Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
  1   2   3   4   5   6   7   8   9   10


 

1

 



 

 

 



MİRZƏ FƏTƏLİ AXUNDOV 

 

SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS 

(Hacı Qara) 

 

Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir. 



 

Əfradi-əhli-məcalis: 

Heydər bəy 

Əsgər bəy 

Səfər bəy 

Sona xanım – Heydər bəyin adaxlısı 

Təyyibə xanım – Sona xanımın anası 

Hacı Qara – sövdagər 

Tükəz – onun arvadı 

Bədəl – onun oğlu 

Kərəməli – onun nökəri 

Xudaverdi – müəzzin 

Ohan – qaraulların yüzbaşısı 

Sərkis, Qəhrəman, Karapet və başqa altı qaraul 

Mkrtıç və Tuğ əkinçiləri 

Arakel 


Murov 

Naçalnik 

Xəlil – yüzbaşı, murov yanında 

Murovun və naçalnikin əmaləsi 

Yasavul 

 

 

ƏVVƏLİNCİ MƏCLİS 

 

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, 

aydınlıq gecədə, Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydər bəy 

qabağında habelə yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə danışır. 

 

Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var

nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək 

dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən 

günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq 

olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə 

osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə 

gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir 

kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam 

Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. 



 

2

Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi 



gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən 

ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, 

naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa 

getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır 

ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab 

verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, 

gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, 

kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü 

görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən 

də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü. 



Səfər bəy: Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at 

minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə 

yubandı? Ha, odur gəlir! 

 

Bu halda Əsgər bəy yetişir. 

 

Əsgər bəy: Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin 

və fikirli görükürsən? 



Heydər bəy: A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı 

gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki: Heydər bəy, 

quldurluq, oğurluq eləmə! 

Səfər bəy: Yəni acından öl! 

Heydər bəy: Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər 

bəydir! Əgər o əl çəkə, ölkə farağat olar. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi 

məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə; gərək genə 

təzədən qaçaq olam. 



Əsgər bəy: Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm 

götürüb qaçmağına səbəb nədir? 



Heydər bəy: Səbəb odur ki, pul tapmıram xarcın çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər 

bəy məsləhət görür ki, götürüm qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümdən 

bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü 

qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni 

çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən. 

Səfər bəy: Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını 

toy edib gətirə bilmirsən. Mən də dedim ki, istəyirsən, gəlim, gedək qaçıraq, gətirək. İndi 

özün bil! 

Əsgər bəy: Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy 

xarcı hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir! 



Heydər bəy: Toy xarcını hardan hazır edəcəksən? 

Əsgər bəy: On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; 

onun qazancı ilə toyunu elərsən! 



Heydər bəy: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər

gedib yığışdırıb gətirək, gələk? 



Əsgər bəy: Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq. 

Heydər bəy: Əcəb danışırsan! Mən pulu hardan alım? 

Əsgər bəy: Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara 

ağcabədilidən ki, sövdagər və dövlətli kişidir, pul götürrük, gedərik mal gətirrik, satarıq, onun 

pulunu özünə rədd edərik, qazancı bizə qalar. 

Heydər bəy: Hacı Qara, deyirlər, çox xəsisdir. O adama pul verər? 




Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə