərin  etibarsız 

hesab  edilməsi  üçün  nəzərdə  tutulmuş  əsaslarla  məhkəmə  tərəfindən  tamamilə  və  ya  qismən 

etibarsız hesab edilə bilər. 

40.6.  Müqavilənin  şərtləri  əri  (arvadı)  çox  əlverişsiz  vəziyyətə  saldıqda  nikah  müqaviləsi 

onun  tərəfindən  mübahisələndirilə  bilər.  Nikah  müqaviləsinin  bu  Məcəllənin  38.6-cı 

maddəsinin  digər  tələblərini  pozan  şərtləri  əhəmiyyətsizdir  və  müqavilənin  bağlandığı  andan 

etibarsız hesab edilir.

xi[11]


 

 

9-cu fəsil  



ƏR-ARVADIN ÖHDƏLİKLƏRİ ÜZRƏ MƏSULİYYƏT 

Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi  

41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın 

ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 

41.2.  Ər-arvadın  ümumi  öhdəlikləri  üzrə,  habelə  ər-arvaddan  birinin  öhdəlikləri  üzrə 

alınmış  vəsaitin  ailə  ehtiyacları  üçün  istifadə  olunduğu  məhkəmə  tərəfindən  müəyyən 

edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu 

əmlak  kifayət  olmadıqda,  həmin  öhdəliklər  üzrə  ər-arvad  onların  hər  birinin  əmlakı  ilə  birgə 

məsuliyyət daşıyırlar. 

41.3.  Ər-arvadın  ümumi  əmlakının  onlardan  birinin  cinayət  yolu  ilə  qazandığı  vəsait 

hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu 

əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər. 

41.4.  Yetkinlik  yaşına  çatmayan  uşaqlarının  vurduğu  zərərə  görə  ər-arvad  mülki 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məsuliyyət  daşıyırlar.  Bu  halda  ödəmənin  ər-

arvadın əmlakına yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə uyğun həyata keçirilir. 

Maddə  42.  Nikah  müqaviləsi  bağlanarkən,  dəyişdirilərkən  və  pozularkən  kreditorların 

hüquqlarına təminat verilməsi  



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə