Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

15 


42.1.  Nikah  müqaviləsinin  bağlanması,  dəyişdirilməsi  və  pozulması  barədə  ər  (arvad)  öz 

kreditoruna  (kreditorlarına)  məlumat  verməlidir.  Bu  vəzifəni  yerinə  yetirmədikdə  ər  (arvad) 

nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. 

42.2.  Kreditor  (kreditorlar)  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əsasən  nikah 

müqaviləsinin  şərtlərinin  dəyişdirilməsini  və  ya  onun  pozulmasını  tələb  etmək  hüququna 

malikdir. 

 

DÖRDÜNCÜ BÖLMƏ 



 VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

10-cu fəsil 

UŞAQLARIN MƏNŞƏYİNİN MÜƏYYƏN OLUNMASI 

Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları  

Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada 

uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 

Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi  

xii[12]


44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq 

edən  sənəd  əsasında,  uşaq  tibb  müəssisəsindən  kənarda  anadan  olduqda  doğuma  kömək 

göstərmiş  həkimin  sənədi  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən,  bu  sənədlər 

olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

 

 

44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və 



ya  etibarsız  sayılması  vaxtından  və  ya  uşağın  atasının  ölümündən  300  gün  ərzində 

doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq 

ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 

44.3.  Uşağın  anası  ilə  nikahda  olmayan  şəxsin  atalığı  uşağın  atasının  və  anasının  müvafiq 

icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 

44.4.  Ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  ananın  yerini  müəyyən 

etmək  mümkün  olmadıqda  və  ya  o,  valideynlik  hüquqlarından  məhrum  edildikdə,  atalıq 

müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  uşağın  atasının  ərizəsi  əsasında,  bu  razılıq 

olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 

44.5.  Atalığın  müəyyən  olunması  haqqında  birgə  ərizə  verməyin  uşağın  doğulmasından 

sonra  qeyri-mümkünlüyü  və  ya  çətinliyi  güman  olunduğu  hallarda  gələcək  uşağın  öz 

aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın 

hamiləliyi  dövründə  vermək  hüququna  malikdirlər.  Uşağın  valideynləri  haqqında  qeyd  uşaq 

doğulduqdan sonra aparılır. 

44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı 

ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq 

icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 

Maddə  45.  Məhkəmə  qaydasında  atalığın  və  atalığın  tanınması  faktının  müəyyən 

olunması  



 

16 


45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya 

uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun 

(himayəçisinin),  uşağı  saxlayanın,  habelə  uşaq  yetkinlik  yaşına  çatdıqda  onun  özünün  ərizəsi 

əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən 

törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 

45.2.  Uşağın  anası  ilə  nikaha  daxil  olmayan,  lakin  özünü  uşağın  atası  hesab  edən  şəxs 

öldükdə, 

atalığın 

tanınması 

faktı 


Azərbaycan 

Respublikasının 

mülki-prosessual 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 

Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd  

46.1.  Öz  aralarında  nikahda  olan  ata  və  ana  doğum  haqqında  şəhadətnamədə  uşağın 

valideynləri kimi qeyd olunurlar.

xiii[13]


 

46.2.  Valideynlər  öz  aralarında  nikahda  olmadıqda  uşağın  anası  haqqında  qeyd  ananın 

ərizəsi,  atası  haqqında  qeyd  isə  uşağın  atasının  və  anasının  birgə  ərizəsi  və  ya  atanın  ərizəsi 

əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 

46.3.  Uşaq  nikahı  olmayan  anadan  olduqda  və  atalığın  müəyyən  olunması  barədə 

valideynlərin  birgə  ərizəsi  və  ya  məhkəmənin  qətnaməsi  olmadıqda,  doğum  haqqında 

şəhadətnamədə  uşağın  atasının  soyadının  əvəzinə  ananın  soyadı  yazılır.  Uşağın  atasının  və 

babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 

46.4.  Öz  aralarında  nikahda  olan  və  süni  mayalanma  və  ya  embrionun  implantasiyasının 

tətbiqi  barədə  yazılı  razılığı  olan  valideynlərin  həmin  metodlar  nəticəsində  uşağı  olduqda, 

uşağı  doğan  qadının  (surroqat  ananın)  razılığı  ilə  doğum  haqqında  şəhadətnamədə  onlar 

uşağın valideynləri kimi qeydə alınırlar. 

46.5.  Öz  aralarında  nikaha  daxil  olan  və  başqa  qadına  embrionun  implantasiyasına  yazılı 

şəkildə  razılıq  verən  şəxslər  yalnız  uşağı  doğan  qadının  razılığı  ilə  uşağın  valideynləri  kimi 

yazıla bilərlər. 

Maddə 47. Atalığa, analığa dair mübahisə Açma  

47.1.  Bu  Məcəllənin  46.1-ci  və  46.2-ci  maddələrinə  uyğun  olaraq  doğum  haqqında 

şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın 

valideyni  qismində  yazılmış  şəxsin  və  ya  onun  həqiqi  valideyninin,  habelə  uşaq  yetkinlik 

yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən 

fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 

47.2.  Bu  Məcəllənin  46.2-ci  maddəsinə  əsasən  uşağın  atası  kimi  yazılmış  şəxs  qeydlər 

zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma 

haqqında tələbi təmin oluna bilməz. 

47.3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  süni  mayalanma  və  embrionun 

implantasiyasına  yazılı  razılığı  olan  ərin  atalığa  dair  mübahisə  açma  zamanı  bu  vəziyyətə 

əsaslanmaq hüququ yoxdur. 

47.4  Embrionun  başqa  qadına  köçürülməsinə  razılıq  vermiş  ər-arvad,  habelə  uşağı  doğan 

qadın  (surroqat  ana)  atalığa  (analığa)  dair  mübahisə  açma  zamanı  doğum  haqqında 

şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz. 

Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri  



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə