35
112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan
şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə,
məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi
113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə
tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş
əsaslar üzrə xitam verilir.
113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam
verilir:
113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət
qabiliyyəti əldə etdikdə;
113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;
113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin
bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni
nikaha daxil olduqda.
ALTINCI BÖLMƏ
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI
18-ci fəsil
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN
AŞKAR OLUNMASI VƏ YERLƏŞDİRİLMƏSİ
Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin
müdafiəsi
114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin
hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,
valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların
tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən
tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən
öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər
hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar
edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra
hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret
hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların
saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir.
xix[19]
114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn
himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir.
36
Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu
115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik
doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və
digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
xx[20]
115.2. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində
uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən
məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər
onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur.
115.3. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin
sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq
üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə 7 gün müddətində müvafiq icra
hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar.
115.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində
göstərilmiş məlumatları aldıqdan sonra 1 ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu,
mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri bu Məcəllənin 115.5-ci maddəsinə
uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra
hakimiyyəti orqanına məlumat verir.
xxi[21]
115.5. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar
haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra
hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə
yerləşdirilməsinə yardım edir.
xxii[22]
115.6. Valideyn himayəsindən məhrum olan uşaqların uçotunun aparılması qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
xxiii[23]
115.7. Bu Məcəllənin 115.2—115.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə
yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə tərbiyəsinə
verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş
müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi
116.1. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa,
qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn
himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə,
əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər.
116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan
uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.
116.3. Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə
mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır.
116.4. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu Məcəllənin 116.1-ci
maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə
yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.