Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

19 


55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları 

əvəz  edən  şəxslərin)  sərəncamına  daxil  olur,  onlar  tərəfindən  uşaqların  saxlanmasına, 

tərbiyəsinə və təhsilinə xərclənir. 

55.3.  Məhkəmə  uşağa  görə  aliment  ödəyən  valideynin  tələbi  ilə  alimentin  50  faizdən  çox 

olmayan  məbləğini  yetkinlik  yaşına  çatmayan  uşağın  adına  açılmış  bank  hesabına  köçürmək 

barədə qərar çıxara bilər. 

55.4.  Uşaq  gəlirinə,  vərəsəlik  və  ya  hədiyyə  şəklində  əldə  etdiyi  əmlaka,  habelə  uşağın 

vəsaiti  hesabına  əldə  edilmiş  digər  əmlaka  mülkiyyət  hüququna  malikdir.  Uşağın 

mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki 

Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. 

55.5.  Uşağın  əmlakı  valideynlər  tərəfindən  idarə  olunarsa,  mülki  qanunvericiliyə  uyğun 

olaraq  onlara  himayə  altında  olan  şəxsin  əmlakına  sərəncam  verənlərə  dair  qaydalar  şamil 

olunur. 

55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik 

deyillər.  Birlikdə  yaşayan  valideynlər  və  uşaqlar  qarşılıqlı  razılıq  əsasında  bir-birinin 

əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. 

55.7  Valideynlərin  və  uşaqların  birgə  mülkiyyət  hüququ  yarandıqda  əmlak  üzərində 

sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. 

 

12-ci fəsil 



VALİDEYNLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi  

56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 

56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, 

eləcə  də  yetkinlik  yaşına  çatmayan  uşaqlar  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  tam 

fəaliyyət  qabiliyyəti  əldə  etdikdə  valideynlərin  bu  fəsildə  göstərilən  hüquq  və  vəzifələrinə 

xitam verilir. 

Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları  

57.1. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə 

məşğul olmaq hüququna malikdirlər. 

57.2.  Yetkinlik  yaşına  çatmayan  valideynlər  nikaha  daxil  olmamışlarsa,  onların  uşaqları 

doğulduqda  həmin  valideynlər  16  yaşına  çatdıqdan  sonra  atalığın  (analığın)  müəyyən 

edilməsində  müstəqil  hərəkət  edə  bilərlər.  16  yaşı  tamam  olmayan  valideynlərin  uşaqlarının 

tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin oluna bilər. 

57.3.  Uşağın  qəyyumu  ilə  yetkinlik  yaşına  çatmayan  valideynlər  arasındakı  narazılıq 

qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 

57.4.  Yetkinlik  yaşına  çatmayan  valideynlər  öz  uşaqlarına  münasibətdə  atalığı  və  analığı 

ümumi  əsaslarla  qəbul  etmək,  atalığa  (analığa)  dair  mübahisə  açmaq,  habelə  14  yaşına 

çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər. 

Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri  




 

20 


58.1.  Valideynlər  uşaqlarını  tərbiyə  etmək  hüququna  malikdirlər  və  uşaqlarını  tərbiyə 

etməyə borcludurlar. 

58.2.  Valideynlər  uşaqlarının  tərbiyəsinə,  sağlamlığına  və  onların  psixi,  fiziki,  mənəvi 

inkişafına görə məsuliyyət daşıyırlar. 

58.3.  Valideynlər  digər  şəxslərlə  müqayisədə  öz  uşaqlarının  tərbiyəsində  üstün  hüquqlara 

malikdirlər. 

58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 

58.5.  Valideynlər  uşaqların  ümumi  orta  təhsil  almasına  qədər  onların  maraqlarını  nəzərə 

almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 

58.6.  Dövlət  valideynlərin  bu  hüquq  və  vəzifələrinə  qanunda  nəzərdə  tutulmuş  qaydada 

yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 

Maddə 59. Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq 

və vəzifələri  

59.1.  Valideynlər  uşaqların  hüquq  və  mənafelərini  müdafiə  etməlidirlər.  Valideynlər 

uşaqlarının  qanuni  nümayəndəsi  kimi  onları  məhkəmələrdə,  habelə  hər  hansı  fiziki,  hüquqi 

şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 

59.2. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, 

müvafiq  icra  hakimiyyəti  orqanı  uşaqların  hüquq  və  mənafeyini  müdafiə  üçün  nümayəndə 

təyin etməlidir. 

Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi  

60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 

60.2.  Valideynlik  hüquqlarını  həyata  keçirərkən  valideynlər  uşaqların  mənəvi  inkişafına, 

fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, 

təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə 

bilməz.  Valideynlik  hüquqlarını  həyata  keçirərkən  uşaqların  hüquq  və  mənafelərinə  ziyan 

vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, 

onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər 

(onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına 

və ya məhkəməyə müraciət edə bilərlər. 

60.4.  Valideynlər  ayrı  yaşadıqda  uşaqların  yaşayış  yeri  onların  razılığı  ilə  həll  edilir. 

Valideynlər  arasında  razılıq  olmadıqda,  məhkəmə  mübahisəni  uşaqların  hüquq  və 

mənafelərini,  onların  rəyini  və  sair  halları  (uşaqların  qardaş  və  bacılarına,  valideynlərdən  hər 

birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı 

və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 

Maddə  61.  Uşaqlarından  ayrı  yaşayan  valideynin  valideynlik  hüquqlarının  həyata 

keçirilməsi  

61.1.  Uşaqlardan  ayrı  yaşayan  valideyn  onlarla  ünsiyyət  hüququna,  uşaqların  tərbiyə  və 

təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 

61.2.  Uşaqlarla  yaşayan  valideyn  uşağın  fiziki,  psixi  sağlamlığına,  onun  əxlaqi  inkişafına 

zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə