Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

17 


Bu  Məcəllənin  44—45-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  qaydada  atalıq  müəyyən 

olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda 

olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 

 

11-ci fəsil 



AİLƏDƏ UŞAQLARIN HÜQUQLARI 

Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ  

49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər 

uşaq hesab olunurlar. 

49.2.  Hər  bir  uşaq  ailədə  yaşamaq  və  tərbiyə  almaq,  öz  valideynlərini  tanımaq  və  onların 

qayğısından istifadə etmək,  uşağın  maraqlarına zidd  olan hallar  istisna olmaqla,  onlarla  birgə 

yaşamaq hüququna malikdir. 

49.3.  Uşaq  öz  valideynləri  tərəfindən  tərbiyə  olunmaq,  öz  maraqlarının  təmin  olunması, 

hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 

49.4.  Valideynlər  olmadıqda,  onlar  valideynlik  hüquqlarından  məhrum  olunduqda  və  ya 

uşaq  valideyn  himayəsini  itirdiyi  digər  hallarda,  uşağın  ailədə  tərbiyəsi  bu  Məcəllənin  18-ci 

fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 

Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ  

50.1.  Uşaq  valideynləri,  babaları,  nənələri,  qardaşları,  bacıları  və  başqa  qohumları  ilə 

ünsiyyətdə olmaq hüququna malikdir. 

50.2.  Valideynlərinin  nikahının  pozulması  və  ya  etibarsız  sayılması,  valideynlərinin  ayrı 

yaşaması uşağın hüquqlarına təsir etmir. 

50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 

50.4.  Valideynlər  müxtəlif  dövlətlərdə  yaşadıqda  da  uşaq  öz  valideynləri  ilə  ünsiyyətdə 

olmaq hüququna malikdir. 

50.5.  Uşaq  ekstremal  hallarda  (tutulduqda,  həbs  olunduqda,  saxlanıldıqda,  müalicə 

müəssisəsində  yerləşdirildikdə  və  s.)  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  öz 

valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 

Maddə 51. Uşağın müdafiə hüququ  

51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 

51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən 

şəxslər),  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallarda  isə  müvafiq  icra  hakimiyyəti  orqanı  və 

məhkəmə tərəfindən həyata keçirilir. 

51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli 

hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata 

keçirirlər. 

51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından 

müdafiə olunmaq hüququ vardır. 

51.5.  Uşağın  hüquqları  və  qanuni  mənafeləri  pozulduqda,  o  cümlədən  valideynləri 

(onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik 



 

18 


hüquqlarından  sui-istifadə  etdikdə,  uşaq  öz  hüquqlarını  qorumaq  üçün  müvafiq  icra 

hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. 

51.6.  Uşağın  həyat  və  sağlamlığının  təhlükədə  olması,  onun  hüquqlarının  və  qanuni 

mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə 

uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. 

Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  cür  məlumat  aldıqda  uşağın  hüquqlarının  və  qanuni 

mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. 

Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ  

Uşaq  ailədə  onun  maraqlarına  toxunan  istənilən  məsələnin  həlli  zamanı  öz  fikrini 

bildirmək,  habelə  məhkəmə  istintaqı  və  inzibati  araşdırmaların  gedişində  dinlənilmək 

hüququna  malikdir.  Onun  maraqlarına  zidd  olan  hallar  istisna  olunmaqla,  10  yaşına  çatmış 

uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və 

ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 

Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ  

53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 

53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 

53.3.  Uşağın  soyadı  valideynlərin  soyadı  ilə  müəyyən  edilir.  Uşağın  valideynlərinin 

soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. 

53.4.  Valideynlər  arasında  uşağın  ad  və  soyadına  münasibətdə  razılıq  olmadıqda  yaranan 

fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 

53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-

cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın 

soyadına görə verilir. 

Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi  

54.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  uşaq  18  yaşına  çatana  qədər  onun  adının 

dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin 

birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 

54.2.  Valideynlər  ayrı  yaşadıqda  və  uşaqla  birlikdə  yaşayan  valideyn  ona  öz  soyadını 

vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə 

almaqla  və  uşağın  maraqlarından  asılı  olaraq  həll  edir.  Digər  valideynin  olduğu  yeri 

müəyyənləşdirmək  mümkün  olmadıqda,  o  valideynlik  hüquqlarından  məhrum  edildikdə, 

fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  eləcə  də  üzürsüz  səbəbdən  uşağı  saxlamaqdan 

və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 

54.3.  Uşaq  öz  aralarında  nikahda  olmayan  şəxslərdən  olubsa  və  atalıq  qanunvericiliklə 

nəzərdə  tutulmuş  qaydada  müəyyən  olunmayıbsa,  müvafiq  icra  hakimiyyəti  orqanı  uşağın 

maraqlarını  əsas  tutmaqla  onun  soyadının,  ananın  bu  xahişlə  müraciət  etdiyi  anda  daşıdığı 

soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 

54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. 

Maddə 55. Uşağın əmlak hüquqları  

55.1.  Uşaq  öz  valideynlərindən  və  ailənin  digər  üzvlərindən  bu  Məcəllənin  beşinci 

bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə